Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə



Yüklə 0.63 Mb.
Pdf просмотр
səhifə2/4
tarix22.05.2017
ölçüsü0.63 Mb.
1   2   3   4

[10]

 

8.38.



 

fövqəladə hallarda və müharibə zamanı mülki müdafiə və hərbiləşdirilmiş xüsusi 

mühafizə  xidməti  qüvvələrinin,  yanğından  mühafizə  xidməti  hissələrinin  və  digər 

qurumların  maddi-texniki  və  insan  resurslarının  səfərbər  edilməsi  imkanlarının  cari  və 

perspektiv planlaşdırılmasını öz səlahiyyətləri daxilində həyata keçirmək;

 

8.39.



 

mülki  müdafiənin  texniki  idarəetmə  sisteminin  və  əhalinin  hərbi  əməliyyatlar 

zamanı və ya bunun nəticəsi olaraq yaranmış və yarana biləcək təhlükələr barədə xəbərdar 

edilməsi sisteminin yaradılmasını və daim hazır vəziyyətdə saxlanmasını təmin etmək;

 

8.40.


 

potensial  təhlükəli  obyektlərin  yerləşdiyi  ərazilərdə  lokal  xəbərdarlıq  sisteminin 

yaradılmasını təmin etmək;

 

8.41.



 

sığınacaqların və mülki müdafiənin digər obyektlərinin, o cümlədən ikili təyinatlı 

obyektlərin  yaradılması  və  hazırlıq  vəziyyətində  saxlanmasına,  əhalinin  radiasiya,  kimyəvi 

və  bioloji  müdafiəsinin  təşkilinə  metodiki  rəhbərlik  etmək  və  bu  sahədə  nəzarəti  həyata 

keçirmək;

 

8.42.



 

yanğınların  qarşısının  alınması  və  söndürülməsi  işini  təşkil  etmək,  bu  sahədə 

fəaliyyət  göstərən  ayrı-ayrı  təşkilatların  tabeliyində  olan habelə  idarədənkənar  və  könüllü 

yanğından  mühafizə  bölmələrinin  (dəstələrinin) fəaliyyətinin  əlaqələndirilməsini  həyata 

keçirmək;

[11]

 

8.43.



 

fövqəladə halların proqnozlaşdırılması, qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin 

operativ məlumatlandırılması və digər kompleks tədbirlərin həyata keçirilməsi üçün kütləvi 

istifadə  olunan  xüsusi  təyinatlı  avtomatlaşdırılmış  elektron  informasiya  sisteminin 

yaradılmasını təmin etmək;

 


8.44.

 

fövqəladə  halların  qarşısının  alınması  və  nəticələrinin  aradan  qaldırılmasını 



operativ  surətdə  təşkil  etmək  məqsədilə  Azərbaycan  Respublikasının  bütün  ərazisini  əhatə 

edən  "Fövqəladə  Halların  İdarə  Olunmasının  Coğrafi  İnformasiya  Sistemi"nin  (GİS) 

yaradılmasını təmin etmək;

 

8.45.



 

Nazirliyin 

fəaliyyət 

sahəsi 


ilə 

bağlı 


informasiyanın 

toplanması 

və 

sistemləşdirilməsini həyata keçirmək;



 

8.46.


 

Nazirliyin fəaliyyət dairəsinə aid məsələlər üzrə statistik uçotu təşkil etmək;

 

8.47.


 

Nazirlik  sistemindəki  təcrübə-sınaq  laboratoriyalarının  sertifikatlaşdırma  və 

akkreditasiya fəaliyyətlərini əlaqələndirmək;

 

8.48.



 

Azərbaycan  Respublikasının  ərzaq  təhlükəsizliyini  təmin  etmək  məqsədilə 

müvafıq dövlət orqanları ilə birgə:

 

8.48.1.  bitki  mühafizəsi  vasitələrinin  (pestisidlərin  və  bioloji  preparatların)  istehsalına 



və saxlanmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;

 

8.48.2.    karantin  obyekti  mənbələrinin  vaxtında  aşkar  edilməsində,  onların  təcrid  və 



ləğv edilməsində iştirak etmək;

 

8.49.



 

əhalinin  içməli  su  təminatının  təhlükəsizliyi  məqsədilə  içməli  su  mənbələrinin 

istismarı  zamanı  təhlükəsizlik,  sanitar-gigiyena  qaydalarına  və  normalarına  əməl 

olunmasına müvafiq dövlət orqanları ilə birgə nəzarət etmək;

 

8.50.


 

müvafiq dövlət orqanları ilə birlikdə ölkənin təbii sərvətlərinin istifadəsi ilə bağlı 

mühafizə tədbirlərinin icrasına nəzarəti təşkil etmək;

 

8.51.



 

fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması  məqsədilə  çevik  yardım 

korpusu yaratmaq və idarə etmək;

 

8.52.



 

fövqəladə halların proqnozlaşdırılması və monitorinq sisteminin yaradılması üzrə 

zəruri tədbirləri həyata keçirmək;

 

8.53.



 

mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisələrin  radioaktiv  tullantılarının 

toplanması,  daşınması,  yenidən  işlənməsi,  saxlanması  və  basdırılması,  habelə  radioaktiv 

tullantılarla  işləyən  obyektlərin  tikilməsi,  istismarı,  bərpası  və  istismardan  çıxarılması  üzrə 

işləri əlaqələndirmək və bu işlərə nəzarəti həyata keçirmək;

 

8.54.



 

əhalinin  və  ərazilərin  radiasiya  təhlükəsizliyini  təmin  etmək,  ətraf  mühitin 

radioekoloji monitorinqini həyata keçirmək;

 

8.55.



 

müvafiq  dövlət  orqanları  ilə  birlikdə  minalanmış  ərazilərin  minalardan 

təmizlənməsində iştirak etmək;

 

8.56.



 

Nazirliyin  tabeliyində  olan  struktur  bölmələrinin  hərbi  qulluqçularının,  xüsusi 

rütbəsi  olan  əməkdaşlarının,  dövlət  qulluqçularının  və  mülki  işçilərinin  həyat  və 

sağlamlığının  müvafiq  olaraq  “Hərbi  qulluqçuların  dövlət  icbari  şəxsi  sığortası  haqqında”, 

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və 

“İstehsalatda  bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə  əmək  qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  haqqında”  Azərbaycan  Respublikasının  qanunlarına 

uyğun olaraq icbari qaydada sığortalanmasını təmin etmək;



[12]

 

8.57.



 

daşınmaz  əmlakın  (yaşayış  binaları,  yaşayış  evləri  və  mənzillərin  icbari  sığortası 

istisna olmaqla) və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin “İcbari sığortalar 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq  icbari  qaydada 

sığortalanmasına nəzarət etmək;

[13]

 

8.58. Nazirlik sisteminə daxil olan qurumlarda xidməti və döyüş silahının dövriyyəsinə 



və döyüş sursatının saxlanması qaydalarına əməl olunmasına nəzarət etmək;

 

8.59.  müvafiq  sahədə  kadr  hazırlığını  təmin  etmək,  həmçinin  mütəxəssislərin 



hazırlanması və əlavə təhsili

 

üçün tədbirlər görmək;



[14]

 


8.59-1. hərbi-tətbiqi  və  xidməti-tətbiqi  idman  növlərinin  inkişafı  proqramlarını,  bədən 

tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini 

təsdiq etmək;

[15]

 

8.59-2.  qanunvericiliyə  uyğun  olaraq  tabeliyində  olan  dövlət  təhsil  müəssisələrinin 



maliyyələşdirilməsini həyata keçirmək; 

[16]

 

8.60.  mülki  müdafiə,  fövqəladə  halların  qarşısının  alınması,  yanğın  təhlükəsizliyi, 



sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik və tikintidə təhlükəsizlik sahələrində 

elmi tədqiqat və təcrübə-konstruktor işləri aparmaq;

 

8.61.  əhalini  fövqəladə  hallar  və  Nazirliyin  fəaliyyəti  ilə  bağlı  məlumatlandırmaq , 



internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş 

açıqlanmalı  olan  ictimai  informasiyanın  həmin  saytda  yerləşdirilməsini  və  bu 

informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

[17]


 

8.62.  təbii  və  ya  texnogen  xarakterli  fövqəladə  hallarda  əhalinin  operativ 

məlumatlandırılması  məqsədilə  qanunvericiliyə  uyğun  olaraq  televiziya  və  radio  yayımı 

kanallarından istifadə etmək;

 

8.63.  mülki  müdafiə,  fövqəladə  hallardan  qorunma,  yanğın  təhlükəsizliyi  və  su 



hövzələrində insanların təhlükəsizliyi məsələləri ilə bağlı əhalinin maarifləndirilməsini təşkil 

etmək  və  başqa  dövlət  orqanları  və  ictimai  təşkilatlar  tərəfindən  aparılan  bu  kimi  işlərə 

metodiki rəhbərlik etmək;

 

8.64.  digər  qurumların  xilasetmə,  qəza-xilasetmə,  yanğın-xilasetmə  xidmətlərinin 



müəyyən olunmuş qaydada  attestasiyasını həyata keçirmək;

 

8.65.  mülki  müdafiə,  əhalinin  və  ərazilərin  fövqəladə  hallardan  qorunması,  yanğın 



təhlükəsizliyi  və  su  hövzələrində  insanların  təhlükəsizliyinin  təmin  olunması  sahələrində 

fəaliyyət  göstərən  təşkilatların  akkreditasiya  qaydalarını  işləyib  hazırlamaq  və  həyata 

keçirmək;

 

8.66.  beynəlxalq  təcrübə  nəzərə  alınmaqla,  fövqəladə  halların  qarşısının  alınması 



sahəsində  qabaqlayıcı  tədbirlərin  görülməsi  və  fövqəladə  halların  nəticələrinin  aradan 

qaldırılması sahələrində müasir texnika və texnologiyaların tətbiqini təmin etmək;

 

8.67. fövqəladə hallar zamanı qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda 



müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil etmək;

 

8.68.  öz  səlahiyyətlərini  həyata  keçirərkən  insan  və  vətəndaş  hüquqlarını  və 



azadlıqlarını təmin etmək və onların pozulmasının qarşısını almaq;

 

8.69. Nazirliyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə 



vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək;

 

8.70.  Nazirlik  sistemində  maddi  və  maliyyə  vəsaitlərindən  istifadəyə  nəzarət  etmək, 



müəyyən olunmuş qaydada uçotunu və təftişini təşkil etmək;

 

8.71. Nazirliyin fəaliyyəti ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün 



qanunvericiliyə uyğun zəruri mühafizə və təhlükəsizlik tədbirləri görmək;

 

8.72.  Nazirliyin  ehtiyacları  üçün  əsaslı  tikinti,  o  cümlədən  sosial  təyinatlı  obyektlərin 



tikintisinin aparılması, yenidən qurulması və təmiri ilə bağlı işləri həyata keçirmək;

 

8.73.  Nazirliyin  tabeliyində  olan  struktur  bölmələrinin  hərbi  qulluqçularının,  xüsusi 



rütbəsi  olan  əməkdaşlarının  və  digər  işçilərinin  sosial  müdafiəsini,  sağlamlığının 

qorunmasını və onların tibbi təminatını həyata keçirmək; 



[18]

 

8.74. fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə müvafiq dövlət orqanları 



ilə  birgə  fəaliyyət  planı  tərtib  etmək  və  həyata  keçirilməsi  zamanı  onların  fəaliyyətini 

əlaqələndirmək;



[19]

 


8.75. sərgilərin, konfransların, müxtəlif təlim və idman tədbirlərinin keçirilməsini təşkil 

etmək;


 

8.76.  Nazirliyin mərkəzi aparatının,  tabeliyində  olan  orqanların  və  təşkilatların 

fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və öz səlahiyyətləri daxilində 

tədbirlər görmək;

 

8.77.  Nazirliyin  fəaliyyəti  ilə  bağlı  daxil  olan  ərizə  və  şikayətlərə  baxmaq  və 



qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

 

8.78.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin  həyata 



keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

 

8.79.  Nazirlik  sisteminə  daxil  olan  strukturların  maddi-texniki  və  sosial  bazasını 



möhkəmləndirmək;

 

8.80. Nazirliyin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş 



digər vəzifələri yerinə yetirmək.

 

 



 

IV. NAZİRLİYİN HÜQUQLARI

 

 



 

9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

9.1.


  

mülki  müdafiə,  fövqəladə  halların  qarşısının  alınması  və  nəticələrinin  aradan 

qaldırılması,  yanğın  təhlükəsizliyinin,  habelə  su  hövzələrində  insanların  təhlükəsizliyinin, 

kiçik  həcmli  gəmilərin  hərəkətinin  təhlükəsizliyinin,  sənayedə  və  dağ-mədən  işlərində 

texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin edilməsi, dövlət material ehtiyatları 

fondlarının  yaradılması  və  istifadəsi  sahələrində  dövlət  siyasətinin  əsaslarının 

formalaşdırılması  ilə  bağlı  normativ  hüquqi  aktların  layihələrini  hazırlamaq  və  ya  onların 

hazırlanmasında iştirak etmək;

 

9.2.


  

Nazirliyin  fəaliyyət  dairəsinə  aid  edilən  məsələlər  üzrə  Azərbaycan 

Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

 

9.3.



  

Nazirliyin bu Əsasnamə ilə müəyyən edilmiş struktur bölmələrini öz səlahiyyətləri 

daxilində yaratmaq, yenidən təşkil etmək və ya ləğv emək;

 

9.4.



  

fövqəladə halların operativ idarə olunmasını təmin etmək və təcili sifarişləri yerinə 

yetirmək  məqsədilə  öz  tabeliyində  özünümaliyyələşdirmə  prinsipi  ilə  işləyən  qurumlar 

yaratmaq;

 

9.5.


  

Nazirliyin  fəaliyyətinin  aktual  məsələlərini  müzakirə  etmək  üçün  nümayəndəlik 

əsasında idarələrarası əlaqələndirmə və məşvərət orqanları, işçi qruplar, komissiyalar (elmi, 

elmi-texniki, metodiki və s.) yaratmaq;

 

9.6.


  

mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən mülki müdafiə tədbirlərinin 

həyata keçirilməsi hazırlığını müəyyən olunmuş qaydada yoxlamaq;

 

9.7.



  

mərkəzi,  yerli  icra  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanları  tərəfindən 

fövqəladə  hallar  zamanı  əhalinin  və  ərazilərin  müdafiəsi  üçün  nəzərdə  tutulan  tədbirlərin 

həyata keçirilməsi hazırlığını müəyyən edilmiş qaydada yoxlamaq;

 

9.8.


  

Azərbaycan  Respublikasının  su  hövzələrində  kiçik  həcmli  gəmilərin  dövlət 

qeydiyyatını  və  istismarının  təhlükəsizliyinə  dövlət  nəzarətini  həyata  keçirən  struktur 

bölməsi yaratmaq və idarə etmək;

 

9.9.


  

dövlət  orqanları,  fiziki  və  hüquqi  şəxslər  tərəfindən  Nazirliyin  nəzarət 

funksiyalarına  aid  edilmiş  məsələlərlə  bağlı  qanunvericiliyin  tələblərinə  riayət  olunmasını 

müəyyən  olunmuş  qaydada  yoxlamaq  və  pozuntu  aşkar  olunduğu  təqdirdə, 

qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

 


9.10.

 

Nazirliyin  dövlət  sifarişçisi  olduğu  məqsədli  proqramların  mərkəzi  və  yerli  icra 



hakimiyyəti orqanları tərəfındən yerinə yetirilməsinə nəzarət etmək;

 

9.11.



 

tikinti  sahəsində  dövlət  standartlarına,  tikinti  norma  və  qaydalarına,  texniki 

şərtlərə,  layihələrə  və  digər  normativ  hüquqi  aktlara  riayət  olunmasını  yoxlamaq,  zəruri 

hallarda  tikinti  işlərini  dayandırmaq  və  qanunvericiliklə  müəyyən  olunmuş  sanksiyalar 

tətbiq etmək;

 

9.12.



 

sərəncamında olan dövlət əmlakını müəyyən olunmuş qaydada idarə etmək;

 

9.13.


 

Nazirliyin fəaliyyətinin təşkili, xidməti vəzifələrin yerinə yetirilməsi üçün birbaşa 

büdcə  təxsisatlarından,  dövlət  material  ehtiyatlarının  yeniləşdirilməsi  üçün  onların 

satışından 

daxil 

olan 


vəsaitlərdən, 

cərimələrdən,könüllü 

ianələrdən,  humanitar 

yardımlardan,  qrantlardan  və  qanunvericiliyə  zidd  olmayan  digər  mənbələrdən  əldə 

olunmuş vəsaitlər üzərində sərəncam vermək;

 

9.14.



 

yerinə  yetirdiyi  xidmətlərdən  əldə  olunan  vəsaitlər,  cərimə,  penya  və  s. 

daxilolmalar hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada Nazirliyin büdcədənkənar 

fondunu yaratmaq və vəsaitlərin idarə olunmasını təmin etmək;

 

9.15.


 

xüsusi texniki vasitələr hazırlamaq, bu cür vasitələrin hazırlanması üçün sifarişlər 

vermək, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada öz ehtiyacları üçün silah, sursat, 

rabitə vasitələri, xüsusi texnika və digər texniki vasitələr almaq, onların saxlanması və təmiri 

ilə bağlı işlər görmək;

 

9.16.  Nazirliyin  hərbi  qulluqçularına  və  digər  vəzifəli  şəxslərinə  qanunvericiliklə 



müəyyən edilmiş qaydada odlu silah və xüsusi vasitələr vermək;

[20]

 

9.17.



 

Nazirliyin  səlahiyyətlərinə  aid  olan  məsələlər  barədə  lazım  olan  məlumatları  və 

sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə 

sorğu vermək və onlardan belə məlumatları (sənədləri) tələb etmək;

 

9.18.


 

Nazirliyin  hərbi  qulluqçularının,  xüsusi  rütbəsi  olan  əməkdaşlarının,  digər 

işçilərinin  və  onların  ailə  üzvlərinin,  habelə  pensiyaçılarının  sağlamlığının  qorunması 

istiqamətində  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada kompleks  profilaktika,  müalicə, 

sanatoriya-kurort və digər sosial müdafiə tədbirlərini həyata keçirmək;

[21]

 

9.19.



 

Nazirliyin  ehtiyacları  üçün  əsaslı  tikinti,  o  cümlədən  mənzil  tikintisinin 

aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;

 

9.20.



 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  beynəlxalq  təşkilatlarla,  xarici 

dövlətlərin  müvafiq  hakimiyyət  orqanları  (qurumları)  ilə  əməkdaşlıq  etmək  və  təcrübə 

mübadiləsi aparmaq;

 

9.21.


 

fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması  ilə  bağlı  xarici  ölkələrə 

humanitar  yardım  göstərilməsi  və  eləcə  də  xarici  ölkələrdən  humanitar  yardım  alınması 

barədə  həmin  ölkələrin  müvafiq  qurumları,  beynəlxalq  təşkilatlar  və  qeyri-hökumət 

təşkilatları ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkdaşlıq etmək;

 

9.22.



 

xüsusi  siqnallar,  rabitə  vasitələri  və  bayraqla  təchiz  edilmiş,  müəyyən  olunmuş 

qaydada  təsdiq  edilmiş  tanınma  nişanı,  bayrağı  və  xüsusi  rəngi  olan  hava,  dəniz  və  çay 

gəmilərinə və xüsusi nəqliyyat vasitələrinə malik olmaq;

 

9.23.


 

Nazirliyin  səlahiyyətlərinə  aid  edilən  məsələlərlə  bağlı  məhkəmədə  iddiaçı  və 

cavabdeh qismində çıxış etmək;

 

9.24.



 

Nazirliyin  səlahiyyətlərinə  aid  olan  məsələlərlə  bağlı  qanunvericiliklə  müəyyən 

olunmuş  hallarda  və qaydada  müvafiq fəaliyyət  növlərinə  xüsusi razılıq  (lisenziya),  xüsusi 

icazə və hüquq müəyyənedici digər sənədlər vermək;

 


9.25.

 

Nazirliyə  təqdim  olunmuş  layihələrə  və  digər  sənədlərə  ekspert  rəyi  vermək, 



təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, fəaliyyət sahəsi üzrə 

tədqiqatlar aparmaq;

 

9.26.


 

qanunvericiliklə  müəyyən  edilən  hallarda  və  qaydada  əməliyyat-axtarış 

fəaliyyətini həyata keçirmək, təhqiqat və ibtidai istintaq aparmaq;

 

9.27.  təhsil  müəssisələrində  Nazirliyin  fəaliyyət  dairəsinə  uyğun  sahələr  üzrə 



mütəxəssislər hazırlamaq və kadrların ixtisasının artırılması üçün tədbirlər görmək;

 

[22]



 

9.28.


 

müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada 

öz fəaliyyətinə cəlb etmək;

 

9.29.



 

qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  qəzet,  jurnal,  bülleten  buraxmaq, 

nəşriyyat işini həyata keçirmək, internet səhifəsi yaratmaq və ondan istifadə etmək;

[23]


 

9.30.


 

Nazirliyin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş 

digər hüquqları həyata keçirmək.

 

 



 

V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

 

 



10. Nazirliyin mərkəzi aparatı və strukturuna daxil olan orqanlar və təşkilatlar, habelə 

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi vahid sistem təşkil edir.

 

10.1.Nazirlik öz fəaliyyətini strukturuna daxil olan Mərkəzi Aparatı, Naxçıvan Muxtar 



Respublikasının Fövqəladə Hallar Nazirliyi, mülki müdafiə qüvvələri, yanğından mühafizə 

və 


yanğın 

nəzarəti, 

böhran 

vəziyyətində 



idarəetmə, 

radioaktiv 

tullantıların 

zərərsizləşdirilməsi,  qəza-xilasetmə,  axtarış-xilasetmə,  təcili  xilasetmə,  sularda  xilasetmə, 

aviasiyada  və  nəqliyyatda  xilasetmə,  strateji  obyektlərin  hərbiləşdirilmiş  mühafizəsi 

xidmətləri, dövlət material ehtiyatlarının idarə olunması, sənayedə və dağ-mədən işlərində 

texniki  təhlükəsizliyə  və  tikintidə  təhlükəsizliyə  nəzarət,  fövqəladə  halların  qarşısının 

alınması  və  nəticələrinin  aradan  qaldırılması  ilə  bağlı  tikinti  və  bərpa  işlərinin  idarə 

olunması,  mühəndis-axtarış  işləri,  layihələndirmə,  tikinti  və  tikintiyə  nəzarət  işləri  üzrə 

xidmətlər, kinoloji, tibb və laboratoriya xidmətləri, kiçik həcmli gəmilərin dövlət müfəttişliyi, 

əməliyyat-istintaq,  rabitə  və  informasiya,  maliyyə,  kadr,  təlim,  tədris  və  elmi  tədqiqat 

sahələri, sanatoriya-kurort, idman-sağlamlıq mərkəzləri, Nazirliyin tabeliyində olan regional 

mərkəzlər və digər orqanlar və təşkilatlar vasitəsilə həyata keçirir.

 

10.2.   Nazirliyin  strukturu  və  büdcədən  maliyyələşdirilən  işçilərinin  ümumi  sayı,  o 



cümlədən  müddətli  həqiqi  hərbi  xidmət  hərbi  qulluqçuları  nəzərə  alınmaqla  hərbi 

qulluqçularının  və  xüsusi  rütbəsi  olan  əməkdaşlarının  sayı  Azərbaycan  Respublikasının 

Prezidenti tərəfindən təsdiq edilir.  

 

             Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  təsdiq  edilən  say  həddi  daxilində 



Nazirliyin mərkəzi aparatının  və  tabeliyində  olan  qurumların  strukturu Nazirlik  tərəfindən 

təsdiq  edilir.

 

Nazirliyin  strukturuna  daxil  olmayan  tabeliyindəki  qurumların  (hüquqi 



şəxslərin,  təşkilatların  və  sair)  siyahısını  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

təsdiq edir

.

 [24]

 

10.3. Nazirlik  sistemində  qulluqkeçmə  hərbi  qulluqçuların,  xüsusi  rütbəsi  olan 



əməkdaşların  və  dövlət  qulluqçularının  xidmətindən  ibarət  olmaqla,  qulluqkeçmənin 

qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.



[25]

 

          10.10.3-1.  Nazirliyin  aparatının  struktur  bölmələrinin  və  tabeliyində  olan  qurumların 



(əsasnamələri  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  təsdiq  edilən  qurumları 

istisna  olmaqla)  əsasnamələrini  təsdiq  edir,  tabeliyində  olan  hüquqi  şəxslərin 

nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

[26]

 


10.4.

Nazirliyin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi 

(xüsusi)  rütbəyə  görə  maaşlarının  məbləği  və  pul  təminatının  digər  növlərinin  ödənilməsi 

qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Каталог: docs -> pdf
pdf -> Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu
pdf -> Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və
pdf -> Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında
pdf -> Health problems related to breeding
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Damazlıq heyvandarlıq haqqında
pdf -> “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə
pdf -> Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası


Поделитесь с Вашими друзьями:
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə