Maliyyə nəzarətinin obyekti dedikdə isə, təsərrüfat subyektlərinin, eləcə də
prosesinin nəticəsi olaraq yaranan pul münasibətləri və onların bölgüsü prosesi
başa düşülür. Maliyyə nəzarətinin əsasında dayanan maliyyə yoxlaması dəyər
göstəriciləri əsasında yoxlanılır. Maliyyə nəzarətinin həyata keçirilməsinin iki əsas
aspekti əhəmiyyət daşıyır. Həmin aspektlərə aşağıdakılar aiddir:[26. Səh. 317]
54
Ümumdövlət maliyyə nəzarəti bir neçə elementdən təşkil olunmuşdur.
Həmin elementlərin əsasları aşağıdakılardır:[27, səh. 301]
Maliyyə nəzarətini həyata keçirən nəzarət subyekti;
Maliyyə nəzarəti subyektinin yoxladığı nəzarət obyekti;
Maliyyə nəzarətinin yoxlamalı olduğu nəzarət predmeti;
Nəzarət prinsipi;
Nəzarət metodu və ya metodikası;
Nəzarət texnikası və texnologiyası;
Maliyyə nəzarəti nəticəsində nəzarət subyektinin qəbul etmiş olduğu
qərarlar;
Maliyyə nəzarətinin səmərəliliyinin qiymətləndirilməsi.
Müəssisə idarə və təşkilatlarda isə maliyyə nəzarətinin əsas elementlərinə
aşağıdakılar daxildir:[27, səh. 311]
İdarəedici subyekt;
Nəzarətedici subyekt;
Nəzarət olunan subyekt;
Nəzarət obyektləri
Nəzarət mexanizmləri.
İdarəedən subyektər iki əlamətə görə təsnifatlaşdırılır. Həmin əlamətlər
bunlardır: [26, səh. 299]
iştirak dərəcəsinə görə
tərkibinə görə.
İştirak dərəcəsinə görə idarəedən subyektlər bilavasitə, yəni birbaşa
idarəedən subyektərə və təmsilçi vasitəsilə idarəedən subyektlərə bölünür.
Tərkibinə görə isə idarəedən subyektlər isə vahid rəhbərlik, yəni təkbaşına
rəhbərlik edən idarəedən subyektlərə və kollegial idarəedən subyektlərə bölünür.
Nəzarəti həyata keçirən subyektlər isə aşağıdakı qruplara əsasən
təsnifləşdirilir:[27, səh. 318]
Təşkil olunduğu əsasa görə;
Hüquqi statusuna nəzərən;
55
Nəzarət orqanını yaratmaq məqsədilə çıxış edənlərə görə;
Maliyyələşmə mənbəyinə görə;
Ərazi təşkilat səviyyəsi üçün.
Yuxarıda qeyd olunan xüsusiyyətlərə görə təsnifatlaşdırılan nəzarəti həyata
keçirən subyektləri aşağıdakı sxemlə göstərə bilərik:
Dostları ilə paylaş: