AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix07.02.2020
ölçüsü2,31 Mb.
#30400
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
ixm az


240 
 
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər 
vurulmasına görə - 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs 
tətbiq olunur. 
 
Qeyd:  
1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 
promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, 
psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi 
halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 
müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilir. 
 
Maddə 334. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan 
şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik 
vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir 
göstərən digər maddələrdən istifadə olunması 
nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi 
 
334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs 
tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, 
psixotrop maddələrdən və ya güclü təsir göstərən digər 
maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə 
edilməsinə görə- 
beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək 
müddətə inzibati həbs tətbiq olunur. 
334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə-   

241 
 
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş 
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması 
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən 
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər 
vurulmasına görə- 
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına 
görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan 
iki ayadək müddətə inzibati həbs tətbiq olunur.   
334.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək 
hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş 
vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -  
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 
334.5. Bu Məcəllənin 334.4-cü maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin 
sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər 
çəkmiş şəxsə maddi zərər vurulmasına görə - 
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 
 
 
Maddə 335. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs 
tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün 
idarəetmə hüququ olmayan şəxsə verilməsi 
 
335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən 
nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan 
şəxsə verilməsinə görə- 
fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz 
manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə 
edilir. 

242 
 
335.2. Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə-  
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat 
məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 
335.3. Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş 
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması 
nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına 
görə- 
fiziki şəxslər yüz səksən manat məbləğində, vəzifəli şəxslər beş 
yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində 
cərimə edilir.   
335.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin 
daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ 
olmayan şəxsə verilməsinə görə - 
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz 
manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə 
edilir.  
335.5. Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə - 
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, 
hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. 
335.6. Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş 
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması 
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən 
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər 
vurulmasına görə - 
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz 
yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, 
xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir 

243 
 
ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min 
manat məbləğində cərimə edilir. 
 
Maddə 336. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs 
tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə olan şəxsə 
verilməsi 
 
336.1. Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə 
sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə 
etmək üçün həmin şəxsə verilməsinə görə- 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat 
məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 
336.2. Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə- 
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz 
manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində 
cərimə edilir. 
336.3. Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş 
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması 
nəticəsində fiziki və ya maddi zərər vurulmasına görə- 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində 
cərimə edilir.   
336.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin 
daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə - 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində 
cərimə edilir.  
336.5. Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 

244 
 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə - 
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz 
yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində 
cərimə edilir.  
336.6. Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş 
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması 
nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına 
görə - 
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min 
manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində 
cərimə edilir. 
 
Maddə 337. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs 
tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ 
olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi 
 
337.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və 
sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik 
hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün 
həmin şəxsə verilməsinə görə- 
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz 
manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində 
cərimə edilir. 
337.2. Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə- 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində 
cərimə edilir. 
337.3. Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş 
xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması 

245 
 
nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına 
görə- 
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz 
yüz manat məbləğində, hüquqi şəxslər səkkiz min manat 
məbləğində cərimə edilir.   
337.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin 
daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ 
olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə - 
fiziki şəxslər altı yüz manat məbləğində, vəzifəli şəxslər min 
manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində 
cərimə edilir. 
337.5. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə - 
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi 
şəxslər on iki min manat məbləğində cərimə edilir.  
337.6. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş 
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması 
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən 
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər 
vurulmasına görə - 
fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min beş 
yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, 
xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək 
müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on beş min 
manat məbləğində cərimə edilir. 
 
Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları 
tərəfindən yol hərəkəti qaydalarının pozulması 
 
338.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, 
yəni: 

246 
 
338.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə 
riayət edilməməsinə; 
338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin 
qarşısına qəflətən çıxılmasına; 
338.1.3. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı 
qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin 
tərk edilməməsinə görə- 
iyirmi manat məbləğində cərimə edilir.  
338.2. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol 
keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə- 
iyirmi manat məbləğində cərimə edilir. 
338.3. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə 
qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin 
bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat 
vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün 
nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə- 
otuz manat məbləğində cərimə edilir.  
338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol 
hərəkəti qaydalarının pozulmasına, yəni: 
338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət 
edilməməsinə; 
338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə 
mane olan yükün daşınmasına; 
338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin 
nişanlanması tələblərinin pozulmasına; 
338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən 
istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 
338.4.5. nasaz velosipeddən istifadə etməyə; 
338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 
338.4.7. keçid üstünlüyü hüququna malik olan olan nəqliyyat 
vasitələrinə yol verilməməsinə görə- 
qırx manat məbləğində cərimə edilir.  

247 
 
338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən 
tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 
338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 
338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla 
ötürülməsinə; 
338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at 
arabalarının (kirşənin) sürülməsinə; 
338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya 
nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol 
nişanlanması tələblərinə riayət edilməməsinə; 
338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq 
vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların 
bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə 
görə- 
qırx manat məbləğində cərimə edilir.  
338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə 
tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, 
narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən 
digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə 
törədilməsinə görə- 
yetmiş manat məbləğində cərimə edilir.  
338.7. Bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə 
tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına 
yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə 
maddi zərər vurulmasına görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.  
 
Maddə  339. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının 
aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı 
haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və 
cərimənin alınması qaydalarının pozulması 
 

248 
 
339.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən 
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət 
qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və 
ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə 
müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna 
olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət 
qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri 
qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat 
vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov 
qoyulması qaydalarını pozmağa görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat 
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.  
339.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, 
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət 
qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin 
sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb 
edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya 
qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin texniki 
baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin 
verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların 
həllindən qanunsuz olaraq imtina edilməsinə, yaxud texniki sazlığı 
haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə 
uyğun olmamasına görə- 
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.  
339.3. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 
haqqında ərizəyə baxılmamasına, yaxud baxılarkən 
süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə 
nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi 
imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə- 
iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.  
339.4. Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən bu 
Məcəllənin 150.4-cü maddəsinin tələbləri pozulmaqla cərimənin 

249 
 
inzibati xəta törətmiş şəxsdən müvafiq ödəniş sistemlərindən 
istifadə etmədən bilavasitə alınmasına görə - 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 
339.5. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında 
iş üzrə protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın bu 
Məcəllənin 122.1, 123.2, 124.1, 124.4-124.6, 125.4 və 126.3-cü 
maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra 
hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu 
Məcəllənin 122.1, 125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə 
tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının 
informasiya sisteminə göndərilməməsinə (yerləşdirilməməsinə) 
görə- 
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir. 
Qeyd: Şəxs bu Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş 
nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti 
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 
hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati 
məsuliyyətə cəlb olunduqda, 10 gün ərzində nəqliyyat vasitəsini 
dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu 
müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati 
məsuliyyətə cəlb olunmur.   
 
Maddə 340. Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının 
aparılması, texniki baxışın keçirilməsi və texnikanın 
sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması 
 
340.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və ya 
sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə 
texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən 
idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə 
müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna 

250 
 
olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət 
qeydiyyatından keçirməməyə görə - 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat 
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 
340.2. Bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş 
kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, 
texnikanın  qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat 
nişanının verilməsi ilə əlaqədar texnikanın sahibindən 
qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, 
texnikanın qeydiyyata alınmasında və ya qeydiyyatdan 
çıxarılmasında, yaxud texniki baxışının keçirilməsində və ya texniki 
sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol 
verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina 
edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu 
sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə -  
yüz əlli manatdan  iki yüz manatadək məbləğdə cərimə edilir.  
Qeyd: Şəxs bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş 
texnikanı dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda 
texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə 
cəlb olunduqda 10 gün ərzində texnikanı dövlət qeydiyyatından və 
ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin 
əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb 
olunmur. 
 
Maddə  341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin 
nəqliyyat vasitəsi barəsində qanunsuz hərəkətlər 
 
Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə 
tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə 
edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına 
yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-    
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.  

251 
 
Qeyd: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə 
tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsinin 
qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə 
inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir. 
 
Maddə 342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat 
vasitələrinin istismarı qaydalarının pozulması 
 
342.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat 
vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: 
342.1.1. nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə 
yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa; 
342.1.2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra 
biləcək söhbətdə iştirak etməyə; 
342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində 
olmamasına; 
342.1.4. hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki 
söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə; 
342.1.5. su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat 
vasitələrinə qəsdən sıçradılmasına; 
342.1.6. nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol 
örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü 
materiallarının, kimyəvi maddələrin, tikinti və digər materialların 
axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət 
etməyə; 
342.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat 
nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına; 
342.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini 
dayandırmamasına; 
342.1.9. yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat 
vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin 
daşınması üçün və ya təbii fəlakət yerlərinə getmək üçün, yaxud 
qanunla nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda yükdaşıyan 

252 
 
nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının 
əməkdaşlarına təqdim edilməməsinə; 
342.1.10. beynəlxalq yük daşımaları həyata keçirən yük 
avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) 
olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş 
taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən 
taxoqramları doldurmadan idarə edilməsinə görə- 
qırx manat məbləğində cərimə edilir.  
342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat 
vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 
342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan 
və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat 
vasitəsinin istismarına; 
342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın 
quraşdırılmasına və ya dəyişdirilməsinə; 
342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar 
üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər 
düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin 
əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə; 
342.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə 
icazə verilməyən örtüklərin çəkilməsinə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.  
342.3. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat 
vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər 
pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə 
görə - 
beş yüz manat məbləğində cərimə edilir. 
342.4. Bu Məcəllənin 342.3-cü maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə - 
min manat məbləğində cərimə edilir. 

Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin