Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ baki biznes universiteti Mövzu- siyasi partiyalar və ictimai təşkilatlar



Yüklə 31,4 Kb.
səhifə3/4
tarix16.06.2023
ölçüsü31,4 Kb.
#131343
1   2   3   4
Siyasi elmin esaslari

Siyasi partiyaların təsnifatı Siyasi partiyaların təsnifatından danışarkən, sinfi mənsubiyyətinə, sosial əlamətlərinə görə — burjua, fəhlə, kəndli; ictimai tərəqqiyə münasibətinə görə- inqilabi, radikal, mühafizəkar, islahatçı, mütərəqqi, mötədil; ideoloji xüsusiyyətinə görə- liberal, demokratik, millətçi, faşist, monarxist; hakimiyyətə münasibətinə görə — iqtidar, müxalifət, neytral formaları nəzərdən keçirməlidir.
Üzvlər partiyanı parlamentin aşağı palatalarında təmsil etdikdə, partiya rəhbəri bütövlükdə partiya təmsilçiliyinin parlament lideri olaraq xidmət göstərir. Partiya Vestminster parlamentində təmsil edilə bilməyəcək dərəcədə genişləndikdə partiyanın parlament qrupu rəsmi müxalifət formalaşdırır. Bunu isə rəsmi müxalifətin qabaqcıl üzvləri təşkil edir. Əgər partiya kifayət qədər yer qazanırsa bu zaman yuxarı palata hökumətin nazirlər kabinetinə çevrilir.





















2. İctimai birliklər


Demokratik cəmiyyətdə siyasi sistemin fəaliyyət göstərməsi siyasi plüralizmdən, yəni insanların mənafe və fikirlərinin rəngarəngliyindən, ayrı-ayrı siyasi qüvvələrin fəaliyyətinin müxtəlifliyindən, xüsusilə seçki kampaniyaları dövründə onların rəqabətindən, siyasi mübarizələrindən başlanır. Bütün bunlar, ancaq qanun çərçivəsində və hədlərində olmalıdır.
Totalitar rejimin cəmiyyətimizin siyasi səhnəsindən getməsindən sonra Azərbaycan cəmiyyətində demokratiya şəraitində siyasi plüralizm, çoxpartiyalılıq təşəkkül tapdı. Müxtəlif ictimai birliklər, partiyalar yaranmağa başladı. Ölkə parlamenti müxtəlif siyasi partiyaların seçkilərdə iştirakı nəticəsində təşkil olunmağa başladı. Dövlət orqanları ictimai birliklərin, assosiasiyaların daxili işlərinə qarışmamağı üstün tuturlar. Ancaq bu o demək deyil ki, dövlət, qeyri - hökumət təşkilatlarının təşkili və fəaliyyəti ilə bağlı məsələləri qanunun köməyi ilə nizama sala, onlar tərəfindən hüquq normalarına riayət edilməsinə nəzarət edə bilməz.
İctimai birliklər haqqında qanunvericiliyin əsasını Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında» Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli qanunu, «Siyasi partiyalar haqqında» 3 iyun 1992-ci il Azərbaycan Respublikası qanunu və digər normativ hüquqi aktlar təşkil edir.
«Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında» qanunun 2-ci maddəsində ictimai birliklərin anlayışı verilmişdir. Həmin maddənin 1-ci hissəsinə görə, ictimai birlik təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. İctimai birliklərə siyasi partiyalar, kütləvi hərəkatlar, dini birliklər, həmkarlar ittifaqları, vətəndaşların digər assosiasiyaları (qadınlar, veteranlar, gənclər təşkilatları, yaradıcılıq ittifaqları və i.a.) aiddir.
Kütləvi ictimai hərəkatlar - siyasi və yaxud digər məqsədlər güdən, qəti müəyyən edilmiş üzvlüyə malik olmayan birliklərdir. Üzvlüyün olmaması ictimai hərəkatları digər birliklərdən fərqləndirir və onun tərkibində kollektiv üzvlərin, məsələn, partiyaların iştirakına imkan yaradır.
Cəmiyyətdə həmkarlar ittifaqlarının da böyük rolu vardır. Onlar dövlət orqanları, təsərrüfat təşkilatları, kooperativlərlə qarşılıqlı əlaqədə istehsal, sosial-iqtisadi və mədəni sahələrdə öz üzvlərinin mənafelərini təmsil edir və müdafiə edirlər. Həmkarlar ittifaqları qəti müəyyən edilmiş fərdi üzvlüyə malikdirlər. Bütün həmkarlar ittifaqları qanun qarşısında bərabərdirlər.
Bütün siyasi partiyalar, ictimai təşkilatlar və kütləvi hərəkatlar Azərbaycan Respublikası Konstitusiyası və qanunları çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycan Respublikasında məqsəd və fəaliyyəti konstitusiya quruluşunun əsaslarının zorla dəyişdirilməsi və ya dövlətin ərazi bütövlüyünün pozulması, dövlət təhlükəsizliyinin sarsılması, hərbi birləşmələrin yaradılması, sosial, irqi, milli və dini ədavətin qızışdırılmasından ibarət olan ictimai birliklərin təşkil edilməsi və fəaliyyəti qadağandır. Bu barədə Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin IV hissəsində birbaşa göstəriş vardır.İctimai birlik onun qanunla nəzərdə tutulan subyektlər tərəfindən təsis edilməsi nəticəsində, habelə mövcud olan ictimai birliyin yenidən təşkili nəticəsində yaradıla bilər.
İctimai birliyin təsis edilməsi nəticəsində yaradılması təsisçilərin qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və birliyin nizamnaməsi qəbul olunur.
İctimai birliyin nizamnaməsində birliyin adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri və idarə olunması qaydası, üzvlərin hüquq və vəzifələri, üzvlüyə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, ictimai birliyin əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, birliyin ləğv edilməsi və ləğv edildiyi halda əmlakdan istifadə qaydası müəyyən edilir. İctimai birliklərin əmlakının formalaşdırılma mənbələri aşağıdakılardır:
1) təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
2) könüllü əmlak haqları və ianələri;
3) malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;
4) səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlər və dividentlər, gəlirlər;
5) öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
6) qrantlar;
7) qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.
İctimai birliklərin idarə olunmasının əsasları «Qeyri-hökumət təşkilatları haqqında» Azərbaycan Respublikası qanununun 25-ci maddəsində göstərilmişdir. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbuletmə və ictimai birliyin adından çıxış etmə qaydaları qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir.


Yüklə 31,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin