AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi məmmədova Səyyarə



Yüklə 1.14 Mb.
Pdf просмотр
səhifə1/6
tarix27.06.2017
ölçüsü1.14 Mb.
  1   2   3   4   5   6

 

 



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

 

RESPUBLİKA ELMİ PEDAQOJİ  KİTABXANASI 

 

Məmmədova Səyyarə 

 

 

 

 

Şagirdlərin mütaliə mədəniyyətinin 

formalaşdırılması  

 Sinifdənxaric oxu  

 

(METODİK VƏSAİT) 

 

 

 

 

 

 

 

 

 

 

-

BAKI-2014 


 

 

 



2  

 

 



Müəllif: Məmmədova Səyyarə Nazim qızı 

Redaktor: Məmmədova Ülkər İzbail qızı 

 

Metodik  vəsait  Azərbaycan  Respublikası  Təhsil  Naziri 

Mikayıl  Cabbarovun  “Ümumtəhsil  məktəbləri  şagirdlərinin 

mütaliə  vərdişlərinin  təkmilləşdirilməsi  və  onlarda  mütaliə 

mədəniyyətinin  formalaşdırılması  ilə  bağlı  tədbirlər  barədə” 

əmrinə əsasən hazırlanmışdır. 

 

 



Metodik  vəsaitdə  məktəblilərin  yaş  xüsusiyyətlərinə  görə 

mütaliə  mədəniyyətinin  formalaşdırılmasının  mərhələlərindən  bəhs 

olunur. Həmçinin vəsaitə kiçik, orta və böyük yaşlı şagirdlərə tədris 

olunan  Azərbaycan  dili  və  ədəbiyyat  fənlərinin  proqramları  ilə 

paralel  sinifdənxaric  oxu  materialları,  eləcə  də  şagirdlərin  müxtəlif 

elm  sahələrinə  aid  sorğularına  cavab  verəcək  soraq-məlumat 

nəşrləri  və  məktəbdənkənar  mütaliə  materiallarının  tövsiyə  biblioq-

rafiyası daxil edilmişdir. 

Metodik vəsait sinifdənxaric və məktəbdənkənar mütaliə işinin 

səmərəli  təşkili  məqsədilə  ümumtəhsil  məktəblərinin  müəllimləri, 

məktəb  kitabxanaçıları,  şagirdlər  və  valideyinlərin  istifadəsi  üçün 

hazırlanmışdır. 

 

S.N.Məmmədova. Şagirdlərin mütaliə mədəniyyətinin forma-

laşdırılması.  Sinifdənxaric  oxu.–Bakı:  Nərgiz  nəşriyyatı, 

2014. - ... səh. 

 

 

 



 

 

           



2014

832


079

742000000



M

                     

© «Нярэиз», 2015

 

 



 

 

 



3  

 

    Kitabın insan həyatında təsiri - insanın  



 insan həyatına təsirindən daha güclüdür. 

 (Qrim Qrin. İngilis yazıçısı) 

 

GİRİŞ 

 

Məktəb  millətin  hər  mənada  sağlam  gələcəyinin 

təminatçısıdır.  O,  böyük  zaman  kəsiyində  öhdəsinə  götürdüyü 

çətin işi - insan tərbiyə  edib  yetişdirərək boya-başa çatdırmaq 

missiyasını  yerinə  yetirir.  Altı  yaşlı  uşaqkən  qəbul  etdiyi 

övladları on yeddi yaşlı gənc vətəndaş olaraq cəmiyyətə təqdim 

edir.  Bu  gənclər  həm  mənsub  olduğu  ailənin,  həm  məktəbin, 

həm  də  cəmiyyətin  simasıdır.  İstər  ailənin,  istərsə  də 

cəmiyyətin bir arzusu, məktəb qarşısında bir tələbi var - kamil 

insan yetişdirmək. 

Kamil  insan  ağıllı,  əməksevər,  fiziki  cəhətdən  sağlam, 

zəngin  mənəviyyatlı,  öz  hüquq  və  vəzifələrini  yaxşı  bilən 

insandır.  Kamilliyə  mənəviyyatın  min  cür  əlamətləri  -  vətən-

pərvərlik,  halallıq,  mərdlik,  düzlük,  doğruçuluq,  dostluq  və 

yoldaşlıq,  mübarizlik,  etibarlılıq,  sözübütövlük,  insanpərvərlik 

və s. daxildir. 

Qeyd  edilən  keyfiyyətlərə  nail  olmaq  üçün  təlim 

proqramları ilə  yanaşı, sinifdən və məktəbdənxaric mütaliə də 

mühüm  rol  oynayır.  Sinifdənxaric  mütaliə  işi  təlim-tərbiyə 

işinin üzvi tərkib hissəsi hesab edilir.  

Mütaliə  mədəniyyəti  olduqca  geniş  məfhumdur,  o, 

kitabla işin səmərəli bəhrəsidir. Mütaliə zehni fəaliyyət prosesi 

olub,  oxucu  ilə  kitab  arasında  baş  verən  mürəkkəb  bir 


 

 

 



4  

 

prosesdir. Mütaliənin mahiyyəti əsərin sadəcə oxunması deyil, 



onun  məzmununun,  süjet  xəttinin  ideya-bədii  cəhətdən 

qavranılması  prosesidir.  Mütaliə  gənc  nəslin  təşəkkül  tapma-

sına,  nitq  və  təfəkkürünün  inkişafına  yönəldilmiş  mənəvi 

fəaliyyət  formasıdır.  Oxumaq,  yazmaq  bacarığı  olan  hər  bir 

insanın  həyat,  cəmiyyət  haqqında  ətraflı  biliklərə  yiyələn-

məsində  mütaliə  etməyin  çox  böyük  əhəmiyyəti  vardır. 

Görkəmli fransız filosofu və yazıçısı Deni Didro deyirdi: “Hər 

kim kitab oxumursa, o düzgün fikirləşə bilməz”. 

Böyük  çex  pedaqoqu  Yan  Amos  Kominski  isə  öz 

yetirmələrinə  bu  sözləri  dönə-dönə  xatırladırdı  ki,  “O  günü,  o 

saatı bədbəxt say ki, yeni bir şey öyrənməmisən və öz təhsilinə 

heç nə əlavə etməmisən”. 

Doğrudan  da,  ən  dərin  bilik,  elmi  dünyagörüşü  məhz 

mütaliə  yolu  ilə  yaranır.  Buna  görə  şagirdlər  dərsdən  sonra  

xüsusən də asudə vaxtlarında müəllimlərin tövsiyə etdikləri və 

onları  maraqlandıran  kitabları  oxumalı,  müstəqil  bilik  əldə 

etməlidirlər. 

Mütaliə mədəniyyətindən danışarkən bir mühüm məsələ-

nin  üzərində  də  dayanmaq  lazımdır.  Müşahidələr  göstərir  ki, 

bəzi  şagirdlər ancaq bədii  ədəbiyyata  -  məhəbbət  və  ya qəhrə-

manlıqdan bəhs edən kitablara daha çox meyl edir, mübarizə - 

döyüş  səhnələrini  əks  etdirən  kitabları  oxumağı  özləri  üçün 

faydalı  sayırlar.  Mütaliə  zamanı  ancaq  məktəbdə  tədris  edilən 

fənn  proqramları  üzrə  kitab  oxumağa  üstünlük  verənlər  də  az 

deyil.  Ancaq  orta  ümumtəhsil  məktəblərinin  ilk  pillələrindən 

başlayaraq uşaqlara həyat, ətraf aləm, özündən böyüklərin işi-

peşəsi haqqında məlumat vermək, onlarda müəyyən anlayışlar 

formalaşdırmaq, mənəvi hisslərini, milli - vətənpərvərlik tərbi-



 

 

 



5  

 

yəsini  qüvvətləndirmək  lazımdır.  Ümumiyyətlə  isə  mütaliə 



əsasən aşağıdakı istiqamətlərdə aparılmalıdır: 

 



İdeya-siyasi  istiqamətdə.  Gələcəkdə  hansı  peşəni 

seçəcəyindən, hansı elmləri daha çox oxuyub - öyrənəcəyindən 

asılı  olmayaraq  bu  istiqamətdə  mütaliəyə  xüsusi  diqqət 

yetirilməlidir.  Müstəqil  Azərbaycan  Respublikasının  daxili  və 

xarici siyasəti, uşaq hüquqlarının qorunması üzrə görülən işləri, 

habelə  dünyanın  bir çox ölkələri haqqında, dünyada baş verən 

hadisələri  əks  etdirən  kitabları,  qəzet  və  jurnal  səhifələrindəki 

yazıları oxumaq məqsədəmüvafiq hesab edilir. 

 

Elmi-kütləvi  ədəbiyyat  üzrə.  Hər  məktəbli,  eyni 



zamanda, elm və texnikanın, mədəniyyətin müxtəlif sahələrinin 

başlıca  xüsusiyyətləri,  yenilikləri  ilə  tanış  olarsa,  bu  onun 

dünyagörüşünün genişlənməsinə, ümumi inkişafına əsaslı təsir 

göstərər. 

 

Məktəbdə  tədris  edilən  fənlər  və  gələcəkdə  seçiləcək 



elm-sənət  sahəsi  üzrə.  Bu  istiqamətdə  mütaliəyə  xüsusi  fikir 

verən  məktəblilər  qarşıya  qoyduqları  məqsədlərə  daha  tez 

çatırlar.  Onların  təlim  uğurları  gündən-günə  artır.  Orta 

məktəbdə  və  gələcəkdə  təhsil  alacaqları  ali  və  orta  ixtisas 

məktəblərində  fəallar, əlaçılar sırasında olmağa  əsaslı bünövrə 

yaradır. 

 

Bədii  ədəbiyyat  üzrə.  Bu istiqamətdə mütaliə etmək də 



vacibdir.  Hər  bir  məktəbli  dünyada  tanınan  görkəmli  şair  və 

yazıçıların,  habelə  müasir  dövrdə  yazıb-yaradan  söz-sənət 

ustalarının  əsərləri  ilə  müntəzəm  tanış  olsa  yaxşıdır.  Bədii 

ədəbiyyat  üzrə  mütaliə  hər  bir  şagirdin  estetik  hisslərini, 

zövqünü inkişaf etdirir. Ətraf aləmə, ən başlıcası isə insanlara 

və ətraf mühitə qayğı hissini qüvvətləndirir. 



 

 

 



6  

 

Yuxarıda  göstərilən  istiqamətlərdə  mütaliə  hər  bir 



şagirdin  daha  ahəngdar,  hərtərəfli  inkişafında  mühüm  rol 

oynayır. 

Mütaliədən  bəhs  edərkən  ortaya  çıxan  məsələlərdən  biri 

də  hansı  dildə  oxumaqdır.  Əlbəttə  hər  bir  şəxs  mükəmməl 

bildiyi dildə mütaliə etməlidir. Bununla belə, xarici dillərdə, o 

cümlədən, daha geniş yayılan rus, ingilis dillərində mütaliə də 

müasir gənclərin gələcək uğurlarına əsaslı təsir göstərəcəkdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 



7  

 

“Bilmək üçün oxuyun, bacarmaq üçün oxuyun, 



yaşatmaq üçün oxuyun, qəlbinizə və ruhunuza 

yaxın olan nə varsa, onların uğrunda mübarizə 

aparmaq üçün oxuyun!” 

 

(Heydər Əliyev. Ümummilli lider) 

Sinifdənxaric mütaliə vərdişlərinin  

formalaşdırılmasında ifadəli qiraətin rolu 

 

Kitab oxumaq bir alışqanlıqdır. Bu alışqanlığı olan insan 

başqalarında  xoş  təəssürat  yaradır  və  həyatda  daha  çox  uğur 

qazanır.  Kitabların  ətrafında  böyüyən  uşaqlar  20-25  yaşa 

çatdıqda  həyata  baxışları,  geniş  dünyagörüşləri  ilə  yaşıd-

larından  kəskin  fərqlənirlər.  Lakin  bu  adəti  uşaqlara  erkən 

yaşlarından  aşılamaq  lazımdır.  Bunun  üçün  ilk  növbədə  evdə 

kitab  guşəsi  yaratmaq  vacibdir.  Müxtəlif  qəzet,  jurnal  və 

kitablardan  təşkil  olunmuş  kitabxana  uşaqları  kitab  oxumağa 

həvəsləndirmək  üçün  əhəmiyyətli  vasitədir.  Uşaqları  erkən 

yaşlarından  kitabxanaya  və  kitab  mağazasına  aparmaq  və  ona 

sərbəst  kitab  seçmək  vərdişi  aşılamaq  da  vacib  şərtdir.  7  yaşa 

qədər olan uşağın qazandığı hər bir bilik gələcəkdə 7 qat olaraq 

ona  geri  dönür.  Məhz  elə  buna  görə  də,  valideynlərin 

övladlarına kiçik yaşlarda sərf etdikləri zaman gələcəkdə vaxta 

daha  çox qənaət  etməyə  xidmət  edəcəkdir.  Müşahidələr 

göstərir  ki,  mütaliə  vərdişləri  aşılamaq  üçün  uşaqlara  erkən 

yaşlarından qiraət üçün vaxt ayırmaq lazımdır. Görkəmli alman 

filosoflarından birinin qızı xatirələrində atasının öz övladlarının 

tərbiyəsində mütaliənin qiraət üsulundan, xüsusən, ucadan oxu 

növündən  geniş  istifadə  etdiyini  yazır.  “Atamın  adəti  gəzinti 


 

 

 



8  

 

vaxtı  uşaqlara  xalq  nağılları  söyləmək  idi.  O,  həmçinin  öz 



uşaqlarına  ucadan  qiraət  oxuyurdu.  Mənə  qədər  necə 

bacılarıma, eləcə də mənə Homerin bütün əsərlərini, “Nibelunq 

haqqında  mahnı”nı,  “Qudrun”u,  “Don-Kixot”u,  “Min  bir 

gecə”ni  və  s.  tam  oxuyurdu.  Şekspirin  əsərlərinə  gəldikdə, 

onlar bizim evdə stolüstü kitablar idi. Atam mənimlə povestlər 

oxuyurdu  və  onların  məzmununu  öz  qızları  ilə  ciddi  surətdə 

büsbütün müzakirə edirdi”.  

Evdə  həftədə  1-2  dəfə  ailəvi  kitab  oxuma  saatları  təyin 

etmək  olduqca  faydalı  hesab  olunur.  Hər  bir  ailə  üzvünün 

oturub kitab oxuması ailə üzvləri arasında münasibətin daha da 

mehribanlaşmasına, həm də uşaqlarda kitab oxumaq həvəsinin 

yaranmasına kömək edir. Qiraətin mövzusunun da məqsədəuy-

ğun  seçilməsi  olduqca  vacibdir.  Seçilmiş  əsər  müəyyən 

tələblərə  cavab  verməlidir:  o  yüksək  bədiiliyi,  parlaq  və 

dinamik  məzmunu,  ədəbi  dili,  böyük  tərbiyəvi  təsiri  ilə 

fərqlənməli;  ikincisi,  həcm  və  dil  cəhətdən  yaş  dərəcəsinə 

uyğun  olmalıdır.  İfadəli  qiraətdə  əsas  məqsəd  kitabla  tanışlıq, 

ucadan  oxu,  oxunacaq  və  oxunmuş  kitab  haqqında  söhbət  və 

fikir  mübadiləsidir.  Qiraət  prosesində  giriş  və  yekun  söhbəti 

böyük əhəmiyyətə malikdir. Oxunan kitabları müzakirə etmək 

uşaqlar  üçün  çox  maraqlı  olacaqdır.  Bundan  başqa  oxunan 

kitablar  haqqında  fikirləri  bir  dəftərə  qeyd  etmək  də  yaxşı 

nəticə  verir.  Belə  üsullar  uşaqda  öz  fikrini  çatdırmaq 

qabiliyyətini daha da artırmağa kömək edir. 

Mütaliə  etmək  hər  bir  məktəblinin  biliyini  artırmaqdan 

əlavə  qavrama,  təxəyyül  və  yaradıcılıq  qabiliyyətini,  dünya 

görüşünü də artırır. Yeni sözlərin öyrənilməsi sayəsində beyin 

inkişaf edir, insan daha savadlı yazır və fikrini düzgün çatdıra 

bilir.  Təcrübə  göstərir  ki,  belə  uşaqların  qavrama  qabiliyyəti 

artır  və  onlar  təhsildə  daha  çox  uğur  qazanırlar.  Pedaqoji 



 

 

 



9  

 

nöqteyi  nəzərdən  qiraət  30-40  dəqiqə  çəkməlidir.  Bu  vaxt 



ərzində  seçilmiş  əsərin  oxunuşu  başa  çatmırsa,  onda  onlar 

hissələrə  bölünüb  ardıcıllıqla  oxunmalıdır.  Həmçinin  oxunuşu 

lazım gəlməyən hissələr şifahi nağıl edilməlidir ki, əsərin və ya 

mətnin məzmununu uşaqlar başa düşsünlər.  

Ucadan  oxu  aşağı  sinif  şagirdləri  üçün  oxu  texnikasına 

yiyələnməkdə  olduqca  böyük  əhəmiyyət  kəsb  edir.  Həmçinin 

onların  oxuduğu  mətni  yadda  saxlamaq  imkanlarını  inkişaf 

etdirməyə  kömək  edir.  Odur  ki,  sinifdənxaric  qiraətlə  kiçik 

yaşlı  oxucuların  oxu  texnikasını  (məntiqi  vurğu,  fasilə,  səs 

tonunun  alçalması  və  yüksəlməsi  və  s.)  inkişaf  etdirmək  və 

təkmilləşdirmək lazımdır. Burada məqsəd uşaqlara zəruri qiraət 

vərdişlərini  −  söz  və  cümlələri  düzgün,  aydın  və  ifadəli 

oxumaq,  səsi  düzgün  ifadə  etmək,  sual,  nida  və  s. 

intonasiyalara,  məntiqi  vurğulara  riayət  etmək  və  s. 

mənimsətməkdir.  

Qiraətçinin  mətni  nümunəvi  formada  oxuması  əsərin 

şagirdlər  tərəfindən  dərk  edilməsini  asanlaşdırır.  Uşağın 

özünün ifadəli ucadan oxuya cəlb olunması isə əsərin dərk və 

tədqiq etmə prosesini tamamlayır. Beləlilkə, əsərin anlaşılması 

və  şərhi  qarşılıqlı  təcrübə  əsasında  həyata  keçirilir.  Həmçinin 

qarşılıqlı nümunəvi oxu məktəblilərdə kitaba maraq oyadır. Bu 

haqda  V.A.  Suxomlinski  deyirdi:  “Uşaqlara  kitabdakı  fikrin 

gözəlliyini,  müdrikliyini,  dərinliyini  göstərin.  Ancaq  elə 

göstərin ki, hər bir uşaq oxumağı daim sevsin, kitab dənizində 

müstəqil  üzməyə  hazır  olsun.  Bunun  üçün  isə  qabaqcadan 

hazırlaşmaq lazımdır”. Böyük Ukrayna yazıçısı N.V.Qoqol bu 

münasibətlə yazırdı: “Lirik əsəri elə oxumaq lazımdır ki, orada 

dəyərsiz  heç  nə  olmasın,  bunun  üçün  isə  onu  uzun  müddət 

öyrənmək lazımdır.” 

 


 

 

 



10  

 

Bu dünyanı qazanmaq istəyirsənsə kitab oxu! 



Axirəti qazanmaq istəyirsənsə kitab oxu! Həm bu 

dünyanı, həm axirəti qazanmaq istəyirsənsə kitab oxu! 

 

(Məhəmməd (ə.s) Peyğəmbər) 

 

Kiçik yaşlı məktəblilərin mütaliəsinə rəhbərlik 

 

İbtidai  siniflərdə  sinifdənxaric  oxunun  əsas  istiqaməti 

şagirdlərdə  müstəqil  mütaliəyə  maraq  oyatmaq,  mütaliə 

mədəniyyəti yaratmaq və bu yolla onların ətraf aləm haqqında 

bilklərini, dünyagörüşlərini genişləndirməkdən ibarətdir. 

Kiçik  yaşlı  məktəblilərin  mütaliəsinə  rəhbərlik  ilk 

növbədə  mütaliə  mədəniyyətinin  formalaşdırılmasından  baş-

lanılır.  İlk  olaraq  ibtidai  sinif  şagirdlərinə  kitabla  davranmaq 

üzrə  ən  zəruri  qaydalar  haqqında  məlumat  verilməlidir. 

Məktəblilərin kitabla rəftar mədəniyyətinin formalaşması üçün 

onlara aşağıdakı tövsiyələri vermək olar: 

1) kitabı hara gəldi atma, cırma, ona ləkə salma; 

2) kitabı qatlama; 

3) kitabın içinə qələm, dəftər və başqa əşyalar qoyma

4) kitabın səhifələrini qatlama; əlfəcindən istifadə et

5) kitabın səhifələrində qeydlər aparma;  

6) kitab oxumazdan əvvəl əllərini yu; 

7) yemək stolunun üstündə kitab oxuma

8) oxuyub qurtardıqdan sonra kitabı yerinə qoy; 

9) kitabın cildinə kağız çək və s.  

Kiçik  yaşlı  məktəblilərə  mütaliə  zamanı  bəzi  gigiyena 

qaydaları da tövsiyə olunmalıdır: 

1. Uzanıb oxumaq zərərlidir. 


 

 

 



11  

 

2. Kitabı vərəqləyəndə barmağını dilinə vurma. 



3. Oxuyarkən düz otur, kitabın üzərinə əyilmə. 

4.Oxuyanda elə otur ki, işıq sol tərəfdən düşsün. 

5.Gözlərin yorulanda oxuma. 

6. Yaxşı işıqlandırılmış otaqda oxu. 

7. Yorğunluq hiss etdikdə oxumağı saxla. 

8. Yeyə-yeyə oxuma. 

9. Yeyəndən yarım saat sonra oxu. 

10. Minikdə, gəzə-gəzə oxuma və s. 

Bu  qaydaların  gözlənilməsi  kiçik  yaşlı  şagirdlərin 

sağlamlığını  mühafizə  etməklə  yanaşı,  onların  əqli  fəaliyyəti-

nin inkişafına da kömək göstərir. 

Kiçik  məktəbyaşlı  uşaqların  mütaliəsində  ilk  mərhələ        

3 hissəyə bölünür: 

1. Hazırlıq (I sinfin  birinci yarım ili, hələ uşaqlara savad 

təlim edilir); 

2. Başlanğıc (I sinfin ikinci yarım illiyi); 

3. Əsas (II-IVsiniflər).  

Hazırlıq  mərhələsində  çətinliklər  çox  olur.  İş  kitabxana 

və  kitabla  tanışlıqdan  başlanır.  Şagirdlər  zəif  oxu  texnikasına 

malik olduqları üçün kitabxanadan aldıqları sevimli kitabları - 

hekayələri,  nağılları,  şeirləri,  tapmacaları  hər  zaman  həvəslə 

oxumurlar, ya birinci səhifəni oxuyur,  ya da şəkillərə baxırlar. 

Bu dövrdə əsas vəzifə şagirddə kitaba maraq tərbiyə etməkdən 

ibarətdir.  

Hazırlıq  və  başlanğıc  mərhələsində  aparılan  iş  ibtidai 

siniflərdə inkişaf etdirilir, ucadan ifadəli oxu iş üsulu kimi əsas 

yer tutur. 

Bu  baxımdan  I-II  sinif  şagirdlərinin  mütaliəsində 



 

 

 



12  

 

Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  nümunələri  böyük  rol 



oynayır.  Nağıl  qəhrəmanlarının  parlaq  obrazları  ilə  biz 

uşaqlarda  dostluq  və  məhəbbət,  namuslu  olmaq  və  doğruluq, 

şərə  və  ədalətsizliyə  nifrət  kimi  böyük  insani  hisslər  oyada 

bilərik.  Nağıllar  qədim  mədəniyyətimizin  mənəvi  sərvəti, 

yaddaş  salnaməsidir.  Dünyada  elə  bir  xalq  yoxdur  ki,  o  nağıl 

yaratmamış  olsun.  İnsan  öz  həyatını,  arzu  və  düşüncələrini, 

xeyrin  şər  üzərində  qələbəsinə  inamını  nağıla  çevirməkdən 

xüsusi zövq almışdır. Uşaqlar qədim mədəniyyətimizin mənəvi 

sərvəti  olan  nağılı,  sevir,  dərk  edir  və  özünə  lazımi  nəticələr 

çıxarır.  Nağılın  kiçik  yaşlı  oxucular  üçün  əhəmiyyəti  çox 

böyükdür.  Kitab  oxuyan,  nağılların  təsiri  ilə  böyüyən  uşağın 

söz  ehtiyatı  zəngin,  nitqi  isə  rəngarəng  olur.  Buna  görə,  uşaq 

ikən  müxtəlif  nağıllara  qulaq  asmaq,  hərfləri  tanıdıqdan  sonra 

mütaliə ilə məşğul  olmaq gələcəkdə daha  geniş  söz ehtiyatına 

malik olmaq üçün faydalı təsirə malikdir. Nağıl dili canlılığı ilə 

fərqlənir,  onda  bənzətmələr  və  obrazlı  ifadələr  boldur. 

“Nağıllar”  və  "Azərbaycan  xalq  nağılları"  kitabındakı  “Cırt-

dan”,  “Tıq-tıq  xanım”,  “Tülkü  və  hacıleylək”  nağılları, 

“Sevimli  nağıllar”  kitabındakı  “Süleyman  və  qarışqa”,  “Zirək 

oğru”,  “Əliyarla  dovşan”,  “Ağ  quş”,  “Şəngülüm,  Şüngülüm, 

Məngülüm”  nağılları  balaca  oxucuların  zövqünü  oxşayır, 

qəhrəmanları  onlara  sevdirir,  yaxşı  ilə  pisi,  xeyir  ilə  şəri  başa 

salır.  Nağılı  oxuduqdan  sonra  uşaqlar  buradakı  hadisələr  və 

qəhrəmanlarla  bağlı  testləri  yerinə  yetirməli,  hadisələrin 

ardıcıllığını  düzgün  müəyyən  etməli,  ilk  dəfə  rastlaşdıqları 

sözləri qeyd edərək onların mənasını araşdırmalıdırlar.  

Müasir 

uşaq 


ədəbiyyatı 

yazıçılarından 

Sevinc 

Nuruqızının  “İpəkcənin  macəraları”,  Gülzar  İbrahimovanın 



 

 

 



13  

 

“Nağıllar”,  “Göy  qurşağı  qardaşlarının  yeddi  nağılı”,  “İlanlı 



dərənin  sirri”,  “Təmraz  və  Gün”,  “Su  pərisi”,  Qəşəm  İsabəy-

linin  “Elnur,  Əkil  və  onların  başına  gələnlər”  və  s.  nağıllar 

kiçik  yaşlı  məktəblilərin  sevə-sevə  oxuduğu  nağıllar  sırasına 

daxildir.  

Uşaqların  estetik  tərbiyəsində  və  nitqinin  inkişafında 

uşaq şeiri mühüm tərbiyə vasitələrindən hesab olunur. Şeir tək-

tək uşaqlarla yanaşı, kollektiv şəkildə də oxunur. Xarici aləmi, 

əşya  və  hadisələrin  başlıca  əlamət  və  xüsusiyyətlərini  uşağa 

yalnız  obrazlı  söz  vasitəsilə  çatdırmaq  mümkündür.  Məsələn, 

M.Ə.  Sabirin  “Ağacların  bəhsi”  və  M.  Füzulinin  “Meyvələrin 

söhbəti”  nəzm  əsərlərini  mütaliə  edən  hər  bir  şagirddə  orada 

bəhs olunan bitkilər haqqında müəyyən təsəvvür yaranmış olur. 

Bu  cür  nəzm  əsərlərində  müxtəlif  əşya  və  hadisələr  haqqında 

məlumat  vermək  məqsədilə  şairlər  maraqlı  üsullardan  istifadə 

edirlər.  Abdulla  Şaiq,  Teymur  Elçin,  Mikayıl  Rzaquluzadə, 

İlyas  Tapdıq,  Məmməd  Aslan,  Əli  Kərim,  Zahid  Xəlil  və 

başqalarının  yazdıqları  şeirlərin  kiçik  yaşlı  məktəblilərin 

dünyagörüşünün inkişaf etməsində böyük əhəmiyyəti vardır. 



Əsas mərhələdə şagirdlər müstəqil oxu üçün ədəbiyyatın 

növləri  ilə  tanış  olur,  arzu  və  marağına  müvafiq  ədəbiyyat 

seçməyi  öyrənirlər.  Bu  zaman  məktəbli  Azərbaycan  dili 

kitablarında  təqdim  edilən  sinif  oxusunda  olan  bölmələr 

əsasında  müstəqil  surətdə  kitab  seçmək  təşəbbüsündə  olur. 

Belə  demək  mümkünsə  sinifdənxaric  oxu  sinif  oxusunun 

davamı,  onun  inkişaf  mənbəyi  rolunu  oynayır.  Sinif  oxusu 

prosesində  şagirdlərin  əldə  etdikləri  məlumatlar  sinifdənxaric 

oxunun  köməyi  ilə  dolğunlaşır,  tamamlanır.  Şagirdlərin 

sinifdənxaric  oxu  prosesində  əldə  etdikləri  informasiyalar  hər 



 

 

 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə