Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#43233
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   59
kulturologiya--muhazire-toplusu

İdraki (qnoseoloji) funksiya özünü elmdə, elmi axtarışlarda tapır. Bu 

özünü  müasir  elmi-texniki  tərəqqidə  daha  qabarıq  təzahür  etdirir.  Bu 

funksiya  ikili  istiqamətə  malikdir:  bir  tərəfdən,  biliklərin  sistemləşdirilməsi, 

təbiət və cəmiyyətin inkişaf qanunlarının açılmasına istiqamətlənirsə, digər 

tərəfdən, insanın özü-özünü dərketməsinə yönəldilir. 

Göründüyü kimi, birinci istiqamət ikincisini daha da üstələyib. İnsan öz 

qəlbi  və  ruhunun  kəşfindən  çox,  dünya  və  cəmiyyətin  qanunlarını,  onu 



 

əhatə  edən  aləmin  sirlərini  kəşf  edə  bilmişdir.  İdraki  funksiya  xalq,  ölkə 



haqqında bütöv bir təsəvvür verir. Onun sayəsində insanlar elm, incəsənət, 

fəlsəfə,  təlim,  tərbiyə  və  b.  sahələrdə  öz  mənafelərini  dərk  edir,  sosial 

təcrübənin  ötürülməsi  və  digər  xalqların  mədəniyyətlərinin  mənimsə-

nilməsinə  güclü  təsir  göstərir.  Özümüz  haqqında  bir  çox  şeyləri  bilmirik: 

məsələn,  ekstrasenslərin  müəmmalı  xüsusiyyətləri;  cadugərlik  və 

magiyanın  sirləri,  telepatiya  hadisəsinin  izah  edilə  bilməməsi,  telekinez 

(məsafə  çərçivəsində  fikirlərin  ötürülməsi),  gələcəyi  görə  bilməyi  və  insan 

potensialının digər açılmamış sirləri hələ bizlər üçün maraq doğurur. Həyat 

müstəsna  dərəcədə  mürəkkəbdir  və  daima  insanların  qarşısına  yeni-yeni 

problemlər  qoyur.  Bu,  cəmiyyətdə  baş  verən  proseslərin  dərk  olunmasını, 

onların həm elmi, həm də bədii-estetik mövqedən anlaşılmasını tələb edir. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin