Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,52 Mb.
səhifə8/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
aysel-2

Biznes planın hazırlanması

Vurğulamaq lazımdır ki, uğurlu biznes planın tərtib edilməsi, çox da çətin iş deyil. Öncə biznesin hal-hazırda olan vəziyyətinə nəzər salıb, gələcəkdə (məs: 5 il ərzində) nəyə nail olmaq istədiyiniz müəyyən edilir. Bundan sonra isə planın hazırlanmasına başlanıla bilər.

Ümumiyyətlə, biznes planın hazırlanması 2 əsas mərhələdən ibarətdir:


  • İnformasiyaların toplanması:

Məqsədəuyğun biznes planın yaradılması üçün məşğul olunacaq fəaliyyətə dair mümkün dərəcədə çox məlumat əldə olunmalıdır:

- Biznes haqqında:

Məşğul olacağınız fəaliyyətin konkret təyin edilməsi.

- Bazar haqqında:

Müştərilərin kimliyi, onların istəkləri və rəqiblər barədə məlumatın toplanması.

- Maliyyə haqqında:

Potensial müştərilərin ehtiyaclarının təmini və mənfəət əldə olunması imkanlarının mümkünlüyü.


  • İnformasiyanın sistemləşdirilməsi:

Biznesə dair məlumatın əldə olunması kifayət deyil.Şəriklərə həmin informasiyanı hansı formada təqdim etmək daha vacibdir.Buna görə də plan sadə və anlaşılır olmalıdır.Fikirlərin müxtəlif aspektlərə uyğun olaraq bölmələrdə sistemləşdirməyə çalışmaq lazımdır.Bütün texniki xüsusiyyətlərin və texnologiyaya aid olan sənədlərin biznes plana əlavə olunmaması daha yaxşı olar. Plan sadə və ya mürrəkkəb ola bilər, lakin əsas məqsəd nəzərdə tutulan məsələlərin ətraflı əks olunmasıdır.

Müasir dövrdə həyata keçirilən iqtisadi islahatlar idarəetmə sistemində aparıcı biznes texnologiyaların tətbiq olunması, dəyişikliklərin həyata keçirilməsində qabaqcıl üsul və yanaşmaların istifadə olunmasını tələb edir.Ölkəmizdə bazar münasibətlərinə keçidlə bağlı olan mövcud iqtisadi vəziyyət planlaşdırmada müasir yanaşmanın ön plana keçməsinə şərait yaradır.Belə ki, bu gün sahibkarlıq qarşısında duran əsas vəzifələrdən biri də yaranan yeni Biznes-fikirlərin həyata keçirilməsində qəbul edilən qərarların maksimal effektivliyini təmin edən müasir planlaşdırma forma və modellərinin tətbiq olunmasından ibarətdir.



Biznes-plan sahibkarlıq fəaliyyətinin planlaşdırma və icra etmə sahəsində başlanğıc nöqtəsi və əsasdır.

Bazar iqtisadiyyatı inkişaf etmiş bütün inkişaf etmiş ölkələrdə Biznes-plan artıq çoxdan öz layiqli yerini tutmuşdur.Bu gün dövlətimiz, həm maliyyə resurslarının əldə edilməsi, həm şəxsi biznes fikirlərin formalaşdırılması, həm də mövcud bizneslərin qiymətləndirilməsi istiqamətində vacib alət olan Biznes-planların hazırlanması sahəsində təcrübə yığmaqdadır. Hazırda fərqli mülkiyyət formalarına malik olan idarə və müəssisə rəhbərləri, fərdi sahibkarlar, banklar, lizinq firmaları və s. öz biznes fəaliyyətlərində Biznes-planlara geniş maraq göstərməyə başlamışlar. Biznes-plan ildən-ilə ölkəmizdə sahibkarlığın strateji planlaşdırma alətinə, sərmayədarlarla işgüzar danışıqlar aparmaq üçün vacib sənədə çevrilməyə başlayır.

Biznes-planlar əsasən 2 məqsəd üçün hazırlanır:


  1. Xarici istifadə üçün.

Məqsəd – İdeyanın həyata keçirilməsi üçün sərmayədarların tapılması.

  1. Daxili istifadə üçün.

Məqsəd – İdeyanın həyata keçirilməsinin idarəetmə alətlərinin təmin olunması.

Biznes-plan hazırlanması sahəsində fəaliyyət göstərən ekspertlərin rəyincə, birinci mərhələdə daxili istifadə üçün nəzərdə tutulmuş Biznes-planların hazırlanması daha məqsədə uyğundur.Belə ki, onun hazırlanması prosesində xarici istifadə üçün düşünülmüş Biznes-planlarda əks olunması bir o qədər də vacib olmayan çoxlu sayda məqamlar nəzərdən keçirilə bilər.Lakin bu məqamların dərindən öyrənilməsi, sərmayədarların da ola biləcək suallarını cavablandırmağa hazır olmağa şərait yaradır. Əslində,nəzərdə tutulan ideyanın həyata keçirilməsi ilə əlaqədar lazım olan bütün sualların tam halda cavablandırılmamağı, gələcəkdə ideyanın iflasa uğramasına nədən ola bilər.Məsələn, mövcud istehsal sahəsində daxili istifadə üçün düşünülmüş Biznes-planın olmamağı, həqiqətən də sərmayəyə ehtiyac olduğunu və ya daxili imkanlar hesabına istehsal gücünün çoxaldılmasının mümkünlüyünü qiymətləndirməyə imkan vermir.Bu halda sərmayədarın mövcud biznesə cəlb edilməsi yaxşı düşünülmüş strateji qərar deyil, sadəcə onun xilaskar kimi qəbul olunmasına səbəb olur.Nəticədə, mövcud biznesdən sərmayədara pay vermədən də inkişaf etməyin mümkünlüyü üzə çıxanda, aldadılmış və istismar edilmiş kimi hisslər insanı tərk etmir.Bütün variantlar və inkişaf strategiyası, daxili istifadə üçün düşünülmüş Biznes-planda işlənib hazırlanmalıdır. Bunun nəticəsi kimi sərmayə cəlb olunmasının əsaslı olması,həm mövcud biznesin, həm də sərmayədarın maraqlarını qoruyan əməkdaşlığın başlanğıcı ola bilər. Beləliklə, daxili istifadə üçün nəzərdə tutulmuş Biznes-planın hazırlanması,həyata keçirilməsi nəzərdə tutulmuş ideyanın həm daxili, həm də xarici maraqlarının təmin edilməsində özünəməxsus rola malikdir.

Biznesdə ən böyük qəbahət özünü aldatmaqdır.Bu mənada, xarici istifadə üçün nəzərdə tutulmuş Biznes-planda bir çox hallarda reallıq əks olunmur və hər şeyin yüksək səviyyədə olduğu göstərilir.Özünü təbliğatın bucür forması son nəticədə dağıdıcı amilə çevrilə bilər.

Beləliklə, Biznes-plan sahibkarlara yeni ideyanın həyata keçirilməsi istiqamətində aşağıdakı məsələləri həll etməyə imkan yaradır:



  • Gələcək satış bazarının tutumunu, satış kanallarını, qiymət strategiyasını və inkişaf

perspektivlərini öyrənmək;

  • bazarda tələb edilən məhsulun (iş və ya xidmət) istehsalı üçün xərclərin düzgün

qiymətləndirilməsini həyata keçirmək, onun satış qiymətlərini və nəzərdə tutulan

fikrin potensial gəlirliliyini müəyyənləşdirmək;



  • yeni ideyanın həyata keçirilməsinə mane olan səbəbləri və onların aradan qaldırılması yollarını təyin etmək;

  • yeni ideyanın lazımi səviyyədə həyata keçirilməsinə müntəzəm nəzarət yollarını belirləmək.

Bütün deyilənlər, Biznes planın yeni ideyanın həyata keçirilməsində, sahibkarlığın inkişaf etdirilməsində və ən son, planlaşdırmanın dövlət strategiyasının formalaşmasında özünəməxsus rola malik olmasından xəbər verir.Qeyd etmək lazımdır ki, nəinki Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması, həmçinin Biznes-planın tərtib olunmasına başlamazdan əvvəl ideyanın aid olduğu satış bazarı haqqında lazımi məlumatlar yığılmalıdır. Satış bazarı haqqında geniş məlumatın toplanması və düzgün analiz olunması, nəzərdə tutulan ideyanın həyata keçirilməsinin müvəffəqiyyətlə nəticələnməsini təmin edən amillərdəndir.Bununla yanaşı satış bazarı haqqında geniş məlumatın verilməsi, xüsusilə sərmayədar və ya kredit verən təşkilatlar üçün təşəbbüskarın bazar haqqında informasiyanın olub-olmamağının göstəricisidir. Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması bölməsi bu məlumatları əhatə edir:

    • Bazarın son beş il ərzindəki vəziyyəti;

    • Bazarın gözlənilən inkişaf temposu;

    • Məhsulun (iş və ya xidmətin) son illərdə yaranmış yeni növləri;

    • Tələbat və təklifin dəyişməsi;

    • İstehsal;

    • İdxal;

    • İxrac;

    • Bazarın həcmi və tutumu;

    • Qiymət siyasəti;

    • Satış kanalları;

    • Bazardakı mövcud qiymət siyasəti;

    • Bazarda məhsulun (iş və ya xidmətin) mövcud reklam təminatı;

    • Problemlər;

    • Proqnoz və perspektivlər.

    • Risklər və s.

Eyni zamanda, Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması bölməsində, əvvəlcədən təşəbbüskar və ya onun cəlb etdiyi ixtisaslaşdırılmış müəssisənin, bazarın öyrənilməsi məqsədilə istehlakçı rəylərinin öyrənilməsi istiqamətində həyata keçirdiyi sorğu, fokus qrup və digər araşdırmaların nəticələri də öz yerini tapa bilər.Bu amil, satış bazarı haqqında məlumatların daha konkret və əsaslandırılmış olmasını təmin etmək iqtidarındadır.Sözsüz ki, Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması həyata keçirilərkən, məhz təşəbbüskar tərəfindən bazarın coğrafiyası müəyyən edilir.Daha doğrusu, yeni ideyanın məhsulunun satılması nəzərdə tutulan bölgədə (rayondaxili, regiondaxili, ölkədaxili və s.) mövcud bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması həyata keçirilir.

Biznes-planın rəqabət mühiti və rəqabət qabiliyyətlilik bölməsinin əsas məqsədi təşəbbüskarın rəqabətli bazarda öz rəqabət qabiliyyətliyinin təmin olunması üçün seçdiyi taktikanı əsaslandırmasından ibarətdir.Bu bölmədə əks olunmuş məlumatlar əsas etibarilə rəqiblərin fəaliyyəti ilə layihə təşəbbüskarının fəaliyyətinin müqayisəli təhlilinə əsaslanır.Burada təşəbbüskar və əsas rəqiblərin güclü və zəif tərəflərinin təhlili həyata keçirilir.Beynəlxalq təcrübədə güclü və zəif tərəflərin təhlilini həyata keçirmək üçün S.W.O.T. analiz adlanan marketinq alətindən istifadə olunur. S.W.O.T sözü abbreviatura olub ingilis dilində Strenghts – güclü tərəflər, Weaknesses – zəif tərəflər, Oportunities– imkanlar, Threats – təhlükələr sözlərinin baş hərflərindən ibarətdir.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin