Tədqiqatın məqsəd və vəzifələri. Görkəmli yazıçının əsərində rast gəlinən obrazlı təsvir və ifadə vasitələrinin Azərbaycan dilinə hansı yollarla tərcümə edildiyini araşdırmaq və öyrənmək, habelə tərcümə ərəfəsində qarşılaşdığımız problemlərə aydınlıq gətirməkdən eləcə də onları aradan qaldırmağın yollarını təklif etməkdən ibarətdir.
Tədqiqatda qarşıya qoyulan vəzifələr:
Bədii təsvir və ifadə vasitələri barədə ümumi nəzəri biliklər barədə məlumat bazası toplamaq və onu nümayiş etdirmək;
Bədii təsvir və ifadə vasitələrinin tərcümə üsulları barədə ümumi məlumat vermək;
Məxəz və hədəf dildə olan bədii təsvir və ifadə vasitələrinin tərcüməsi zamanı yarana biləcək problemləri göstərmək və onlara həll yolu tapmaq;