Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki avrasiya universiteti


Təsviri metod,onun əsas üsulları və istiqamətləri



Yüklə 29,6 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü29,6 Kb.
#34833
növüReferat
1   2   3   4
Elvira Dilçilik L

Təsviri metod,onun əsas üsulları və istiqamətləri.

Metodun adı düzgün verilməmişdir Addan belə çıxır ki,bu metodun vəzifəsi hansısa dil hadisəsinin ancaq təsvirini verməkdən ibarətdir.Lakin bu metodu daha geniş mənada başa düşmək lazımdır.Çünki söhbət burada dil hadisələrini təhlil etməkdən və onu nəzəri cəhətdən şərh etməkdən getməlidir.Təsviri metod “dil mexanizminin”işlək elementlərinin təsviri və təhlili üçün dilin sosial funksionallığını öyrənir. Bu metod tələb edir ki,fonemlərin,morfemlərin,sözlərin,qrammatik kateqoriyaların və s. xarakteri diqqətlə və dərinliklə öyrənilsin.Bu elementlərin hər biri həm zahiri ,həm də semantik aydınlaşdırılmalıdır.Yəni təsviri metodun vəzifəsi sadəcə təsvir etməkdən ibarət olmayıb dil elementlərinin daxili quruluşunu,əlaqələrini və sistemliliyini öyrənməkdən ibarətdir.Məhz bu metodun əsasında indiyedek müxtəlif dillərin qrammatik quruluşunu əks etdirən əsərlər meydana gəlmişdir.Bu metod əsasında leksikoloji tədqiqatların bazasını təşkil edən izahlı lüğətlər hazırlanmışdır.Bu metod,həmçinin nitq mədəniyyəti məsələlərinin öyrənilməsində zəngin təcrübə yaratmışdır. Bu metodun əsasında “faktların təsviri” təhlil olunan materialın keyfiyyət dərəcəsini təyin etmişdir. Yəni işin keyfiyyəti faktların dil strukturu və sistemi barədə aydın,müfəssəl təsəvvür yarada bilməsi ilə ölçülür.Təsviri metodun naliyyətləri çoxdur. Hərçənd ki,bəzi hallarda bu metod sadəcə təsvir kimi başa düşülür.Təsviri metodun vəzifəsi,hər şeydən əvvəl dilin daxili struktur və sistemindəki əlaqələri,onların səbəblərini ,bu struktur və sistemdə nitqin təsiri ilə baş verən dəyişmələrin,ziddiyyətli elementlərin,eyni zamanda dil normasının müəyyənləşdirilməsindən ibarətdir.Təsviri metodda faktların təhlili əsas prinsipdir. Təsviri metod mexaniki təsvir,siyahıyaalma olmadığı üçün onun tətbiqi dilçiliyin inkişafı ilə mütənasiblik yaradır. Təsviri metod tarixi,tarixi-müqayisəli üsullarla da qarşılaşır.Təsviri metoddan bir çox alimlər istifadə edib qrammatikalar yaratmışlar. Məsələn,məntiqi qrammatika tərəfdarlarından F.İ.Buslayev,psixoloji-qrammatika məktəbinin nümayəndəsi A.A.Potebniya formal qrammatika məktəbinin nümayəndəsi F.Fortunatov dillərin təsviri öyrənilməsi üsulundan istifadə etmişlər .Azərbaycan dilinin fonetikasına,morfologiyasına, sintaksisine və üslubiyyatına dair yazılmış əsərlərdə də təsviri metoddan istifadə edilmişdir.Təsviri metod hazırda struktur təhlil metodu ilə qarşılaşır və bir-birlərinə təsir göstəirlər.Təsviri metoddan bizim dövrümüzdə də geniş sürətdə istifadə olunur .Həmin tədqiqat üsulunun dillərin öyrənilməsi işinə tətbiqi müasir müasir dövrdə özünü üç cəhətdən göstərir.Birincisi ,bu metoddan ayrı -ayrı dillərin elmi qrammatikalarının hazırlanmasında istifadə olunur.Akademik qrammatika adlanan həmin tədqiqat işləri konkret dillərin fonetik,qrammatik quruluşu barədə tam elmi təsəvvür verir.İkincisi ,həmin üsul müxtəlif dillərə aid dərsliklərin hazırlanması işində geniş tətbiq olunur. Nəhayət ,üçüncüsü,təsviri metod müasir dövrün əsas dilçilik məktəblərindən olan struktur dilçilikdə başlıca tədqiqat üsulu kimi işlənir.Təsadüfi deyil ki,Amerika strukturalizmi deskriptiv dilçilik adlanır.Göründüyü kimi ,təsviri metodun tarixi qədim,işlənmə sahəsi isə çox genişdir .Təsviri metod bəzən müəyyən dövrlə,daha doğrusu,tədqiqat aparılan dövrlə əlaqələndirilir.Məsələn,V.İ.Koduxov yazır: “Təsviri metod dilin müəyyən inkişaf mərhələsində dil hadisələrinin səciyyələndirilməsində tətbiq olunan tətdiqat üsulları sisteminə deyilir;bu,sinxronik təhlil metodudur.Bu mülahizənin dəqiqləşdirilməyə ehtiyacı vardır.Belə ki,təsviri metod müasir dil hadisələrinin,ümumiyyətlə, müəyyən dövrün dil hadisələrinin tətqiqinə tətbiq edildiyi kimi,bu və ya digər dilin tarixi inkişafında da aid edilə bilər.Yəni o metoddan diaxronik dilçilikdə də istifadə etmək mümkündür.Məsələn müxtəlif dillərə aid yazılmış bir sıra tarixi qrammatikalar buna misal ola bilər.

Deməli ,təsviri metod üçün tətdiqatın istiqaməti yox,onun üsulu əsasdır.Bu mənada təsviri metodun müasir dil və dil tarixi kimi iki tədqiqat istiqamətini göstərmək olar.

Təsviri metodla yazılmış dilçilik əsərləri təsviri dilçilik adlanan xüsusi dilçilik sahəsini əmələ gətirir.Təsviri dilçiliyin bölmələri içərisində səyyar dilçilik xususi yer tutur .A.Y.Kibrik səyyar dilçiliyi belə izah edir: “Tədqiqatçı üçün ana dili olmayan canlı dilin müstəqil yaradıcılıqla öyrənilməsinə və təsvir edilməsinə istiqamətləndirilən dilçilik üsulları kompleksini səyyar dilçilik adlandırırlar.Bu cür öyrənmə çoxlu müxtəlif məqsədlər daşıya bilər :dil tam,ya hissə-hissə,nəzəri,ya təcrubi,öz-özlüyündə,ya qarşılaşdırma ilə,sinxronik ya diaxronik sürətdə öyrənilə bilər .Daha sonra müəllif göstərir ki, “hər bir təsəvvür edilən linqvistik təsviri fəaliyyətin əsas obyektləri aşağıdakılar sayıla bilər:tədqiqat predmeti ki,biz onu dil-obyekt adlandıracağıq ,müşahidə obyekti və tədqiqat məhsulu

Yuxarıda deyilənlərdən aydın olur ki,təsviri metod müxtəlif tədqiqat üsulları,istiqamətləri,mərhələləri və.s dən ibarət olan bir sistem təşkil edir.Təsviri metodla aparılan tədqiqatın və yaxud təsviri təhlilin üç mərhələsini göstərirlər.

Birinci mərhələ mətndən dil vahidlərinin,ilk növbədə,dilin nominativ və kommunikativ vahidləri olan sözlərin və cümlələrin seçilməsini nəzərdə tutur.Məlum olduğu üzrə,yazılı mətnlərdə onları müəyyən ləşdirmək olduqca asandır.Belə ki, sözlər mətndə boşluqlarla,cümlələr isə nöqtə,sual,nida,işarələri,üç nöqtə kimi durğu işarələri ilə hüdudlanır.Tədqiqatın bu mərhələsi müşahidə üsulu vasitəsilə aparılır.

İkinci mərhələ xüsusi nəzəri hazırlıq və tətqiq edilən dili bilməyi tələb edir .Belə ki,bu mərhələdə seçilmiş dil vahidləri artıq müşahidə ilə bərabər təcrübədən keçirilir,yəni sözlər kök və şəkilçilərə,cümlələr isə cümlə üzvlərinə ayrılır.

Nəhayət,üçüncü mərhələdə onların linqvistik təsviri verilir .Bu təsvir müxtəlif təhlil yolları ilə,məsələn,assosiativ ,komponentli,spektral,transformasion,kvantitativ və.s cəhətdən aparıla bilər.Bu təhlil növlərindən bəzilərini izah edək .Məsələn,assosiativ təhlildə müxtəlif dil vahidləri,deyək ki,fonemlər və morfemlər onlara uyğun fonem və morfemlərlə qarşılıqlı sürətdə təhlil edilir.Komponentli təhlil,adından da göründüyü kimi , tərkib hissələrinə görə aparılan təhlili nəzərdə tutur.Məsələn,quruluşumuzun söz forması qur,-ul,-umuz,-un tərkib hissələrinə,Mən universitetdə oxuyuram cümləsi mən,universitetdə və oxuyuram tərkib hissələrinə ayrılır və təhlil edilir.Kvantitativ təhlil dil vahidlərini statistik cəhətdən öyrənir.və.s


Yüklə 29,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin