Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Aralıq  qablaşdırıcı  materiallar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə20/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   16   17   18   19   20   21   22   23   ...   61
S-f-rov-H-mid

Aralıq  qablaşdırıcı  materiallar  əmtəələri  xoşagəlməz  xarıcı  təsirlərdən  qoru-

maq (məsələn, bir-birinə təzyiqdən zədələmələrdən, qurumadan, nəmlənmədən və s.) 

məqsədilə tətbiq olunur. Aralıq qablaşdırıcı material kimi sintetik pambıq, plyonka, 

peno və poroplastlar və s. tətbiq olunur.  

Istehlak  qablaşdırmasına  və  qablaşdırıcı  materiallara  müəyən  tələblər  qoyulur. 

Qablaşdırma  gözəl  və  möhkəm,  yüngül  və  kip,  rahat  və  səmərəli  olmalıdır.  O, 

qablaşdırılan materialın xassələrinə uyğun gəlməlidir.  

Qablaşdırıcı  materiallar  quru  və  yüngül  olmalı  əmtəə  ilə  qarşılıqlı  kimyəvi 

əlaqəyə girməməli və onda başqa qoxu yaratmamalıdır. 

Mal  dövriyyəsində  qablaşdırmanın  rolu  onun  yerinə  yetirdiyi  funksiyalarla 

müəyyən edilir. Bu funksiyalara aşağıdakılar daxildir: 

1) Malı  ətraf  mühitin  təsirlərindən,  ətraf  mühiti  isə  malın  zərərli  təsirlərindən 

qorumaq; 

2) Malı digər malların təsirindən qorumaq; 

3) Malın istehsaldan istifadə yerinə qədər keçdiyi bütün yollarda onun kəmiyyət 

və keyfiyyətcə qorunub saxlanması şəraitini təmin etmək; 

4) Mallara  və  digər  yüklərə    lazımi  mobillik  vermək  və  mexanikləşdirilmiş  və 

çətin proseslər üçün şərait yaratmaq

5) Malların  kəmiyyətcə  və  keyfiyyətcə  qəbulu  üçün  daha  yaxşı  şıraitin 

yaradılması və həmçinin miqdarca hesablamanı yüngülləşdirmək; 

6) Kommersiya  informasiyalarının  daşıyıcısı  və  ticarət  reklamı  rolunun  yerinə 

yetirilməsi.  

Əmtəəşünaslıqda  qablaşdırılmış  malın  kəmiyyət  və  keyfiyyətcə  qorunması 

funksiyasını yerinə yetirən istehlak tarası malın ayrılmaz hissəsi hesab edilir. 




24 

 

Yuxarıda  göstərilən  funksiyaları  yerinə  yetirmək  üçün  qablaşdırma  müəyyən 



tələblərə  cavab  verməlidir  ki,  bunlara  da  aşağıdakılar  aiddir:  funksional  tələblər, 

erqonomik  tələblər,  estetik  tələblər,  ekoloji  tələblər  (insan  və  ətraf  mühit  üçün 

təhlükəsizlik), həmçinin etibarlılıq və sosial təyinatlı tələblər.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin