Saxsı istehsalı
Saxsı dedikdə, müxtəlif mineral qarışıqların formalaşması və ya formaya
tökülməsi, qurudulması və bişirilməsi proseslərindən sonra alınan məmulat başa
düşülür. Tətbiq sahələrindən asılı olaraq saxsı məmulatlar bir neçə qrupa bölünür:
1.
İnşaat saxsıları:
bu məmulatlar əsasən evlərin və digər binaların quraşdırılması
üçün nəzərdə tutulur. Bunlardan adi və deşikli kərpicləri, kərpic blokları, klinker
kərpicini, saxsı plitələri, drenaj və kanalizasiya borularını və s. göstərmək olar.
2.
İncə saxsılar:
əsasən farfor-fajans məmulatları – məişətdə işlədilən qablar, əl-üz
yuma vannaları, dekorativ məmulatlar, elektrotexnika saxsıları, laboratoriyalarda
işlənən saxsı qablar və s. bunlara misal ola bilər.
3.
Xüsusi saxsılar:
belə məmulatlar radio və aviasiya sənayesində, cihazqayırmada
işlədilir və xüsusi xassələrə malikdir.
4.
Odadavamlı saxsılar
: bu saxsılar 1000
o
C-dən yüksək temperaturda belə, öz
xassələrini dəyişmir. Onlardan yüksək temperaturda işləyən sobaların daxili hissəsini
örtmək üçün istifadə edilir.
38
5.
Üzlük saxsıları;
bu saxsılar binaların daxili və xarici divarlarını örtmək üçün
tətbiq olunan saxsılardır.
Saxsı sənayesi üçün tələb olunan xammalı iki qrupa bölmək olar:
1.
Plastik materiallar
. Bunlar elə materiallardır ki, su ilə qarışdırdıqda ona istənilən
formanı vermək olar və həmin formanı quruduqdan, yaxud bişirildikdən sonra saxlaya
bilər. Plastik xammalara ən yaxşı misal gildir. Gilin tərkibi çox böyük intervalda
dəyişir. Onun tərkibində əsasən alümosilikatlar, dəmir, kalsium, maqnezium və qələvi
metal oksidləri, elecə də titan oksidi olur. Gilin tərkibinə daxil olan əsas mineral
kaolinitdir: Al
2
O
3
· 2SiO
2
· 2H
2
Kaolin gili ən qiymətli xammal hesab edilir. Bu gilin əsas tərkibi kaolinitdən ibarət
olduğu üçün həm istiliyə, həm də kimyəvi maddələrə qarşı davamlı olur.
2.
Qeyri-plastik materiallar
. Bunlara kvars SiO
2
, maqnezit MgCO
3
, dolomit –
MgCO
3
· CaCO
3
, göl şpatları – (K. Na)
2
OX XAl
2
O
3
·6SiO
2
və s. aiddir.
Gilin plastikliliyini azaltmaq üçün ona kvars, qum, əzilmiş kərpic və kərpic
məmulatlar əlavə edilir.
Saxsı istehsalı başlıca olaraq aşağıdakı əməliyyatlardan ibarət olur: 1) xammalın
hazırlanması, 2) saxsı kütləsinin hazırlanması, 3) kütlənin formalaşdırılması, 4)
formaların qurudulması, 5) formaların bişirilməsi, 6) forma üzərinə naxışlar salınması,
yəni onun bədii tərtibatı.
Xammalın hazırlanması dedikdə onun zənginləşdirilməsi, xırdalanması,
üyüdülməsi, qarışdırılması və nəmləndirilməsi nəzərdə tutulur. Xırdalanma xüsusi
xırdalayıcılarda, üyüdülmə isə kürəcikli dəyirmanlarda aparılır. Xırdalanmış material
ələnir və beləliklə ona müəyyən qranulometrik tərkib verilir.
Saxsı kütləsinin hazırlanması dedikdə, xammalın müəyyən miqdar su ilə xüsusi
qarışdırıcılarda qarışaraq xəmirəbənzər kütlənin alınması başa düşülür.
Saxsı kütləsinin formalaşdırılması üç üsulla –
quru, yarımquru
və
plastik
üsullarla
aparılır. Quru formalaşdırma zamanı tozvarı kütlə pres altında sıxılıb müəyyən
formalara salınır. Yarımquru üsulda isə saxsı kütləsinə onun 4–16%-i qədər su əlavə
edilir və yenidən preslə sıxılaraq müəyyən formaya salınır.
Plastik üsulla formalaşdırma zamanı xəmirəbənzər kütlə hazırlanır və həmin kütlə
müxtəlif tipli maşın və ya preslərlə formalaşdırılır.
39
Formalaşdırılmış saxsı kütləsi müxtəlif növ quruducularda (kamera, tunel)
qurudulur.
Məmulatın bişirilməsi üçün müxtəlif bişirmə zonaları olan müxtəlif sobalardan
istifadə olunur.
1.Qızdırma zonası; bu zonada mexaniki əlaqəli və hiqroskopik su kütlədən ayrılır.
2.Kimyəvi əlaqəli və hidratasiya suyunun ayrılması zonası.
3. Xüsusi bişirmə zonası; bu zonada bütün kimyəvi proseslər gedir və forma
bərkiyir.
4. Bişirilmiş məmulatın soyuma zonası.
Dostları ilə paylaş: |