Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə



Yüklə 0.63 Mb.
Pdf просмотр
səhifə3/4
tarix22.05.2017
ölçüsü0.63 Mb.
1   2   3   4

[27]

 

Nazirlik  sistemində hərbi  qulluqçuların və  xüsusi  rütbəsi  olan əməkdaşların  ərzaq  və 



əşya təminatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının ərzaq 

və  əşya  təminatı  normalarına  uyğun  olaraq  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

tənzimlənir.

[28]

 

10.5. Nazirliyin  hərbi  qulluqçuları  xidməti  vəzifələrinə  uyğun  olaraq  hərbi 



nizamnamələrə  və  digər  qanunvericilik  aktlarına  müvafiq  həqiqi  hərbi  xidmət  keçirlər, 

Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.

 

10.6.


 

Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə 

təyin olunan  və vəzifədən azad edilən nazir rəhbərlik edir.

 

10.7.



 

Nazirliyə  həvalə  olunmuş  vəzifələrin  yerinə  yetirilməsi  və  hüquqların  həyata 

keçirilməsi üçün nazir şəxsən məsuliyyət daşıyır.

 

10.8.



 

Nazirin  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  vəzifəyə  təyin  və 

vəzifədən azad edilən bir birinci müavini və altı müavini vardır.

[29]

 

10.9.



 

Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir 

və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

 

10.10. Nazir:



 

10.10.1.


Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

10.10.2. öz  müavinləri  arasında  vəzifə  bölgüsü  aparır,  onların  məsuliyyət  dairəsini  və 



səlahiyyətlərini müəyyən edir;

 

10.10.3.Nazirliyin  bu  Əsasnamənin  10.2-ci  bəndinə  uyğun  olaraq  müəyyən  edilmiş 



strukturu 

və 


büdcədən 

maliyyələşdirilən 

işçilərinin 

ümumi 


say 

həddi 


daxilində Mərkəzi Aparatının  və  tabeliyində  olan  orqanların  və  təşkilatların  strukturunu, 

ştat cədvəlini, ayrılmış büdcə vəsaiti daxilində xərclər smetasını və digər mənbələr hesabına 

əldə edilmiş vəsaitlər üzrə gəlirlər və xərclər smetasını təsdiq edir;

 

10.10.4.Azərbaycan  Respublikası  Prezidentinin  və  Azərbaycan  Respublikası  Nazirlər 



Kabinetinin  normativ  hüquqi  aktları  ilə  tənzimlənən  məsələlər  istisna  olmaqla,  Nazirliyin 

fəaliyyət  sahəsinə  aid  olan  məsələlərlə  bağlı  normativ  hüquqi  aktları  müəyyən  olunmuş 

qaydada  təsdiq edir;

 

10.10.5.Nazirliyin  vəzifəli  şəxslərinin  Azərbaycan  Respublikasının  normativ  hüquqi 



aktlarına zidd olan əmr, sərəncam və göstərişlərini ləğv edir;

 

10.10.6.   Nazirliyin mərkəzi aparatının  işçilərini, tabeliyində  olan  qurumların  və  digər 



orqanlarının  rəhbərlərini  (Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin 

Akademiyasının  rəisi  istisna  olmaqla),  həmçinin  digər  işçilərini  vəzifəyə  təyin  edir  və 

vəzifədən azad edir, Azərbaycan Respublikası vətəndaşlarını qanunvericiliyə uyğun olaraq, 

hərbi  və  xüsusi  rütbəli  vəzifələrdə  xidmətə  qulluğa  qəbul  edir  və  qulluqdan  azad  edir, 

Nazirliyin vəzifəli şəxslərinin vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərini 

müəyyən  edir,  kadr  nomenklaturunu  təsdiq  edir  və  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada işçilərin attestasiyasının keçirilməsini təşkil edir

[30]


 

          10.10.6-1.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Akademiyasının 

rəisinin  vəzifəyə  təyin  edilməsi  üçün  Azərbaycan  Respublikasının  Prezidentinə  təqdimat 

verir,  Akademiyanın  rəisinin  təqdimatına  əsasən  Akademiyanın  rəis  müavinlərini  vəzifəyə 

təyin edir;

[31]


 

10.10.7.Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulan  inzibati 

hüquqpozmalara  dair  protokol  tərtib  etməyə  səlahiyyəti  olan  vəzifəli  şəxslərin  siyahısını 

təsdiq edir;

 

10.10.8.Nazirliyin tabeliyində olan struktur bölmələrinin yaradılması, yenidən təşkili və 



ləğv edilməsi haqqında təkliflər verir, Nazirliyin aparatının və tabeliyində olan orqanların və 

təşkilatların strukturunu və ştat cədvəlini təsdiq edir;

[32]

 

10.10.9.Nazirlik  sistemində  icrası  məcburi  olan,  habelə  digər  orqanların  rəhbərləri  ilə 



birgə  və  ya  onlarla  razılaşdırılmış  əmrlər,  sərəncamlar,  göstərişlər  verir,  onların  icrasına 

nəzarəti təşkil edir;

 

10.10.10.Nazirliyin  tabeliyində  olan hərbi  qurumların  formalaşdırılması və  inkişafı 



konsepsiyasını  və  planını  müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikasının 

Prezidentinə təqdim edir, onların strukturu və tərkibi, ştat sayı barədə təkliflər verir;



[33]

 

10.10.11.Nazirlik  əməkdaşlarının  dövlət  qulluğu  keçməsi  ilə  bağlı  məsələləri 



Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edir;

 

10.10.12.Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada 



inzibati  xətalar  haqqında  işlərə  baxmaq  səlahiyyəti  olan  vəzifəli  şəxslərin  siyahısı  barədə 

təkliflər verir;

 

10.10.13.Dövlət  büdcəsi  vəsaiti  hesabına  saxlanılan  orqanların  işçilərinin  ümumi  say 



həddi haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

 

10.10.14. Nazirliyə  və  onun  hərbi  qurumlarına  həvalə  olunmuş  vəzifələrin  yerinə 



yetirilməsi  üçün  müvəqqəti qurumların  yaradılması  və ləğv edilməsi  qaydalarını  müəyyən 

edir;


 

10.10.15.Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada 

Nazirliyin işçilərini Azərbaycan  Respublikasının  dövlət  hakimiyyəti  orqanlarına  ezam 

edir;


[34]

 

10.10.16.müəyyən  olunmuş  qaydada  Nazirliyin  sıravi,  kiçik,  orta  və  böyük  rəis 



heyətlərinə polkovnik rütbəsi daxil olmaqla hərbi və xüsusi rütbələr, o cümlədən vaxtından 

əvvəl və növbədənkənar hərbi rütbələr verir, hərbi rütbələrdən məhrum edir, ali zabit heyəti 

vəzifələri  siyahısının  təsdiq  edilməsi,  ali  rəhbər  heyətdən  olan  vəzifəli  şəxslərə  ali  hərbi 

rütbələrin  verilməsi,  ali  hərbi  rütbəsi  olan  hərbi  qulluqçuların  ehtiyata  buraxılması  və  ya 

istefaya  göndərilməsi  barədə  Azərbaycan  Respublikasının  Prezidenti  qarşısında  vəsatət 

qaldırır;

 

10.10.17.Nazirlik  sisteminə  işə  götürülən mülki  işçilərlə əmək  müqaviləsinin 



bağlanılması  və  xitam  verilməsi  məsələlərinə  dair  Nazirliyin  vəzifəli  şəxslərinin 

səlahiyyətlərini müəyyən edir;



[35]

 

10.10.18.Nazirliyin əməkdaşlarını və hərbi qulluqçularını Azərbaycan Respublikasının 



dövlət mükafatlarına təqdim edir;

 

10.10.19.Nazirlik  sisteminə  daxil  olan  strukturların  hərbi  qulluqçularının,  xüsusi 



rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçularının, habelə Nazirliyin üzərinə qoyulmuş 

vəzifələrin  həyata  keçirilməsinə  kömək  göstərmiş  şəxslərin  təltif  edilməsi  üçün  müəyyən 

olunmuş qaydada döş nişanlarını təsis edir, onların təsvirlərini və əsasnamələrini təsdiq edir, 

həmin şəxsləri döş nişanları ilə təltif edir, habelə normativ hüquqi aktlarla nəzərdə tutulmuş 

digər həvəsləndirmə tədbirlərini tətbiq edir;

 

10.10.20.Nazirlik  sistemində  geyim  formasının  və  tanınma  nişanlarının  müəyyən 



olunması, onların təchizat norması, fərqlənmə nişanlarının, bayrağın və digər rəmzlərin təsis 

edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

 


10.10.21. dövlət  büdcəsindən  Nazirliyə  ayrılmış maliyyə  vəsaitini  idarə edir,  xidmətin 

xüsusiyyətləri  və  ayrılmış  məbləğin həddi  nəzərə  alınmaqla  Nazirliyin  qurumlarının  sıravi 

və  rəis  heyətinin,  hərbi  və  dövlət  qulluqçularının  vəzifə  maaşlarına  qanunvericiliklə 

müəyyən edilmiş məbləğdə əlavələr təyin edir, maddi yardım və mükafatlar verir və ya bu 

səlahiyyəti tabeliyində olan başqa vəzifəli şəxslərə həvalə edir;

 

10.10.22.Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada 



Nazirlik sisteminə daxil olan strukturların işçiləri barədə bütün intizam tənbehi tədbirlərini 

tətbiq edir;



[36]

 

10.10.23.təbii  fəlakət,  fövqəladə  vəziyyət  şəraitində  və  ya  ayrı-ayrı  hallarda,  eləcə  də 



birdəfəlik  təcili  tapşırıqların  yerinə  yetirilməsi  zamanı  Nazirliyin  hərbi  qulluqçuları  və 

xilasediciləri üçün müvəqqəti quru ərzaq payı normalarını müəyyən edir;

 

10.10.24.Nazirliyin  hərbi  qulluqçuları  haqqında  Azərbaycan  Respublikası  Silahlı 



Qüvvələrinin İntizam Nizamnaməsinin müəyyən etdiyi digər hüquqları həyata keçirir;

 

10.10.25.Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin  dövlət  hakimiyyəti  orqanları, 



idarə,  müəssisə  və  təşkilatları  ilə  münasibətlərdə  Nazirliyi  təmsil  edir,  danışıqlar  aparır, 

verilmiş səlahiyyətlər daxilində müvafiq müqavilələri, sazişləri və protokolları imzalayır;

 

10.10.26. Nazirliyin  səlahiyyətlərinə  aid  edilən  məsələlər  üzrə  müvafiq  il  üçün  dövlət 



büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

 

10.10.27. mülki  müdafiə  qoşunlarının  hərbi  şəhərciklərinin,  axtarış-xilasetmə,  qəza-



xilasetmə  hissələri  şəhərciklərinin  tikintisi  və  inkişafı  üzrə  baş  planları,  mülki  müdafiə 

qoşunlarının  tikinti  obyektlərinin  layihələrini,  fövqəladə  halların  qarşısının  alınması  və 

aradan qaldırılması, yanğın, radiasiya təhlükəsizliyinin təmin edilməsi, bədbəxt hadisələrin 

qarşısının  alınması  sahələrində  aparılan  elmi  tədqiqat  və  konstruktor-təcrübə  işlərinin 

planlarını mövcud qaydada təsdiq edir;

 

10.10.28. Nazirliyin  tabeliyində  olan  struktur  bölmələrində  hərbi  və  xüsusi  rütbəlilər 



üzrə  vəzifələrin  və  bu  vəzifələrə  uyğun  gələn  hərbi  və  xüsusi  rütbələrin  siyahılarını 

müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində təsdiq edir, şəxsi heyətin səfərbərlik və 

döyüş hazırlığını, məxfilik və təhlükəsizlik qaydalarına riayət etmələrini təmin edir; 

[37]

 

10.10.29.Nazirliyin  strukturuna  daxil  olan  qurumların  texniki  təchizat  normalarını 



təsdiq edir;

 

10.10.30.Azərbaycan 



Respublikasının 

qanunvericiliyinə 

uyğun 

olaraq 


digər 

hüquqlardan  istifadə  edir,  ona  verilmiş  səlahiyyətlərin  bir  hissəsini  tabeliyindəki  vəzifəli 

şəxslərə həvalə edir.

 

10.11.Nazirlikdə  nazirdən  (kollegiyanın  sədri),  vəzifəsinə  görə  kollegiyanın  tərkibinə 



daxil  olan  nazirin  müavinlərindən,  Naxçıvan  Muxtar  Respublikasının  fövqəladə  hallar 

nazirindən,  Nazirliyin mərkəzi  aparatının,  tabeliyindəki  qurumların  rəhbər  işçilərindən 

ibarət kollegiya yaradılır.

 

10.12.Nazirliyin  kollegiyasının  tərkibinə  həmçinin  mütəxəssislər  və  alimlər  də  daxil 



edilə bilər.

 

10.13.Nazirliyin  kollegiya  üzvlərinin  sayı  və  tərkibi  nazirin  təqdimatı  əsasında 



Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

 

10.14.



 

Nazirliyin  kollegiyası  öz  iclaslarında  Nazirliyin  fəaliyyəti  ilə  bağlı  məsələləri 

müzakirə edir və müvafiq qərarlar qəbul edir.

 

10.15.



 

Nazirliyin  kollegiyasının  iclasları  onun  üzvlərinin  yarıdan  çoxu  iştirak  etdikdə 

səlahiyyətlidir.

 

10.16.



 

Nazirliyin  kollegiyasının  qərarları  onun  iclasda  iştirak edən  üzvlərinin  sadə  səs 

çoxluğu ilə qəbul edilir.

 


10.17.

 

Nazirliyin kollegiyasının qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiya 



sədrinin səsi həlledici hesab edilir.

 

10.18.



 

Nazirliyin  kollegiyasının  qərarları  protokolla  rəsmiləşdirilir  və  nazir  tərəfindən 

təsdiq edilir.

 

10.19.



 

Nazirliyin  kollegiyasının  üzvləri  arasında  fikir  ayrılığı  yarandıqda  nazir 

Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək öz qərarını həyata keçirir.

 

10.20.



 

Nazirliyin  kollegiyasının  üzvləri  şəxsi  fikirlərini  Azərbaycan  Respublikasının 

Prezidentinə çatdıra bilərlər.

 

10.21.



 

Nazirliyin  kollegiyasının  iclaslarına,  zəruri  hallarda  digər  icra  hakimiyyəti 

orqanlarının 

və 


təşkilatlarının rəhbərləri, 

habelə 


qeyri-hökumət 

təşkilatlarının 

nümayəndələri dəvət edilə bilər.

[38]


 

10.22.


 

Nazirliyin  səlahiyyətlərinə  aid  olan  mühüm  problemlərin  həlli  üçün  Nazirlikdə 

ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki Şura yaradıla bilər. Şuranın əsasnaməsi nazir 

tərəfindən təsdiq edilir.

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin

 

2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı 



ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

 

 



 

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin

 

 

 

S T R U K T U R U

 

 

 



Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatı

 

 

 

Azərbaycan Respublikasının  Fövqəladə  Hallar  Nazirliyinin  strukturuna  daxil  olan 

qurumlar:

[39]


 

 

 

Dövlət Yanğından Mühafizə Xidməti



 

Dövlət Yanğın Nəzarəti Xidməti

 

Mülki müdafiə qoşunları



 

Dövlət Material Ehtiyatları Agentliyi

 

Su Ehtiyatları Dövlət Agentliyi



[40]

 

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi



 

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyi

 

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 



[41]

 

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi



 

Dövlət Sularda Xilasetmə Xidməti

 

Xüsusi Riskli Xilasetmə Xidməti 



[42]

 

Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti



 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

 


"İzotop" xüsusi kombinatı

 

Əməliyyat-İstintaq İdarəsi



 

Elm-İstehsalat Birliyi

 

Mərkəzi laboratoriya



 

(Çıxarılıb)



[43]

 

Əsaslı Tikinti İdarəsi



 

Maddi-Texniki Təchizat İdarəsi 



[44]

 

Aviasiya dəstəsi



 

(Çıxarılıb)



[45]

 

Tədris-Təlim Mərkəzi



 

İdman-sağlamlıq klubu

 

Tibb Xidməti



 

Regional mərkəzlər

 

Attestasiya (akkreditasiya) olunmuş təşkilatlar



 

  

Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar  Nazirliyinin  büdcədən  maliyyələşdirilən 



işçilərinin say həddi dərc edilməyib.

[46]


 

 

 



  

  

 



 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  



1.

       


5  fevral 2008-ci  il  tarixli  709  nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 50



2.

       


24 

aprel 


2008-ci 

il 


tarixli 746 nömrəli 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 260) 

3.

       


24  iyun  2008-ci  il tarixli  790  nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 

(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 508



4.

       


10  sentyabr  2009-cu  il  tarixli 158 nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti  11  sentyabr  2009-cu  il,  №  202,  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2009-cu il, № 9, maddə 687) 

5.

       


21  dekabr 

2009-cu  il  tarixli 195 nömrəli  Azərbaycan 

Respublikasının  Prezidentinin 

Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) 



6.

       


10 

fevral 


2010-cu 

il 


tarixli 219 nömrəli 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti  12  fevral  2010-cu  il,  №  33,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 83

7.

       


10 

fevral 


2010-cu 

il 


tarixli 221 nömrəli 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti  13  fevral  2010-cu  il,  №  34,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 85

8.

       


15 

fevral 


2011-ci 

il tarixli 381 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci 



il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) 

9.

       


25 

fevral 


2011-ci 

il tarixli 389 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti,  26  fevral  2011-ci  il,  №  45,  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 93) 

10.

    


29  oktyabr  2012-ci  il tarixli 716 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 955

11.

    


may 


2014-cü 

il 


tarixli 156 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti,  6  may  2014-cü  il,  №  93;  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 469) 

12.

    


20 

oktyabr 


2014-cü 

il 


tarixli 296 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Respublika”  qəzeti,  21  oktyabr  2014-cü  il,  №  228,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1181) 

13.

    


22  dekabr  2014-cü  il  tarixli 421 nömrəli

 Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı 

(“Azərbaycan” qəzeti 24 dekabr 2014-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik 

Toplusu, 2014-cü il, № 12, maddə 1575

  

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

  

 



 

 

[1]



 

24  iyun  2008-ci  il tarixli  790  nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 

(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 508) ilə «Azərbaycan 

Respublikasının  Fövqəladə  Hallar  Nazirliyi  haqqında  Əsasnamənin,  nazirliyin  strukturunun  və 

işçilərinin  say  həddinin  təsdiq  edilməsi  barədə»  Azərbaycan  Respublikası  Prezidentinin 2006-cı  il  19 

aprel tarixli, 394 nömrəli Fərmanının 4-cü bəndi çıxarılmışdır. 

 

 

[2]



 21  dekabr  2009-cu  il  tarixli 195 nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti  27  dekabr  2009-cu  il,  №  289) ilə  «Azərbaycan  Respublikasının 

Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 8.76-cı, 10-cu, 10.1-ci, 10.10.3-cü, 10.10.6-cı, 10.11-

ci bəndlərdən və 10.2-ci bəndin ikinci abzasından «mərkəzi» sözü çıxarılmışdır. 

  

[3]


 21  dekabr  2009-cu  il  tarixli 195 nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti  27  dekabr  2009-cu  il,  №  289) ilə  «Azərbaycan  Respublikasının 

Fövqəladə  Hallar  Nazirliyi  haqqında  Əsasnamə»nin  5-ci  bənddə  «mövcud  qanunvericiliyə  zidd 

olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilmişdir. 

  

[4]



 

5  fevral 2008-ci  il  tarixli  709  nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci il,  № 2,  maddə 50)  ilə 8.1.1-ci 

yarımbənddə "Mülki  müdafiə  qüvvələri" sözləri  "Mülki  müdafiə  qoşunları"  sözləri  ilə, 

"Hərbiləşdirilmiş  Xüsusi  Mühafizə  Xidməti" sözləri "Xüsusi  Riskli  Xilasetmə  Xidməti" sözləri  ilə 

əvəz  edilmişdir, "Dövlət  Material  Ehtiyatları  Agentliyi" sözlərindən  sonra  ", Sənayedə  İşlərin 



Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" sözləri əlavə edilmişdir. 

29  oktyabr  2012-ci  il tarixli 716 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2012-ci  il,  №  10,  maddə  955)  ilə  təsdiq 

edilmiş  “Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar  Nazirliyi  haqqında  Əsasnamə”nin  8.1.1-ci 

yarımbəndinə  “Dövlət  Material  Ehtiyatları  Agentliyi”  sözlərindən  sonra  “,  Su  Ehtiyatları  Dövlət 



Agentliyi” sözləri əlavə edilmişdir. 

 

 

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə