279
şaxtaya, quraqlığa, xəstəlik və zərərvericilərə, digər biotik və abiotik amillərə qarşı
davamlı olmalıdır. Əks halda çətin torpaq iqlim şəraitində taxılların məhsuldarlığı və
ümumi istehsal kəskin sürətdə aşağı düşə bilər. Dağlıq Şirvan bölgəsində yaz və yay
aylarının rütubətli keçməsi optimal temperaturlarla müşayiət olunduqda göbələk
xəstəliklərinin – xüsusilə də sarı pasın inkişafı üçün əlverişli şərait yaranır. Qeyd
edək ki, bu bölgədə iqlim şəraitinin gedişinə görə sarı pasın yayılması respublikanın
digər bölgələrinə nisbətən daha çox müşahidə olunur. Ona görədə Dağlıq Şirvan
bölgəsində sarı pasa davamlı buğda sortlarının yaradılması xüsusi əhəmiyyətə
malikdir. Ona görə də bu bölgədə seleksiya işində tətbiq etmək üçün lazım olan
başlanğıc materialın, yəni payızlıq yumşaq buğda kolleksiyasının sarı pasa qarşı
davamlılığının öyrənilməsi məqsəd olaraq qarşıya qoyulmuşdur.
Tədqiqata Əkinçilik ElmiTədqiqat İnistitunun Qobustan Bölgə Təcrübə
Stansiyasında toplanmış payızlıq yumşaq buğda kolleksiyası cəlb edilmişdir.
Kolleksiyaya 93 ədəd
Lutescens
, 117 ədəd
Erythrospermum
, 24 ədəd
Ferrugineum
və110 ədəd
Graecum
növmüxtəlifliyinə aid olan genotip daxil olmuşdur. Təcrübələr
2012-2013 və 2013-2014-cü vegetasiya illərində Dağlıq Şirvanın Qobustan
bölgəsində ƏETİ-nun Qobustan BTS-nin əkin sahələrində qoyulmuşdur. Əkinlər
bölgə üçün tətbiq olunan aqrotexniki şərtlərə tam uyğun olaraq becərilmişdir.
Vegetasiya ilinin aprel, may və iyun aylarında təcrübə bölmələrində müşahidələr
aparılmış və sarı pasa sirayətlənmənin dərəcəsi qəbul olunmuş beynəlxalq şkala
(
SİMMİT, İKARDA
) əsasında [6] qeyd edilmişdir.
Məlumdur ki, buğda bitkisinin göbələk xəstəliklərinə sirayətlənməsi vegetasiya
dövrü ərzində hava şəraiti ilə sıx sürətdə əlaqədardır. Belə ki, yaz aylarında və yayın
əvvəlində havaların yağmurlu keçməsi və havada nisbi rütubətin yuxarı olması ilə
yanaşı temperaturda göbələk sporlarının inkişafı üçün əlverişli keçdiyi (15-20º C)
zaman taxılların göbələk xəstəliklərinə və xüsusilə də sarı pasa tutulması müşahidə
olunur.
Dostları ilə paylaş: