78
-uşağın yaş səviyyəsini, potensial imkanlarını nəzərə almaqla təlim prosesini səmərəli təşkil
etmək bacarığı;
-inkişafetdirici mühit və işgüzar şərait yaratmaq bacarığı;
-uşaqlarla ünsiyyət və əməkdaşlıq; ailələrin uşaq inkişafında və təhsilində rolunu nəzərə
alaraq, ailələrlə əməkdaşlıq etmək bacarığı;
-uşağın inkişafını sistematik şəkildə sənədləşdirmək bacarığı;
-xüsusi qayğıya ehtiyacı olan uşaqları müəyyən etmək və onların inklüziyası üçün
strategiyalar müəyyən etmək bacarığı;
-sağlamlıq imkanları məhdud olan uşağın tərbiyəsi, təlimi, inkişafı, qulluq və sağlamlığını,
eləcə də onların fiziki və psixi inkişafında olan çatışmazlıqları müəyyən etmək bacarığı;
-uşağın inkişafında olan geriliklərin aradan qaldırılması üzrə hər bir uşağın fərdi imkanlarını
nəzərə almaqla, onların cəmiyyətə uğurlu inteqrasiyasını və erkən sosiallaşmasını həyata keçirmək
bacarığı;
Dostları ilə paylaş: