Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Plastik  kütlədən  olan  tutumlar  və  qablaşdırıcı  taralar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə49/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   45   46   47   48   49   50   51   52   ...   61
S-f-rov-H-mid

Plastik  kütlədən  olan  tutumlar  və  qablaşdırıcı  taralar.  Əgər  əmtəənin  bərk 

qablaşdırıcıda qablaşdırılması lazım gələrsə (məsələn, mayelər, sənaye məhsulları və 

s.),  bu  zaman  plastik  kütlədən  olan  qutular,  butılkalar  və  s.  tətbiq  olunur.  Plastik 

kütlədən olan belə fərdi qablaşdırıcılar malın yüksək tərtibatına imkan yaradır ki, bu 

da  reklam  xarakteri  daşıyır  və  məişəti  yüngülləşdirir,  eyni  zamanda  bu  taralar 

daşınma zamanı əmtəələri zədələnmədən qorunmasını daha yaxşı təmin edir.  

Bu məqsədlə demək olar ki. bütün preslənmə və təzyiq altında tökmə üsulu ilə 

alınan plastik kütlələr tətbiq edilir.  

Bundan  başqa  həmçinin  polistirol  (əgər  üzvi  həlledicilərin  təsiri  yoxdursa), 

poliamidlər və müxtəlif mürəkkəb efirsellülozalar (yüksək itələnmə zədələrinə məruz 

qalan  məmulatların  qablaşdırılmasında),  akril  qətranları  (yüksək  optiki  tələblər 

qoyulan zaman) və polietilen tətbiq olunur.  

Bütün  bu  plastik  kütlələr  istehlak  mallarının  o  cümlədən  yeyinti  məhsullarının 

qablaşdırılması üçün yaxşı qablaşdırıcı materiallar hesab edilir, belə ki, onlara həm də 

müxtəlif rəngarəng formalar vermək mümkündür. Bu materialların az kütləyə malik 

olmasını nəzərə almaqla onlardan istənilən növ qablaşdırıcı əldə etmək mümkündür.  

Plastik kütlələrin qablaşdırıcı material kimi tətbiqinin genişlənməsinə səbəb olan 

əsas amillərdən biri də (ənənəvi materiallardan fərqli olaraq) onların universallığıdır: 

qablaşdırılan  əmtəənin  xüsusiyyətlərindən  asılı  olaraq  qablaşdırmaya  qoyulan 



61 

 

tələbləri təmin etmək qabliyyəti. Dünyada mövcud olan müasir plastik kütlə sənayesi 



demək  olar  ki,  hər  bir  əmtəə  üşün  uyğun  olan  plastik  qablaşdırıcı  material  təklif 

etmək iqtidarındadır. 

Müasir  dövrdə  polietilen,  polipropilen  və  xüsusilə  də  polipropilenin  xüsusi 

sortlu  sopolimerləri  plastik  taraların  istehsalında  daha  çox  üstünlük  təşkil  edir.  Bu 

plastik  kütlələrin  bir  sıra  üsünlüklərə  malik  olması  onların  qablaşdırıcı  yeşiklərin, 

tutumların,  altlıqların  və  konteynerlərin  istehsalında  tətbiqinin  durmadan 

genişlənməsinə səbəb olur. 

Üfürmə  üsulu  ilə  hazırlnan  plastik  tutumlar  (həcmli  plastik  taralar)  daha  geniş 

tətbiqini  tapmışdır.  Polietilendən  və  polipropilendən  olan  tutumlar  təkanlara  və 

zərbəyə  qarşı  daha  davamlıdırlar,  buna görə də onlar bir sıra yeyinti  məhsullarının, 

kimyəvi reagentlərin, kosmetik məhsulların və tibbi məmulatların qablaşdırılmasında 

tara kimi daha çox yararlıdırlar. Üfürmə üsulu ilə müxtəlif tutumlu plastik taralar əldə 

etmək  mümkündür.  Bu  üsulla  az  miqdarda  plastifikator  əlavə  etməklə  polivinil-

xloriddən də əhəmiyyətli tutuma malik olan  (10 l-ə qədər) plastik taralar – balonlar, 

kanistrlər və s. – hazırlamaq mümkündür. 

Presləmə  və  təzyiq  altında  tökmə  üsulları  ilə  tutumu  100  l-ə  qədər  olan    iri 

həcmli  taralar  hazırlamaq  mümkündür.  Lakin  plitələrdən  hazırlanan  böyük  qablaş-

dırıcı  qutular  və  tutumlar  daha  sadə  və  ucuz  başa  gəlir.  Bu  məqsədlə  bərk  poli-

vinilxlorid,  asetat  sellülozalar,  asetobutilat  sellülozalar,  alkid  qətranları,  polistirol, 

poliamid,  polipropilen  və  polietilen  plitələr  tətbiq  edilir.  Plitələr  vakuumlu  dərin 

dartılma üsulu ilə formaya salınır.  

Taralar (yeşiklər, boçkalar və s.) şüşə lifi qatlı mürəkkəb efirlərin qətranlarından 

hazırlanır.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin