AZƏrbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ



Yüklə 173,21 Kb.
Pdf görüntüsü
tarix02.03.2017
ölçüsü173,21 Kb.
#9945

AZƏRBAYCAN RESPUBLİKASININ

 

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ

 

DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI

 

 

 

Q Ə R A R   № 150111500003

 

 



 

Bakı şəhəri                                                                                     “09” iyun 2015-ci il

 

 



 

Dövlət standartının təsdiq edilməsi haqqında

 

 



 

Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli 

Fərmanı  ilə təsdiq  edilmiş  “Beynəlxalq  (regional)  və  dövlətlərarası  standartların, 

normaların,  qaydaların  və  tövsiyələrin  Azərbaycan  Respublikası  ərazisində 

tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan 

Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq 

edilmiş  “Azərbaycan  Respublikası  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə 

Dövlət 


Komitəsi 

haqqında” 

Əsasnamənin 8.12 

və 8.45-cibəndlərini 

rəhbər 

tutaraq qərara alınır



 

1.  Beynəlxalq  standartlar  əsasında  hazırlanmış  aşağıdakı  dövlət  standartları 

təsdiq edilsin.

 

1.1.  AZS  731-1-2015 (OIC/SMIIC  1:2011) “Halal  qida.  Ümumi  rəhbəredici 



sənəd” (1 nömrəli əlavə).

 

1.2.  AZS  731-2-2015 (OIC/SMIIC  2:2011)  “Halal  sertifikatlaşdırmanı  həyata 



keçirən orqanlar üçün rəhbəredici sənəd” (2 nömrəli əlavə).

 

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu 



Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının Azərbaycan Respublikasının 

Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil  edilməsi  üçün  3  gündən  gec  olmayaraq 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

 

3. Texniki  tənzimləmə  və  standartlaşdırma  şöbəsinə  (N.  Tağıyev)  tapşırılsın 



ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının qeydiyyata alınmasını 

təmin etsin.

 

4. Azərbaycan 



Standartlaşdırma 

və 


Sertifikatlaşdırma 

İnstitutuna 

(S.Abdullayev)  tapşırılsın  ki, bu  Qərarın  1-ci  bəndi  ilə  təsdiq  edilmiş  dövlət 

standartının texniki  tənzimləmə  və  standartlaşdırma  üzrə  texniki  normativ  hüquqi 

aktların dövlət fonduna daxil edilməsini təmin etsin.

 

5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini 



bu Qərarla tanış etsin.

 

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.



 

 

 

Kollegiyanın sədri,

 

Azərbaycan Respublikası Standartlaşdırma,

 

Metrologiya və Patent üzrə Dövlət Komitəsinin

 

sədri

 

Ramiz Həsənov

 


 

 

 

 

 

 

Azərbaycan 



Respublikası 

Standartlaşdırma, 

Metrologiya 

və 


Patent 

üzrə 


Dövlət 

Komitəsinin 

Kollegiyasının  “09” iyun  2015-ci  il 

tarixli  “150111500003” nömrəli  Qərarı 

ilə təsdiq edilmişdir.

 

1 nömrəli əlavə



 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

 

DÖVLƏT STANDARTI

 

 

 

 



 

___________________________________________________________________________

__

 

 



 

HALAL QİDA

 

Ümumi rəhbəredici sənəd

 

 

 

AZS 731-1-2015

 

(OIC/SMIIC 1:2011)

 

 

 

___________________________________________________________________________

__

 

 

 

 

 

 

 

MÜQƏDDİMƏ

 

 

 

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə 



Dövlət 

Komitəsinin 

tabeliyində 

olan 


Azərbaycan 

Standartlaşdırma 

və 

Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.



 

2. 


Bu 

standart OIC/SMIIC 

1:2011 

“General 



guidelines 

on 


halal 

food” standartının autentik tərcüməsi əsasında hazırlanmışdır.

 

3.  Dövlət  standartında  müəyyən  edilən  tələblərin  beynəlxalq  standartlara, 



norma,  qayda  və  tövsiyələrə  və  digər  dövlətlərin  müvafiq  mütərəqqi  milli 

standartlarına,  elm,  texnika  və  texnologiyanın  müasir  nailiyyətlərinə  əsaslanmasını 



müəyyən  etmək  üçün  standartın  ilkin  yoxlama  müddəti  2020-ci  il,  dövrü  yoxlama 

müddəti 5 ildir.

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

 

___________________________________________________________________________

__

 

HALAL QİDA

 

ÜMUMİ RƏHBƏREDİCİ SƏNƏD                                                 AZS 731-1-2015

 

(OIC /SMIIC 1:2011)

 

GENERAL  GUİDELİNES

 

ON HALAL FOOD

 

___________________________________________________________________________

__

 

 

 

 

 

1 TƏTBİQ SAHƏSİ

 

Bu  standart,  islam  qaydalarına  uyğun  qida  məhsullarının  hazırlanması 



məqsədi  ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin 

edilməsi,  qablaşdırılması,  markalanması,  işarələnməsi,  nəzarəti,  yüklənib- 

boşaldılması,  nəql  edilməsi,  paylanması,  saxlanılması  və  xidmət  edilməsi 

mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaları əhatə edir.

 

Bu  standartdakı  bütün  qaydalar  ümumi  olub,  ölçüsü  və  mürəkkəbliyindən 



asılı olmayaraq qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq olunması tələb 

edilir.  Bura  xüsusən  qida  zəncirinin  bir  və  ya  daha  çox  mərhələsində  işləyən 

təşkilatlar da daxildir.

 

Bu 



standartın 

bütün 


təşkilatlarda 

tətbiqi 


əsasları 

Halal 


qidanın 

sertifikatlaşdırılması üzrə standartda göstərilmişdir.

 

 

 



2 NORMATİV İSTİNADLAR

 

Bu  standartda  aşağıdakı  normativ  sənədlərə  istinad  edilmişdir.  Aşağıda 



göstərilən, istinad edilən standartların tələbləri bu standartın tələbləri sayılır.

 

CAC/RCP  1  –  1969  Recomended  International  Code  of  Practice  –  General 



Prinsiples of Food Hygienic. (Qida gigiyenasının ümumi prinsipləri - Tövsiyə edilən 

beynəlxalq kodeks)

 

Codex Stan 1 – 1985 Codex general Standard for the Labeling of Prepackaged 



Food  (Qablaşdırılmış  yeyinti  məhsullarının  markalanması  üçün  ümumi  kodeks 

standartı)

 

CAC/RCP  58,  Code  of  hygienic  practice  for  meat  (Ət  üçün  gigiyenik  tətbiq 



kodeksləri)

 


ISO  22000,  Food  safety  management  systems  -  Requirements  for  any 

organization  in  the  food  chain  (Qida  təhlükəsizliyi  idarəetmə  sistemləri-Qida 

zincirindəki bütün təşkilatlar üçün tələblər)

 

ISO  22005,  Traceability  in  the  feed  and  food  chain  -  General  principles  and 



basic  requirements  for  system  design  and  implementation  (Yem  və  qida  zəncirinin 

izlənilməsi  -  Sistemin  layihələndirilməsi  və  tətbiqi  üçün  ümumi  prinsiplər  və  əsas 

tələblər)

 

 



 

3 TERMİN VƏ TƏRİFLƏR

 

Bu standartda aşağıdakı termin və təri flərdən istifadə edilmişdir.



 

Bu  mətndə  olmayan  termin  və  təriflər  üçün  istinad  edilən  standartlarda 

verilən termin və təriflər tətbiq edilir.

 

3.1 İslam qaydaları

 

Mənbəyini 



Qurani-Kərimdən 

və 


Məhəmməd 

peyğəmbərin 

(s.ə.s.) 

tətbiqlərindən  (sünnə)  alan  və  Allahın  (c.c.)  müsəlmanlar  üçün  əmr  etdiyi  bütün 

qaydalar.

 

3.2 Halal qida

 

İslam qaydaları çərçivəsində istehlakına icazə verilən və bu standartda verilən 



qaydalara uyğun olan qida və içkilər.

 

3.3 Zəruri proqramlar (PRP)

 

İnsanlar  üçün  istifadəyə  yararlı,  təhlükəsiz  qidaların  istehsalı,  yüklənməsi  - 



boşaldılması  və  tədarükü  zamanı  gigiyenik  şəraitin  təmin  edilməsi  üçün  zəruri 

şərtlər və fəaliyyətlər.

 

3.3.1 Lazımi istehsalat praktikası (GMP)

 

Qidanın  təhlükəsiz  və  sağlam  istehsalı,  saxlanılması  və  paylanması  üçün 



işləyən heyət və gigiyenanın yaradılması ilə əlaqəli fəaliyyətlər.

 

3.3.2 Lazımi gigiyena praktikası (GHP)

 

Qida  zəncirinin  hər  mərhələs  ində  istehsala  uyğun  qida  tədarükünü  təmin 



etmək məqsədilə görülən tədbirlər.

 

3.4 Qida təhlükəsizliyi

 

Qidanın  istifadə  məqsədilə  hazırlanması  və/və  ya  yeyiləcəyi  təqdirdə 



istehlakçıya zərər verməyəcəyini ifadə edən anlayış.

 

3.5 Qida zənciri

 

Xammal  və  mənşəyindən  başlayaraq  istehlak  mərhələsinə  qədər,  emal, 



istehsal, qablaşdırma, saxlanılma, daşınma, paylanma və marketinq də daxil olmaqla 

qida istehsalındakı bütün mərhələlər.

 

3.6 Qida əlavələri

 

Qidanın istehsal, əməliyyat, rəftar, qablaşdırma və ya saxlanılmasında istifadə 



edilən,  təbii  və  ya  süni,  əsas  xammallardan  fərqlənən,  qidanın  istehsalında  son 

məhsulu  inkişaf  etdirmək  üçün  istifadə  edilən  qidanın  dad,  iy,  görünüşü  və  ya  bir 

neçə xüsusiyyəti üzərində qoruyucu və inkişaf etdirici təsiri olan bütün maddələr.

 

3.7 Soyuq zəncir

 


Son  istehlakçıya  çatana  qədər  əsas  keyfiyyətini  qorumaq  üçün  soyuq  zəncir 

tələb edən qida məmulatları üçün zəruri olanı soyudaraq və donduraraq, payla nma 

və oxşar fəaliyyətlərdən ibarət olan əməliyyatlar.

 

3.8 Geni modifikasiya olunmuş qidalar (GMQ)

 

Geni  modifikasiya  olunmuş  məhsulları  və/və  ya  məhsulları  özündə 



birləşdirən  qida  və  içkilər.  Geni  modifikasiya  olunmuş  orqanizmlər  başqa  bir  canlı 

növünə aid genin bitkiyə, heyvana və mikrobioloji qaynağa gen quruluşu dəyişdirmə 

texnikaları  ilə  ötürməsi  ilə  və  xammalın  DNT-sində  (Dezoksiribonuklein  turşusu) 

edilən dəyişikliklərlə əldə edilir.

 

3.9 Su heyvanları

 

Suda yaşayaraq suyun xaricində həyatını davam etdirə bilməyən heyvanlar.



 

3.10 Amfibiyalar

 

Həm suda, həm də quruda yaşaya bilən heyvanlar.



 

 

 



4 MƏHSULLAR/XİDMƏTLƏR

 

Bu standart aşağıdakı məhsul və xidmətləri əhatə edir.



 

4.1. Ət və ət məhsulları;

 

4.2. Süd və süd məhsulları;

 

4.3. Yumurta və yumurta məhsulları;

 

4.4. Taxıl və taxıl məhsulları;

 

4.5. Bitki və heyvan mənşəli maye və qatı yağlar;

 

4.6. Meyvə-tərəvəzlər və onların məhsulları;

 

4.7. Qənd və qənnadı məmulatları;

 

4.8. İçkilər (Spirtsiz içkilər);

 

4.9. Bal və arıçılıq məhsulları;

 

4.10. Dietik əlavələr;

 

4.11. Qida əlavələri;

 

4.12. Fermentlər;

 

4.13. Mikroorqanizmlər;

 

4.14. Qablaşdırma materialları;

 

4.15. Qida sahəsində xidmət göstərən bütün təşkilatlar;

 

4.16. Balıq və balıq məhsulları;

 

4.17. Su;

 

4.18. Digəri.

 

 

 

5 QAYDALAR

 

5.1 Qidanın mənbəyi

 

5.1.1 Heyvan mənşəli qida

 

5.1.1.1 Halal heyvanlar

 

Aşağıdakılar halal heyvanlar olaraq qəbul edilir:



 

a)  Mal,  öküz,  qoyun,  keçi,  dəvə,  toyuq,  qaz,  ördək  və  hind  toyuğu 

əhliləşdirilmiş heyvanlar;

 


b)  Maral,  antilop,  dağ  keçisi,  mal  və  bunlar  kimi  yırtıcı  olmayan  vəhşi 

heyvanlar;

 

c) Göyərçin, sərçə, bildirçin, sığırçın və dəvəquşu kimi yırtıcı olmayan quşlar.



 

5.1.1.2 Halal olmayan heyvanlar

 

Aşağıdakılar halal olmayan heyvanlardır:



 

a) Donuz, it və oxşar növlər;

 

b) Allahın (c.c) adı anılmadan kəsilmiş heyvanlar;



 

c) İslam qaydalarına zidd olaraq kəsilmiş heyvanlar;

 

d) Öz-özünə ölmüş heyvanlar;



 

e ) Ovunu öldürmək və ya özünü müdafiə etmək üçün öndə buynuzu və ya 

uzun iti dişləri olan ayı, fil, meymun, qurd, aslan, pələng, bəbir, pişik, çaqqal, tülkü, 

sincab, kaftar, köstəbək, dələ, Amerika timsahı və timsah kimi heyvanlar ;

 

f)  Qırğı,  şahin,  qartal,  kərkəs,  quzğun,  qarğa,  çalağan,  bayquş  kimi  iti 



pəncələri olan yırtıcı quşlar;

 

g) Siçovul, çayan, əqrəb, ilan, vəhşi arılar, siçan və buna bənzər həşəratlar və 



zəhərli heyvanlar;

 

h) Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar ;



 

i) İslamda öldürülməsi qadağan olunan balarısı və şanapipik kimi heyvanlar ;

 

j) Uzunqulaq və qatırlar;



 

m)  Bilərəkdən  və  davamlı  olaraq  halal  olmayan  yemlə  bəslənən  ferma 

heyvanları;

 

k) Halal olmayan heyvanlardan əldə edilən hər hansı məhsullar halal sayılmır.



 

5.1.2 Su heyvanları

 

a) Pulcuqlu balıq növləri, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıqların 



kürüləri  və  onların  məhsulları  halaldır.  Digər  bütün  su  heyvanları  və  onların 

məhsulları halaldır. (Baxın 12.1.2.1)

 

b)  Sağlamlığa  zərərli  bütün  zəhərli  su  heyvanları  halal  sayılmır.  Zəhərli  və 



zərərli hissələri çıxarıldığı halda halaldır. (Baxın 12.1.2.1)

 

5.1.3 Amfibiyalar

 

Bütün amfibiyalar halal sayılmır.



 

5.1.4 Bitki mənşəli qidalar

 

Zəhərli  və  zərərli  bitkilərdən  başqa  bütün  bitkilər  və  onların  məhsulları 



halaldır.  Zəhərli  və  zərərli  bitkilərin  zəhərli  və  zərərli  hissə  ləri  çıxarıldığı  halda 

halaldır.

 

5.1.5 İnsan və heyvan mənşəli qan və digər maddələr

 

Hər növ qan və məhsulları halal sayılmır.



 

Sidik,  ətənə,  peyin,  qusuntu,  irin,  məni  (sperma)  insanlardan  və  heyvanların 

bədən dəliklərindən çıxan yumurta kimi hər növ çirkli maddələr halal sayılmır.

 

İnsan bədəninin hər hansı bir hissəsinin istehlakı halal sayılmır.



 

5.2 Kəsim qaydaları

 

5.2.1 Kəsim üçün nəzərdə tutulmuş heyvanda lazım olan şərtlər

 

a) Kəsim üçün nəzərdə tutulmuş heyvan halal heyvanlardan biri olmalıdır.



 

b)  Kəsim  üçün  nəzərdə  tutulmuş  heyvanın  sağlamlığını  göstərən  sənəd 

baytarlıq xidmətlərinə cavabdeh təşkilat tərəfindən təşkil edilməlidir.

 

c) Kəsim üçün nəzərdə tutulmuş heyvan kəsim zamanı canlı olmalıdır. Kəsmə 



prosesi heyvanların işkəncəsinə səbəb olmamalıdır.

 

d)  Standartda  baytarlıq  əməliyyatına  görə,  yalnız  halal  yem  ilə  bəslənmiş 



heyvanların kəsilməsinə icazə verilir.

 

e)  Heyvanlar  uzaq  yol  gəlibsə,  kəsimdən  qabaq  istirahətlərinə  icazə 



verilməlidir.

 

5.2.2 Qəssab

 

a)  Kəsim  işləri  aparan  qəssab  əqli  sağlam  və  heyvan  kəsiminin  tələb  etdiyi 



əsas qaydaları və şərtləri tam olaraq anlayan yetkin bir müsəlman olmalıdır.

 

b)  Kəsim  işləri  aparan  qəssabın  gigiyena-sanitariya  və  halal  kəsim  qaydaları 



mövzusunda  səlahiyyətli  orqan  (personalın  sertifikatlaşdırılması  üzrə  akkreditasiya 

olunmuş uyğunluğu qiymətləndirən qurum) tərəfindən verilmiş sertifikatı olmalıdır.

 

5.2.3 Kəsimdə istifadə olunan alət və vasitələr

 

a)  Kəsim  xətti,  qidaya  uyğun  vasitələr  təmiz  olmalı  və  yalnız  halal  kəsim 



məqsədilə istifadə edilməlidir.

 

b)  Heyvanın  başını  kəsmək  üçün  nəzərdə  tutulmuş  alətlər  iti  olmalı  və 



poladdan (paslanmayan polad) hazırlanmalıdır.

 

c) Kəsmə vasitələri kütləsi ilə deyil, iti hissəsi ilə kəsməlidir;



 

d) Sümük, dırnaq və dişlər dən kəsmək məqsədilə istifadə edilməməlidir.

 

5.2.4 Sallaqxanalar

 

Sallaqxanalar yalnız halal heyvan və halal kəsimlərə və Codex CAC-RCP 1 və 



ya İSO 22000 -də göstərilən zəruri proqramları təmin etməlidir. Sallaqxananın fiziki 

şərtləri milli qanunvericiliyə uyğun olmalı və aşağıdakılar təmin edilməlidir:

 

a) Kəsim sahəsində sağlamlıq baxışın aparılmasına uyğun mühit;



 

b)  Girişdə  heyvanı  qaldırmaq  üçün  elektriklə  işləyən  avtomatik  və  ya  əllə 

işləyən diyircəkli zəncir sistemi olan xüsusi bir sahə;

 

c) İşin davamlılığını təmin etmək üçün avtomatik, hərəkətli və ya əllə işləyən 



diyircəkli zəncir relsli sistem;

 

d)  Mal  və  qoyun-keçi  üçün  xüsusi  hazırlanmış,  işçilərin  heyvanın  dərisini 



soymaq və cəmdək hazırlanmasına kömək edən, asan və məhsuldar işi təmin edən, 

sabit və ya hərəkətli yükləmə platformaları və yükləmə sahələri;

 

e) Tərəzi qurğuları;



 

f) Cəmdək yuma qurğuları (əsasən avtomatik təzyiqli su);

 

g)  Çirkli  alətləri  (bıçaq,  asılqan  və  s.)  yumaq,  dezinfeksiya  və  sterilizə  etmək 



üçün hər zaman isti suyu olan qablar, antiseptik mayesi olan vannalar, ayaq, diz və 

ya fotoelementlə işləyən su kranın a taxılmış əlüzyuyan;

 

h) Müntəzəm istifadə edilən təmiz və təzyiqli su.



 

i)  Bütün  dezinfeksiyaedicilər  və  antiseptik  mayelər  halal  qida  sektorunda 

istifadəyə yararlı olmalıdır.

 

5.2.5 Sərsəmlətmə

 


a)  Heyvana  yönəldilmiş  hər  cür  sərsəmlətmə  və  beyin  zərbəsi  (huşun 

itirilməsi) qadağa olunmalıdır. Ancaq elektrik istifadəsi lazımi və tək çıxış yolu olsa 

(heyvanı  sakitləşdirmək  və  ya  onun  müqavimətini  qırmaq  kimi)  müqavimətini 

qırmaq  üçün  icazə  verilən  elektrik  cərəyanı  və  tətbiq  müddəti  bu  standartda 

göstərilən Əlavə A-ya uyğun olmalıdır.

 

b)  Qanadlı  quşlara  yönəldilmiş  hər  cür  sərsəmlətmə  və  beyin  zərbəsinin 



(huşun  itirilməsi)  tətbiqi  qadağa  olunmalıdır,  ancaq  elektrik  istifadəsi  lazımi  və  tək 

çıxış yolu olsa aşağıdakı şərtlər təmin edilməlidir:

 

i.  Qanadlı  quşlar  sərsəmlədildikdən,  sonra  (huşun  itirilməsi)  və  hətta  kəsim 



zamanında canlı və sağlam vəziyyətdə olmalıdır.

 

ii.  Əgər  zərurət  yaranarsa,  elektro-şokun  cərəyanı  və  müddəti,  əlavə  A-da 



göstərilən qaydada olmalıdır.

 

iii. Kəsimdən əvvəl ölən qanadlı quş ölü və haram kimi qəbul edilir. iv. İnsani 



rəftarla tətbiq olunduğu sübuta yetirilməlidir.

 

V. Kəsimdən sonra axan qanın miqdarı azalmamalıdır



 

5.2.6 Kəsim əməliyyatları

 

5.2.6.1 Heyvanların kəsim əməliyyatları

 

Maddə 5.2.1-ə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir.



 

5.2.6.1.1 Kəsimdən əvvəl heyvana sağlamlıq baxışı

 

Kəsimdən əvvəl baxış ilə yanaşı aşağıdakı qaydalar tətbiq edilir:



 

a) Kəsim üçün nəzərdə tutulmuş heyvana bu standartda göstərilən qaydalara 

uyğun ixtisaslaşdırılmış bir baytar tərəfindən nəzarət edilməlidir.

 

b) Hamiləlik müddətinin 1/3-ni başa vurmuş heyvanlar kəsilməməlidir.



 

5.2.6.1.2 Heyvanın təmizlənməsi və yuyulması

 

Kəsimə  göndərilən  heyvanlar  nəcisdən,  sidikdən  və  palçıqdan  təmizlənmiş 



olmalıdır.  Çirkli  heyvanlar  yarış  atlarının  saxlandıqları  yerlərdə  və  ya  yuyulmaq 

məqsədilə  xüsusi  ayrılmış  sahələrdə  təmizlənməlidir.  Heyvan  sulu  olarkən 

kəsilməməsi tövsiyə edilir.

 

5.2.6.1.3 Fərqli heyvanların qarışmağının qarşısının alınması

 

Fərqli  heyvanların  yarış  atlarının  saxlandıqları  yerlərə  gətirilməsi, 



təmizlənməsi  və  sallaqxanaya  gətirilməsi  zamanı  qarışmamağına  xüsusilə  diqqət 

yetirilməlidir.

 

5.2.6.1.4 Heyvanın kəsim sahəsinə aparılması

 

Kəsiləcək  heyvan  dəhliz  boyunca  ixtisaslaşdırılmış  heyət  tərəfindən  əziyyət 



verilmədən kəsim sahəsinə aparılmalıdır.

 

Heyvanın kəsim üçün aparıldığı dəhlizin sonunda, sırada gözləyən heyvanın 



əvvəlki  heyvanın  kəsilməsini  görməyinin  qarşısını  alan  hərəkətli  pərdələr  və  ya 

bölüm sistemləri olmalıdır.

 

5.2.6.1.5 Əməliyyat

 

a)  Heyvan  qaldırıldıqdan  və  ya  üzü  Qibləyə  (Məkkə  tərəfə)  baxacaq  şəkildə 



çevrilərək  sol  tərəfinə  yatırıldıqdan  sonra  kəsilməlidir.  Heyvan  qaldırıldıqda  və  ya 

uzadıldıqda  əziyyətin  azaldılmasına  qayğı  göstərilməli  və  bu  mövqedə  çox 

saxlanılmamaladır.

 

b)  Heyvanın  kəsimi  zamanı  qəssab  “Allahın  adı  ilə”  mənasını  verən 



“BİSMİLLAH”  kəlməsini  deməli  və  Allahın  adından  başqa  ad  deməməlidir,  əks 

təqdirdə  kəsim  halal  sayılmaz.  Sonra  hər  bir  heyvanın  kəsimində  halal  kəsim  üçün 

Allahın adı təkrar edilməlidir.

 

c) Kəsim hər heyvana sadəcə bir dəfə tətbiq edilməlidir. Heyvanın avtomatik 



bıçaqla kəsilməsinə, kəsim əsnasında bıçağın geri çəkilməməsi şərti ilə icazə verilir.

 

d)  Halal  kəsim  qırtlağın  (adəm  alması)  bir  az  altındakı  nöqtədən  və  uzun 



boyunlu heyvanlar üçün daha yuxarıdan yarılmağa başlanılmalıdır.

 

e)  Qanama  və  ölümü  sürətləndirmək  üçün,  kəsim  əsnasında  nəfəs  borusu 



(halqum),  qida  borusu  (mari),  boyun  arteriyası  və  şah  damarı  (wadajain) 

kəsilməlidir.  Qanama  özbaşına  olmalı  və  bitməlidir.  Qanama  müddəti  qanamanın 

bitməsinə və ölümün tam həyata keçirilməsi üçün kifayət etməlidir.

 

5.2.6.1.6 Cəmdək və içalata kəsimdən sonrakı baxış

 

Kəsimdən sonrakı baxış səlahiyyətli baytar tərəfindən aparılmalıdır. Cəmdək 



və  cəmdək  hissələrinin  sağlamlıq  və  gigiyena  şərtlərini  təmin  etməsi  üçün 

qiymətləndirmə CAC/RCP 58-də göstərilən tələblərə uyğun olmalıdır.

 

5.2.6.1.7 Cəmdəyin yuyulması və möhürlənməsi

 

Yuyulma,  qurutma,  soyudulma  və  dondurulma  müvafiq  alət  və  cihazlarla 



edilməlidir.  Möhürlənmə  halal  tərkibli  qidalarda  istifadəyə  yararlı  mürəkkəblə 

edilməlidir. Otağın ən aşağı temperatur həddi maksimum 4 ºC-də olmalıdır.

 

5.2.6.2 Quşların kəsilmə əməliyyatı

 

Maddə 5.2.1-ə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir.



 

5.2.6.2.1 Quşların sallaqxanaya aparılması və kəsimə verilməsi

 

Sallaqxanaya gətirilən quşlar mümkün olduqca ən qısa bir müddətdə kəsimə 



verilməlidir.

 

5.2.6.2.2 Kəsimdən qabaq quşlara sağlamlıq baxışı

 

Kəsimdən qabaq baxışa əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir:



 

a) Kəsiləcək quşlar bu standartda göstərilən qaydalara uyğun səlahiyyətli bir 

baytar  tərəfindən  nəzarət  edilməlidir.  Ölü,  xəstə  olduğu  təsdiq  edilən  və  ya  xəstə 

olduğu şübhəsini daşıyan quşlar dərhal karantin sahəsinə çıxarılmalı və qanuni işlər 

yerinə yetirilməlidir.

 

b)  Ölmüş  və  ya  ölmək  üzrə  olan  quşların  kəsim  xəttinə  girmədiyindən  əmin 



olmaq üçün nəzarət edilməlidir.

 

5.2.6.2.3 Əməliyyat



 

a)  Qəssab  qanadlı  quşun  başını  bir  əli  ilə  tutmalı,  möhkəm  aşağıya  doğru 

çəkməli  və  digər  əlində  tutduğu  iti  qəssab  bıçağı  ilə  boynunu  İslami  qaydalara 

uyğun kəsməlidir.

 

b)  Bunlara  əlavə  olaraq  Maddə  5.2.6.1.5-də  verilən  dini  qaydalara  riayət 



olunmalıdır.

 

5.2.6.2.3.1 Mexaniki kəsim

 


Mexaniki  kəsim  avadanlıqlarından  (mexaniki  bıçaqdan)  istifadə  etməklə 

kəsim aparıla bilməz.

 

5.2.6.2.3.2  Qanadlı  quşun  avtomatlaşdırılmış  emalı  ilə  məşğul  olan 

əməliyyat müəssisələrində əl ilə kəsim

 

Əl ilə kəsim mövcud yoxlama sistemi olduqda istifadə ed ilə bilər.



 

Məhsulun  üzərində  əl  ilə  kəsim  edildiyini  ifadə  edən  xüsusi  qeyd  yer 

almalıdır.

 

a) Qəssab yetkin bir Müsəlman olmalıdır;



 

b)  Qəssab  kəsimdən  əvvəl  hər  bir  qanadlı  quş  üçün  “BİSMİLLAH”  kəlməsi 

deməlidir;

 

c)  Quşun  başını  kəsmək  üçün  istifadə  edilən  bıçaq  tək  uclu,  iti  olmalı  və 



poladdan (paslanmayan poladdan) hazırlanmalıdır. Bıçaq üfüqi istiqamətdə hərəkət 

etməli, kütləsi ilə deyil, iti hissəsi ilə kəsməlidir;

 

d)  Qanamanı  və  ölümü  sürətləndirmək  üçün  kəsim  zamanı  qanadlı  quşun 



nəfəs  borusu  (halqum),  qida  borusu  (mari)  və  boyun  arteriyası  və  şah  damarı 

(wadajain) kəsilməlidir;

 

e) Qəssab hər bir qanadlı quşun düzgün şəkildə kəsildiyinə nəzarət etməlidir;



 

f) Qanama müddəti ən azı 180 saniyə olmalıdır.

 

5.2.6.2.4 Tükdən təmizləmə əməliyyatı

 

Tükdən  təmizləmə  əməliyyatını  asanlaşdırmaq  üçün  cəmdəklər  par 



əməliyyatından keçməlidir. Par əməliyyatında isti sudan və ya isti havadan istifadə 

edilir.


 

5.2.6.2.5 Cəmdəyə sağlamlıq baxışı

 

Kəsimdən sonrakı nəzarətə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilməlidir:



 

a)  Hər  cəmdəyə  yuyulduqdan  sonra  baxış  keçirilməlidir.  Baxış  üzv 

ölkələrdəki  ət  nəzarəti  qanunvericiliyi  və  baytarlıq  xidmətləri  standartlarına  uyğun 

olaraq aparılmalıdır;

 

b) Baxış nəticəsi şübhə yaradırsa, şübhəli nümunə analiz üçün laboratoriyaya 



göndərilməlidir. Bu halda cəmdək xüsusi olaraq ayrılmış yerdə uyğun temperaturda 

mühafizə edilməlidir. Laboratoriyanın analiz nəticələrinə əsasən qərar verilir.

 

5.2.6.3 Digər heyvanlar üçün kəsim

 

5.2.6.3.1  Balıqların  kəsilməsinə  ehtiyac  yoxdur.  Onlar  canlı  vəziyyətdə  sudan 



çıxarılmalı və ölümləri sudan kənarda həyata keçirilməlidir.

 

5.2.6.3.2  “BİSMİLLAH”  kəlməsi  deyərək  ovlanmış  və  uyğun  şəkildə 



öldürülmüş  halal  heyvanlar  halal  kəsilmiş  kimi  qiymətləndirilir.  Canlı  tutulan 

heyvanlar  İslam  qaydalarına  uyğun  olaraq  kəsilməlidir.  Yırtıcı  ov  heyvanları  və  ya 

ov quşları tərəfindən ölü olaraq tutulan heyvanlar və ya ölü heyvanın hər hansı bir 

parçası bu ov heyvanları tərəfindən yeyilmədiyi müddət də halal olaraq qəbul edilir, 

əks halda "Halal olmayan" şəklində qiymətləndirilir .

 

5.3 Ət və ət məhsulları

 


a)  Maddə  5.1.1.1-də  göstərilən  halal  heyvanların  cəmdəklərindən  və  maddə 

5.2.6.1  və  maddə  5.2.6.2-yə  uyğun  olaraq  hazırlanmış  ətlər  Maddə  13-dəki  qanuni 

qaydalara uyğun olmalıdır.

 

b)  Ət  və  ət  məhsullarında  qoruyucu  kimi  istifadə  edilən  qida  əlavələri 



tərkibində halal olmayan komponentlər ehtiva etməməli və ya İslam qaydalarından 

kənar həyata keçirilən, əməliyyata köməkçi maddələr də daxil olmaqla, hər hansı bir 

əməliyyatdan keçmiş olmamalıdır.

 

5.4 Süd və süd məhsulları

 

a)  Maddə  5.1.1.1-də  göstərilən  heyvanlardan  əldə  edilən  süd  və  süd 



məhsulları halaldır.

 

b) Qursaq mayası və jel atin kimi qida əlavələri halal olmayan məhsullardan 



emal edilməməlidir.

 

5.5 Yumurta və yumurta məhsulları

 

a) Maddə 5.1.1.1 və maddə 5.1.2-də göstərilən halal heyvanlardan əldə edilmiş 



yumurta və yumurta məhsulları halaldır.

 

b) Yumurta məhsulları halal olmayan tərkibə malik olmamalıdır .



 

c)  Balıq  kimi  kəsilməsinə  ehtiyac  olmayan  heyvanlardan  əldə  edilən  kürülər 

istehlak üçün təhlükəsiz olduğu halda halaldır.

 

5.6 Taxıl və taxıl məhsulları, bitki və heyvan mənşəli piylər və duru yağlar, 



meyvə-tərəvəzlər və ondan hazırlanan məhsullar, qənd və qənnadı məmulatlar

 

Bütün  qidalar,  halal  əməliyyatlardan  istifadə  edilərək  halal  mənşəli 



maddələrdən emal edilməlidir.

 

5.7 İçki

 

a) Zəhərli, bihuş edən və ya zərərli içkilərdən başqa hər növ su və spirtsiz içki 



halaldır.

 

b) Spirti özündə birləşdirən hər növ məhsul və ya içki, bişirmə məqsədli ya da 



şirniyyat qatışığı olaraq istifadə edilməsi belə İslam qaydalarına görə qadağandır.

 

c)  İçkilərdə  boyayıcı  və  qoruyucu  kimi  istifadə  edilən  qida  əlavəli  maddələri 



qidada istifadəyə uyğun olmayan və halal olmayan tərkiblərdən emal edilməməlidir 

.

 



5.8 Bal və arıçılıq məhsulları

 

a)  Arıların  bitkilərdən  yığaraq  ifraz  etdikləri  və  insan  sağlamlığına  zərərli 



olmayan arıçılıq məmulatları (bal, arı şanı, arı südü) halaldır. b) Balın içindən çıxan 

bal  arısının  hissələri  və  qarşısı  alınmayan  digər  parçalar  halal  olaraq  xarakterizə 

edilir.

 

5.9 Qida gücləndiriciləri



 

Qida  gücləndiriciləri  bitki  və  heyvanlar  kimi  halal  qaynaqlardan  emal 

edilməli və halal olmayan komponenti özündə birləşdirməməlidir.

 

5.10 Geni modifikasiya olunmuş qidalar (GMQ)

 

Halal  yeyinti  məhsullarının  istehsalında  genetik  modifikasiya  olunmuş 



bitkilərin genetik materiallarının istifadəsi qadağandır.

 

5.11 Qida əlavələri

 


Qida  qatqı  maddələri  də  qida  olaraq  qəbul  edilir.  Halal  olmayan  tərkiblə 

hazırlanmış qida əlavələri halal sayılmır.

 

5.12 Fermentlər

 

Xammal, emala kömək edən maddələr və ya son məhsul olaraq istifadə edilən 



fermentlər  halal  qaynaqlardan  əldə  edilməli  və  etiket  məlumatlarında  qeyd 

edilməlidir.

 

5.13 Mikroorqanizmlər

 

İnsan sağlamlığı baxımından zəhərli və / və ya zərərli (insanlar üçün patogen 



və  toksiki)  olanlardan  başqa  bakteriya,  göbələk,  maya  kimi  mikroorqanizmlər 

halaldır.  Qida  və  ya  qida  emalında  istifadə  edilən  mikroorqanizmlər  halal  mühitdə 

istifadə  olunaraq  istehsal  edilməlidir.  Mayanın  çıxarışı  və  ya  bunlardan  əldə  edilən 

digər məhsullar üçün pivə mayası istifadə edilməməlidir.

 

5.14 Qablaşdırma vasitələri

 

a)  Qablaşdırma  vasitələri  halal  olmayan  hər  hansı  bir  maddədən 



hazırlanmamalıdır.

 

b) Qablaşdırma vasitələri halal olmayan vəsaitlərə toxunmayan avadanlıqdan 



istifadə edilərək hazırlanmalı, işl ənməli və ya emal edilməlidir.

 

c) Hazırlama, istehsal, saxlanma və daşınma zamanı yuxarıda göstərilən a) və 



ya b) bəndindəki şərtləri təmin etməyən qablaşdırma vasitələri digər qidalardan və 

ya halal olmayan digər vasitələrdən fiziki olaraq ayrılmalıdır.

 

d)  Qablaşdırma  vasitələri  insan  sağlamlığına  zərərli  olaraq  qiymətləndirilən 



maddələri özündə birləşdirməməlidir.

 

5.15 Digər məhsullar

 

Yuxarıda  maddə  5.3  -  5.14-ə  daxil  olmayan  məmulatlar  halal  olmayan 



maddələrdən emal edilməməli, spirt və spirt məhsulları ilə işlənməməlidir (tərkibinə 

daxil olmamalı və onla rla təmasda olmamalıdır).

 

5.16 Qida xidməti göstərən bütün təşkilatlar

 

Bütün  qida  xidməti  və  müəssisələri  aşağıdakı  qaydaları  təmin  edərlərsə  , 



halaldır:

 

a)  Yalnız  Maddə  5-dəki  məmulat,  məmulat  qrupları  və  vəsaitlərlə  əlaqəli 



qaydaları təmin edirsə;

 

b)  Məhsulların  xidmət  və  satışı  zamanı  və  yalnız  halal  qida  üçün  istifadə 



edilən tamamilə ayrı vasitə və vəsaitlər;

 

d) Qidaların heç bir şəkildə spirtli içki ilə paylanmasına icazə verilmirsə;



 

c)  Əgər  bir  müəssisədə  halal  olmayan  məhsul  istehsal  edilirsə  və  halal 

istehsala  keçmək  planlaşdırılırsa,  halal  istehsala  başlamadan  İslam  qaydalarına 

(Əlavə  B)  görə  təmizlik  əməliyyatları  aparılmalıdır.  İstehsalın  əvvəl  halal  olmayan 

sonra yenidən halal istehsala çevrilməsinə icazə verilməməlidir.

 

 



 

6 QİDA EMALI

 

Bütün  emal  edilmiş  qidalar  aşağıdakı  qaydaları  təmin  etdiyi  halda  halal 



sayılır:

 


a)  İslam  qaydalarına  görə  məmulatlar  və  ya  onların  komponentləri  halal 

olmayan ünsür əks etdirmirsə;

 

b) Məmulatlar islam qaydalarına görə halal olaraq qəbul edilməyən hər hansı 



bir miqdarda hər hansı bir maddə özündə birləşdirmirsə;

 

c) Məmulat və komponentləri təhlükəsizdirsə;



 

d)  Halal  olmayan  vəsaitlərə  dəyməmiş  avadanlıq  və  vasitələrlə  hazırlanmış, 

işlənmiş və ya emal edilmişsə.

 

e)  Hazırlama,  istehsal,  saxlanma  və  daşınma  zamanı  İslam  qaydalarına  görə 



halal  olmayan  və  ya  yuxarıda  a),  b),  c)  və  d)  bəndindəki  şərtləri  təmin  etməyən 

qidalar digər vəsaitlərdən fi ziki olaraq ayrılmalıdır.

 

 

 



7 AVADANLIQLAR, VASİTƏLƏR VƏ İSTEHSAL

 

XƏTLƏRİ

 

a)  Halal  qida  əməliyyatında  istifadə  edilən  avadanlıqlar,  vasitələr  və  istehsal 



xəttləri  İslam  qaydalarına  görə  halal  olaraq  qəbul  edilməyən  vəsaitlərdən 

hazırlanmamalı  və  ya  bunları  özündə  birləşdirməməli  və  yalnız  halal  qidalar  üçün 

istifadə edilməlidir.

 

b)  Halal  olmayan  məmulat  çirklənmiş  bir  istehsalat  xəttinin  halal  istehsal 



xəttinə  çevrilməsi  halında,  gigiyena  və  sanitariya  qaydalarına  görə  yuyulmalı  və 

təmizlənməlidir.  Dəyişdikdən  sonra  istehsal  xətti  yalnız  halal  qida  üçün 

işlədilməlidir.  İstehsal  xəttinin  əvvəl  halal  olmayan  istehsala,  sonra  yenidən  halal 

istehsal xəttinə qaytarılmasına icazə verilməməlidir.

 

c)  Qida  ilə  təmasda  olan  avadanlıq  ların  və  cihazların  baxışı  zamanı  istifadə 



edilən  yağlar  qidada  istifadəyə  yararlı  yağlar  olmalı  və  halal  olmayan  component 

ehtiva etməməlidir.

 

d) məmulatın keyfiyyətinə və ya yararlığına təsir edən əməliyyatlarda istifadə 



edilən ölçmə və təcrübə cihazları kalibrlənməlidir.

 

8 SAXLANMA, NÜMAYİŞ, PAYLANMA VƏ DAŞINMA

 

a) Yığılan, nümayiş edilən, satılan və ya müştəriyə paylanan məhsul və bütün 



halal  qidaların  saxlanmasında,  daşınmasında  halal  olaraq  təsnifləşdirilməli  və 

arkalanmalı,  hər  mərhələdə  halal  olmayan  maddələrlə  qarışması  və  yoluxmasının 

qarşısı alınması üçün ayrı saxlanmalıdır.

 

b)  Daşınma  qidanın  xüsusiyyətinə  uyğun  olmalıdır.  Nəqliyyat  vasitələri 



gigiyena və sanitariya qaydaların a cavab verməlidir.

 

 



 

9 GİGİYENA SANİTARİYA VƏ QİDA TƏHLÜKƏSİZLİYİ

 

a)  Halal  qida  hazırlığının  əsas  şərtlərindən  biri  gigiyena  sanitariya  və  qida 



təhlükəsizliyidir.

 

b) Halal qidaların hazırlanması, istehsal prosesi, qablaşdırılması, daşınması və 



saxlanılması  Codex  CAC  /  RCP  1-ə  və  digər  müvafiq  kodeks  və  beynəlxalq 

standartlardakı  gigiyena  və  sanitariya  qaydalarına  uyğun  şəkildə  həyata 

keçirilməlidir.

 


c)  Gigiyena  və  sanitariya  üçün  istifadə  edilən  kimyəvi  maddələr  və  vasitələr 

halal qida sektorunda istifadəyə uyğun olmalıdır.

 

d) Qida təhlükəsizliyilə əlaqədar bütün tədbirlər halal qida  sektoruna uyğun 



olmalıdır.

 

10 YOXLAMA VƏ TƏSDİQLƏMƏ

 

10.1 Metodların yoxlanması və təsdiqlənməsi

 

Halal olmayan mənbələrin və tərkibin qiymətləndirilməsi məqsədilə aparılan 



müayinə və təcrübələr milli və beynəlxalq səviyyədə tanınan yoxlama və təsdiqləmə 

müayinə və təcrübə metodlarına uyğun olaraq həyata keçirilməlidir.

 

10.2 Proseslərin yoxlanması və məmulatın təsdiqi

 

a)  Halal  qidanın  istehsal  prosesləri  müvafiq  beynəlxalq  standartlarda 



göstərildiyi kimi yoxlanmalı və halal qida məmulatları Maddə 10.1-də təyin olunan 

metodlara görə təsdiqlənməlidir.

 

b)  Qablaşdırılma  maddə  12.1.2-də  göstərilən  markalanma  şərtlərinə  uyğun 



olmalıdır.

 

11 EYNİLƏŞDİRMƏ VƏ İZLƏNMƏ

 

a)  İstehsalın  bütün  mərhələlərində  müvafiq  yerlərdə  halal  qida  uyğun 



vasitələrlə  eyniləşdirilməlidir.  Halal  qidanın  statusu  monitorinq  və  ölçmə 

qaydalarına görə təyin olunmalıdır.

 

b)  İzlənmə  lazım  olduğu  hallarda,  məhsula  nəzarət  edilməli  və  ona  xas 



xüsusiyyəti qeydə alınmalıdır.

 

c)  Halal  qida  üçün  izlənmə  sisteminin  işlənib  hazırlanmasına  və  həyata 



keçirilməsinə dair əsas tələblər və prinsiplər ISO 22000, ISO 22005 və ya Codex CAC / 

RCP  1-də  təyin  edilib.  Qida  zəncirinin  hər  hansı  bir  mərhələsində  işləyən 

təşkilatlarda tətbiq oluna bilər .

 

 



 

12 BAZARA ÇIXARILMA

 

a) Saxlanılan, nümayiş edilən, satılan və ya müştəriyə paylanılan məhsullar və 



bütün halal qidalar halal olaraq təsnifləşdirilməli və markalanmalıdır.

 

b) Hər mərhələdə halal olmayan maddələrlə qarışması və yoluxmasına maneə 



törətmək üçün ayrı saxlanılmalıdır.

 

12.1 Qablaşdırılma və markalanma

 

12.1.1 Qablaşdırılma

 

a) Halal qidalar  maddə 5.14-dəki şərtləri təmin edən qablaşdırma vəsaitlərilə 



lazımi şəkildə qablaşdırılmalıdır.

 

b)  Qablaşdırılma  əməliyyatı  təmiz  və  gigiyenik  bir  şəkildə,  məmulatın 



təhlüksizliyin və keyfiyyətini qoruyacaq sağlam bir mühit və münasib temperaturda 

aparılmalıdır.

 

c)  Cəmdəklər,  ətin  keyfiyyət  və  təhlükəsiziliyinə  hər  hansı  bir  mənfi  təsiri 



olmayacaq  təmiz,  yeni,  möhkəm  və  qoxusuz  qablar  da  münasib  bir  şəkildə 

qablaşdırılmalıdır.

 

12.1.2 Markalanma

 


12.1.2.1  ISO  22000  və ya  Codex  CAC  /  RCP 1  və  CODEX  STAN  1-də  verilən 

qaydalara  əlavə  olaraq  aşağıda  verilən  məlumatlar  oxunula  bilən  və  silinməyən 

şəkildə  işarələnməli  və  ya  qaba  bu  məhsulları  özündə  birləşdirən  bir  etiket 

vurulmalıdır:

 

a) Məhsulun adı;



 

b) Tərkibi;

 

c) Son istehlak tarixi;



 

d) Netto kütləsi (kq, q) (Сİ sistemi);

 

e) Firmanın adı və ya ünvanı, idxal və / və ya paylayıcı və ticarət markası;



 

f) Tədqiqat üçün istehsal və partiya nömrəsini ifadə edən kod nömrəsi;

 

g) Ölkə;


 

h) Tələb olunan hallarda istifadə təlimatı;

 

i) Məhsul qursaq mayası və jelatin kimi heyvan mənşəli yağ, ət əvəzləyiciləri 



və  tərkiblərini  özündə  birləşdirirsə,  heyvan  mənşəli  bu  tərkiblər  məhsulun 

üzərindəki etiket məlumatlarında göstərilməlidir ;

 

j) Məhsulda GMO varsa, bu hal açıq şəkildə göstərilməlidir;



 

k)  Halal  işarəsi  varsa,  sənədin  və  sertifikatın  nömrəsi  məhsulun  üzərində 

göstərilməlidir;

 

l) Məhsulun vəziyyəti (qurudulmuş, təzə, dondurulmuş, hislənmiş və s.);



 

m)  Hər  cür  pulcuqlu  balıq,  krevet  (xırda  dəniz  xərçəngi)  və  pulcuqlu  balıq 

kürüsü və ondan hazırlanan məhsullar və onların əlavə məhsulları "pulcuqlu balıq" 

kimi  münasib  bir  şəkildə  markalanmalıdır.  Digər  bütün  su  heyvanları  və  onlardan 

hazırlanan  məhsullar  "pulcuqsuz  balıq  və  digərləri"  kimi  münasib  bir  şəkildə 

markalanmalıdır.

 

12.1.2.2  İlkin  xammal  üçün  ISO  22000  və  Codex  CAC  /  RCP1-  də  göstərilən 



qaydalara əlavə olaraq etiket və ya işarələmə aşağıdakı məlumatları əks etdirməlidir.

 

a) Kəsim tarixi;



 

b) İstehsal tarixi;

 

c)  Cəmdə  yin  üzərində  müvafiq  məlumatları  daşıyan  baytarlıq  sağlamlıq 



hesabatı / sertifikat nömrəsi;

 

d)  Möhür  dəyişdirilə  bilinməməli  və  möhürdə  istifadə  edilən  mürəkkəb 



silinməyən və qidadan istifadəyə yararlı olmalıdır;

 

e) Xüsusi kəsilmiş hər cəmdəyin (soyudulmuş və ya dondurulmuş) son paketi 



səlahiyyətli  təşkilatın  rəsmi  möhürü  və  səlahiyyətli  bir  adam  tərəfindən  kəsimin 

nüfuzlu orqan tərəfindən nəzarət edildiyini ifadə edən şəkildə möhürlənməlidir;

 

f)  Halal  işarəsi  istifadə  edildikdə  sənədin  və  sertifikatın  nömrəsi  məmulatın 



üzərində göstərilməlidir.

 

 

 

13 QANUNİ QAYDALAR

 

Məmulat  bu  standartda  verilən  qaydalardan  başqa  ölkədə  hal-hazırda 



qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olmalıdır.

 


 

 

 



 

Əlavə A

 

(məcburi)

 

 

 



Şəkil 1 – Elektriklə sərsəmlətmək üçün rəhbəredici parametrlər

 

Heyvan növü

 

Cərəyan

 

(Amper)

 

Müddət (Saniyə)

 

Toyuq



 

0,25-0,50

 

3,00-5,00



 

Quzu


 

0,50-0,90

 

2,00-3,00



 

Keçi


 

0,70-1,00

 

2,00-3,00



 

Qoyun


 

0,70-1,20

 

2,00-3,00



 

Dana


 

0,50-1,50

 

3,00


 

Cöngə


 

1,50-2,50

 

2,00-3,00



 

İnək


 

2,00-3,00

 

2,50-3,50



 

Buğa


 

2,50-3,50

 

3,00-4,00



 

Kəl


 

2,50-3,50

 

3,00-4,00



 

Dəvəquşu


 

0,75


 

10,00


 

Qeyd: Elektrik cərəyanı və müddəti heyvanın növü, kütləsi və digər 

dəyişən faktorlar nəzərə alınmaqla müəssisə tərəfindən təsdiqlənməli 

və təyin olunmalıdır.

 

 

 



Əlavə B

 

(Məcburi)

 

 

 



İslam qaydalarına görə təmizlik üsulu

 

B1. Ümumi qaydalar



 

İstənilən halda nəcis görünən və ya görünməz olsa da təmizlənməlidir. Nəcisi 

təmizləmək üçün:

 

a) Biri torpaqla qarışıq su olmaqla yeddi dəfə yuyulmalıdır;



 

b)  Bir  neçə  dəfə  yumaq  lazım  olsa  belə,  ilk  yuyulmadan  sonra  nəcis 

qalmamalıdır.

 

İlkin təmizlikdən sonra su qalmamalı və sonrakı yuyulma ikinci yuma olaraq 



qəbul edilməlidir;

 

c)  İstifadə  edilən  torpağın  miqdarı  yalnız  bir  suspenziya  əmələ  gətirməyə 



çatacaq qədər olmalıdır;

 

d) Üzərində torpaq olan məhsulların istifadəsinə icazə verilir.



 

B2. Torpaq ilə əlaqəli şərtlər

 

a) Nəcisdən kənar olmalı,



 

b) Müstəməl  (təyəmmüm üçün  istifadə  edilmiş) torpaq olmamalıdır. Şiddətli 

yağışın altında qalıbsa, istifadə edilə bilər.

 

B3. Su ilə əlaqəli şərtlər



 

a) Təbii olmalı,

 

b) İstifadə edilmiş



1

 olmamalı, c) Nəcisdən kənar olmalıdır.

 

 

 



 

 

1



 İstifadə edilmiş su iki qullahtan (təxmini 192 L) daha az təmizlik üçün istifadə 

edilmiş sudu

 

 

 

 

 

Azərbaycan 



Respublikası 

Standartlaşdırma, 

Metrologiya 

və 


Patent 

üzrə 


Dövlət 

Komitəsinin 

Kollegiyasının  “09” iyun  2015-ci  il 

tarixli  “150111500003” nömrəli  Qərarı 

ilə təsdiq edilmişdir.

 

 



Yüklə 173,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin