Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3.48 Mb.
Pdf просмотр
səhifə1/23
tarix23.12.2016
ölçüsü3.48 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23

Say 3 (14) • 2015 | STRATEJİ TƏHLİL 
1
STRATEJİ 
TƏHLİL 
Azərbaycan Respublikasının daxili və xarici siyasətinə
beynəlxalq münasibətlərə dair analitik jurnal
Say 3 (14) • 2015

STRATEJİ TƏHLİL | Say 3 (14) • 2015

Mərkəzin qeydiyyat sayı: 1107-Q19-2445
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Jurnalın qeydiyyat sayı: 3236
Tiraj: 500
Sifariş: 117
ISSN: 2078-8037
Elmi redaktor: 
Tahirə ALLAHYAROVA 
fəlsəfə üzrə elmlər doktoru
Redaktor: 
Aqşin MƏMMƏDOV
filologiya üzrə fəlsəfə doktoru
Dizayner:
İntiqam MƏHƏMMƏDLİ
NƏŞRİYYAT:
CBS PP MMC
STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN NƏŞRİ
Redaksiyanın ünvanı:
Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1005 | M.İbrahimov küçəsi 8 | Strateji Araşdırmalar Mərkəzi
Telefon: (+99412) 596 82 36 | Faks: (+99412) 437 34 58  
E-poçt: strateji_tehlil@sam.gov.az | İnternet ünvanı: www.stj.sam.az
© Strateji Araşdırmalar Mərkəzi, 2015

Say 3 (14) • 2015 | STRATEJİ TƏHLİL 
3
Redaksiya Heyəti
Redaksiya Heyətinin sədri:
RAMİZ MEHDİYEV  
AMEA-nın akademiki
Redaksiya Heyətinin üzvləri: 
URXAN ƏLƏKBƏROV   
AMEA-nın akademiki
ZİYAD SƏMƏDZADƏ  
AMEA-nın akademiki
BƏXTİYAR ƏLİYEV  
AMEA-nın müxbir üzvü
ƏLİ HƏSƏNOV      
tarix üzrə elmlər doktoru, professor
RƏBİYYƏT ASLANOVA   
fəlsəfə üzrə elmlər doktoru, professor
SƏMƏD SEYİDOV  
psixologiya üzrə elmlər doktoru, professor
NOVRUZ MƏMMƏDOV
filologiya üzrə fəlsəfə doktoru
HİCRAN HÜSEYNOVA 
siyasi elmlər doktoru, professor
MUSA QASIMLI  
tarix üzrə elmlər doktoru, professor
FƏRHAD MƏMMƏDOV
fəlsəfə üzrə fəlsəfə doktoru
ZİYAFƏT ƏSGƏROV     
hüquq üzrə fəlsəfə doktoru 
RASİM MUSABƏYOV  
fəlsəfə üzrə fəlsəfə doktoru
GÜLŞƏN PAŞAYEVA  
filologiya üzrə fəlsəfə doktoru
STRATEJİ TƏHLİL 

STRATEJİ TƏHLİL | Say 3 (14) • 2015

MİLLİ  İNKİŞAFIN STRATEJİ  PRİORİTETLƏRİ
Akif  ƏLİZADƏ
Akademik elm  XXI əsrdə: yeni hədəflərə doğru
XARİCİ  SİYASƏT VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN APARICI  MEYİLLƏRİ
Adış MƏMMƏDOV
Böyük Britaniyada Şimali İrlandiya və İspaniyada Baskoniya probleminin 
müqayisəli təhlili
Mübariz AĞALAROV
Azərbaycan və beynəlxalq münasibətlər sistemi: qarşılıqlı əlaqələr tarixindən 
(XV-XVII əsrlər)
Nurlan ƏLİYEV 
Avropada qaçqın böhranı: Şərqi və Cənub-Şərqi Avropa dövlətləri ilə rəsmi 
Brüssel arasında gərginlik 
Aqil ƏHMƏDOV
İslam Əməkdaşlıq Təşkilatının müasir beynəlxalq münasibətlər sistemində 
yeri və rolu  
Сура ГУСЕЙНОВА
Проблемы сотрудничества Европейского Союза и  Азербайджанской 
Республики   в формировании новой архитектуры европейской 
безопасности
Айтен РАМАЗАНОВА 
Геополитические интересы  Турции и ее участие в обеспечении мира и  
стабильности  в регионе Южного Кавказа
9
29
41
51
65
89
99
MÜNDƏRİCAT  |  CONTENTS  |  СОДЕРЖАНИЕ

Say 3 (14) • 2015 | STRATEJİ TƏHLİL 
5
117
127
135
147
    
157
  
171
187
 195
MİLLİ DÖVLƏT VƏ QLOBAL GEOSİYASİ MƏKANIN ÇAĞIRIŞLARI
Qədir XƏLİLOV
Dövlət hakimiyyətinin yerli özünüidarəetməyə verilməsi və həvalə 
edilməsinin hüquqi aspektləri
Cəsarət VALEHOV
Dəyişən paradiqma: universitetlərin beynəlmiləlləşmə strategiyaları
Aqil VƏLİYEV
İnformasiya əsrində mədəni diplomatiya və Azərbaycan
Севиндж МАМЕДЛИ
Современные подходы к изучению политических элит  
и Азербайджанская элитология
Назим МАХМУДОВ
Особенности влияния социальных медиа на современный терроризм
QLOBAL VƏ MİLLİ  İQTİSADİ SİSTEMLƏRİN AKTUAL MƏSƏLƏLƏRİ  
Kamran ABDULLAYEV 
Azərbaycan Respublikasında nəqliyyat sektoru üzrə özəl sahibkarlığın yaradılması 
məsələləri: reallıq və perspektivlər
TARİX, FƏLSƏFƏ, MƏDƏNİYYƏT:  MÖVQELƏR, BAXIŞLAR
Qafar CƏBİYEV
Qədim alban məbədi Selenanın lokallaşdırılmasına dair
Yeganə  HACIYEVA
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin 
yüksəlişi və Azərbaycan dilinin mövqeyi
MÜNDƏRİCAT  |  CONTENTS  |  СОДЕРЖАНИЕ

STRATEJİ TƏHLİL | Say 3 (14) • 2015


Say 3 (14) • 2015 | STRATEJİ TƏHLİL 
7
MİLLİ  İNKİŞAFIN 
STRATEJİ  
PRİORİTETLƏRİ

STRATEJİ TƏHLİL | Say 3 (14) • 2015

Akademik elm  
XXI əsrdə: 
yeni hədəflərə 
doğru

Say 3 (14) • 2015 | STRATEJİ TƏHLİL 
9
Açar  sözlər:  Azərbaycan  elmi,  biliklər  cəmiyyəti,  qlobal  informasiya 
mübadiləsi,  elmi  potensial,  informasiya-kommunikasiya  texnologiyaları, 
Azərbaycan Milli Elmlər Akademiyası
Key  words:  Azerbaijan  science,  knowledge  based  society,  exchange  of 
global  information,  scientific  potential,  technology  of  information  and 
communication, Azerbaijan National Academy of Science
Ключевые  слова:  Азербайджанcкая  наука,  общество  знаний, 
глобальный обмен информацией, научный потенциал,  информационно-
коммуникационные  технологии,  Национальная  Академия  Наук 
Азербайджана 
Akademik elm  
XXI əsrdə: 
yeni hədəflərə 
doğru
Akif  
ƏLİZADƏ
Azərbaycan Milli Elmlər 
Akademiyasının prezidenti, 
akademik
president@science.az

STRATEJİ TƏHLİL | Say 3 (14) • 2015
10 
“Mən çox istəyirəm ki, Azərbaycan alimləri 
gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha 
fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi 
potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. ...Bu 
gün yeni texnologiyalar əsridir. O ölkələr ki bu 
texnologiyaların sahibidir, əlbəttə, onlar dünya 
miqyasında öz maraqlarını daha böyük dərəcədə 
müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sıra-
sında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın 
müxtəlif istiqamətlərində ən müasir texnologiya-
lar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim 
alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiya-
lar əsasında daha səmərə ilə qura bilsinlər”
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti 
Bəşəriyyətin qədim mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanda  
elmi biliklərin şərəfli tarixi ənənəsi vardır. Azərbaycan elmi XX  əsrdə – dün-
yada elmi-texniki inkişaf səviyyəsinin dövlətin mövcudluq qarantına çevril-
diyi bir dövrdə tarixi ənənələrini davam etdirmiş, şərəfli bir inkişaf yolu keç-
mişdir. Xüsusilə XX əsrdə bu zəngin elmi bazaya əsaslanaraq Azərbaycan 
Milli Elmlər Akademiyasının təsis edilməsi elmi araşdırmaların daha ardıcıl 
və sistemli şəkildə aparılmasına zəmin yaratmışdır. 70 illik yubileyini bö-
yük qürur və fərəhlə qeyd etdiyimiz Azərbaycan Milli Elmlər Akademiya-
sı  xalqımızın  intellektual  potensialının  səmərəli  təşkilində,  elmin  dövrün 
tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, 
fundamental  və  tətbiqi  elm  sahələrinin  inkişafında  xeyli  nailiyyətlər  əldə 
etmişdir.  Ötən  əsrin  70-80-ci  illərində  Azərbaycanda  yaranan  nüfuzlu 
elmi məktəblər, yalnız keçmiş SSRİ çərçivəsində deyil, dünya miqyasında 
elmi proseslərin inkişafına təkan verən çoxsaylı elmi uğurlar bilavasitə bu 
nailiyyətlərin göstəriciləridir.  Azərbaycan elmi XX əsrin son onilliyində çətin 
bir mərhələdən keçərək yeni bir müstəviyə qədəm qoymuşdur. 
Məlumdur ki, həmişə dövrün, zamanın böyük çağırışlarının işığında inki-
şaf etmiş, cəmiyyətin, insanlığın gələcəyə doğru hərəkatının önündə getmiş 
elmin müasir qlobal dünyada mahiyyəti dəyişmiş, onun üzərinə daha fun-
damental və mürəkkəb problemlərin həlli yollarını göstərmək məsuliyyəti 
qoyulmuşdur. Bu isə qloballaşma prosesləri kontekstində elmi informasiya-
nın, eləcə də informasiya texnologiyalarının gündən-günə dəyişən, sürətli 
inkişafından qaynaqlanır. Bu səbəbdən bu gün bizi dünya elminin ümumi 
inkişaf  tendensiyaları  kontekstində  Azərbaycan  elminin  müasir  vəziyyəti, 
mövcud problemləri, onların həlli və aradan qaldırılması yolları, elmimizin 
beynəlxalq elm məkanına uğurlu inteqrasiyası, ölkəmizin sosial-iqtisadi in-

Say 3 (14) • 2015 | STRATEJİ TƏHLİL 
11
kişafında onun yaxından iştirakı və s. kimi 
məsələlər daha çox düşündürür.
Yeni  dövrün  tələblərinə  müvafiq  ola-
raq  hazırkı  mərhələdə  Azərbaycan  elmi 
öz  inkişafının  islahatlarla  xarakterizə 
olunan  yüksəliş  mərhələsinə    qədəm 
qoymuşdur.  Xüsusi  qeyd  etmək  lazım-
dır  ki,  elmi  fəaliyyət  sahəsində  müasir 
dövrün  tələblərindən  irəli  gələn  islahat-
ların  keçirilməsi  müxtəlif  istiqamətləri 
özündə  birləşdirən  kompleks  tədbirlər 
planıdır.  İslahatlarda  əsas  məqsəd  möv-
cud  elmi  potensialın  müasir  tələblərə 
uyğun konsolidasiyası və bu sahədə op-
timal  idarəetmənin  həyata  keçirilməsidir. 
Bu  məqsəd  xaricdə  və  Azərbaycanda 
yaşamasından  asılı  olmayaraq  hər  bir 
azərbaycanlı alim və ziyalı qarşısında mü-
hüm tələblər irəli sürür, onların qarşısında 
mahiyyətcə yeni və məsul vəzifələr qoyur. 
Müasir dövr müstəqil Azərbaycan üçün 
intellektual  inkişaf  modelinə  əsaslanan 
biliklər  cəmiyyətinin  qurulması  ilə  xarak-
terikdir. Ümummilli lider Heydər Əliyevin 
memarı olduğu müasir Azərbaycan hazır-
da sosial-iqtisadi, ictimai-siyasi və mədəni quruculuq sahələrində sürətlə 
irəliləməkdə, regionun lider dövlətinə çevrilərək sivil dünyaya inteqrasiya 
olunmaqdadır. Bu sürətli inkişafın əsasında ölkəmizin təbii resursları ilə in-
tellektual potensialının vəhdəti, maddi kapitalı insan kapitalına çevirmək 
strategiyası dayanır.
Azərbaycanın  tarixində  dönüş  mərhələləri  və  zəfərlərlə  zəngin 
əlamətdar  səhifələr  az  olmasa  da,  son  100  ildə  xalqımızın  keçdiyi  tari-
xi inkişaf yolunda Elmlər Akademiyasının yaradılması müstəsna yer tutur. 
Azərbaycan  müstəqillik  yollarında  gələcəyə  doğru  irəlilədikcə,  milli  elmi 
təfəkkür mərkəzinin - Azərbaycanın intellektual ocağının yaradılması daha 
böyük əhəmiyyət daşıyır. Buna görə də akademiyanın 70 illik yubileyi yal-
nız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni 
həyatı üçün əlamətdar hadisədir. Biz daim ümummilli lider Heydər Əliyevin 
xatirəsini əziz tutaraq bir daha qeyd edirik ki, XX əsrdə bu elm məbədinin 
inkişaf  tarixinin  böyük  mərhələsi  məhz  bu  dahi  şəxsiyyətin  adı  ilə  bağ-
lı olmuş, Azərbaycan elmi məhz onun fəaliyyəti sayəsində uğurlara imza 
atmışdır.  Məhz  XX  əsrin  yetmiş-səksəninci  illərində  Ulu  Öndərin  gərgin 
fəaliyyəti  nəticəsində  Azərbaycan  cəmiyyəti  zamanın  meydana  çıxardığı 
maneələri aşa bilmiş, çətin prosesləri adlayaraq irəliyə doğru inkişaf etmiş-
Müasir dövr müstəqil 
Azərbaycan üçün intellektual 
inkişaf modelinə əsaslanan 
biliklər cəmiyyətinin 
qurulması ilə xarakterikdir. 
Ümummilli lider Heydər 
Əliyevin memarı olduğu 
müasir Azərbaycan hazırda 
sosial-iqtisadi, ictimai-
siyasi və mədəni quruculuq 
sahələrində sürətlə 
irəliləməkdə, regionun 
lider dövlətinə çevrilərək 
sivil dünyaya inteqrasiya 
olunmaqdadır. Bu sürətli 
inkişafın əsasında ölkəmizin 
təbii resursları ilə intellektual 
potensialının vəhdəti, maddi 
kapitalı insan kapitalına 
çevirmək strategiyası dayanır.

STRATEJİ TƏHLİL | Say 3 (14) • 2015
12 
dir. Azərbaycan ziyalılığının görkəmli nümayəndələri, o cümlədən də elmi 
ziyalıların adlı-sanlı nəsilləri məhz Heydər Əliyev epoxasında yetişib forma-
laşmış, ölkəmizdə və dünyada tanınmışlar. Xüsusi vurğulamaq lazım gəlir 
ki, Azərbaycan Elmlər Akademiyasının 1975-ci ildə dövrün yüksək mükafat-
larından olan “Xalqlar dostluğu” ordeni ilə təltif edilməsi ölkə elminin bö-
yük masştabdakı yüksək nüfuzunun real göstəricilərindən idi.  Fəaliyyətinin 
bütün dövrlərində ölkənin inkişafında elm amilinə, ziyalı faktoruna dövlət 
siyasətinin ana müddəaları kimi yüksək dəyər verən, bu istiqamətdəki inki-
şafı cəmiyyətin diqqət mərkəzinə çəkən, elmin cəmiyyətdəki rolunu, priori-
tet istiqamətlərdə elmin yüksələn inkişafının təmin edilməsinin zəruriliyini 
dərindən dərk edən Heydər Əliyev demişdir: “İqtisadiyyat hansı vəziyyətdə 
olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının 
tarixi nailiyyətidir”. 
Qeyd  edək  ki,  1990-cı  illərin  əvvəllərində  baş  verən  proseslər,  yeni 
transformasiyalar  müstəqil  Azərbaycanın  yeni  doktrinasını,  prioritetlərini 
müəyyənləşdirmək zərurətini ortaya çıxardı. Müstəqil Azərbaycanın ideo-
loji, siyasi, iqtisadi sferalarda mövcud problemlərini müəyyənləşdirmək və 
həlli yollarını göstərmək ilk növbədə elmin vəzifəsi idi. Təəssüf ki, həmin 
illərdə  Azərbaycan  elminin  düşdüyü  ağır  vəziyyət  bu  funksiyanı  yerinə 
yetirməyə imkan vermirdi. 
Ən acınacaqlı fakt o idi ki, həmin dövrdə bəziləri yaranmış vəziyyətdən çı-
xış yolu tapmaq əvəzinə, Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs 
elm məbədi olan Akademiyanı bağlamaq kimi absurd fikirlər səsləndirirdilər. 
Azərbaycana rəhbərliyə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev ilk 
növbədə Azərbaycan cəmiyyətində ziyalı faktorunu yenidən ön mövqeyə 
çəkdi. Onun bu istiqamətdə atdığı addımlar ilk növbədə ölkəmizdə ziyalı 
mühitinin  qorunub  saxlanılmasına  və  möhkəmləndirilməsinə,  cəmiyyətin 
yenidən  qurularaq  inkişaf  etdirilməsinə  xidmət  etmişdir.  Bu  baxımdan 
onun 21 sen-tyabr 1993-cü il tarixində Azərbaycan Elmlər Akademiyasında 
ölkəmizin ziyalıları ilə keçirdiyi tarixi görüş təsadüfi deyildi. Həmin görüşdə 
Ulu Öndərin söylədiklərinin şərhə ehtiyacı yoxdur: “Mənə sədalar gəlir ki, 
Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə 
münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olur-
sa-olsun, elm inkişaf etməlidir”. Bu nitq yeni epoxanın ziyalı mühitini forma-
laşdırmaq, akademiyanın və bütövlükdə alimlərin taleyini həll etmək, ya-
radıcı qüvvələri cəmiyyət həyatına çəkmək baxımından xüsusi əhəmiyyətə 
malik idi.
Bu diqqət və qayğının davamı olaraq 1997-ci il yanvarın 31-də Heydər 
Əliyev Elmlər Akademiyasının bir qrup aparıcı alimlərini qəbul edərək, elm 
sahəsində islahatların aparılmasının vacibliyini vurğulamış, Azərbaycanda 
elmin inkişaf strategiyasının əsas müddəalarını müəyyənləşdirmişdi. 
Azərbaycan  Prezidentinin  15  may  2001-ci  il  tarixli  fərmanı  ilə  Elmlər 
Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verildi [1]. 
Əslində ümummilli lider Heydər Əliyevin bu fərmanı imzalamaqda məqsədi 

Say 3 (14) • 2015 | STRATEJİ TƏHLİL 
13
XXI əsrin müasir tipli və möhkəm əsaslara malik akademiyasının yaratmaq 
idi. Bu tarixi əhəmiyyətə malik olan fərmana əsasən postsovet məkanındakı 
akademiyalar arasında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiya-
sı “ali dövlət elmi təşkilatı” statusu qazanmışdır. Fərmanda əsaslandırılmış 
şəkildə xüsusi maddədə qeyd edilmişdir ki, “Azərbaycan Milli Elmlər Aka-
demiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, 
dövlətin  elmi  və  elmi-texniki  siyasətini 
həyata  keçirən,  Azərbaycan  Respublika-
sındakı  bütün  elmi  müəssisələrin  və  ali 
məktəblərin  elmi-tədqiqat  fəaliyyətini 
əlaqələndirən 
və 
istiqamətləndirən, 
Azərbaycan Respublikasını xarici ölkələrdə 
elmi  və  elmi-texniki  fəaliyyət  sahəsində 
təmsil edən ali dövlət elmi təşkilatıdır”. 
XX əsrin 90-cı illərində Heydər Əliyevin 
təşəbbüsü  ilə  azərbaycançılıq  ideyası 
dövlət  quruculuğunun  əsas  ideologiya-
sı  səviyyəsinə  qaldırıldı.  Dövlət  dilinin 
tətbiqi,  latın  əlifbasına  qayıdış,  Füzulinin 
və  “Kitabi-Dədə  Qorqud”un  yubileyləri, 
dünya azərbaycanlılarının forumu ilə bağlı 
qərar və sərəncamlar, azərbaycançılıq ide-
yasını daşıyan elm və sənət xadimlərinin 
dövlət  qayğısı  ilə  əhatə  olunması  və  s. 
neçə-neçə  tədbirlər  məhz  bu  məqsədə 
xidmət edən əməli addımlar idi.
Beləliklə, 
müstəqillik 
dövründə 
Azərbay-can  Respublikasında  cəmiyyət 
həyatının  bütün  sahələrində  olduğu  kimi,  elm  üzrə  də  dövlət  siyasəti  ya-
radıcı  şəkildə  davam  etdirilmişdir.  Zamanın  meydana  çıxardığı  çağırışla-
ra  uyğun  olaraq  yeni  hədəflərin  müəyyən  edilməsi  və  həyata  keçirilməsi 
ölkəmizdə bütövlükdə elmin, o cümlədən də Elmlər Akademiyasının inkişa-
fında müasir mərhələni formalaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin 
elmin inkişafı ilə bağlı müəyyənləşdirdiyi uzaqgörən siyasət Prezident İlham 
Əliyev  tərəfindən  yaradıcılıqla  inkişaf  etdirildi,  neft  kapitalının  insan  kapi-
talına  çevrilməsi  sahəsində  ardıcıl  tədbirlər  həyata  keçirilməyə  başlandı, 
milli  sərvətimizin  tükənməz  hissəsi  olan  elmi  potensialın  qorunması,  inki-
şaf  etdirilməsi  dövlət  siyasətinin  prioritet  istiqamətlərindən  birinə  çevrildi. 
Prezident İlham Əliyevin apardığı məqsədyönlü elm siyasəti mövcud elmi 
məktəblərin, ənənələrin qorunub saxlanılmasına və müasirlik əsasında yara-
dıcılıqla inkişaf etdirilməsinə təminat verdi.
Yeni  tarixi  mərhələdə  Azərbaycan  Milli  Elmlər  Akademiyasına  ölkə 
rəhbərinin imzaladığı sərəncamlarda qeyd edildiyi kimi, “fundamental və 
tətbiqi elmin mərkəzi”, “elmi-intellektual potensialın mili sərvət kimi for-
Ümummilli lider Heydər 
Əliyevin elmin inkişafı ilə 
bağlı müəyyənləşdirdiyi 
uzaqgörən siyasət Prezident 
İlham Əliyev tərəfindən 
yaradıcılıqla inkişaf 
etdirildi, neft kapitalının 
insan kapitalına çevrilməsi 
sahəsində ardıcıl tədbirlər 
həyata keçirilməyə başlandı, 
milli sərvətimizin tükənməz 
hissəsi olan elmi potensialın 
qorunması, inkişaf etdirilməsi 
dövlət siyasətinin prioritet 
istiqamətlərindən birinə 
çevrildi. 

STRATEJİ TƏHLİL | Say 3 (14) • 2015
14 
malaşdırılmasında,  elmin  strateji  istiqamətlərinin  müəyyənləşdirilməsi  və 
...yüksək ixtisaslı kadrların hazırlanmasında ...müstəsna rolu olan” əsas elmi 
qurum kimi xüsusi əhəmiyyət verilir. 
Prezident  İlham  Əliyevin  elmin  inkişafı  ilə  bağlı  qəbul  etdiyi  çoxsaylı 
qərarlar  sırasında  “2009-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  el-
min inkişafı üzrə Milli Strategiya” mühüm yer tutur [2]. Bu il həm də Elmin 
inkişafı üzrə Milli Strategiyanın icra müddətinin başa çatması ilidir. Elmin 
inkişafı üzrə bu strategiyanın həyata keçirilməsi prosesində bəzi obyektiv 
çətinliklər olsa da, bütövlükdə strategiyanın müasir Azərbaycan elminin in-
kişafında rolu olduqca böyük əhəmiyyət kəsb etmişdir. 
Ümumilikdə  Azərbaycan  Milli  Elmlər  Akademiyasındakı  müxtəlif 
görüşlərində  Prezident  İlham  Əliyev  ardıcıl  olaraq  elmin  Azərbaycan 
cəmiyyətinin inkişafında rolunun və iştirakının artırılması, genişləndirilməsi 
vəzifələrinin  həyata  keçirilməsini  zəruri  şərtlərdən  biri  kimi  irəli  sürmüş-
dür. Akademiyanın 60 illik yübileyi mərasimində Azərbaycan Respublika-
sının Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqində elmin cəmiyyət 
quruculuğunda, sosial-iqtisadi inkişafda yaxından iştirakının zəruriliyi aşa-
ğıdakı kimi qabarıq şəkildə ifadə olunmuşdur: “Müxtəlif ölkələrin tarixinə, 
keçmişinə, təcrübəsinə nəzər salsaq görürük ki, ölkənin inkişafını, potensi-
alını elmin inkişafı müəyyən edir. Nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, 
məhz  intellektual  potensial,  məhz  elmin  səviyyəsi  o  ölkələrin  tərəqqisini 
müəyyən edir və ölkəni inkişaf etmiş ölkəyə çevirir”.
Prezident  İlham  Əliyev  26  aprel  2011-ci  il  tarixində  Azərbaycan  Milli 
Elmlər Akademiyasının ümumi yığıncağında iştirak edərkən alimlər qarşı-
sındakı  nitqində  elmin  yeni  cəmiyyət  quruculuğundakı  roluna  daha  cid-
di  əhəmiyyət  verdiyini  bəyan  etmişdir:  “Müasir  dövlətin  qurulması  elmin 
inkişafı olmadan mümkün deyildir”. Dövlət başçısının fikrincə, ölkəmizdə 
dayanıqlı inkişafın və çoxşaxəli iqtisadiyyatın təmin edilməsində alimlər də 
öz sözünü deməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyevin elmin cəmiyyət quruculuğunda, ölkəmizin dinamik 
inkişafında daha fəal, əsaslı şəkildə inkişafı strategiyası genişlənməkdə və 
dərinləşməkdə davam etməkdədir. Azərbaycan Prezidentinin bu mövqeyi 
ölkəmizin elm siyasətinin konseptual əsaslarından birinə çevrilmişdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 noyabr 2015-ci 
ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimində 
yeni dövrdə davamlı və dayanıqlı inkişafın elmi əsaslar üzrə qurulması haq-
qındakı fikirləri ölkəmizin elm siyasətinin yeni çağırışların işığında cəmiyyət 
quruculuğuna doğru inkişafda daha üstün mövqeyə çıxmasını şərtləndirir. 
İqtisadiyyatın  yeni  modelinin  işlənib  hazırlanmasında  dövlət  qurumları 
ilə yanaşı, alimlərin də fəal iştirakı tələbi müasir inkişafın elmi əsaslarının 
zəruriliyini diqqət mərkəzinə çəkir. Dövlət rəhbərinin əsas tələbi bundan 
ibarətdir  ki,  düşünülmüş  elmi  əsaslar  inkişaf  etməkdə  olan  ölkə  iqtisa-
diyyatının yüksək templərini təmin etməli, daxili resusrlardan maksimum 
istifadənin  imkanlarını  üzə  çıxarmalı,  iqtisadiyyatın  uzunömürlülüyünə 

Say 3 (14) • 2015 | STRATEJİ TƏHLİL 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə