Azərbaycan respublikasi təHSİLVƏ elm naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti nəzdində



Yüklə 91,5 Kb.
səhifə4/6
tarix07.05.2023
ölçüsü91,5 Kb.
#108975
1   2   3   4   5   6
Aytən-psixolgya

Sevinc və kədər
İnsanın həyatı yalnız sevincdən yox, kədərdən də ibarətdir. Xoşbəxtlik kimi bədbəxtlik də dərin həyəcanla müşayiət olunur. Lakin xoşbəxtlik fəlsəfi anlayış olduğu halda, bədbəxtlik fəlsəfi anlayış deyil. Psixoloqlardan fərqli olaraq filosoflar bədbəxtlik haqqında müzakirə açmırlar. Ona görə yox ki, onlar insan həyatına biganədirlər, sadəcə olaraq xoşbəxtlik anlayışı, onlara görə, ideala yaxındır. İnsanlar xoşbəxtliyi uğurdan ayıra bildikləri kimi, bədbəxtliyi dəşansın reallaşmamasından, bəxti gətirməməkdən fərqləndirməyi bacarırlar. Bəzən adi danışığımızda dərdi, bəlanı, dərin həyəcanları bədbəxtlik kimi tələffüz etsək də, bunun əsl bədbəxtlik olmadığını başa düşürük. Bədbəxtlik – fəciədir. Bu zaman insan öz istəklərini həyata keçirmək imkanından obyektiv və ya subyektiv səbəblər üzündən məhrum olur. Bəziləri hesab edirlər ki, iztirab çəkməyən adamlar xoşbəxtdirlər. Lakin bu, insanlıqdan uzaq haldır. İnsan qəlbi özgə iztirablarını başa düşməli, onlara şərik çıxmağı bacarmalı, imkan dairəsində kömək etməyə meylli olmalıdır. Yalnız iztirablarla qarşılaşdıqdan sonra insan həyatın rəngarəngliyini, onun yalnız sevincdən deyil, kədərdən də ibarət olduğunu dərk edir. Bədbəxtlik bəzən bəxti gətirməkdən daha çox, insanın pis xasiyyətli olmasının nəticəsidir. Heç kim səhv buraxmaqdan, günah işlətməkdən, xəstəliyə tutulmaqdan, pis adamların ona vuracağı zərbədən və yaxın adamlarını itirməkdən sığortalanmayıb. Bədbəxtliyin səbəbi də çox vaxt elə bunlar olur. Hər adamın həyatında sevincli və kədərli günlər mövcuddur. Xoşbəxtliklə bədbəxtlik bir-birini istisna etmir. Eyni cəmiyyətdə hamının eyni dərəcədə xoşbəxt olması mümkün deyil. Rəqiblərdən hansınınsa xoşbəxtliyi digərinin bədbəxtliyinə səbəb ola bilər. Çox vaxt insanlar xoşbəxtlikdən danışarkən yalnız şəxsi xoşbəxtliyi nəzərdə tuturlar. Çoxları isə hesab edirlər ki, insan məhz öz borcunu yerinə yetirdikdə xoşbəxt olur.
Bəzən həyatda insanın elə halları olur ki, o, cəmiyyət tərəfindən qınanılan və özünə heç bir zaman layiq bilmədiyi hərəkətləri etmək istəyir. Hətta özü elə vəziyyət yaradır ki, qanun-qaydaya riayət etməli olmasın. Bunu bir anlıq gözünün önünə gətirən insan özünü müstəqil və sərbəst hiss edir. O, hətta öz adətlərinə, vərdişlərinə də riayət etmir. Bəzi xalqların mədəniyyətində belə hallar üçün xüsusi şərait mövcuddur. Bu cür kütləvi formalardan biri karnavallardır. Karnaval zamanı insan maska taxır və tanınmayacağına əmin olduğu üçün özünü sərbəst aparır, istədiyi hərəkətləri edir və öz məqsədlərinə çatmaq üçün yollar axtarır. Belə «sərbəstliyə çıxma» iri həcmli tədbir olan karnavallarla yanaşı, kamera xarakteri daşıyan kiçik formalar, məsələn, lətifələr vasitəsilə də həyata keçirilir. Lətifələrin köməyilə «sarı simə» toxunan, çox incə mövzuların gülüş vasitəsilə ifşa olunmasına geniş şərait yaranır.
İnsanın həzz alma mənbələrinin çoxsaylı olmasına baxmayaraq, həzzin özü həmişə ani, müvəqqəti, qısamüddətli olur. O heç vaxt kifayət etmir.
Həzz – tələbat və maraqların təmin edilməsi ilə müşayiət edilən hiss və həyəcandır. Bioloji baxımdan həzz və iztirabların təsiri (rolu) onların adaptiv (uyğunlaşdırıcı) funksiya daşıması ilə müəyyən olunur. Həzz – orqanizmin tələbatlarına cavab verən fəallığı stimullaşdırır, həzzin yoxluğu və iztirab isə orqanizmi onun üçün təhlükə törədəcək təsirlərdən təcrid edir. Psixofizioloji baxımdan həzz tələbatların təmin edilməsi olub, daxili gərginliyin fiziki və psixi cəhətdən azalması və sönməsi ilə müşayiət olunur, orqanizmin zəruri funksiyalarının bərpa edilməsinə səbəb olur. Həzzin insan üçün faydalı olması müəyyən normativ mövqeyə gətirib çıxarır: həzz alma, məmnun olma orqanizm üçün ideal olduğundan insan bu halı əldə etməyə çalışmalıdır. Etikada belə mövqe hedonizm adlanır (yunanca «hedone» həzz deməkdir). Baxışlar sistemi və həyat tərzi kimi mövcud olan hedonizm o təsəvvürlərəəsaslanır ki, insan fəaliyyətinin əsas mənası və xoşbəxtliyin real təməli iztirablara qarşı ikrah hissi keçirmək və həzzə can atmaqdır.


Yüklə 91,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin