10
Bu, metafizik təbiətşünasların materiya haqqında məsələsinin fəlsəfi və təbii-elmi tərifini
fərqləndirmədiklərini və bunu anlamadıqlarını göstərirdi. Materiyanın fiziki quruluşu haqqında
məsələ fəlsəfi deyil, xalis fiziki məsələdir və onu fizika həll etməlidir. Məhz bu sadə və mühüm
həqiqəti anlamadıqlarından "fiziki" idealistlər materiyanın mürəkkəb quruluşa malik olduğunun
aşkar edilməsini "materiyanın yox olması" kimi qələmə verirdilər. Əslində isə materiyanın
quruluşu haqqında elmlərin müəyyən inkişaf pilləsi ilə bağlı olan təsəvvürlərin dəyişməsi, onun
elektrikə və ya atom daxilində mövcud olan hər hansı başqa hissəciyə çevrilməsi qətiyyən
"materiyanın yox olmasına" dəlalət etmir.
"Fiziki" idealistlər "materiya yox olur" fikrini söyləyərkən eyni zamanda klassik
mexanikada materiya ilə eyniləşdirilən mexaniki kütləyə olan əvvəlki baxışların aradan
qalxmasına "əsaslanırdılar".
Məlum olduğu kimi, İ.Nyutonun vaxtından başlayaraq klassik mexanika böyük kütləli və
yavaş sürətli makrocisimləri öyrənirdi. Həmin makroobyektlərin kütləsi onların nisbi sükunət
halında olmalarından, yaxud hər hansı sürətlə hərəkət etmələrindən asılı olmayaraq, dəyişməz
qalırdı. Elektronun kəşfi və elektron nəzəriyyəsinin yaradılması göstərdi ki, elektronun kütləsi
mütləq, dəyişməz olmayıb onun yaratdığı sahənin enerjisindən, hərəkət sürətindən asılı olaraq
dəyişir, belə ki, elektronun sürəti işıq sürətinə yaxınlaşdıqca onun kütləsi də artır. Deməli,
elektron iki kütləyə—mexaniki və elektromaqnit kütləyə malikdir. Kütlə materiya miqdarının
ölçüsü sayıldığından mexaniki kütlənin dəyişməsi faktının müəyyənləşdirilməsi də "materiyanın
yox olması" kimi şərh edildi.
Elmin ən yeni nailiyyətlərinin mahiyyətinin düzgün anlaşılmaması və qnoseoloji cəhətdən
dürüst olmayaraq "materiyanın yox olması" adlandırılan ifadənin məğzinin təhlili göstərir ki,
həmin iddianın mahiyyəti materiyanın əvvəllər mütləq, dəyişməz sayılan bəzi xassələrinin yox
olması və materiyanın bəzi hallarına məxsus nisbi xassələr kimi meydana çıxması, başqa sözlə,
materiyanın həmin xassələrinə düzgün olmayaraq istinad verilən mütləqliyin aradan qalxması
deməkdi.
Elmi və fəlsəfi idrakın gedişində yaranan belə bir şəraitdə ən yeni kəşflər baxımından
materiya anlayışının dəqiqləşdirilməsi, materiyanın konkret növləri, xassələri ilə bağlılıqdan
azad və ona həmin kateqoriyanın məzmununu açan tərif vermək
lazımdı. Əks halda materiya
yenə də özünün növləri, xassələri ilə eyniləşdirilər və hər dəfə yeni kəşflərlə əlaqədar olaraq
materiyaya yenidən tərif verilməsi lüzumu meydana çıxardı. Bu, materiyaya fəlsəfi kateqoriya
kimi tərif verilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Fəlsəfə və təbiətşünaslığın uzun tarixi
inkişafının nailiyyətlərini, materiya haqqında təlim ətrafında gedən fəlsəfi mübarizənin
nəticələrini, insanların ictimai-istehsal təcrübəsinin verdiyi faktları, ən yeni kəşfləri təhlil edib
ümumiləşdirmək əsasında fəlsəfi kateqoriya kimi materiyaya elmi cəhətdən əsaslandırılmış belə
tərif vermək olar:
Dostları ilə paylaş: