zuntusu törədən şəxsə qarşı müxtəlif tənbeh (cəza) tədbirlərinin cinayət,
inzibati, intizam və maddi məsuliyyətin tətbiqi başa düşülür.
Vətəndaşların hüquq və vəzifələri konstitusiya
ilə və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən
edilmişdir. Onların hüquq və vəzifələri dövlət tərəfindən müdafiə edilir.
Əgər onların hüquq və vəzifələri pozularsa, bu halda onu pozan şəxsə
qarşı tədbir görülür.
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə
əsasən Azərbaycan Respublikasının dövlət orqanlarına şəxsən müraciət
etmək, habelə fərdi və ya kollektiv yazılı müraciətlər göndərmək hüququ
vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə
yazılı cavab verilməlidir.
Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və
onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqının və
digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya
işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir
və böhtan isə tənqid sayıla bilməz.
Şikayət vermək hüququ, əlbəttə, nəzəri cəhətdən həmişə
mövcuddur, lakin real olaraq ondan heç də hamı istifadə edə bilmir.
Xüsusən, ona görə ki, şikayət vermək üçün belə bir hüququn olduğunu
bilmək vacibdir. Bu da minimum mədəni səviyyənin olmasını nəzərdə
tutur. Fransada məskunlaşmış çoxmilyonlu xarici əməkdaşlar kütləsində
isə belə mədəni səviyyə müşahidə olunmur. Lakin çətinlik təkcə bunda
deyildir - şikayət verilməsi həm də müəyyən maliyyə vəsaitlərinin
olmasını nəzərdə tutur və əgər məhkəmə yardımı prosedurları olsa belə,
bunlar heç də həmişə səmərəli deyildir. Nəhayət, şikayət verən şəxs labüd
surətdə mümkün namünasib nəticələrlə əlaqədar təhlükəyə məruz
qalmalı olur.
Bu cür məhdudiyyətlərin araşdırılması belə bir fikir
oyatmamalıdır ki, (guya hüququn ümumi prinsiplərinin heç bir mənası
yoxdur, bu təhlilin yalnız praktikada müəyyən nisbi əhəmiyyəti var)
hüququn ümumi prinsipləri heç bir əhəmiyyət kəsb etmir.
Faktiki məhdudiyyətlər, misal üçün, 1949-cu il Konstitusiyasının
preambulasında, habelə BMT-nin insan hüquqları haqqında beynəlxalq
müqavilələrində elan edilmiş iqtisadi və sosial hüquqlar sistemində də
vardır. Klassik hüquq və azadlıqlara nisbətən bunların hüquqi cəhətdən
reallaşdırılması daha çətindir, çünki söhbət vətəndaşın nəinki təkcə
inzibati özbaşınalıqdan müdafiə edilməsindən, həm də yardım
göstərilməsindən gedir ki, bu da əsasən hüquqi tədbirlərdən daha çox
maliyyə tədbirləri görülməsini nəzərdə tutur. Bu,
sosial tə-
134
minât, sağlamlığın qorunması, təhsil, məşğulluğun təmin edilməsi,
mənzil verilməsi və yaxud nəqliyyat təminatı hüquqlarına aiddir.
Dəqiq hüquqi defınisiyalara, müvafiq hüquqi qərarların
formalaşmasına nail olmaq üçün bu sahədə hələ xeyli tədqiqat aparılması
lazım gələcəkdir və əlbəttə ki, məhz bu sahədə hüququn ümumi
prinsipləri nəzəriyyəsi qarşıdakı illərdə ən böyük təkamül potensialına
çevriləcəkdir.
Dostları ilə paylaş: