AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2.61 Mb.
Pdf просмотр
səhifə35/35
tarix23.12.2016
ölçüsü2.61 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   35

Körpülər.  Azərbaycan  ərazisinin fiziki-coğrafi  şəraiti, xüsusilə onun səthini bürüyən 
çoxsaylı çay manelələri, təbii yarğan və qobular yollarda rəvan gediş-gəlişi təmin etmək üçün 
müxtəlif növ körpülərin salınmasını zəruri etmişdir. 
Qədim və orta əsr körpülərinin bir qisminin qalıqları  zəmanəmizədək gəlib çatmışdır. 
Azərbaycanın qədim sənət və ticarət mərkəzləri olan Qəbələ, Təbriz,  Ərdəbil, Naxçıvan 
şəhərlərinin ticarət yolları üzərində bir sıra körpülər salınmışdır. Araz çayı üzərində salınmış 11 
və 15 aşırımlı körpülər, Gəncə körpüləri, Xram çayı üzərindəki Sınıq körpü, Qırmızı körpü, 
Miyanə yaxınlığındakı Qaflankuh, Marağa və  Zəncan arasındakı körpülər orta əsr körpüsalma 
təcrübəsinin yadigarlarıdır. Onların inşaat matriallarını və tikinti texnikasını nəzərdən keçirdikdə, 
yurdumuzun qədim sakinlərinin körpüsalma təcrübəsi, bu sahədə onların  əldə etdiyi mədəni-
texniki dəyərlər barədə aydın təsəvvür yaranır. 
Maneənin səciyyəsindən və istifadə məramından asılı olaraq körpü keçidləri piyada, minik 
 təkərli nəqliyyat üçün nəzərdə tutulmaqla, iki qrupa ayrılır. Xalq inşaat təcrübəsinin nəticəsi 
kimi meydana çıxmış körpülər tikinti materailına görə  ağac, daş    kərpic hörgülü  olmaqla, 
müxtəlif tipoloji növlərə bölünür. XIX əsrin 80-ci illərində Bakı-Tiflis dəmir yolu boyunca 
salınmış  metal körpülər, habelə XX əsrin  əvvəllərindən etibarən peyda olmuş  dəmir-beton 
körpülər mühəndis-texniki düşüncənin məhsulu olub, körpüsalma sahəsində yaranmış empirik 
xalq təcrübəsi ilə əlaqəsi yox idi. 
Konstruktiv quruluşuna görə körpü keçidləri tirli və tağlı olmaqla iki tipoloji qrupa ayrılır. 
Bunların hər birinin də özünə məxsus tikinti texnikası təşəkkül tapmışdır. 
Ağac (tirli) körpülər,  əsasən, piyadalar və minik-yük nəqliyyatı üçün nəzərdə tutulub 
tikilirdi. Arx və digər xırda su maneələrinin üzərindən təkərli nəqliyyatın keçməsi üçün, 
həmçinin, tirli, lakin nisbətən enli körpü salınırdı. 
Piyadaların keçməsi üçün salınmış körpülərin bəsit quruluşu onların mənşə etibarilə 
kökündən qopub yıxılmış  ağac gövdəsindən və yaxud xırda dağ çaylarında təbii yolla əmələ 
gəlmiş «addamac»dan törədiyini söyləməyə əsas verir. Dayaz çayların içərisində bir-birinə yaxın 
məsafədə ilişib qalmış iri çay daşlarının üzəri ilə su məneəsini keçmək olurdu. Keçidin 
«addamac» adlanan bu bəsit və arxaik növü dağ kəndlərində özünün əməli əhəmiyyətini hələ də 
itirməmişdir. 
Tirli körpülərin bəsit növlərindən biri sakit axan çayların «boğaz» adlanan dar axınlı 
yerində salınan tək və ya qoşa tirli körpülər olmuşdur. Yatağına yayılıb axan çayların axınını dar 
məcraya salmaq üçün çox vaxt onların sahilində  məsnə düzəldilir və yaxud səbətdən  bənd 
qurulurdu. Daş doldurulmuş çubuq səbətlərdən ibarət bənd vasitəsi ilə, həmçinin, yatağını 
dəyişmiş çay qolu da köhnə məcrasına qaytarılırdı. Körpü taylarının bir başı çayın sudöyənindəki 
qaya «yastıq» üzərinə, digər nazik ucu isə içərisinə  ağır çaydaşları doldurulmuş  səbət dayaq 
üzərinə qoyulurdu. Qoşa tirli körpülərin üstünə çox vaxt çubuqdan hörülmə  çəpərə (tərəcə), 
yaxud gödək ağac yarmacalarından ibarət döşəmə düzəldilirdi. Hətta bəzən mal-qoyun keçirmək 
üçün bu tip körpülərin ağac döşəməsinin üstü torpaq və ya çimlə örtülürdü. 
Piyadaların keçməsi üçün nəzərdə tutulan «asma» körpü növü Azərbaycanda az 
yayılmışdır. Azərbaycanın təbii şəraiti buna imkan verməmişdir. Bu tip körpülər başlıca olaraq, 
Sovet hakimiyyəti illərində inşa olunmağa başlamışdır. Hazırda Qudyalçay üzərində salınmış 
asma körpülərin bir qismi (Amsar və Köhnə Xaçmaz kəndlərində) istifadə olunmaqdadır. 
Tirli körpülərin davamlı və uzunömürlü olması üçün bəzən onun kəllə dayaqlarını əhəng-
qumqatışıq mala ilə daş və ya kərpicdən hörürdülər. Daş (kərpic) hörgülü dayaqlara malik tirli 
körpülər başlıca olaraq içərisindən çay və ya su arxı keçən  şəhərlər üçün səciyyəvi idi. Belə 

 
 
227
çaylar daşqın zamanı evlərə  və  həyətyanı  təsərrüfatlara zərər yetirməsin deyə,  şəhər daxilində 
onların məcrası daş hörgülü bəndə salınırdı. Belə halda şəhərin sağ  və sol sahillərindəki 
məhəllələri arasında gediş-gəliş yaradan tirli, yaxud daş (kərpic) tağ-körpülər salınırdı. 
Tirli körpülərin nisbətən təkmilləşdirilmiş mükəmməl növü pərdibasma  dayaqlara malik 
körpü olmuşdur. Körpünün bu növü həm də  təkərli nəqliyyat vasitələrinin keçməsini təmin 
edirdi. Bunun üçün əvvəlcə çayın dar axınlı sahilində  pərdibasma dayaq düzəldilirdi. Bu 
məqsədlə çayın sahilində bir cərgə  nərdi düzəndən sonra onların üstündən köndələn pərdilər 
döşənirdi. Növbəti pərdi düzümləri bu qayda ilə üst-üstə quraşdırılarkən üst pərdilər alt 
qatdakından bir qədər qabağa çıxırdı. Bunun sayəsində dayaq quraşdırıldıqca, həm yuxarı qalxır, 
həm də  tədricən irəliyə doğru çıxıb pərvaz forması  kəsb edirdi. Beləliklə, dayaqların yuxarı 
hissəsi bir-biriniə yaxınlaşır. 
Pərdibasma dayaqlar hazır olandan sonra onların üzərinə yoğun tirlər uzadılırdı. Körpünün 
aşırımını  əmələ  gətirən tirlər düzülüb qurtarandan sonra onların üzərinə köndələn vəziyyətdə 
pərdilər döşənirdi. Minik və qoşqu heyvanlarının pərdi döşəməyə  təsirini azaltmaq üçün 
körpünün üstü xır və ya xırqatışıq torpaqla örtülürdü. 
Ağac körpülərə nisbətən tağlı daş və ya kərpic körpülər qismən az yayılsa da, mükəmməl 
memarlıq quruluşuna və uzun ömürlü olmasına görə diqqəti cəlb edirdi.  
Minik-yük heyvanlarının və təkərli nəqliyyat vasitələ- rinin keçməsinə imkan verən tağlı 
körpülər maneənin səciyyə sindən asılı olaraq, müxtəlif uzunluqda inşa edilirdi. Elə bu səbəbdən 
də tağlı körpülərin çox aşırımlı tikilirdi. Çoxaşırımlı körpülərin tipik nümunəsi sayılan Araz çayı 
üzərində salınmış 11 və 15 aşırımlı Xudafərin körpüləri tanrı möcüzəsi kimi, orta əsr körpü 
salma təcrübəsindən soraq verir.  
XIX  əsrin son qərinəsində  çəkilmiş  Şuşa-Zəngəzur yolu üzərində 4 ədəd tağlı daş körpü 
tikilmişdir.
129
 Bu sayaq tağlı daş körpülər XIX əsrdə digər poçt yolları üzərində  də inşa 
olunmuşdur. Onların bir qismi yaxın keçmişədək qalmaqda idi.  
Azərbaycanda ilk çuqun körpü XIX əsrin 70-ci illərində  Gəncəçay və Akstafa çayları 
üzərində tikilmişdir.
130
 Bundan əlavə, Bakı-Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədər bir sıra 
körpülər, o cümlədən Kür çayının üstündən Poylu və Yevlax yaxınlığında  metal dayaqlı iki 
möhtəşəm körpü salınmışdır. Belə körpülər 1900-cü ildə istifadəyə verilən Dərbənd-Bakı 
dəmiryolu xətti boyunca da salınmışdır. 
Azərbaycanda «cisir» adlanan yeganə ponton körpü növü Kür çayı üzərindəki məşhur 
Cavad keçidində qeydə alınmışdır. 14 ədəd iri və 14 ədəd xırda kolaz üzərində quraşdırılmış və 
200 arşın uzunluğunda olan bu yığamat körpü növü hələ orta əsrlər dövründə məlum idi.
131
 Yaz 
daşqınları zamanı sel aparmamaq üçün sökülüb saxlanılan cısırdən XIX əsrin əvvəllərinə qədər 
istifadə olunmuşdur. 
132
 
Rabitə vasitələri. Azərbaycanın özünə məxsus ənənəvi rabitə vasitələri təşəkkül tapmışdır. 
Bəsit rabitə növlərinin bir qismi burada XIX əsrin əvvəllərinədək, başqa sözlə, Rusiya tərəfindən 
poçt xidməti təşkil olunana qədər özünün əməli əhəmiyyətini itirməmişdir.  
Məlum olduğu kimi, insanlar iqtisadi güzəranlarını, sosial-mədəni tələbatlarını  təmin 
etmək üçün bir sıra zəruri məlumatları uzaq məsafədən bir-birinə çatdırmaq məcburiyyətində 
qalırdılar. Ölkənin inzibati-idarə sistemi ilə bağlı informasiyaların yerlərə ötürülməsi, yaxud 
müharibə və digər təhlükəli xəbərlərin əhaliyə çatdırılması, ölkə başçısının əmr və fərmanlarını 
yaymaq üçün tarix boyu bəsit rabitə vasitələrinə kəskin ehtiyac duyulmuşdur. Bu mənada rabitə 
vasitələrinin vəziyyəti ölkənin mədəni inkişafının bir növ göstəricisi sayılırdı. Ölkə  əhalisinin 
normal təsərrüfat fəaliyyətinin təşkili, nəqliyyat və sənaye istehsalının idarə olunması, ictimai və 
mədəni-maarif işlərinin nizamlanıb yoluna qoyulması xeyli dərəcədə rabitə vasitələrindən asılı 
idi.  
Qədim zamanlardan başlayaraq, insanlar lazımi məlumat və xəbərləri uzaq məsafədən bir-
birlərinə çatdırmaq üçün daima sərfəli rabitə vasitələri axtarmışlar. Onlar bu məqsədlə ilk vaxtlar 
müxtəlif növ səs siqnallarından istifadə etməli olmuşlar.  Təbil, gərənay  və digər zərb, yaxud 
nəfəsli alətlər, həyəcanlı  xəbərləri çatdırmaq üçün ilk bəsit rabitə vasitəsi rolunu oynamışdır. 
Hətta bəzən adamların uzaq məsafədən bir-birini ucadan səsləmə yolu ilə çağırması da bəsit 
rabitə vasitəsinə çevrilmişdir. Lakin səs siqnalı vasitəsi ilə  hər hansı bir məlumatın ötürülməsi 

 
 
228
məsafə baxımından məhdud səciyyə daşımışdır. Elə bu səbəbdən də bu və ya digər xəbəri bir 
qədər uzaq məsafəyə çatdırmaq üçün səs siqnalını işıq (tonqal), bayraq və ya əl-qol hərəkəti ilə 
əvəz etmişlər. Hətta bu məqsədlə öyrədilmiş göyərçin də  məlumat ötürücüsü kimi istifadə 
edilmişdir. Bunun üçün göyərçinin ayağana rəmzi məna daşıyan müxtəlif rəngli ip, parça tikəsi, 
pitik və s. bağlamaqla bu və ya digər xəbər lazımi ünvana çatdırılırdı. 
Yazının meydana gəlməsindən  əvvəl yaranmış bu bəsit rabitə vasitələrinin bir qismi son 
vaxtlaradək özlərinin  əməli  əhəmiyyətini itirməmişdir. Hətta məscid minarələrindən hər gün 
müəzzin tərəfindən ətrafa yayılan azan sədaları da səsli rabitənin bir növü idi. Bu yolla Quranda 
yazılan kəlamlar müsəlmanlara çatdırılırdı. 
Arxaik rabitə vasitələrindən biri də  tonqal olmuşdur. Adətən, uzaq ətraflardan yaxşı 
görünmək üçün tonqal hündür yerlərdə, çox vaxt uca dağların başında yandırılırdı. Həm də bu 
həyəcan siqnalı tək tonqalla deyil, zəncirvari görünüş düzümü əmələ gətirən tonqallar vasitəsi ilə 
çatdırılırdı. Tonqallardan qalxan tüstü dumanının qəlizliyi düşmən ordusunun çoxsaylı olduğunu 
bildirirdi. 
Uzaq məsafələrə xəbər çatdırmaq üçün ən etibarlı rabitə vasitəsi «qasid», «şatır», «carçı», 
«çapar», «salayçı» və s. adlarla bəlli olan peşəkar xəbər yayanlar olmuşdur. Bu peşələrin çoxu 
rəsmi sənəd, fərman və sərəncamları vaxtlı-vaxtında çatdırmaq məqsədi ilə yaranmışdır. 
İnsanlardan rabitə vasitəsi kimi istifadə olunması çox qədim tarixə malikdir. Hələ qədim 
zamanlarda insanlar vacib xəbərləri yaxın tanışları vasitəsi ilə «ismarıc» yolu ilə lazımi ünvana 
çatdırırdılar. Xəbərin etibarlı çatdırılmasını  və  məxfi qalmasını təmin etmək üçün, adətən, onu 
şifahi qaydada, yaddaş vasitəsilə göndərirdilər. Hətta keçmişdə  səlahiyyətli  şəxslərin, xüsusilə 
yüksək vəzifəli məmurların hər birinin özünə məxsus şəxsi qasidi olurdu. Onlar lazımi məlumat 
və xəbərlərin vaxtında öz ünvanına çatdırılmasına məsuliyyət daşıyırdılar. 
Qasid həm piyada, həm də minik nəqliyyatı ilə hərəkət edirdi. Piyada qasid yüksək vəzifəli 
məmur və ya hökmdarlara məxsus olduqda «şatır» adlanırdı. Şatırçılıq peşəsi yüksək fiziki güc 
və dözüm tələb etdiyindən o, uzun müddətli təlim və  məşq yolu ilə hazırlanırdı. İdmançı kimi 
yetişdirilmiş şatır yüngül ayaq və əyin geyimi ilə seçilirdi.  
Atlı qasid minik vasitəsi ilə hərəkət etdiyindən çox vaxt «çapar» adlanırdı. Keçmişdə rəsmi 
dövlət xəbərlərinin tez çatdırılmasını  təmin etmək üçün yolun hər mərhələsində  çaparxana  və 
minik atları saxlanılırdı. Bəzən növbəti çaparxana karvansaraya təsadüf edirdi. Çatdırılmalı 
xəbər təcili səciyyə daşımadıqda çapar karvansara və ya çaparxanada gecələyib, ertəsi gün yola 
düşürdü. Çapar təcili xəbər çatdırmalı olduqda yorğun atını  dəyişməklə, dincəlmədən yolunu 
davam etdirirdi.  
Bəzən qasid elçi qismində, heyət halında göndərilirdi. Belə olan halda onu dəvə karvanına 
qoşub yad ölkəyə göndərirdilər. Bu onların təhlükəsizliyinə müəyyən qədər təminat yaradırdı. 
Carçı uca səslə müəyyən bir xəbəri camaata car çəkib bildirən peşə sahibi olub ən çox 
bazarlarda fəaliyyət göstərirdi. Keçmişdə camaatın gur olduğu bazar və meydanlarda rəsmi 
xəbərləri yaymaq ənənə halını almışdı. Onlar rəsmi dövlət sərəncamlarından  əlavə, yerli 
məlumatları da əhali arasında elan edib yayırdılar. Çarçılar bir növ sonralar yaranmış dövri 
mətbuatın xəbər yayma vəzifəsini yerinə yetirirdilər.  
Yazı meydana çıxandan sonra məktub  ənənəvi rabitə vasitələrinin  ən etibarlı  və mötəbər 
növünə çevrilməyə başlamışdır. Elə kağız üzərinə köçürülmüş ümdə  xəbər və  məlumatların 
məktub formasında ünvanlara çatdırılması  zərurəti ilə bağlı poçt  xidməti meydana çıxmışdır. 
Həm də müntəzəm və mütəşəkkil səciyyə daşıyan rəsmi rabitə vasitəsi olmaq etibarilə poçt 
xidmətlərinin vəzifəsi təkcə məktubları ünvanlara çatdırmaqla məhdudlaşmamışdır. Poçt vasitəsi 
ilə digər əməliyyatlar, o cümlədən müxtəlif növ bağlama, maliyyə sənədləri və s. də göndərilirdi.  
Qeyd etmək lazımdır ki, Şərqdə ilk poçt xidməti Əhəməni hökmdarı I Daranın (e.ə. 522-
486-cı il) hakimiyyəti dövründə təşkil olunmuşdur.
 133
 Azərbaycanda poçt xidməti  XIX əsrin 30-
40-cı illərində çar Rusiyasının rəsmi rabitə sisteminin tərkib hisəsi kimi yaranmışdır. Poçt yolları 
üzərində hər 25-30 verst məsafədə «yamxana» və ya «çaparxana» adlanan poçt stansiyaları təşkil 
olunmuşdur. Yamxanalar həm də poçt xidməti işçiləri və sərnişinlər üçün mehmanxana rolunu 
oynayırdı. Burada, habelə at tövləsi, ehtiyat qoşqu və minik atları, mehtərlər, nalbənd və b. peşə 
adamlarına da təsadüf edilirdi. 

 
 
229
Ənənəvi rabitə vasitələrindən biri də toy-nişan dəvətnamələrini, yaxud yas mərasimlərində 
mərhumun ölüm xəbərini qonşu kəndlərə, qohum-əqrəbaya, dost-tanışlara çatdıran xüsusi salayçı 
və  xəbərçilər olmuşdur. Belə  xəbərləri yaymaqla məşğul olanlar Abşeron bölgəsində «dəsti-
fərman», Qarabağda «şatır», Lənkəran bölgəsində «salayçı» adlanırdı. 
XIX əsrin 60-cı illərində Azərbaycanda teleqraf rabitəsinin əsası qoyulmağa başlamışdır. 
1864-cü ildə Tiflisdən Naxçıvana ilk teleqraf xətti çəkildi. Qafqaz canişinliyinin mərkəzi olan 
Tiflis  şəhəri 1868-ci ildən etibarən Bakı,  Şəki, Gəncə  və b. şəhərlərlə teleqraf xətti ilə 
birləşdirilirdi. Gədəbəy mis zavodundan Gəncəyə 60 verst uzunluğunda teleqraf xətti çəkildi. 
1879-cu ildə  Xəzər dənizinin dibi ilə Bakıdan Krasnovodsk şəhərinə teleqraf kabeli çəkilməsi 
başa çatdırıldı. 1886-cı ildə Bakıda ilk telefon xətti çəkilməyə başlandı.
134
  
Bununla belə, XIX əsrin sonu və XX əsrin  əvvəllərində Azərbaycanda poçt-teleqraf 
idarələrinin sayı yenə  də az olub əhalinin tələbatını ödəyəcək səviyyədə deyildi. Onların çoxu 
Bakıda cəmləşmişdi. 1903-cü ildə Yelizavetpol quberniya- sında cəmi 23 poçt-teleqraf idarəsi 
var idi.
135
 
Azərbaycanda poçt-teleqraf xidmətinin yaradılması mahiyyət etibarilə çarizmin 
müstəmləkəçilik idarə üsulunun təkmilləşdirilməsinə xidmət etsə  də, yerli əhali üçün o
mütərəqqi əhəmiyyət kəsb edirdi. 
Ölkədə rabitə xidmətinin artmasında realnı  məktəblərin, müəllimlər seminariyasının, 
texnikum və peşə  məktəblərinin açılmasının mühüm rolu olmuşdur. Ziyalıların və  təhsilli 
adamların sayı artıqca həm poçt-teleqraf müştərilərinin sayı çoxalır, həm də rabitə xidməti 
sahəsinə yerli kadrlar cəlb olunurdu. Bütün bunların sayəsində poçt əməliyyatları genişlənir, poçt 
vasitəsi ilə  məktub, pul baratları, bağlama və digər  əmanətlərin göndərilməsi barədə  əhali 
arasında yeni təsəvvürlər əmələ gəlir, rabitə xidməti canlanırdı. Şəhər küçələrindən asılmış poçt 
qutuları  məktublaşma yolu ilə yeni rabitə  əlaqəsinin ilk carçılarına çevrilməklə, informasiya 
əlaqələrini kütləviləşdirmiş və ona ictimai məzmun qazandırmışdır. 
                                           
1
Обозрение  Российских  владений  за  Кавказом (bundan sonra ORVZK), ч.Ш.-СПб.,1836,с.382; həmçinin bax: 
M.N Nəsirli. Maraqlı tapıntı: dəmir çarıq haqqında. - Azərbaycan tarixinə dair materiallar.B.,1963, səh.142-145. 
2
 Ş.A. Quliyev Azərbaycanda çəltikçilik. B., 1977, səh.68-69. 
3
 Ю Липс. Происхождение вещей. М., 1954, с.191; İ.M. Cəfərzadə. Göst.əsəri, «Beşikdaş…», s.78. 
4
 И.М Джафарзаде. Искусственное орошение и народные способы водоснабжение на Абшероне.- «Вопросы 
этнографии Кавказа», Тбилиси,1952,с.116-125. 
5
Azərb. SSR, Kinofotosənədlər mərkəzi dövlət arxivi, inv. № 5013, «Bakı küçələrindən birində su daşıyanlar» 
fotorəsmi; «Кавказ», 1881, №161. 
6
В.Г  Григорев.  Статистическое  описание  Нахичеванской  провинции.  СПб. 1833, с.23-24; A.N.Mustafayev. 
Şirvanın maddi mədəniyyəti. Bakı, 1977, s.125. 
7
A.N.Mustafayev. Göst. əsəri, səh.125-152; М.Авдеев. Мильско-Карабахская степь. Баку,1929,с.44-83; 
8
 И Сегаль. Скотоводство в Елисаветпольской губернии. «Кавказское сельское хозяйство» qəzeti,1897,№177. 
9
 А.С. Сумбатзаде Сельское хозяйство Азербайджана в ХIX в., Б.,1958, с.82,120,196. 
10
 С.П. Зелинский. Экономический быт государственных крестьян в Зангезурском уезде Елисаветпольской 
губернии. - МИЭБГКЗК., т.IY, Тиф., 1886, с.99. 
11
 «Гафгаз» qəzeti,1912, №232. 
12
Сборник  статистических  данных  о  землевладений  и  способах  хозяйства  в  пяти  губерниях  Закавказского 
края. Тифлис,1889,с.66. 
13
 A.N.Mustafayev. Göst əsəri, s.127. 
14
 Ə.S.Sumbatzadə. Göst.əsəri. 
15
 А.С. Сумбатзаде. Промышленность Азербайджана в XIX веке. Б., 1964, с.50-55. 
16
 A.N. Mustafayev. Göst. əsəri, s.127. 
17
 И.И Калугин. Исследования современного состояния животноводства Азербайджана.т. Y, Тб., 1929,с.174. 
18
 Г. Осипов. Селение Даш-Алты Шушинского уезда Елисаветпольской губернии.СМОМПК, вып.25, Тиф. 
1898, ,с.111. 
19
 Н.А. Огранович. Провинция Ардебильская. Тифлис,1876, с.39. 
20
 İ.M. Cəfərzadə. Göst. əsəri, s.120. 
21
 М.Г.Велиев (Бахарлы). Азербайджан. Б.,1 921, с.109. 
22
 А.С.Сумбатзаде. Сельское хозяйство Азербайджана в XIX веке. Б.,1958, с.87. 
23
Т.Н.Ягодинский.Экономический  быт  государственных  крестьян  в  Бакинском  уезде.  МИЭБКГЗК, 
т.1,Тифлис, 1885,с.449, 512-513. 
24
 Yenə orada, səh.525. 

 
 
230
                                                                                                                                        
25
 Hörgüc-etnoqrafik ədəbiyyatda «kəvən» də adlanır.  
26
 İ.İ.Kalugin. Göst. əsəri, s.167. 
27
 Yenə orada. 
28
 Yenə orada. 
29
 B.M.İslamova., Göst. əsəri, səh.73. 
30
 A.N Mustafayev. Göst. əsəri, s.132. 
31
 Yenə orada. 
32
 Yenə orada. 
33
И.И. Лакоза. Верблюдоводство. М.,1953, с.223. 
34
 М.И.Корганов. Исторический очерк пароходства на реке Куре.- ССК, т.II, Тиф.,1872,с.68.; İ.İ.Kalugin. 
Göst.əsəri,s.183. 
35
 B.M.İslamova. Göst.əsəri, s.72. 
36
 F.A.Deminski. Göst.əsəri, s.15. 
37
  Н.А.Абелов.  Экономический  быт  государственных  крестьян  в  Геокчайском  и  Шемахинском  уездах  Ба-
кинской губернии. - МИЭБКГЗК, т.YI, Тифлис, 1887, с.248. 
38
 M.H.Əfəndiyev. Göst.əsəri, s 85-88. 
39
 М. Авдеев. Юго-Восточный Ширван и Сальянская степь. Б.,1930, с.49-51. 
40
 АКАК, т.II, Тиф., 1868, с.248.  
41
 В.Г. Статистическое описание Нахичеванской провинции. СПб., 1833, с208-209. 
42
  Х.А.Вермишев.  Земледелие  государственных  крестьян  Закавказского  края .- СМИЭБГКЗК,  т.IY,  Тиф., 
1888, с.338.  
43
 Т.М.Керимов. Народные транспортные средства Азербайджана в XIX-начале XX в.Б., 2004,с. 39. 
44
 A.N.Mustafayev. Göst.əsəri, s.131. 
45
 Yenə orada, s.131. 
46
 N. A Abelov. Göst. əsəri, s.345. 
47
 X.A.Vermişev. Göst.əsəri,s.136-137. 
48
 Б.А.Куфтин. Археологические раскопки в Триалети. Тбилиси, 1941, с.5. 
49
Н.К.Никифоров.  Экономический  быт  немецких  колонистов  в Закавказском  крае.-  МИЭБГКЗК.,  т.1.  Тиф-
лис,1885, т.1.с.134. 
50
 «Kaspi» qəzeti, №146,1894. 
51
М.И.Корганов.  Исторический  очерк  пароходства  на  реке  Куре.-Сборник  сведений  о  Кавказе.т.II,  Тиф, 
1872, с.68.  
52
 Azərbaycan tarixi, I c., B., 1961, s. 147-148. 
53
 Адам Мец. Мусульманский ренессанс. М., 1973, с.385. 
54
 Э. Тейлор. Первобытная культура. М., 1939, с. 137.  
55
 R.R.Dadaşov. Muğanda ənənəvi çay nəqliyyatı vasitələri. – ADR-in 75 illiyinə həsr olunmuş elmi konfransın 
tezisləri. B., 1992, s.124. 
56
 T.M.Kərimov. XIX əsrdə Azərbaycanda su nəqliyyatı vasitələri.- Azərbaycan etnoqrafik məcmuəsi, IY bur., B., 
1981, s.42. 
57
 Т.М.Керимов. Народные транспортные средства Азербайджана в XIX- начале XX в Б., 2004, с.70. 
58
 Yenə orada, s.70.  
59
  К.  Елиан.  О  животных,  кн. 17, гл.32 (см.  К.Алиев.  Античные  источники  по  истории  Азербайджана,  Б., 
1987, с.95. 
60
 Обозрение Российских владений за Кавказом, ч.I, СПб., 1836, с.164.  
61
 Н.Березин. Путешествие по Дагестану и Закавказью. Казань, 1849, с.316. 
62
 Акты, собранные Кавказской Археографической Комиссией. т.II, Тиф. 1868, с.742.  
63
 В.Г. Статистическое описание Нахичеванской провинции. СПб., 1833, с.8. 
64
 АКАК, т. II ,Тиф., 1868, с.742. 
65
 Naxçıvan əyalətinin statistik təsviri, s.116. 
66
 М.А.Коцебу. Сведения о Джарских владениях.1826 г.- История, география и этнография Дагестана XYIII-
XIX вв. М. 1958, с.264; Т.Н. Яишников. Выдержки из описания Лезгино-Джарских вольных обществ. 1830 
г.- ИГЭД, 1958, с.301-302. 
67
 Д.Е.Зубарев. Поездка в Кахетию, Пшавию, Хевсурию и Джаро-Белоканскую область.- «Русский вестник», 
т.II, СПб., 1841, № 6, с.554. 
68
 АКАК, т. XII, Тиф., 1904, с.616. 
69
 И.М.Джафарзаде. Гобустан. Наскальные изображения. Б., 1973, с.148, 150,156,157,160,171. 
70
 Yenə orada. s.148. 
71
 Yenə orada, s.148, 150, 156, 157, 171. 
72
 Yenə orada, s.157. 
73
 Yenə orada. s.257,259. 
74
 Yenə orada, s.257. 
75
 Yenə orada, s.260. 

 
 
231
                                                                                                                                        
76
 Yenə orada, s.262. 
77
 Yenə orada. 
78
 Həsən bəy Rumlu. Əhsən ət-Təvarix, XI c., Tehran nəşri, s. 614-615. (Bax: М.Х.Гейдаров. Города и городское 
ремесло Азербайджана XIII-XYII вв. Б., 1982,с.239). 
79
А.Контарини. Путешествие. Библиотека иностранных путешественников по России. т. I, СПб, 1836, с.80-81. 
80
 Я.Стрейс. Три путешествия. М.,1936, с.231-232. 
81
 Yenə orada (Bax: M.X. Heydərov. Göst əsəri, s.241). 
82
 А.Олеарий. Описание путешествия в Московию и через Московию в Персии и обратно. СПб., 1906, с.454.  
83
Л.И.Юнусова. Торговая экспансия Англии в бассейне Каспия в первой половине XYIII в.. Б.,1988, с.88-113. 
84
 Yenə orada. s.99. 
85
Сведение о втором путешествии в Персию 1745-1747 гг. доктором И.Я. Лерхом. – Azərbaycan MEA Tarix 
institutunun elmi arxivi. inv-№ 486, s.47.  
86
Новые документы о сожжении персидских кораблей на Каспийском море в 1751 г.– Вестник император-
ского русского общества, 1851.  
87
 Каспийская торговля. – Библиотека для чтения, т. VIII, СПб.,1834, с.87-88. 
88
C.Həsənov. XYIII əsrdə  və XX əsrin  əvvəllərində Azərbaycanda gəmiçilik və  dəniz ticarəti. – Gənc 
Azərbaycanşünasların məruzələri. B., 1983, s.56. 
89
С.Г.Гмелин. Путешествие по России для исследования всех трех царств в природе, ч. III. СПб., 1785, с.385. 
90
 Yenə orada, s.395-396. 
91
Г.Б. Абдуллаев. Азербайджан в XYIII веке и взаимоотношение с Россией. Б.,1965, с.307. 
92
 Каспийская торговля, с. 108. 
93
 П.Г.Бутков. Материалы для новой истории Кавказа с1722 по 1803гг., ч.II, СПб, 1869,с.79. 
94
 Акты, собранные Кавказской Археографической Комиссией, т.II, с. 789. 
95
 Полное собрание законов Российской империи. СПб., т.27,1830, с.107. 
96
 Обозрение Российских владений за Кавказом. т.IY, СПб., 1836, с.74. 
97
 Yenə orada, s.41, 74. 
98
 Tomas Herbert. Travels in Persia 1627-1629. London, 1931. s.177. (Bax: M.X.Heydərov. Göst. əsəri, s.241.) 
99
 Yenə orada. 
100
 Yenə orada. 
101
 Azərbaycan tarixi, II c. B., 1964, s.246. 
102
 Yenə orada. 
103
 М.Н.Герсеванов. Сеть главнейших дорог Закавказского края – ССК, т.II, Тиф., 1871, с.22. 
104
 И.А.Меджидова. Историко-этнографический очерк Апшерона. –НАИИ НАН Азербайджана. Инв. № 
5632, оп.1, дело 1-5. 
105
 M.N.Gersevanov. Göst. əsəri, s.26. 
106
 А.А.Марлинский (Бестужев). Полное собрание сочинений. т.Х, СПб, 1840, с.67. 
107
 М.Г.Эфендиев. Селение Лагич Геокчайского уезда Бакинской губернии. –СМОМПК, вып. 29, Тиф., 1901, с.54. 
108
 N.A.Abelov. Göst. əsəri, s.9 
109
 A.N.Mustafayev. Şirvanın maddi mədəniyyəti. B., 1977, s.144. 
110
 Кавказский календарь на 1874г. Тиф. 1837, с.452. 
111
 Бакинский справочный календарь на 1897 г. –Б., 1896, с.68; Н.Калашев. Местечко Сальяны. –СМОМПК, 
вып. V.Тиф., 1886, с.101; Н.А.Абелов. Экономический быт государственных крестьян Геокчайского и Ше-
махинского уездов Бакинской губарнии. МИЭБГКЗК, т.VI, Тиф., 1897, с.10. 
112
 А.Гакстгаузен. Закавказский край. СПб, 1857, с.66. 
113
 П.С.Варавин. Летние и зимние пастбища Закавказского края. СМИЭБГКЗК, т.V, Тиф., 1888, с.117-120. 
114
 P.S.Varavin. Göst. əsəri, s.120.. 
115
 М.А.Скибитский. Карабахские казенные летние пастбища. – МУКЛЗПИКС, т.IV Тиф., 1899, с.95 
116
 P.S.Varavin. Göst. əsəri, s.119. 
117
 A.N. Mustafayev. Göst. əsəri, s.146. 
118
 А.Фазили. Атропатена. Б., 1992, с.95. 
119
 V.V.Bartold. Tarix-e coğrafiya-e İran. s.268 (Bax: A.Fazali. Göst. əsəri, s.95.) 
120
 A.Fazili. Göst. əsəri, s.95-96. 
121
 Yenə orada, s.95-96. 
122
 Yenə orada, s.96-97. 
123
 M.N. Gersevanov. Göst. əsəri, s.22. 
124
 Ф.А.Деминский. Некоторые сведения о Кабристанском полицейском участке Бакинской губернии. Тиф.. 
1901,  с.15;  М.Г.Эфендиев.  Селение  Лагич  Геокчайского  уезда  Бакинской  губернии. –СМОМКП,  вып. 29, 
Тиф., 1901, с.85-88; М.Авдеев. Юго-Восточный Ширван и Сальянская степь. Б., 1930, с.49-51. 
125
 С.Н.Броневский. Новейшие географические и исторические известия о Кавказе, ч.I, М., 1823, с.214. 
126
 Кавказский календарь на 1852г. Тиф.., 1851, с.96-107. 
127
 М.И.Корганов. Исторический очерк пароходства на реке Куре. –ССК, т. II, Тиф., 1872, с.68. 
128
 Кавказский календарь на 1854г. Тиф., 1853, с.526-527. 

 
 
232
                                                                                                                                        
129
С.П.Зелинский.  Экономический  быт  государственних  крестьян  Зангезурского  уезда  Елисаветпольской 
губернии. – МИЭБГКЗК, т. IV, Тиф., 1886, с.115. 
130
 Кавказский календарь на 1879г. Тиф., 1978, с.452. 
131
 Путeшественники об Азербайджане. Т.I, Б., 1961, с.286. 
132
 Ə.Məmmədov. Göst. əsəri, s.14. 
133
 А.Мец. Мусульманский ренессанс. М., 1966, с.383. 
134
 Azərbaycan tarixi, II c., B., 1964, s.251-252. 
135
 Yenə orada, s.465-466. 



Поделитесь с Вашими друзьями:
1   ...   27   28   29   30   31   32   33   34   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə