ccxxxii[232] 5 dekabr 2006-cı il tarixli 193-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 12, maddə 1024) ilə 125-ci maddəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 125. Karantin tədbirlərinin və baytarlıq-sanitariya tələblərinin pozulması
Yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq - sanitariya tələblərinin, yaxud dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarının epizootiya əleyhinə dair qərarlarının pozulmasına görə -
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.