AZƏrbaycan respublikasinin döVLƏt statiSTİka komiTƏSİ



Yüklə 4.91 Mb.
Pdf просмотр
səhifə1/9
tarix16.07.2017
ölçüsü4.91 Mb.
  1   2   3   4   5   6   7   8   9

 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ 
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ 
 
 
Məlumatlardan istifadə edərkən Azərbaycan Respublikasının 
Dövlət Statistika Komitəsinə istinad etmək lazımdır. 
Bu məruzə 2012-ci ilin ilkin məlumatlarını əks etdirir. 
 
 
 
 
 
SOSİAL, İQTİSADİ  
 
İNKİŞAF 
 
 
12 
 
YANVAR-DEKABR 
 
 
 
 
 
 
 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 
 
 

 
2012-Cİ İLDƏ ÖLKƏNİN İQTİSADİ VƏ SOSİAL 
İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ 
 
Ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə 
olunan inkişaf  2012-ci ildə də davam etmişdir. 
 
Ümumi daxili məhsul. Ölkənin inkişafını xarakterizə edən 
əsas makro göstərici-ümumi daxili məhsul istehsalı 2.2 faiz və ya 
müqayisəli qiymətlərlə 1.1 milyard manat artaraq 54.0 milyard 
manata çatmışdır. Ümumi daxili məhsulun 50.0 faizi sənaye 
sahələrində, 5.2 faizi kənd təsərrüfatı, ovçuluq və meşə 
təsərrüfatında, 9.2 faizi tikinti kompleksində, 8.4 faizi ticarət və 
pullu xidmət sahələrində, 5.5 faizi nəqliyyatda, 1.7 faizi rabitədə, 
13.8 faizi digər xidmətlər və sosial sahələrdə yaradılmış, 6.2 faizi 
məhsula və idxala xalis vergilərin payına düşmüşdür. 
 Qeyri-neft 
sektorunda ümumi daxili məhsul istehsalı 9.7 
faiz artmış, neft-qaz sektorunda isə 5.0 faiz azalmışdır. 
 
Hər nəfərə 5884.5 manatlıq (7490.5 ABŞ dolları)  əlavə 
dəyər istehsal olunmuş və 0.8 faiz artmışdır. 
 
Sənaye. Sənaye müəssisələrində çalışanların və  sənaye 
məhsulu istehsalı ilə məşğul olan fiziki şəxslərin səyi nəticəsində 
2012-ci ildə 2011-ci illə müqayisədə 2.3 faiz az, yaxud 33.9 
milyard manatlıq məhsul istehsal olunmuşdur. Sənaye 
məhsulunun 75.4 faizi istehsal olunmuş  mədənçıxarma 
bölməsində 43.0 milyon ton neft və 17.2 milyard kubmetr 
əmtəəlik qaz hasil olunmuşdur.  
 Emal 
bölməsində istehsal olunmuş  məhsul sənayenin 
ümumi məhsulunun 18.9 faizini təşkil etmiş  və bölməyə daxil 
olan məhsullardan qida məhsulları istehsalı 2.7 faiz, içki istehsalı 
7.8 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 61.0 faiz, geyim 
istehsalı 21.6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabı istehsalı 
11.7 faiz, kağız və karton  istehsalı 43.6 faiz, poliqrafiya 
məhsulları istehsalı 2.2 dəfə, rezin və plastmas məmulatları 
istehsalı 2.3 dəfə, tikinti materialları istehsalı 16.9 faiz, 
metallurgiya sənayesi məhsulları istehsalı 17.1 faiz, hazır metal 
məmulatları istehsalı 48.6 faiz, kompüter və digər elektron  
avadanlıqları istehsalı 8.0 dəfə, elektrik avadanlıqları istehsalı 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 
 

76.9 faiz, sair nəqliyyat vasitələri istehsalı 23.8 faiz, mebel 
istehsalı 2.3 dəfə, maşın və avadanlıqların quraşdırılması  və 
təmiri 40.1 faiz  artmışdır. 
 Payına sənaye məhsulunun 5.1 faizi düşən elektrik enerjisi, 
qaz və buxar istehsalı, bölüşdürülməsi və  təchizatı bölməsində 
elektrik enerjisinin istehsalı 6.8 faiz artmış  və 20.4 milyard 
kv.saat  elektrik enerjisi istehsal edilmişdir. 
 Su 
təchizatı, tullantıların təmizlənməsi və emalı 
bölməsində məhsul  istehsalı 1.3 faiz artmışdır. 
 
Sənaye məhsulu istehsalı qeyri-neft bölməsində 7.8 faiz 
artmış, neft-qaz  sektorunda isə 4.2 faiz azalmışdır.  
 
Kənd təsərrüfatı. 2012-ci ildə qarğıdalı da nəzərə 
alınmaqla 2802.3 min ton dənli və dənli paxlalılar, 968.5 min ton 
kartof, 1214.9 min ton tərəvəz, 809.8 min ton meyvə  və 
giləmeyvə, 428.0 min ton bostan məhsulları, 56.8 min ton 
pambıq, 150.1 min ton üzüm, 4.3 min ton tütün, 175.7 min ton 
şəkər çuğunduru, 567.9 ton yaşıl çay yarpağı, 20.0 min ton dən 
üçün günəbaxan istehsal olunmuşdur. 2011-ci illə müqayisədə 
343.8 min ton, yaxud 14.0 faiz çox dənli və dənli paxlalılar, 30.0 
min ton çox (3.2 faiz) kartof, 123 ton çox  tərəvəz, 44.0 min ton 
çox (5.7 faiz) meyvə  və giləmeyvə, 9.6 min ton az (14.4 faiz) 
pambıq, 13.1 min ton çox (9.6 faiz) üzüm,  50.0 min ton az (10.5 
faiz) bostan məhsulları, 691.0 ton çox (19.3 faiz) tütün, 33.8 ton 
çox (6.3 faiz) yaşıl çay yarpağı, 78.9 min ton az (31.0 faiz) şəkər 
çuğunduru, 56 ton çox (0.3 faiz) dən üçün günəbaxan istehsal 
olunmuşdur.  
 Heyvandarlıq sahəsində mal-qaranın baş sayı  və 
heyvandarlıq məhsulları istehsalı stabil olaraq artır. Yanvar 
ayının 1-nə iri buynuzlu mal-qaranın baş sayı 2703.9 min başa, 
qoyun və keçilərin baş sayı 8651.2 min başa çatmış, iri buynuzlu 
mal-qara sürüsündə  məhsuldar inək və camışların xüsusi çəkisi 
48.2 faiz təşkil etmişdir. 
 2012-ci 
ildə diri çəkidə 478.8 min ton ət, 1719.6 min ton 
süd, 1226.7 milyon ədəd yumurta, 16.5 min ton yun istehsal 
olunmuşdur. Ət istehsalı 4.3 faiz, süd istehsalı 6.0 faiz,  yumurta 
istehsalı 21.3 faiz, yun istehsalı 1.6 faiz artmışdır. 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 
 
 

 
Kənd təsərrüfatının ümumi məhsulu 5.8 faiz, o cümlədən 
bitkiçilik məhsulları istehsalı 5.8 faiz, heyvandarlıq məhsulları 
istehsalı 5.9 faiz artmışdır.  
 
Kənd  əməkçiləri 2013-cü ilin məhsulu üçün 1079.8 min 
hektar sahədə şum qaldırmış, 997.4 min hektar sahədə dən üçün 
taxıl səpmişlər. Dən üçün səpilmiş sahələrin 690.5 min hektarını 
buğda, 306.9 min hektarını arpa sahələri təşkil etmişdir. Ötən 
mövsümlə müqayisədə buğda səpilmiş sahələr 1.4 min hektar, 
arpa səpilmiş sahələr 39.6 min hektar artmışdır. 
 
Əsaslı tikinti. Tikinti kompleksində aparılan inşaat işləri 
üçün bütün maliyyə  mənbələrindən 15.3 milyard manat, yaxud 
2011-ci ildəkindən 18,0 faiz çox vəsaitdən istifadə edilmiş, o 
cümlədən 9.3 milyard manatlıq (17,5 faiz çox) tikinti-quraşdırma 
işləri görülmüşdür. Vəsaitin 6.6 milyard manatı, yaxud 43.4 faizi 
məhsul istehsalı obyektlərinin inşasına sərf olunmuş, 78.8 faizini 
və ya 12.0 milyard manatını daxili vəsaitlər təşkil etmişdir. 
 
İl ərzində ümumi sahəsi 1757.4 min kv.metr yaşayış evləri, 
47468  şagird yerlik ümumtəhsil məktəbləri, 15 çarpayılıq 
xəstəxana, növbədə 996 nəfəri qəbul edən ambulatoriya-
poliklinika müəssisəsi, 1115 yerlik məktəbəqədər təhsil 
müəssisəsi, 140 yerlik klub, Bakı  şəhərində Metal 
Konstruksiyalar zavodu, Heydər  Əliyev Mərkəzi, "Bakı Cristal 
Hall"  İdman-konsert kompleksi, "Qafqaz Baku City Hotel and 
Rezidences" və JW Marriott ABsheron", "Four Seasons" otelləri, 
Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris kompleksi, 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı 
filialının yeni Tədris kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin 
Hərbi hospitalı, Bərk məişət tullantılarının çeşidlənməsi və 
yandırılması zavodları, Tofiq Bəhramov adına Respublika 
Stadionu, "8-ci km Stadionu, Binə  qəsəbəsində Stadion, Zirə 
İdman kompleksi, Naxçıvan  şəhərində Poliklinika və Naxçıvan-
Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" 
zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və 
dəqiq emal mərkəzi zavodları, Astara rayonunda Olimpiya İdman 
kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil 
yolu, Beyləqan rayonunda Beyləqan- Kəbirli-Baharabad 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 
 

avtomobil yolu, Bərdə rayonunda Çörək istehsalı müəssisəsi, 
Yevlax-Bərdə avtomobil yolu, Cəlilabad rayonunda Dəyirman və 
Taxıl anbarı kompleksi, Olimpiya İdman kompleksi, İmişli 
rayonunda "Kraun-co" Taxıl anbarı kompleksi, Qazax rayonunda 
Konserv zavodu, Qusar rayonunda Mərkəzi xəstəxana,  Şəki 
rayonunda "Shaki Palace" oteli, Tərtər rayonunda Süd emalı 
zavodu, Tovuz rayonunda "Ayan Palace" oteli, Yevlax 
rayonunda Regional İnformasiya mərkəzi, Füzuli rayonunda 
Broyler fabriki, Soyuducu anbar kompleksi, Şahmat məktəbi və 
Su Elektrik stansiyası, Qusar rayonunda "Qusar-1" Su Elektrik 
stansiyası, "Zirvə" və "Qaya" otelləri və s. istifadəyə verilmişdir.  
 Tikintisinə əvvəlki illərdə başlanmış və 2012-ci ildə davam 
etdirilməsi məqsədəuyğun sayılmış, habelə yola saldığımız ildə 
inşasına başlanmış obyektlərdə tikinti işlərinin aparılması üçün 
dövlət büdcəsindən ayrılması  nəzərdə tutulmuş  vəsaitin 6462.2 
milyon manatından istifadə olunmuşdur. 
 
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı 
sahəsində  fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 
210.6 milyon ton yük və 1.6 milyard nəfər sərnişin daşınmış, 
2011-ci ilə nisbətən yük daşınması 3.5 faiz, sərnişin daşınması 
isə 8.4 faiz artmışdır. Yüklərin 10.9 faizi dəmir yolu, 56.1 faizi 
avtomobil nəqliyyatı, 27.1 faizi boru kəməri vasitəsilə, 
sərnişinlərin 87.6 faizi avtomobil nəqliyyatı, 12.1 faizi 
metropolitenlə daşınmışdır.  
 
İnformasiya və rabitə. Rabitə müəssisələri əhaliyə, idarə 
və  təşkilatlara 1.4 milyard manatlıq rabitə xidməti göstərmiş  və 
2011-ci illə müqayisədə 15.9 faiz artmışdır. Rabitə xidmətlərinin 
859.9 milyon manatı  və ya 12.2 faizi mobil rabitənin payına 
düşmüşdür.  
 
Ticarət və pullu xidmət. 2012-ci ildə əhaliyə 17.6 milyard 
manatlıq istehlak malları satılmış  və 9.6 faiz artmış, pullu 
xidmətlərin həcmi isə 8.0 faiz artaraq 5.8 milyard manata 
çatmışdır.  İstehlak bazarından alınmış  məhsulların 55.4 faizini 
ərzaq məhsulları, 44.6 faizini qeyri-ərzaq malları  təşkil etmiş, 
ərzaq məhsullarının satışı 2.1 faiz, qeyri-ərzaq mallarının satışı 
isə 20.7 faiz artmışdır.  Ərzaq məhsulları alınmasına çəkilmiş 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 
 
 

xərclərin 19.5 faizini  tərəvəz məhsulları, 17.9 faizini meyvə və 
giləmeyvə, 15.2 faizini ət və quş, 7.8 faizini çörək məmulatları, 
8.9 faizini qənd və  qənnadı  məmulatları, 7.6 faizini kərə yağı, 
süd və süd məhsulları  təşkil etmişdir. Qeyri-ərzaq malları 
alınmasına ödənilmiş  vəsaitin 22.4 faizi paltar və trikotaj, 16.1 
faizi neft məhsulları, 6.7 faizi avtomobillər, 5.6 faizi ayaqqabı, 
5.4 faizi elektrik malları, 6.5 faizi tikinti materialları alınmasına 
sərf edilmişdir. 
 2012-ci 
ildə ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta 
hesabla 1902.0 manatlıq və ya əvvəlki illə müqayisədə 158.7 
manat çox müxtəlif istehlak malları almışlar. 
 
Xarici ticarət. Dövlət Gömrük Komitəsinin məlumatlarına 
əsasən yanvar-noyabr ayları  ərzində ölkənin xarici ticarət 
dövriyyəsi 30.5 milyard dollar təşkil etmişdir.  Əmtəə 
dövriyyəsinin 72.3 faizini və ya 22.1 milyard dollarını ölkədən 
ixrac olunmuş mallar, 27.7 faizini (8.4 milyard dollarını) isə 
idxal məhsulları  təşkil etmiş, 13.7 milyard dollar məbləğində 
müsbət saldo yaranmışdır.  Əmtəə mübadiləsinin 89.6 faizi uzaq 
xarici ölkələrlə, 10.4 faizi MDB üzvü dövlətləri ilə aparılmışdır.  
 Ölkəyə idxal olunmuş malların 75.4 faizi (6.3 milyard 
dolları) uzaq xarici dövlətlərdən, 24.6 faizi (2.1 milyard dolları) 
MDB üzvü ölkələrindən daxil olmuşdur.  
 
İxrac olunmuş malların 95.0 faizi, yaxud 21.0 milyard 
dolları uzaq xarici ölkələrə, 5.0 faizi və ya 1.1 milyard dolları 
MDB üzvü dövlətlərinə göndərilmişdir. 2011-ci ilin müvafiq 
dövründəkindən daha çox çay, nərə kürüsü, şəkər, makaron 
məmulatları, meyvə-tərəvəz konservləri, təbii qaz  və s. ixrac 
olunmuşdur. 
 Xarici 
ticarət əməliyyatları İtaliya, ABŞ, Rusiya, Türkiyə, 
İsrail, Fransa, İndoneziya, Hindistan, Almaniya, Bolqarıstan, 
Ukrayna, Malayziya  dövlətləri ilə daha intensiv olmuşdur. 
 Yanvar-noyabr 
aylarında ölkəmizə 31.5 milyon dollarlıq 
humanitar və texniki yardım daxil olmuşdur. 
 
Xam neftin ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-in 
məlumatları  nəzərə alınmaqla yanvar-noyabr aylarında xarici 
ticarət dövriyyəsi 39.5 milyard dollara, o cümlədən ixrac 31.1 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 
 
10 
milyard dollara  bərabər olmuş  və 22.6 milyard dollar 
məbləğində müsbət saldo yaranmışdır. Ötən ilin müvafiq dövrü 
ilə müqayisədə xarici ticarət dövriyyəsinin 6.4 faiz azalması ilə 
yanaşı qeyri-neft məhsullarının ixracı 11.2 faiz artmışdır.  
 
İstehlak qiymətləri və xidmət tarifləri.  İstehlak 
mallarının qiymətləri və xidmət tarifləri dekabr ayında noyabrla 
müqayisədə 0.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 
1.3 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət 
tarifləri əvvəlki ayın səviyyəsində qalmışdır. 2012-ci ildə 2011-ci 
ilə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.1 
faiz, o cümlədən  ərzaq məhsullarının qiymətləri 0.8 faiz, qeyri-
ərzaq mallarının qiymətləri 1.0 faiz, xidmət tarifləri 1.2 faiz 
bahalaşmışdır. 
 
Əmək haqqı. Ölkənin iqtisadi və sosial sahələrində 
muzdla işləyənlərin orta aylıq  əmək haqqı 2011-ci ilin yanvar-
noyabr ayları ilə müqayisədə 9.1 faiz çoxalaraq 391.4 manat 
təşkil etmişdir.  İqtisadiyyatın ayrı-ayrı sahələrində  işləyənlərin 
orta aylıq  əmək haqqı daha yüksək olmuş  və  sənayedə 598.0 
manat, tikinti kompleksində 574.3 manat, nəqliyyat işçilərinin 
əmək haqqı 499.3 manat, informasiya və rabitə 620.7 manat 
təşkil etmişdir. 
 
Əhalinin gəlirləri. Ötən il əhalinin gəlirləri  əvvəlki illə 
müqayisədə 13.8 faiz artaraq 34.7 milyard manata, adambaşına 
düşən məbləği isə 12.2 faiz artaraq 3784.3 manata çatmışdır. 
Gəlirlərin 61.0 faizi son istehlaka, 8.6 faizi vergilər, sosial sığorta 
və könüllü üzvlük haqlarının ödənilməsinə, 29.3 faizi isə 
əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur.  
 
Büdcə. Maliyyə Nazirliyinin ilkin məlumatlarına  əsasən 
2012-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 15.7 
milyard manat vəsait daxil olmuş, bu dövrdə büdcədən 13.9 
milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 42.8 faizi, 
yaxud 6.0 milyard manatı iqtisadiyyatın inkişafına, 1.1 faizi (7.8 
milyard manatı) təhsilə, 11.5 faizi (1.6 milyard manatı) sosial 
müdafiə və sosial təminata yönəldilmişdir. 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 
 
 
11 
 Büdcənin gəlirləri ilə  xərcləri arasında yaranmış 1.7 
milyard manat məbləğində profisit ÜDM-də 3.6 faiz təşkil 
etmişdir. 
 
Əhalinin  əmanətləri.  Əhalinin banklardakı  əmanətləri 
2011-ci ilin on bir ayının göstəriciləri ilə müqayisədə 24.4 faiz 
artaraq 4.8 milyard manata çatmışdır.  Əmanətlərin 2.8 milyard 
manatını və ya 58.9 faizini milli valyuta, 2.0 milyard manatını isə 
xarici valyuta təşkil etmiş, vəsaitin 3.6 milyard manatı özəl 
banklara qoyulmuşdur.  
 
Kredit qoyuluşu. Yanvar-noyabr aylarında maliyyə-kredit 
təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş 
kreditlərin məbləği 22.2 faiz artaraq əvvəlki illərdə verilmiş 
kreditlər də  nəzərə alınmaqla 12.0 milyard manata çatmışdır. 
Kreditlərin 70.5 faizi uzun müddətə verilmiş, 6.3 faizinin ödəmə 
vaxtı keçmişdir.  
 
Manatın məzənnəsi. 2012-ci ilin dekabr ayında manatın 1 
ABŞ dollarına orta aylıq məzənnəsi 0.78 manat, 1 Avroya 1.03 
manat, 100 Rusiya rubluna 2.56 manat, orta illik məzənnə isə 
müvafiq olaraq 0.79, 1.01 və 2.53 manat olmuşdur. 
 
 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 
 
12 
MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 
 
 
                                                                                             
 
 
2012-ci ildə 
faktiki, 
milyon manat 
2012-ci il 
2011-сi ilə 
nisbətən, faizlə 
Ümumi daxili məhsul 
53 995,0 
     102,2 
   o cümlədən qeyri-neft     
   ÜDM-si   
28 474,9 
     109,7 
Sənaye məhsulunun (işlərin, 
xidmətlərin) ümumi həcmi 
33 929,0 
     97,7 
   o cümlədən qeyri-neft  
   sənayesi   
6 510,4 
     107,8 
Əsas kapitala yönəldilmiş 
vəsaitlər 
15 338,5 
     118,0 
   o cümlədən qeyri-neft    
   sektoruna   
11 690,5 
     118,3 
Kənd  təsərrüfatı məhsulu 
4 763,7 
     105,8 
Nəqliyyat sektorunda yük 
daşınması, mlyn. ton  
210,6 
     103,5 
   o cümlədən qeyri-neft     
   yüklərinin daşınması 
144,6 
     107,5 
İnformasiya və rabitə 
xidmətlərinin həcmi 
1 424,2 
     115,9 
Pərakəndə ticarət 
dövriyyəsi 
17 559,1 
109,6 
Əhaliyə göstərilən pullu 
xidmətlər 
5 828,1 
    108,0 
 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 
 
 
13 
...ardı 
 
2012-ci ildə 
faktiki, 
milyon manat 
2012-ci il 
2011-сi ilə 
nisbətən, faizlə 
Dövlət büdcəsinin gəlirləri
 
15 687,2
 x)
  
 
134,8
 xx)
Dövlət büdcəsinin xərcləri
 
13 940,1
 x)
122,4
 xx)
Dövlət büdcəsinin profisiti
 
1 747,1 

Əhalinin gəlirləri
 
34 723,9 
   113,8 
Hər nəfərə düşən  gəlirlər, 
manat 
3 784,3 
   112,2 
Bir işçiyə hesablanmış orta 
aylıq əmək haqqı, manat 
391,4
x)
109,1 
xx)
İstehlak qiymətlərinin indeksi 

101,1 
Statistika məlumatı
1)
 
 
Xarici ticarət dövriyyəsi, 
mlyn. ABŞ $ 
39 473,1
x)
93,6
3)
o cümlədən:  
 
     ixrac 
31 028,4
x)
92,6
3)
      ondan qeyri-neft məhsulu  
      ixracı 
1 477,8
x)
111,2
3)
    idxal
 
8 444,7
x)
   
97,3
3)
Gömrük məlumatı
2)
: 
 
 
Xarici ticarət dövriyyəsi, 
mlyn. ABŞ $ 
30 539,4
x)
88,7
3)
o cümlədən:  
 
    ixrac 
22 094,7
x)
85,4
3)
    idxal
 
8 444,7
x)
   
97,3
3)
Qeyd:  
 
1) 
Ölkə  sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında 
rəsmiləşdirilməyən xam neft və  təbii qazın həcmi və statistik qiymətləndirilmiş  dəyəri nəzərə 
alınmaqla. 
2)  
Xam neft və  təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac 
tarixi (ölkə sərhədini  keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac 
edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə 
dair məlumatlar daxil edilmişdir. 
3)
2012-ci ilin yanvar-noyabrı 2011-ci ilin yanvar-noyabrına nisbətən, müqayisəli qiymətlərlə;
x)  
2012-ci ilin yanvar-noyabrı;  
xx) 
2012-ci ilin yanvar-noyabrı 2011-ci ilin yanvar-noyabrına nisbətən;
 
 
 

REAL SEKTOR 
 
 
14 
Ümumi Daxili Məhsul 
 
İlkin hesablamalara görə 2012-ci il ərzində ölkədə 54,0 
milyard manatlıq və ya əvvəlki ildəkindən 2,2 faiz çox ümumi 
daxili məhsul istehsal olunmuş, onun əhalinin hər nəfərinə düşən 
həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) təşkil etmişdir.  
Bu dövrdə ölkə rezidentləri tərəfindən cari qiymətlərlə 
77,9 milyard manatlıq məhsul və xidmətlər istehsal olunmuşdur 
ki, bu da 2011-ci ildəkindən 4,5 milyard manat çoxdur. Məhsul 
istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 23,9 milyard 
manat və ya məhsul və xidmətlər buraxılışının 30,7 faizini təşkil 
etmişdir. 
Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda 
əlavə dəyərin 9,7 faiz artımı müşahidə olunmuş, onun ÜDM-də 
xüsusi çəkisi  əvvəlki ildəki 48,8 faizdən 52,7 faizədək 
yüksəlmiş, neft-qaz istehsalı  və emalı sahələrinin payı isə 47,3 
faiz təşkil edərək 5,0 faiz azalmışdır. 
Təhlil göstərir ki, neft sektorunda məhsul istehsalı 2011-ci 
ilin səviyyəsində qalsa idi ÜDM-in artımı 5,0 faizə yaxın ola 
bilərdi. 
Bununla belə, 2012-ci ildə  sənayenin qeyri-neft 
sahələrində  əlavə  dəyər 11,7 faiz,  turistlərin yerləşdirilməsi və 
ictimai iaşə sahələrində 18,8 faiz, tikintidə 18,0 faiz, informasiya 
və rabitədə 15,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə 
xidmətlər sahəsində 9,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və 
balıqçılıqda 5,8 faiz, sosial və digər xidmətlər sahəsində 5,4 faiz, 
nəqliyyat və anbar təsərrüfatında isə 5,0 faiz artmışdır. 
ÜDM-in 50,0 faizi sənayedə, 9,2 faizi tikintidə, 6,7 faizi 
ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 
5,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 5,2 faizi kənd 
təsərrüfatı, meşə  təsərrüfatı  və balıqçılıqda, 1,7 faizi turistlərin 
yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,7 faizi 
informasiya və rabitədə, 13,8 faizi sosial və digər xidmət 
sahələrində istehsal olunmuş, məhsula və idxala görə ödənilmiş 
xalis vergilərin payı isə 6,2 faiz təşkil etmişdir. 
 

REAL SEKTOR 
 
 
15 
Ümumi daxili məhsul istehsalı 
 
milyon manatla 
Yanvar-dekabr 
 
2012 2011
*
2012-ci il 2011-
ci ilə nisbətən, 
faizlə 
Ümumi Daxili Məhsul 53995,0 
52082,0 
102,2 
  Məhsulların istehsalı 34796,1 
34795,4 
99,5 
o cümlədən:  
 
 
Sənaye 27019,1 
28010,9 
96,2 
ondan:  
 
 
− mədənçıxarma sənayesi 23689,4 
24980,2 
94,9 
− emal sənayesi 2280,5 
2077,2 
105,3 
− elektrik enerjisi, qaz və buxar 
istehsalı, bölüşdürülməsi və 
təchizatı 980,5 
887,0 
111,6 
− su təchizatı, tullantıların 
təmizlənməsi və emalı 
68,7 66,5  101,3 
Kənd təsərrüfatı, meşə təsərrüfatı 
və balıqçılıq 
 
2783,1 
 
2643,5 
 
105,8 
Tikinti 4993,9 
4141,0 
118,0 

Каталог: new -> wp-content -> uploads -> 2013
2013 -> Azərbaycanda sosial təminat islahatları
uploads -> Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi
uploads -> İqtisadi və Sosial İnkişaf Mərkəzi (cesd)
uploads -> Sağlamlıq imkanları məhdud şəxslərin müdafiəsi ilə bağlı
uploads -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
uploads -> Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
uploads -> Sağlamlıq imkanları məhdud insanlar üçün sosial müavinətlər, tibbi xidmət və maddi yardım
uploads -> Kənd Təsərrüfatı İlində Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi
uploads -> Azərbaycanda sığorta sisteminin Ümumu Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2013 -> Əmək pensiyaları haqqında


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə