Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Kompüterdən istifadənin gigiyenik şərtləri



Yüklə 45,05 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü45,05 Kb.
#1975
1   2   3   4   5   6   7   8
1.2. Kompüterdən istifadənin gigiyenik şərtləri

Müasir zamanda əhalinin sanitariya mədəniyyəti daha da yüksəldilməlidir. Sanitariya-gigiyenik tələblər radio, mətbuat, televiziya vasitəsi ilə gündəlik olaraq əhaliyə çatdırılmalıdır. Tədris ocaqlarında informatika və elektron hesablama texnikasından istifadə olunur. Buna görə də əmək, tədris və istirahət rejiminin düzgün təmin olunmasına daha da diqqət artırılmalıdır. Kompüter zalında, otaqlarda, evdə kompüterdən istifadə olunur. Ona görə də bir daha gigiyena normalarını, tələblərini yada salmaq və onları gözləmək vacibdir.

Kompüterlə məşğulluq uşaqların həvəsini, biliyini artırır. Lakin uzun müddət hər dəfə kompüterlə məşğul olanda otağın mikroiqlimi: temperatur, rütubət, səs-küy, elektrik və radiasiya sahəsi dəyişir, hava bakteriyalarla zənginləşir. Belə mikroiqlimdə qalmaq uşaq və yeniyetmələrdə müəyyən dərəcədə əqli, emosional, görmə funksiyalarını dəyişir. Statik vəziyyət, tez yorulma uşaqda inkişaf edir. Uzun müddət belə mikroiqlimdə qalmaq uşaq və yeniyetmələrin vacib funksiyalarından biri olan maddələr mübadiləsinə də mənfi təsir edir. Onların müdafiə sistemi zəifləyir, patologiya və yoluxucu xəstəliklərə qarşı müqaviməti azalır. Uşaq və yeniyetmələrin sağlamlığına, onların zehnini yormayan yüksək qavrayışa və aktiv olmağa yalnız gigiyena tələblərinə əməl edilməsi ilə nail olmaq mümkündür.

Bir displeydə 2 və çox uşağın işləməsi qadağandır, çünki bu halda uşaq və yeniyetmələrin görmə qabiliyyəti pozulur və gözləri yorulur.

Əgər uşaq və yeniyetmə gözlərinə eynək taxırsa, o, displeylə məşğul olanda da eynəkdən istifadə etməlidir. İş vaxtı onların nə qədər və hansı yaxınlıqda əyləşməsi də həkimin göstərişi ilə olmalıdır.

Ekranda təsvirlər stabil, aydın olmalıdır. Gözləri zəif olanların gün ərzində neçə saat və hansı rejimdə elektron hesablama texnikasından istifadə etmələri həkimin məsləhətinə uyğun qurulmalıdır.

Ekran uşaqların gözlərindən 55-65 sm aralı və göz həddindən 5-10 dərəcədən aşağı olmalıdır. Otaqlarda, ya da kompüter zallarında işləyən zaman orada hava tez-tez və lazımi qədər dəyişdirilməlidir. Səs-küyün səviyyəsi 50 desibaldan yüksək olmamalıdır. Nisbi rütubət 40-60% və havanın hərəkət sürəti isə saniyədə 0,25 m2-dək olmalıdır.

Otaqlarda mexaniki ventilyasiya və kondisionerlər səsudan qurğularla təmin edilməlidir.

Kompüter olan otaqlar, zallar kifayət qədər təbii işıqlandırılmalıdır. Təbii işıq pəncərədən səviyyəsi 1-ci cərgədəki olan stolun səthinə qədər 600 lk, süni işıqlanmanın səviyyəsi isə iş yerində 500 lk olmalıdır.

Kompüter olan otaqda, ya zalda hər bir uşaq və ya yeniyetmə üçün fərdi 5 m2 hesablanaraq, rahat iş yerləri olmalıdır. Burada displey ekranının işıqlanması isə 200-250 lk-dan artıq olmamalıdır.

Displey ekranından istifadə edərkən 15-25 dəqiqədən bir, 8-10 dəqiqə istirahət etmək üçün uşaqlar, yeniyetmələr fasilə edərək idmanla məşğul olmalıdırlar. İdman kompleksi hər ayda bir dəfə dəyişdirilməlidir.

Displeyin bütün bərpa və təmir işləri uşaqlar olmayan vaxt aparılmalıdır, arxa qapağı çıxarılmış displeyin istifadəsi qəti qadağandır.

Uşaq və yeniyetmələrin sağlamlığı və iş davamiyyətinə mənfi təsir edən mühüm amillərdən biri də onların həddən çox yüklənməsidir. Ona görə dərs və istehsalat təcrübəsi rejimi, dərs prosesindən əlavə evdə, digər zallarda informatika və elektron hesablama texnikasından istifadə zamanı gigiyena tələblərinə, optimal mikroiqlimin təmininə, uşaqların səmərəli və təhlükəsiz qidalanmasına nəzarət daha da gücləndirilməli, uşaqlar sağlam həyat tərzinə daim cəlb olunmalıdırlar.


Yüklə 45,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin