Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Əmtəənin qablaşdırılması və onun beynəlxalq marketinq fəaliyyətinə təsiri



Yüklə 0,65 Mb.
səhifə112/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   108   109   110   111   112   113   114   115   ...   160
Beynelxalq marketinq muhazire

4. Əmtəənin qablaşdırılması və onun beynəlxalq marketinq fəaliyyətinə təsiri.

İstər beynəlxalq, istərsə də xarici bazarda çıxarılan əmtəələrin böyük əksəriyyəti qablaşdırmaya məruz qalır. Bəzər görkəmli marketinq xadimləri qablaşdırmanı əmtəə, qiymət, yayılma metodları və stimullaşdırmadan sonra marketinq kompleksinin beşinci elementi adlandırırlar və praktika göstərir ki, onlar bu fikirlərində yanılmırlar. Alıcının zövqünü oxşayan və onu ilk görünüşdən cəlb edən qab əmtəənin alınmasında az rol oynayır.

Qablaşdırmanın təyinatı bunlardır:


  • əmtəəni xarab olmaq və zədələnməkdən qorumaq;

  • əmtəənin yüklənməsi, daşınması və ambarlaşdırılması zamanı rasional əmtəə vahidi yaradılmasını təmin etmək;

  • əmtəənin satış üçün optimal əmtəə vahidinin yaradılmasının təmin edilməsi;

  • vacib reklam funksiyasını yerinə yetirmək.

Qablaşdırmanın funksiyaları əmtəə istehsal olunan vaxtdan formalaşdırmağa başlayır. Qaba çəkilən xərclər əmtəənin qiymətinə mütənasib olmalıdır. Bəzi hallarda bahalı qab alıcını cəlb edir, əksər hallarda isə əksinə.Qab əmtəənin istehsalçıdan isehlakçıya qədər keçdiyi bütün yol müddətində əmtəəyə xidmət edir.

Qablaşdırmanın bir funksiyası da əmtəənin əlverişli anbarlaşdırılması üçün qablaşdırılmış optimal vahid yaradılsın. Nəzərdə tutmaq, lazımdır ki, əmtəənin saxlanılması yalnız istehsalçıda, topdansatış müəssisələrində, pərakəndəsatış mağazalarında deyil, həm də limanlarda və hətta son istehlakçılarda da həyata keçirilir.funksiyasını

Ona görə də, qabın materialı seçilərkən onun saxlanılacağı ehtimal edilən ambarların növləri, onlardakı avadanlıqlar, hansı üsulla hansı müddətə, hansı temperaturda, yaxud açıq havada olacağı nəzərə alınmalıdır. Eləcə də, əmtəənin göndərildiyi ölkənin klimatik şəraiti də nəzərə alınmalıdır. Bütün bunlarla yanaşı, əmtəənin istehlakçıdan istehlakçıya çatanadək olan müddətdə nəzərə alınmalıdır ki, qab bu vaxt əzində öz funksiyasını laiqincə yerinə yetirərək onu xarici mühitin mənfi təsirindən qoruna bilsin.

Qablaşdırma çox qədim zamanlardan məlumdur. Hətta belə bir rəvayət vardır ki, qədim insanlar yığdıqları cır meyvələri və giləmeyvələri öz mağarlarma ovladıqları heyvanlarm dərisindən hazırladıqları "qablarda" və ya toxuduqları səbətə oxşar qablarda gətirirlərmiş. Çində isə bərk əşyalarm və mayelərin saxlanılması üçün müxtəlif saxsı qablardan istifadə olunmuşdur. Zaman keçdikcə, elmi-texniki tərəqqi də sahədə də yeniləşmə prosesinə təkan vermiş, ucuz başa gələn və cəlbedici materiallardan hazırlanan qablaşdırmadan geniş istifadə olunmağa başlanmışdır. Bu sahədə kimya elminin nailiyyətləri xüsusi rol oynamışdır. Bunlar onu göstərir ki, əmtəələrin irəlilədilməsi üçün digər amillərlə yanaşı, qablaşdırma üçün səmərəli materiallardan istifadə olunması çoxlu qərarların qəbul olunmasını tələb edir. Bu məqsədlə qabm forması, onun əsas fiınksiyasımn nədən ibarət olması və s. nüəyyənləşdirilməlidir. Sonra qabın ölçüsü, hansı materialdan hazırlanacağı, rəngi və s. haqqmda qərarlar qəbul olunur. Bütün bunlar çoxlu vəsait tələb etsə də. İstehsalçı bu sahədə öz işlərini axşı qurmaqla. nəinki qablaşdırma üçün sərf etdiyi vəsaiti geri aytarmağa nail olur həm də sonra daha çox mənfəət əldə edir.

Габлашдырма барядя игтисадиййатын айры-айры сащяляриндя ялавя милли вя бейнялхалг нормаларда тятбиг олунур. Мясялян, тохуъулуг сянайесиндя тямиз йун материалдан истещсал олунан ямтяяляр хцсуси нишанлама вя малын цстцня йапышдырылан хцсуси йарлыка (етикет) малик олмалыдыр. Орада эюстярилмялидир ки, малы щансы температурда йумаг вя йа тямизлямяк олар вя ону цтцлямяк олармы. Нязярдя тутмаг лазымдыр ки, тохуъулуг сянайеси малларıнын цзяриндя беля етикетляр олмаса онлары Гярби Авропа базарларында сатмаг мцмкцн дейил. Бу инкишаф етмиш бцтцн юлкялярин базарларында белядир. Она эюря дя фирма габлашдырма просесиндя бу нормалара да мяъбури олараг ямял етмялидир.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin