Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üzrə formalaşmış arxiv sənədlərinin saxlanılması, istifadəsi, elektron uçotu


Arxiv sənədlərinin dövlət arxiv xidməti təşkilatına təhvil verilməsi



Yüklə 58,68 Kb.
səhifə7/12
tarix04.09.2023
ölçüsü58,68 Kb.
#141429
1   2   3   4   5   6   7   8   9   ...   12
ARXİV METODİKİ GOSTERİSHLER (5)

Arxiv sənədlərinin dövlət arxiv xidməti təşkilatına təhvil verilməsi


7.1. Mərkəzi Filialın bu Göstərişlərə müvafiq olaraq daimi saxlanılmalı sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvəqqəti saxlanıldıqdan sonra siyahı üzrə dövlət arxiv xidməti təşkilatına təhvil verilir.
7.2. Dövlət arxiv xidməti təşkilatına sənədlər Fondun İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş siyahılar üzrə qəbul olunur. Sənədlərin dövlət arxiv xidməti təşkilatına qəbulu iki nüsxədə tərtib olunan təhvil-təslim aktı (əlavə № 3) ilə rəsmiləşdirilir.
7.3. Sənədlər dövlət arxiv xidməti təşkilatına EYK-da təsdiq olunmuş siyahılar əsasında təhvil verilir və müəyyən olunmuş formada hazırlanmış təhvil-qəbul aktı ilə (18 №-li əlavə) rəsmiləşdirilir. Siyahının bütün nüsxələrində sənədlərin dövlət arxiv xidməti təşkilatına təhvil verilməsi barədə qeydlər aparılır.
7.4. Fondun Aparatının və digər struktur bölmələrinin arxiv sənədləri müvafiq olaraq Mərkəzi Filial tərəfindən dövlət arxiv xidməti təşkilatına təhvil verilir.
7.5. Mərkəzi Filial daimi saxlamaq üçün dövlət arxiv xidməti təşkilatlarına verilməli olan işlərin siyahısını iki nüsxədə (elmi-texniki sənədlər üçün üç nüsxə) tərtib edir, MEK-in iclasında müzakirə olunur, onun üzvləri tərəfindən imzalanır və onları qəbul edəcək dövlət arxiv xidməti təşkilatının təsdiqinə göndərir. Təsdiq edildikdən sonra həmin siyahıların bir nüsxəsi nəzarət sənədi kimi dövlət arxiv xidməti təşkilatında saxlanılır, digər nüsxələri isə Mərkəzi Filiala qaytarılır. Arxiv sənədlərinin dövlət mühafizəsinə qəbulu həmin siyahılar üzrə aparılır.
7.6. Saxlanma müddəti başa çatmamış və ya daimi saxlanmalı olan sənədləri mühafizə üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası”na uyğun olaraq dövlət arxiv xidməti təşkilatına təhvil verilir.




  1. Yüklə 58,68 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin