Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi


Qeyri-neft sektorunda ənənəvi və qeyri-ənənəvi sahələrin toplam qeyri-neft ixracına təsirlərinin qiymətləndirilməsi



Yüklə 419,87 Kb.
səhifə47/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   43   44   45   46   47   48   49   50   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

2.3.1 Qeyri-neft sektorunda ənənəvi və qeyri-ənənəvi sahələrin toplam qeyri-neft ixracına təsirlərinin qiymətləndirilməsi

Bu analizimizdə Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac diversifikasiyasının ümumi olaraq qeyri-neft ixracına təsirləri araşdırılmışdır. Əvvəlki bölmədə apardığımız araşdırmadan da bizə məlumdur ki, qeyri-neft ixracında artıma 2 əsas diversifikasiya amilləri: şaquli və üfiqi diversifikasiya təsir edir. Şaquli diversifikasiya qeyri-ənənvi ixrac mal qruplarında özünü aşkara çıxardırsa, üfiqi diversifikasiya isə əsasən ənənəvi ixraca yönəlik mal qruplarına əsaslanır. Verilən məlumatlara əsaslanaraq Azərbaycanın qeyri-neft ixracında şaquli diversifikasiyaya malik qeyri-ənənəvi ixrac sahələrindəki artım tempi (GRNTC) və üfiqi diversifikasiyaya malik ənənəvi ixrac sahələrindəki artım tepinin (GRTC) birlikdə ölkə üzrə ümumi olaraq qeyri-neft ixracının artım tempinə (GRNOEXP) təsirlərini qiymətləndirmək əhəmiyyətlidir. Bizim aparacağımız təqiqat obyektinə dair modelləşdirmənin tətbiqi üçün istifadə edəcəyimiz ekonometrik metodologiya aşağıda göstərilən üç mərhələdən ibarətdir:



  1. İlkin mərhələdə qoyulan hipotezin stoxastik tənlik şəklində verilməsi və bura daxil olan parametrlərin işarəsi haqqında ilkin nəzəri gözləntilərin müəyyənləşdirilməsi. Lakin model qurarkən nəzərə almaq vacibdir ki, dəyişənlərin loqarifmalarının birinci tərtib fərqi həmin dəyişənlərin böyümə nisbətlərini verir. Yəni d(lnx) x dəyişəninin böyümə nisbətini verir. Ona görə də biz dəyişənlərin loqarifmalarının birinci tərtib fərqi ilə modeli quracağıq. Hipotezə əsasən reqressiya tənliyi aşağıdakı şəkildə olacaqdır:

d(logGRNOEXP) = α + β * d(logGRNTC) + γ * d(logGRTC) (2.6)

Burada:

GRNOEXP- qeyri-neft ixracı üzrə artım tempi;

α - sabit (avtonom) hədd;

β, γ- meyillilik əmsalları;

GRNTC- qeyri-neft sektorunda qeyri-ənənəvi mal qruplarının ixracı üzrə artım tempi;

GRTC- qeyri-neft sektoruna ənənəvi mal qruplarının ixracı üzrə artım tempi;

  1. İkinci mərhələdə modelə daxil olan dəyişənlər üzrə statistik məlumatları toplayaraq, müvafiq ekonometrik metod vasitəsilə reqressiya əmsallarını qiymətləndirəcəyik.


Yüklə 419,87 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin