AZƏrbaycan respublikasi təLƏBƏ QƏbulu üZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 44.67 Kb.
Pdf просмотр
tarix01.01.2017
ölçüsü44.67 Kb.

 

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏLƏBƏ QƏBULU 

ÜZRƏ DÖVLƏT KOMİSSİYASI 

www.tqdk.gov.az      ●     wap.tqdk.gov.az 

 

ABİTURİYENTİN 



YADDAŞ 

KİTABÇASI 

(Azərbaycan Tibb Universitetinin  hərbi tibb məktəbinə  

feldşer ixtisası üzrə qəbul imtahanı üçün ) 

  

Aşağıdakıları imtahana gətirmək qəti QADAĞANDIR! 

 

 

 DİQQƏT!  İmtahan binasına giriş zamanı üzərində mobil 



telefon,  konspekt  və  digər  yardımçı  vasitələr  aşkar  olunan 

abituriyentlər  barədə  akt  tərtib  olunur,  onların  imtahan 

sənədləri alınır və imtahan binasına buraxılmırlar.  

İmtahan nəticələrinizi 



www.tqdk.gov.az 

internet 

səhifəmizdən öyrənə bilərsiniz! 

BAKI – 2014 


TQDK-2014 

 



ƏZİZ ABİTURİYENTLƏR! 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsilinizi davam etdirmək istəyinizi 



bəyənir və sizə uğurlar arzulayır! 

TQDK-


nın  məqsədi  qəbul  imtahanında  biliklərinizi  nümayiş  etdirmək  üçün  sizə  eyni 

şərait yaratmaq, imtahanda şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. 

 

Əgər yüksək bilik nümayiş etdirsəniz və imtahanın texnoloji tələblərinə düzgün əməl 



etsəniz, uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz. 

 

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA 



ƏMƏL ETMƏLİSİNİZ: 

 

1.



 

Siz  imtahan  günü  

əvvəl  buraxılış  vərəqənizdə  göstərilən  saatda imtahan verəcəyiniz  

binanın    qarşısına    gəlməli    (bina    haqqında    məlumat    İmtahana  buraxılış  vərəqənizdə 

göstərilmişdir), özünüzlə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan 

diyircəkli qələm və aşağıdakı   sənədləri gətirməlisiniz:  





“İmtahana  buraxılış vərəqəsi”ni;  



Şəxsiyyət vəsiqəsini; 

DİQQƏT!

 

Göstərilən  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında 

uyğunsuzluq olduqda imtahana  buraxılmayacaqsınız! 

İmtahan  sənədləri  ilə  ehtiyatla  davranın.  Onları  itirsəniz,  əzsəniz  və  ya  ləkələsəniz 

yenisi 

verilməyəcək.  



2.

 

Göstərilən  sənədləri  imtahan  binasının  giriş  qapısında  sənədləri  yoxlayan  mühafizə 

əməkdaşlarına təqdim edib, buraxılış vərəqənizdə göstərilmiş  müvafiq kodlu zala gedin. 

 

ABİTURİYENTİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 

 

1.



 

İmtahan zalında “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən sıra və yerdə oturduqdan 

sonra 

nəzarətçinin  izahatını  diqqətlə  dinləyin.  Aydın  olmadıqda  əlinizi  qaldırıb  



nəzarətçiyə müraciət edin. 

2.

 

İzahat  işi  qurtardıqdan  sonra  sizə  “Cavab  kartı”  paylanır.  “Cavab  kartı”nı  qara  və  ya 

 

tünd  göy 



rəngdə  yazan  mürəkkəb  axıtmayan  diyircəkli  qələmlə  doldurun.  “Cavab 

 

kartı”ndakı  məlumatlar  optik  qurğu  vasitəsilə  oxunur.  Ona  görə  də  “Cavab  kartı”  ilə 



 

işləyərkən  ehtiyatlı olun. Dairələri tam qaralayın, kartın  əks üzünün qabarmaması üçün 

 

qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.  



DİQQƏT!

 

Korlanmış “Cavab kartı” DƏYİŞDİRİLMİR. 

“Cavab 


kartı”nın 1-ci bölməsində  iş nömrəniz, soyadınız, adınız və atanızın adı çap 

edilmişdir.  Özünüz  haqqında  çap  edilmiş  həmin  məlumatları  yoxlayın.  Uyğunsuzluq 

aşkar etdikdə mütləq nəzarətçiyə müraciət edib məsələyə aydınlıq gətirin.  

2-ci b


ölmədə özünüz haqqında məlumatları yazın və qaydalara zidd hərəkətə yol 

verməyəcəyiniz barədə bu bölmədəki Bəyannamə ilə tanış olun. “Cavab kartı”nda çap 

edilmiş  məlumatların düzgünlüyünü və  Bəyannamə ilə tanış olduğunuzu öz imzanızla 

təsdiq edin. 



TQDK-2014 

 

3-



cü bölmədə sizə veriləcək “Sual kitabçası”nın variantı çap edilmişdir. 

4-

cü bölmədə iş nömrənizin hər bir rəqəmini ardıcıl olaraq damalara yazıb, hər bir 



damanın  altındakı  sütunda  uyğun  rəqəmi  tapıb,  onun  yerləşdiyi  dairəni  qaralayın.  Bu 

zaman diqqətli olun: hər sütunda yalnız bir dairə qaralanmalıdır. Bu bənddə həmçinin 

soyadınızı, adınızı, atanızın adını müvafiq sətirlərə yazın.  

3.

 

Sonra    sizə  “Cavab  kartı”nızın  3-cü  bölməsində  göstərilmiş  varianta  uyğun  “Sual 

kitabçası” paylanılır.  

DİQQƏT!

 

Sizə verilən "Sual kitabçası” “Cavab  kartı”nızın 3-cü bölməsində çap 

edilmiş  varianta  uyğun  olmazsa,  dərhal  nəzarətçiyə  müraciət  edin.  Belə  ki, 

imtahan 


nəticələriniz  qiymətləndirilərkən  cavablarınız  “Cavab  kartı”nızda  göstərilmiş 

varianta 

uyğun  “Sual  kitabçası”nın  doğru  cavabları  ilə  müqayisə  ediləcəkdir.  “Sual 

kitabçası”nın  sizə  düzgün  təqdim  olunmasına  əmin  olun.  Nəzarətçi  sual  kitabçasını 

açmağa  icazə  verdikdən  sonra  onu  vərəqləyərək  çap  qüsurlarının  olub-olmadığını 

yoxlayın. Belə qüsurlar varsa, nəzarətçiyə  müraciət edin. 



4.

 

“Sual 


kitabçası”nın üzərində iş nömrənizi, soyadınızı, adınızı, atanızın adını və imtahan 

verdiyiniz 

zalın kodunu mütləq yazın. 

5.

 

İmtahan  başlandı!”  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  2  saat 



vaxtdan 

səmərəli  istifadə  edin.  Cavabların  “cavab  kartı”nda  qeyd  olunması  (uyğun 

dairələrin qaralanması) üçün sərf olunan vaxt da imtahan müddətinə daxildir. 

6.

 

Cavablarınızı  yazarkən  hər  bir  sualın  cavabını  “Cavab  kartı”nda  həmin  suala  uyğun  

s

ırada  qeyd edin. “Sual kitabçası”nda hər suala verilmiş beş cavabdan (bunlar A, B, C, 



D,  E 

hərfləri  ilə  işarələnmişdir)  düzgün  hesab  etdiyiniz  yalnız  bir  cavabı  seçin  və 

“Cavab 

kartı”nda ona uyğun dairəni qaralayın. Əgər bir suala cavab olaraq iki və daha 



çox 

dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.  



Ballarınız  hesablanarkən  yalnız  “Cavab  kartı”nda  qaraladığınız  cavablar 

nəzərə alınır. 

 

DİQQƏT! Başqasının cavablarını  köçürməyin. Özünüz də diqqətli olun  ki,  sizin 

cavablarınızı  heç  kim  köçürməsin.  Nəticələriniz  yoxlanarkən  xüsusi  araşdırma 

zamanı  köçürmə  faktı  aşkar  edilərsə  həm  köçürənin,  həm  də  köçürməyə  şərait 

yaradan

ın imtahan nəticələri ləğv olunacaqdır.

 

7.

 

Hesablamaları  və qeydləri aparmaq üçün  “Sual kitabçası”nda kifayət qədər boş yerlər 

nəzərdə tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir. 

8.

 

İmtahanın  başlanmasından  1  saat  müddət  keçənədək  və  qurtarmasına  qalmış  son  15 



dəqiqə ərzində imtahan zalını tərk etmək qadağandır.  Qalan vaxt ərzində imtahanını 

yekunlaşdırıb getmək istəyən abituriyentlər “Cavab kartı” ilə birlikdə “Sual kitabçası”nı 

da  nəzarətçiyə  təhvil  verməlidir.  Yalnız  imtahanda  sona  qədər  iştirak  edən 

abituriyentlər “Sual kitabçası”nı özləri ilə apara bilərlər. 

9.

 

İmtahan qurtardı!” elan olunduqda “Cavab kartı”nızı mütləq nəzarətçiyə təhvil verin.  



10.

 

 “Cavab 


kartı”nı  nəzarətçiyə  təhvil  verdikdən  sonra  “İmtahana  buraxılış  vərəqəsi”ndə 

nəzarətçiyə  imza etdirməlisiniz. “Cavab kartı”ni nəzarətçiyə təhvil verməsəniz, imtahan 

nəticələriniz ləğv olunacaqdır.  

DİQQƏT!

 

“Cavab kartı”nın təhvil verilməsinə görə abituriyent şəxsən məsuliyyət 

daşıyır.

 


TQDK-2014 

 



11.



 

 Siz  Cavab 

kartlarının  sayılıb  zərfə  qoyularaq  bağlanmasında  iştirak  edib,  zərfin 

üzərindəki protokolu imzalaya bilərsiniz.  



 

ABİTURİYENTƏ QADAĞANDIR: 

 

-

 

sa

xta sənəd təqdim etmək;  



-

 

imtahana  mobil 

telefon,  kalkulyator,  konspekt,  lüğət,  cədvəl,  məlumat  kitabçası  və 

digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək; 



-

 

yandırıcı, partlayıcı, kəsici, deşici və digər bu növ əşyalarla imtahan binasına girmək, 

özü ilə siqaret gətirmək; 

-

 

s

ual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib 



yenidən geri dönmək; 

-

 

nizam-


intizam qaydalarını pozmaq; 

-

 

zalda  yerini  dəyişmək,    gəzişmək,  yerindən  durmaq  və  bu  kimi  hallarla  imtahanın 

gedişinə mane olmaq; 

-

 

başqasının  “Cavab  kartı”na,  “Sual  kitabçası”na  baxmaq  və  ya  öz  “Cavab  kartı”na, 

Sual kitabçası”na başqasının baxması üçün şərait yaratmaq;  



-

 

İmtahan başlandı!” elan olunan andan 1 saat müddətində və imtahanın qurtarmasına 



qalmış son 15 dəqiqə ərzində imtahandan getmək; 

-

 

nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 



-

 

c

avab kartını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq. 



Belə hallara yol verən abituriyentlər imtahandan  xaric olunacaq və onların  

imtahan nəticələri ləğv olunacaqdır. 

TQDK-


nın abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da  

aşkar etmək üçün müxtəlif üsulları vardır. 

Qəbul  Qaydalarında  hər  hansı  bir  pozuntuya  və  saxtakarlığa  yol  verməsinə  görə 

(saxta 


sənəd  təqdim  etmə,  köçürmə,  köçürməyə  şərait  yaratma,  imtahana  öz  yerinə 

başqasını göndərmə və qəbul qaydalarına zidd digər hərəkətlər) abituriyentin  imtahan 

nəticələrinin  ləğv  olunması  və  onun  haqqında  müvafiq  inzibati-hüquqi  tədbirlərin 

görülməsi nəzərdə tutulmuşdur. Siz “Cavab kartı”nın 2-ci bölməsində belə hallara yol 

verməyəcəyiniz barədə öz üzərinizə öhdəlik götürərək Bəyannamə imzalayırsınız. 

Əgər siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq 

nəzarətçiyə  müraciət  edin,  nəzarətçi  lazımi  ölçü  götürməzsə,  imtahan  rəhbərinin 

və ya TQDK-nın nümayəndəsinin zala gəlməsini tələb edin. 

Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi 

zamanı  nizam-intizam  yaratmaqdır.  İmtahanın  başlandığı  elan  edildikdən  sonra  sizin 

onlara  sual 

verməniz,  onların  sizə  yaxınlaşıb  hər  hansı  bir  məlumat  almaq  üçün 

müraciət etməsi imtahan qaydalarına ziddir.  



Nəzarətçi  müəllimlərin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun 

olmazsa,  bu 

barədə  imtahan  rəhbəri  zala  gəldikdə  ona  məlumat  verin.  İmtahan 

binasından  çıxdıqdan  sonra  imtahanın  gedişi  ilə  əlaqədar  şikayətlərə 

baxılmayacaqdır. 

 S

izə müvəffəqiyyətlər arzulayırıq! 

 

Document Outline

  • Aşağıdakıları imtahana gətirmək qəti QADAĞANDIR!
  • ƏZİZ ABİTURİYENTLƏR!
  • İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA
  • ƏMƏL ETMƏLİSİNİZ:
  • ABİTURİYENTİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR:



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə