AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2.61 Mb.
Pdf просмотр
səhifə14/35
tarix23.12.2016
ölçüsü2.61 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
    Навигация по данной странице:
  • Tərlik.

Nəməd.  İstehsal  texnologiyası baxımından saya keçə- dən o qədər də  fərqlənmirdi. 
Bunların arasında başlıca fərq bəzək-nəqş  tərtibatında və düzbucaqlı formada basılmasında 
nəzərə çarpırdı. Trapes formada olan saya qəlibdən fərqli olaraq, evin döşəməsinə, çarpayı və ya 
taxt üstünə salınan nəməd  düzbucaqlı formada 2,5-3 m x 1,5-2 m ölçülərdə, həm də  bəzəkli 
basılırdı. Nəməd bəzəkləri həm ornamental nəqşlərdən, həm də heyvan (qoç, at, dəvə  və s.) 
rəsmlərindən ibarət olurdu. Bunun üçün nəmədin yerliyini təşkil edən yun layının aralarına bu və 
ya digər rəsmin mühit xətləri boyunca fərqli rəngdə yun döşənirdi. Nəməd basılıb hazır olanda 
fərqli rəng çalarına malik yun layı onun səthində müvafiq bəzək-nəqş ünsürü əmələ gətirirdi.          
 
Tərlik. Keçmişdə uzun müddət dəbdə olmuş minik və yük yəhəri üçün kiçik ölçülərdə 
tərlik və palan-navar basılıb hazırlanırdı. 
Yapıncı. Əsrlər boyu elat məişəti üçün səciyyəvi mövsümi geyim növü olmuş yapıncının 
saçaqlı   saçaqsız (saya) olmaqla iki  tipoloji növü hazırlanmışdır. Bunların hər ikisi 
zəmanəmizədək gəlib çatmışdır. 
Saçaqsız (saya) yapıncı daha qədim tarixə malik olub keçəsayağı basılıb hazırlanırdı. 
Lakin keçədən fərqli olaraq onun qəlibi nisbətən qısa, həm də trapez formasında basılırdı. 
Yapıncını çiyinə almaq üçüq onun kənar qanadlarını bir qarış ölçüdə öz üzərinə qatlayıb çiyin 
birləşmələrini bir-birinə tikirdilər. 
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın Şimal-Qərb bölgəsində geniş yayılmış çopoz 

 
79
da eyni texniki üsulla, lakin bir qədər fərqli formada basılıb hazırlanmışdır. Belə ki, çiyinə alınan 
yapıncıdan fərqli olaraq, çopozu əyinə geydiklərindən onun qəlibi qollu basılırdı. Bundan fərqli 
olaraq xıllıq qolsuz basılır, lakin qol yeri qoyulurdu.  
Bunlardan fərqli olaraq, saçaqlı yapıncının qəlibinin ovand üzü uzun saçaqla örtülürdü. 
Bu səbəbdən də onun layının altına əlavə saçaq layı döşənirdi. Bundan sonrakı basma əməliyyatı 
saya keçə və ya nəməd istehsalında olduğu kimi davam etdirilirdi. 
Basma əməliyyatı başa çatandan sonra qəlibin saçaqları daranıb düzəldillərək nizamlanır 
və  səliqəyə salınırdı. Qəlibin astar üzündən bayıra çıxan tüklərin ucu qayçı ilə  qırxılıb hamar 
hala salınır, yaxud ütülüb mucullanırdı. 
Bütün bu əməliyyatlar başa çatandan sonra saçaqlı qəlibin kənar qanadlarını öz üzərinə 
qatlayıb çiyindən bitişdirir və yaxa yarığının  ətrafına tumac, yaxud parçadan köbə tikilirdi. 
Yapıncını boğazın altında bağlamaq üçün köbənin hər iki ucu qaytanla tamamlanırdı. 
Yapıncı  qəlibi basılıb hazır olandan sonra, adətən, qara rəngə boyanırdı. Hətta onun 
qəlibi qara rəngli yundan basılmış olsa belə, yenə də onu qara rəngaba salırdılar. Boyaqdan əvvəl 
yapıncı  qəlibi suda yuyulub təmizlənirdi. Nadir halda əsilzadə varlı  şəxslər sifarişlə  ağ  rəngli 
yapıncı basdırırdılar. Belə halda yapıncının qəlibi seçmə, xalis ağ yundan basılırdı. 
 
Xalça-palaz məmulatı 
Azərbaycanın  ənənəvi yun toxuculuğunda məişət  əhəmiyyətinə  və iqtisadi sərfəliliyinə 
görə, tarixən xalça-palaz məmulatı müstəsna yer tutmuşdur. 
Mütəxəssislərin fikrincə, xalçanın ilk vətəni qədim Misir olmuş, sonralar o, buradan 
Kiçik Asiya, İran və Hindistana keçmişdir.
163
 
Azərbaycanda xalçaçılıq sənətinin meydana gəlmə tarixi siyasi-inzibati və  mədəni 
cəhətdən vaxtilə qədim Şərqlə sıx bağlı olan qonşu İran və Kiçik Asiya ölkələri ilə eyni dövrə 
təsadüf edir. E.ə.Y-IV  əsrlərdə yaşamış yunan alimi Ksenefont farsların məşhur Midiya 
xalçalarını işlətdiklərini xəbər verirdi.
164
 
Midiya dövlətinin mövcud olduğu dövrdə onun sosial-iqtisadi və mədəni cəhətdən inkişaf 
etmiş inzibati-ərazi vahidləri sırasında sabiq Manna vilayətlərini  əhatə edən Kiçik Midiya 
(Atropatena)  ərazisinin, başqa sözlə, Azərbaycanın cənub  əyalətlərinin mühüm yer tutduğunu 
nəzərə alsaq, burada xalça toxuma sənətinin xeyli əvvəl, hələ Manna dövründə meydana 
gəldiyini söyləmək olar. Bununla belə, Azərbaycanda xalça-palaz toxuculuğu miladdan əvvəl I 
minilliyin ibtidasına təsadüf etsə də, Albaniya, başqa sözlə, Şimali Azərbaycan ərazisində onun 
gur inkişafı erkən orta əsrlərin əvvəllərinə aid edilir.
165
 Mingəçevir ərazisində aparılan arxeoloji 
qazıntılar zamanı  aşkar olunmuş maddi mədəniyyət qalıqları (hana hissələri, xalça və palaz 
toxuması, yun ip qalıqları) antik dövrün sonu və erkən orta əsrlərin  əvvəllərində Azərbaycan 
əhalisinin ev məişətində xalça-palaz məmulatının mühüm yer tutduğunu söyləməyə əsas verir.
166
 
Tarixi mənbələrdən bəlli olduğu kimi, xalçaçılıq sənəti sonralar, xüsusilə inkişaf etmiş 
feodalizm dövrü və son orta əsrlərdə daha yüksək inkişaf səviyyəsinə çatmışdır.  Ərəb 
müəlliflərinin verdiyi məlumata görə, Bərdədə toxunan xalçaların misli bərabəri yox idi.
167
 X 
əsrdə Naxçıvan, Xoy, Ərdəbil və Muğan özünün yüksək keyfiyyətli xalça məmulatı ilə geniş 
şöhrət qazanmışdı.
168
Muğan özünün çuval və palaz məmulatları ilə, Naxçıvan, Xoy, Salmas 
şəhərləri zili və xalçaları ilə,  Ərdəbil,  Şirvan isə özlərinin ipək və yun məmulatları ilə  məşhur 
idi.
169
  
X-XIII əsrin yazılı mənbələri monqol hücumlarından əvvəl Azərbaycan şəhərlərində çox 
geniş çeşiddə xalça-palaz məmulatı toxunması barədə aydın təsəvvür yaradır.
170
 
«Hüdud  əl-aləm»  əsərində  həmin dövrdə  Şirvan və Xursan əyalətlərində «məxfuri» 
adlanan müxtəlif növ xovlu xalçalar və palazlar toxunduğu xəbər verilir.
171
  
İnkişaf etmiş feodalizm dövründə Azərbaycanda xalça istehsalının kütləvi səciyyə 
daşıdığını belə bir faktdan da aydın görmək olur ki, monqollar Azərbaycanı işğal edəndən sonra 
buradan minlərlə xalça qarət edib aparmışdılar.
172
  
M.X.Heydərov son orta əsr mənbələrinə istinad edərək Azərbaycanda XVI-XVII 
əsrlərdən etibarən Təbriz xalçaları arasında gümüşü güləbətin qatışığı ilə ipək xalça istehsalına 
başlandığını müəyyən etmişdir.
173
  İngilis səyyahı A.Cenkinson 1562-ci ildə  Şirvan bəylərbəyi 

 
80
Abdulla xan Ustaclının yay düşərgəsində olarkən onun çadırında zəngin bəzəkli xalçalar 
döşəndiyini və onların üzərinə  qızıl və gümüş tellərlə toxunmuş kvadrat formalı bir xalça 
salındığını xəbər verir.
174
  
XVI  əsrin 70-ci illərində  Şirvanda olmuş başqa bir ingilis səyyahı C.Deket yazırdı ki, 
burada elə bir adam, hətta belə adi bir insan tapmaq olmazdı ki, o xalça üzərində oturmasın, 
yaxud otaqlarına xalça döşəməmiş olsun.
175
 
Zəmanəmizədək gəlib çatmış xalçalar, əsasən, xalis yundan toxunmuşdur. Bununla belə, 
orta əsrlərdə ipək qatışığı, xüsusilə güləbətin (qızıl və ya gümüş telləri) ilə toxunmuş xalçalara da 
təsadüf olunur. Hətta son vaxtlar xalçaların ərişinin bəzən pambıq iplikdən düzülməsi hallarına 
da rast gəlinirdi. 
Azərbaycanın  ənənəvi dekorativ-tətbiqi sənət növləri arasında özünün bəzək-nəqş 
zənginliyi, rəng  əlvanlığı, kompozisiya kamilliyi ilə seçilən  xovlu xalça nümunələri öz 
növbəsində bəzək tərtibatı baxımından ornamental və süjetli olmaqla, iki qrupa bölünür.  
Azərbaycanın  şimal  əyalətləri üçün daha çox ornamental xalçalar səciyyəvi olmuşdur. 
Bundan fərqli olaraq, ölkənin cənub  əyalətlərində, xüsusilə  də, Təbriz xalçaçılıq mərkəzində 
həndəsi və nəbati nəqş motivlərinə malik ornamental xalçalarla yanaşı, zoomorf və antropomorf 
motivli süjetli xalçalar geniş yayılmışdır. 
Azərbaycan xalçaları bədii-texniki xüsusiyyətlərinə, toxuma materialına, rəng əlvanlığına 
və  nəqş motivlərinin səciyyyəsinə görə, oxşar cəhətlərə malik olsalar da, onlar həm də  fərdi 
yaradıcılıq mərkəzinin məhəlli xüsusiyyətlərini özlərində daşıyırdılar. Bu və ya digər məhəlli 
ərazinin xalçaçılırı əməli işdə, adətən, özlərinə yaxın qonşuların nəqş-çeşni nümunələrini seçib 
örnək götürürdülər. Beləliklə də, fərdi bəzək-çeşni xüsusiyyətlərinə malik məhəlli  xalça istehsalı 
mərkəzləri təşəkkül tapırdı. Bu mərkəzlərin hər birinə xas olan xalçalar təkcə çeşni cəhətdən 
deyil, habelə texniki xüsusiyyətlərinə (ilmə sıxlığı, xovların uzun və ya qısa olması, əriş və arğac 
ipinin nazik, yaxud yoğun  əyrilməsi, onların bərk və ya boş bükdərilməsi, müxtəlif rəng 
çalarlarının bir-birilə uyuşdurulması və s.) görə də bir-birindən seçilirdi. Bu cür fərqlı xalçaçılıq 
mərkəzlərinin formalaşmasında orta əsrlərdə Azərbaycanda feodal pərakəndəliyinin hökm 
sürməsi üzündən sənət sahələrində  məhəlli xüsusiyyətlərin güclənməsi,  əyalətlər arasında 
iqtisadi-ticarət və mədəni əlaqələrin zəif olması mühüm rol oynamışdır. Ona görə də Azərbaycan 
xalçaları tipoloji xüsusiyyətlərinə görə, müxtəlif məhəlli istehsal mərkəzlərinə ayrılır. Öz 
növbəsində  hər bir böyük xalça istehsalı  mərkəzinə xas olan ornamental xalçalar çeşni 
xüsusiyyətlərinə görə, bir neçə qrup və yarımqrupa ayrılır. Bunların hər birinin də özünə məxsus 
nəqş-bəzək çeşniləri və buna müvafiq adları yaranmışdır.
176
 
Azərbaycanın orta əsr xalçaçılıq sənətində  süjetli xalçaların yaranması keyfiyyət etibarı 
ilə yeni mərhələ  təşkil edirdi. Süjetli xalça toxuculuğu, xüsusilə, Təbriz  şəhərindəki xalça 
karxanalarında daha yüksək inkişaf səviyyəsinə çatmışdır. Yüksək bədii-texniki məziyyətləri və 
kompozisiya kamilliyi ilə seçilən süjetli xalça toxuculuğunun çiçəklənməsi XVI əsrə, Təbriz 
miniatür məktəbinin fəaliyyətinin parlaması dövrünə təsadüf elir. O dövrün mahir xalça ustaları 
Təbriz rəssamlarının miniatürləri əsasında orijinal süjetli bədii xalçalar toxuyurdular.
177
  
Üzərində müxtəlif məişət və ov səhnələri təsvir olunan süjetli xalçalar, həmçinin, Şirvan, 
Gəncə və Qarabağda da istehsal olunurdu. Bu tipdən olan süjetli xalçalarda məişət səhnələri ilə 
yanaşı, klassik ədəbiyyat əsərlərindən götürülmüş kompozisiya motivləri də öz əksini tapmışdır. 
Azərbaycanın dekorativ-tətbiqi sənətinin  ən güclü sahəsi olmaq etibarı ilə xalça 
toxuculuğu özünün əməli əhəmiyyətini sonralar da itirməmişdir. 
XIX  əsrdə Azərbaycanda xalçaçılıq sənətinin güclü inkişaf etdiyi istehsal mərkəzləri 
arasında Quba, Bakı,  Şamaxı, Göyçay, Qazax, Gəncə,  Şuşa, Zəngəzur, Cəbrayıl qəzaları  və 
Zaqatala dairəsi xüsusi yer tuturdu.
178
  
XIX  əsrin 80-ci illərinə aid dövri mətbuatdan bəlli olur ki, o zaman Azərbaycanın 
qabaqcıl qoyunçuluq mərkəzlərindən biri olmaq etibarı ilə Qazax qəzasında hər il 2000-dək 
xalça, bir o qədər də palaz, 100-ə qədər çul toxunurdu.
179
 
XIX  əsrin 40-cı illərinə aid arxiv sənədlərindən məlum olur ki, Yelizavetpol (Gəncə- 
A.M.) qəzasının, demək olar ki, bütün kəndlərində qadınlar qoyun yunundan şal, mahud ilə 
yanaşı, xalça, palaz, çuval, məfrəş və s. toxuyurdular.
180
 

 
81
Yun toxuculuğu ölkənin digər əyalətlərində də kifayət qədər yaxşı tərəqqi etmişdi. XIX 
əsrin 30-cu illərinə dair statistik məlumatlardan bəlli olur ki, Rusiya tərəfindən işğal olunana 
qədər Bakı  qəzasında hər il 600 ədəd xalça, 1200 palaz toxunurdu.
181
  Mənbənin verdiyi 
məlumata görə,  əyalətin bütün kəndlərində qadınlar al-əlvan bəzəkli,  əla növ xalça, palaz, 
mafraş, çuval toxuyurdu. Abşeron xalçaları arasında  Əmircan və Bülbülə  kəndlərində toxunan 
xalçalar çeşni gözəlliyinə  və texniki keyfiyyətinə görə, xüsusilə  fərqlənirdi.
182
  Mənbələrin 
verdiyi məlumata görə, Abşeron xalçaları arasında çeşni gözəlliyi, rəng  əlvanlığı, ilmə  sıxlığı 
baxımından Əmircan və Bülbülə xalçaları ilə yanaşı, Suraxanı xalçaları da diqqəti cəlb edirdi.
183
  
Azərbaycanda yun, xüsusilə də xalça toxuculuğunun inkişaf etmiş mərkəzlərindən biri də 
Quba  əyaləti olmuşdur. XIX əsrin 30-cu illərində burada hər il 850 xalça, 1700 ədəd palaz 
toxunurdu.
184
 Ən yaxşı palaz və sumaxlar İmamqulu kəndində, ən əla xalçalar isə Çiçi kəndində 
toxunurdu. Xalça, palaz, məfrəş, xurcun, heybə, demək olar ki, Quba qəzasının bütün 
kəndlərində toxunurdu. 
XIX  əsrin sonu və XX əsrin başlanğıcında Quba qəzasında xalça toxuculuğundan bəhs 
edən bir mənbədə bütün Qafqazda ən yaxşı xalçaların bu qəzada toxunduğu və  hər il buradan 
xaricə 15420 ədəd xalça məmulatı ixrac olunduğu xəbər verilir.
185
 Təkcə Quba şəhərində bu işlə 
200 ailə məşğul olur və ildə 300 ədəd xalça toxuyurdu.
186
 Bütövlükdə qəzada 1479 ailə, başqa 
sözlə, 4200 nəfər bilavasitə xalça toxuculuğu ilə məşğul olurdu.
187
 
Qəzanın xalçaçılıq sənətində  məmulat növləri üzrə müəyyən qədər ixtisaslaşma getdiyi 
nəzərə çarpır. Belə ki, xalça, demək olar ki, bütün kəndlərdə toxunurdu. Bundan əlavə, sumax 
başlıca olaraq Hil, Yasab, Həzrə, Cibir, İmamqulu, Çiçi, Alpan, Ləcət və Zeyxurda, palaz Hil, 
Yasab, Həzrə, Ləcət, Çiçi, Pirəbədil, Xudat və Alpanda, xurcun  isə  ən çox Cimi kəndində, 
qismən isə Yasab, Həzhrə, Qonaqkənd və Cibirdə istehsal olunurdu.
188
  
Yun məmulatı istehsalı Lənkəran qəzasında qoyunçu- luqla məşğul olan dağ və dağətəyi 
mahallarda (Səbircan, Zuvand, Dırıq), qismən isə düzənlk  ərazidəki  Ərkivan mahalında yaxşı 
inkişaf etmişdi. Qəzada qadınlar yundan xalça, palaz, kilim, cecim  (nazik palaz), şal, çadır, 
örkən, sicim, məfrəş, xurcun, çul, corab toxuyur, həllaclar keçə basırdı lar.
189
 
Xammal ehtiyatının bolluğu üzündən yun məmulatı toxuculuğu  Şamaxı  və Göyçay 
qəzalarında daha geniş yayılmışdır. Demək olar ki, hər bir kənddə  xalça,  gəbə, cecim, sumax, 
çuvalxurcun, mafraş toxunur, çatı, cidar hazırlanırdı.
190
 
XIX  əsrin 80-ci illərində müxtəlif çeşnili xalçaların  Şirvanın hər bir kənd və köçəbə 
icmasında toxunduğunu xəbər verən bir mənbədə bildirilirdi ki, çox nadir halda kənd evlərində 
xalça və digər məmulatlar toxumaq üçün hana olmazdı.
191
  Mənbənin yazdığına görə,  ən yaxşı 
xalçalar bölgənin Qarayazı, Zərdab, Mollakənd və Ərəbqədim kəndlərində toxunurdu.
192
 
Yun toxuculuğu Şirvana qonşu olan Ərəş mahalı və Şəki qəzasında da geniş yayılmışdı. 
Burada xalça, palaz, cecim, çulçuval, məfrəş, şal toxuculuğu ilə qadınlar məşğul olurdular. Ən 
yaxşı xalça və cecim Kürətrafı  kəndlərdə, xüsusilə, Eymur, Qarxun, Ağyazı, habelə Nuxa 
qəzasının Vardanlı  kəndində toxunurdu. Bu məmulatlar nisbətən aşağı keyfiyyətdə olub, çox 
vaxt hər bir ailənin daxili istehlakına sərf olunur, nadir hallarda satışa çıxarılırdı. 
193
  
Mənbələrdən bəlli olduğu kimi, yun məmulatı istehsalı XIX əsrin birinci yarısında 
Şəkinin qonşuluğunda olan Alazan vadisində nisbətən zəif inkişaf etmişdir. 1841-ci ilin 
məlumatına görə, Balakən dairəsi  əhalisi öz istehlakı üçün yundan keçə, xirsəkçuval, xurcun, 
corab, cecim hazırlayırdı.
194
 Lakin XIX əsrin ikinci yarısında bölgədə  vəziyyət dəyişmiş, 
Azərbaycanın digər qəzalarında olduğu kimi, Zaqatala dairəsində  də yun məmulatı istehsalı 
əhəmiyyətli dərəcədə genişlənmişdir.
195
 1900-cü ilə aid bir arxiv sənədində  hər il Zaqatala 
dairəsində 11250 pud yun hasil olunduğu, bunun 4250 pudunun xaricə ixrac edildiyi, 7000 
pudunun yerli əhali tərəfindən yun məmulatlarının (şal, cecim, xalça, palaz, keçə, yapıncı, 
çopoz) hazırlanmasına sərf olunduğu xəbər verilir.
196
 Burada yun cecimdən xurcun, heybə, ipək 
cecimdən isə yorğan üzü hazırlanarmış.
197
Digər tərəfdən dairədə keçə məmulatı (qəlib, yapıncı, 
çopoz) istehsalı,  başqa sözlə, həllaclıq sənəti geniş yayıldığından xalça-palaz toxuculuğu 
məhdud səciyyə daşımışdır. Bu fakt arxiv sənədlərində də öz əksini tapmışdır. 1900-cü ilə aid bir 
sənəddə bildirilirdi ki, Zaqatala dairəsində xalça-palaz istehsalı nisbətən məhdud səciyyə da-
şımış, bunun müqabilində xurcun, çuval, çul toxuculuğu daha geniş yayılmışdı.
198
 

 
82
Yundan müxtəlif toxuma məmulatlarının hazırlan- ması Qarabağ bölgəsində, xüsusilə 
onun düzənlik ərazilərində tarixən geniş intişar tapmışdır. Bölgənin dağ və dağətəyi kəndlərində 
qoyunçuluq təsərrüfatı  zəif inkişaf etdiyindən bu kəndlərin  əhalisi xammal baxımından korluq 
çəkirdi. Bunun müqabilində Mil-Qarabağ düzənliyinin oturaq və köçəbə  əhalisi bol yun 
ehtiyatına malik olduğundan burada müxtəlif növ yun məmulatı  (şal, mahud, xalça, palaz, 
mafraş, xurcun, çuval və s.) istehsalı geniş yayılmışdı.
199
 
Mənbənin yazdığına görə, yun məmulatlarının hazırlanması ilə bağlı bütün proseslər 
(yunun yuyulyb təmizlənməsi, daranması, əyrilməsi, bükdərilməsi, yumaqlan ması, kələflənməsi, 
boyanması  və s.) hər bir evdə qadınlar tərəfindən görülürdü. Yalnız bir sıra çətin  əldə edilən 
rənglər kənarda, küp boyaqxanalarında boyatdırılırdı.
200
  
Yun məmulatı istehsalı xüsusilə bölgənin Cəbrayıl qəzası  kəndlərində daha geniş 
yayılmışdır. Burada yundan ən çox xalça, palaz, mahud (şal), habelə  xurcun, mafraş, çuval, 
corab, cecim, örkən  toxunur, sicim hörülürdü.
201
 
Azərbaycanın  ənənəvi xalça-palaz məmulatı  bədii-texniki xüsusiyyətlərinə görə  xovlu 
(ilməli) və  xovsuz (ilməsiz) olmaqla iki tipoloji növdə hazırlanmışdır. Xovlu xalçalar, istehsal 
texnologiyası baxımından palaz məmulatından xeyli dərəcədə fərqlənmişdir. 
Palaz  məmulatı xovsuz olub, yalnız  əriş  və arğac iplərinin müəyyən qaydada 
çarpazlaşdırılıb bir-birilərinin arasından keçirilməsi yolu ilə toxunub hazırlanırdı. Xovlu 
xalçaların istehsalında bunlardan əlavə al-əlvan boyanmış «ilmə» ipindən də istifadə olunurdu. 
Nisbətən sadə toxuma texnikasına malik olan palaz tipli xalçalara çox geniş çeşiddə 
məmulat növləri: palaz, kilim (çiyi kilim), zili, vərni, sumax, şəddə, yəməni, xirsək, cecim, habelə 
heybə, xurcun, çuval, məfrəş, çul, ladı, duz torbası, çanta və s. ilə təmsil olunurdu. 
Məişət əhəmiyyətinə görə, ənənəvi xalçaçılıq sənətində palaz məmulatı toxuculuğu daha 
önəmli yer tutmuşdur. Çoxsaylı tipoloji növə malik olan palaz məmulatı az miqdarda xammal 
məsrəfi tələb etməkdən  əlavə, həm də tez toxunub başa gəldiyinə görə iqtisadi cəhətdən də 
sərfəli idi. Məlum olduğu kimi, xalçaya nisbətən palaz məmulatının  əriş düzümü seyrək olub 
ilməsiz, həm də bir qədər boş toxunurdu. Palaz məmulatı  həm də az boyaq məsrəfləri tələb 
edirdi.  
Toxuma texnikasına, bəzək-nəqş tərtibatına görə palaz məmulatı saya və güllü olmaqla 
iki tipoloji növdə toxunurdu. 
Saya palazlar, bir qayda olaraq, əriş  və arğacın bir-birinə  bəsit keçirtmə («çalkeçir») 
üsulu ilə toxunurdu. Adətən, ikiüzlü toxunan saya palazın arğac ipi əpiş düzümünün alt və üst 
taylarını təkbir qaydada çalkeçir etməklə toxunduğundan onun astar üzü də avand üzü kimi, eyni 
ilə hamar görkəm kəsb edirdi. İkiüzlü toxuma texnikası  əsasında hasilə  gələn saya palazlar el 
arasında «yer palazı» da adlanırdı.
202
 Çox vaxt o, döşəmə, yaxud taxt üzərinə salınırdı.  
Yer palazı tarixən  zolaqlı  və  zolaqsız  olmaqla, bəzək tərtibatı etibarı ilə iki növdə 
toxunmuşdur. Zolaqsız palazın həm  əriş, həm də arğac ipləri eyni rəngdə, yaxud oxşar rəng 
çalarında olurdu. Bundan fərqli olaraq, zolaqlı palazların əriş və ya arğacı müxtəlif rəngli iplərin 
hər dəfə müəyyən saydan sonra dəyişdirilib təkrarlanması yolu ilə toxunurdu. Zolaqlar bəzən 
yalnız əriş taylarının rəng görüntüsünü müəyyən saydan sonra əvəzləmək, yaxud arğacın rəngli 
iplərini dəyişdirmək yolu ilə  əldə olunurdu. Bunun sayəsində  əriş uzatması vasitəsilə salınan 
alabəzək zolaqlar palazın boyu uzunu, arğac iplərinin köməyi ilə əmələ gətirilən rəngli zolaqlar 
isə köndələn vəziyyətdə düşürdü. Cecim toxunuşlu palazların hamısı bu bəsit texniki üsulla 
hazırlanırdı. 
Azərbaycan kürdlərinin arasında geniş yayılmış  yəməni,  ikiüzlü toxuma texnikası ilə 
istehsal olunur və «çiyi kilim» adlanırdı. Adətən,  örkən toxuculuğunda da bu texniki üsuldan 
istifadə olunurdu. 
Bəzən palazın həm  ərişi, həm də arğacı müəyyən saydan sonra dəyişən rəngliiplərdən 
tərtiblənirdi. Zolaqların bu cür şahmatsayağı  kəsişməsi yolu ilə toxunan palaz növü «şəddə» 
adlanmışdır. Eyni rəngli  əriş  və arğac iplərinin miqdarını artırıb azaltmaqla şəddə xanələrinin 
ölçüləri dəyişdirilirdi.
203
  
Kilim. Güllü palazların tipik növü birüzlü toxunan kilim olmuşdur. Güllü palazın istehsal 
texnologiyası cecim toxunuşlu saya palazdan xeyli fərqlənirdi.  Əvvəla, güllü palaz növlərinin 

 
83
hamısı birüzlü toxunurdu. İkincisi, arğac ipi əriş düzümünün bir tərəfindən digər kənarına 
birbaşa ötürülən saya palazdan fərqli olaraq, güllü palaz toxuculuğunda hər bir bəzək-nəqş 
ünsürü ayrıca arğac ipi vasitəsilə əmələ gətirilirdi. 
Azərbaycanda kilimin toxuma texnologiyası  və  nəqş-dəzək kompozisiyası baxımından 
bir sıra tipoloji növləri təşəkkül tapmışdır. Kilim tipli məmulat növləri «mürəkkəb keçirtmə», 
«dolama», «ilgəkli dolama», «dərmə», «qıyıq» və s. olmaqla, müxtəlif texniki üsullarla 
toxunurdu. 
Mürəkkəb keçirtmə üsulu ilə toxunan birüzlü palazların geniş yayılmış tipoloji növləri 
arasında  kilim, zili, vərni  və  sumax mühüm yer tutmuşdur. Bununla yanaşı, Azərbaycannın bir 
sıra bölgələrində  məhdud məhəlli  ərazilərdə yayılmış «xirsək», «kunt» və s. kimi yerli adlarla 
tanınan birüzlü kilim nümunələrinə də təsadüf olunur.  
Dolama,  yaxud  dərmə  texnikası ilə birüzlü toxunan kilimlərdə  nəqş ünsürü ilməsayağı 
rəngbərəng boyanmış xüsusi bəzək ipinin köməyi ilə  əmələ  gətirilirdi. Nəqşin müvafiq 
hissələrinin rəng uyarının tələbindən asılı olaraq, bəzək iplərinin sərbəst ucu, bir qayda olaraq, 
məmulatın astar üzünə çıxarılırdı. 
Mürəkkəb toxuma texnikası ilə hazırlanan güllü palazın əriş taylarını aralamaq üçün dal 
ağacı  əvəzinə, qısa  çiliklər  işlənirdi. Cərgə ilə çin-çin toxunan xalça ilməsindən və ya birbaşa 
ötürülən arğac keçirtmələrindən fərqli olaraq, güllü palazın bəzək ipləri əriş taylarının arasından 
çilik vasitəsilə keçirilirdi. 
Adətən, 2-3 nəfər tərəfindən müştərək toxunan kilim ən çox dərmə, yaxud dolama (o 
cümlədən, ilgəkli dolama) texnikası əsasında hazırlandığından onun bəzək ünsürləri xalçasayağı 
birbaşa, çin-çin deyil, müstəqil surətdə bu və ya digər bəzək növü tamam oluncayadək ayrı-
ayrılıqda toxunurdu. Ona görə də kilim toxuyan qadınların hər biri bilavasitə özünün öhdəsinə 
düşən bəzək ünsürünü müstəqil surətdə, yançını gözləmədən toxuyub başa çatdırırdı. Bununla 
belə, bəzək ipi ilə toxunan kilim istehsalında yeri gəldikcə birbaşa ötürülən arğac 
keçirmələrindən də istifadə olunurdu. 


Поделитесь с Вашими друзьями:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə