139
çalma, dingə, düyməçə və s. daxil idi.
Çutqu (tülü). Şəki, Quba, Şamaxı və Bakıda geniş yayılmış
çutqu qadının saçlarını yığcam
saxlayan xüsusi saç torbası rolunu oynayırdı. Bu səbəbdən də onun ölçüsü hər kəsin başının
dövrəsinə çata biləcək və hörüklərin boyuna müvafiq ölçüdə götürülürdu. Şəki bölgəsində daha
çox «tülü» adı ilə bəlli olan cutqu hər iki ucu açıq torbanı xatırladırdı. Tünd rəngli ipək
parçalardan, həm də astarlı tikilən çutqunun hər iki ucuna bəzək vurulurdu.
Çutqunun baş tərəfi axıradək tikilməyib bir qarış ölçüdə qulaqcıq formasında sərbəst
buraxılırdı. Çutqunu başda saxlamaq üçün qulaqcıqların uclarına uzun «qatma» (şərid, qaytan)
tikilirdi. Qatmalar baş ətrafına dolanandan sonra boyunun arxasında bir-birinə bağlanırdı.
Çutqunun kənarları bəzəkli olsa da, başa geyilərkən onun önünə «çutquqabağı» və ya
«alınqabağı» (alınlıq) adlanan baş bəzəyi tutulurdu.
Araxçın (təsək) tərgötürən vasitə kimi əməli vəzifə daşımasına
baxmayaraq, ona müxtəlif
rəngli ipək və ya güləbətin sapla al-əlvan bəzək vurulurdu. Çutqu və ya tülüdən fərqli olaraq,
araxçının ön tərəfdən gözə çarpması eyib sayılmırdı. Belə halda, araxçın, eyni zamanda,
çutquqabağını əvəz edirdi. Araxçın, adətən, «boğazaltı» və ya zəncirəli qızıl, yaxud gümüş
«qarmaq» vasitəsilə başa bəndlənib bərkidilirdi. Sonra bəzəkli baş sancaqları vasitəsilə örpək,
kələğayı və s. ona bənd edilirdi. Bunun sayəsində sərəndaz tipli baş geyimlərinin
sürüşüb başdan
düşməsinə yol verilmirdi.
Təsək. Adətən, gəlinlər toy günü başlarına qiymətli qalın materialdan hazırlanmış təsək
qoyurdular. Ədəbiyyat məlumatlarından göründüyü kimi, onun üzərinə çox vaxt iki sıra sikkə
pul bənd edilir və bununla da gəlinin alını bəzədilirdi.
61
Duvaq. Toy günü bir qayda olaraq, gəlinin başına duvaq salardılar. Bu barədə bir bayatıda
deyilirdi: «Duvaq salın üzünə, gəlməsin gözə dilbər».
62
Örtmə və bağlama baş geyimləri sərbəst halda istifadə olunmaqdan başqa, çox vaxt tikili
baş geyimlərinin üstündən örtülürdü. Bu qrup baş geyimləri Azərbaycanın ayrı-ayrı bölgələrində
müxtəlif cür bağlanırdı.
Qarabağda araxçının üstündən örtülən
kələğayı qıyğacı qatlanandan sonra ortası alının
üstünə düşmək şərtilə, onun hər iki ucu boğaz altında qarşı-qarşıya gətirilərək,
sağ ucu sol
çiyindən arxaya atılır, sol ucu isə sağ çiyindən geri qatlanır.
Şirvan bölgəsində qadın araxçını çox vaxt «təsək» adlandırılırdı.
63
İmkanlı ailələrdə araxçın və ya təsəyə bənd edilmiş qiymətli ipək
örpəklər başa salınandan
sonra onun qanadları sərbəst şəkildə kürəyin arxasına atılırdı.
Şamaxıda çutqunun üstündən qıyğacı qatlanmış ipək
yaylıq örtmək dəb halını almışdı.
Yaylığı başa örtmək üçün onun ortası alına düşmək şərtilə, ucları arxaya aparılıb hörüklərin
altından çal-çarpaz keçirilirdi. Daha sonra yaylığın qanadları qabağa qaytarılır və öndə hər bir
qanadı geriyə döndərilməklə, yenidən boyunun ardında bir-birinə bağlanırdı.
Soyuq vaxtlarda başa kələğayını
çalma bağlayandan sonra onun üstündən əlavə
şal
örtürdülər.
Q.Qaqarinin 1840-cı ildə çəkdiyi «Şamaxılı rəqqasə» rəsmində çutqunun üstündən salınan
örpəyin ucları sərbəst buraxılmışdır.
İpək toxuculuğunun qədim vətəni olmaq etibarı ilə Şirvan bölgəsində qadın baş
geyimlərinin müxtəlif tipoloji növləri (sərəndaz, alafa, bənarə, kəlağayı və s.) qeydə alınmışdır.
Şəddə. Keçmişdə Lənkəranın dağ kəndlərində qadınlar başlarında «şəddə» qururmuşlar.
Şəddə dörd ədəd müxtəlif rəngli yaylıqdan düzəldilirdi. Bunun üçün əvvəlcə kiçik
ölçülü birinci
yaylıq qıyqacı qatlanıb ortalama alının üstündə əllə tutulur, ikinci böyük ölçülü yaylıq onun
üstündən çalmasayağı bağlanırdı. Həmin ölçüdə, lakin başqa rəngdə üçüncü yaylıq yenə də
qıyqacı qatlanaraq, ortası alının üstünə düşməklə, ucları əvvəlki sayağı saçın altından qabağa
qaytarılıb gətirilir və çal-çarpaz vəziyyətdə birinci çarpazın arxasında düyünlənənirdi.
Sonra
onun ucları əvvəlki örpək qatlarının arasında gizlədilirdi. Ən nəhayət, axırda birinci yaylığın
əldə saxlanılan uclarını geriyə döndərərək bəzəkli formada başın arxasında, saçların üstündə
düyünləyirdilər. Bölgə əhalisi arasında bu tip bağlama geyim növü «şəddə» adlanırdı. Şəddənin
sabit qalması üçün onun üstündən bir ucunda qarmaq, digər ucunda ilgək olan
başbağı sarınıb
140
bərkidilirdi. Daha sonra onların üstündən əlavə daha bir iri yaylıq örtülürdü.
Belə mürəkkəb quruluşlu bağlama baş geyimlərindən fərqli olaraq, şəhər qadınları arasında
başa iki yaylıq örtmək dəb halını almışdı. Hətta imkanlı ailələrdə alt yaylığını çox vaxt araxçın
əvəz edirdi.
Qaşbənd. Naxçıvanda kasıb qadınlar başlarına «qaşbənd» adlanan
çarqat bağlayandan
sonra onun üstündən kələğayı örtürdülər. Qaşbənd, adətən,
hər iki ucunda qarmaq olan
«boğazaltı» vasitəsi ilə başa bərkidilirdi. Qaşbəndin üstündən bağlanan kələğayı və ya saçaqlı
ipək yaylıq (örpək) qıyqacı qatlanıb, ortası başın təpəsinə düşmək şərtilə, ucları qoşalaşdırılırdı.
Kələğayı və ya yaylığın sağ ucu qulaqdan aşağı hissədə kiçik «qat» əmələ gətirməklə, sol çiyinin
üstündən geri aşırılırdı. Bu halda burun altından onun əmələ gətirdiyi «qat»
yaşmaq məqsədi
daşıyırdı. Örpəyin sol ucu geri qayıtmaqla, sağ ucun mövqeyini möhkəmlədir və onu dayanıqlı
edirdi. Bu məqsədlə də örpəyin sol ucu sağ çiyindən geri çəkiləndən sonra yenidən önə
qaytarılırdı.
İmkanlı, kübar ailələrdə bəzəkli
araxçın və ya
başlığın üstündən bağlanan yaylıq xüsusi
baş sancağı vasitəsilə ona bəndlənib bərkidilirdi. Çox vaxt boğaza ayrıca yaylıq dolayırdılar.
Bəzən onu qızıl boğazaltının asma silsilələri ilə əvəz edib örtürdülər. Bu halda başlıq və ya
araxçına bərkidilmiş zərif örpəyin ucları sərbəst halda arxaya tərəf atılırdı.
Şəkidə
tülü üstündən örtülmüş kələğayı sürüşməsin deyə, onun üstündən «baş bağı»
adlanan xüsusi
bağ bağlanırdı.
Dingə. Azərbaycanın qərb bölgəsinə məxsus baş geyimləri (təsək, araxçın, çalma) arasında
dingə xüsusi yer tutmuşdur. Dingə üzüm tənəyi və ya iydə çubuğundan düzəldilmiş «çənbər»
üzərinə xüsusi qaydada şal və ya qalın ipək örpək sarımaqla düzəldilərmiş.
Dingədən fərqli
olaraq,
çalma təsəyin (araxçının) üzərinə sarınarmış.
Kiçik ölçülü
örpəklər, o cümlədən
yaylıq, cuna, ləçək, qaşbənd və s. nazik pambıq parça
və ya ipəkdən bəzəkli, yaxud bəzəksiz olmaqla, saçları bir yerə yığıb sabit saxlamaqdan əlavə,
bunların üstündən geyinilən qiymətli baş geyimlərini tərdən qorumaq məqsədi güdürdü.
Dördkünc formalı baş örpəkləri qıyqacı qatlanıb alının qabaq tərəfindən başa dolanır,
sonra
ucları arxada, saçın altından keçirilərək çarpaz halında qarşı-qarşıya gətirilir və düyünlənirdi.
Yuxarıda sadalanan baş geyimləri saçı yad nəzərdən, başı isə soyuq və ya istidən mühafizə
edir, yaxud onların sürüşüb düşməsinin qarşısını almaq kimi əməli məqsədlər daşıyırdı.
Şal (baş şalı). Qadın baş geyimləri arasında
yun şal mühüm yer tutmuşdur. Bununla
yanaşı, varlı qadınlar «xara şal», hətta o dövrdə məşhur olan Kəşmirdən gətirilmə «kəşmiri şal»
örtərmişlər.
Şalın bu növü bayatılarımızda da öz əksini tapmışdır:
«Kəşmiri şalın ollam, üzündə xalın ollam»
64
Kənd qadınları baş şalından həm də «bel şalı» kimi istifadə edirdilər. Soyuq vaxtlarda belə
kip dolanmış şalın ara qatları əməli məqsəd daşımaqla onlardan cib kimi istifadə edilirdi.
Ləçək. İmkansız, kasıb ailədən olan qadınlar başlarına güllü
ləçək bağlamaqla
kifayətlənirdilər.
Örpək. Qızlar və gənc qadınlar, adətən, başlarına ağ rəngli
örpək örtərdilər. Örpəyin
müxtəlif rəng çalarları mövcud olmuşdur. Qara
rəngli baş örpəyi keçmişdə, əsasən, yas
mərasimlərində örtülərmiş.
65
Dostları ilə paylaş: