Yusif
Məhəmmədcan oğlu Qarabaği
panteist olmuşdur. Mənbələrin göstərdiyi kimi Yusif Qarabaği
Azərbaycanın Qarabağ mahalında ruhani ailəsində dünyaya gəlmişdir. Anadan olduğu il məlum
deyildir. Təzkirələrdə 1644– cü ildə vəfat etdiyi göstərilir. Yusif Qarabaği sxolast, filosof və
kübravilik sufi ordeninin nümayəndəsidir. O, ilk təhsilini doğma yurdunda aldıqdan sonra İrana
gedib. O, bir sıra elmləri, o cümlədən, riyaziyyat. astronomiya, tibb və s. elmləri dərindən
öyrənir, fəlsəfə sahəsində zəmanəsinin görkəmli alimi kimi şöhrət qazanır. Yusif Qarabaği
sonralar Orta Asiyaya mühacirət edir və oradan elmi yaradıcılığını davam etdirir. Buxara
şəhərində vəfat etmişdir.
Y.Qarabaği geniş əhatəli, dərin fəlsəfi biliyə və ətraflı elmi mütaliəyə malik filosof
olmuşdur. Onun yaradıcılığı Yaxın və Orta Şərq və xüsusilə Azərbaycan, İran və Orta Asiya
xalqlarının həyatı, məişət tərzi və mə'nəviyyatı ilə sıx surətdə bağlı olduğu üçün həmin
xalqların mədəni ənənələri əsasında formalaşmışdır. Onun dünyagörüşü əsas etibarilə sufi-
panteist xarakter daşımışdır. Belə bir dünya baxışı, şübhəsiz orta əsrin müsəlman Şərqində
hakim islam ideologiyası ilə uzlaşmayan və özündə mütərəqqi meylləri əks etdirən təfəkkür
tərzi idi.
Yusif Qarabağinin varlıq haqqında təlimi onun panteist olduğuna dəlalət edir. Yusif
Qarabaği hər şeydən əvvəl varlığı fəlsəfənin öyrəndiyi obyekt hesab edərək, onun tam vəhdət
halında mövcud olduğunu söyləyir. Mütəfəkkirin əqidəsinə görə təbiət və onun bir hissəsi olan
insan arasında olan münasibətə oxşayır. Vahid və çoxluq, hissəcik və bütöv mövcudat vahid
tam bir varlığı təşkil edir. Yusif Qarabağinin təliminə görə varlıq vahid olan tam bir bütövün
ifadəsidir. Ayrı-ayrı cisim və hadisələrin arasında olan müştərək cəhətlər həmin mövcud
olanların eyniyyət və tam bərabərlik təşkil etməsinə bir sübutdur. Buradan isə o, belə bir nəticə
çıxarır ki, hər şey hər bir şeydə mövcuddur.
Yusif Qarabaği dönə-dönə dünyanın vəhdətliyi fikri ilə daha çox bağlı olduğu üçün ikilik
aləmini deyil, vəhdətlik aləmini qəbul etməyi zehni kamillik sayırdı.
Yusif Qarabağinin panteist dünyagörüşündə varlığın vahid substansiyadan olması
məsələsi elmi əsaslarla sübut edilməsə də, maddi aləm daimi hərəkətdə, dəyişiklikdə, inkişafda
göstərilməsə də bütün mövcudatın - mədənlər, bitkilər, heyvanlar və insanlar arasında olan
sədlər aradan qaldırılır və dünyanın vəhdətliyi məsələsi irəli sürülür.
Yusif Qarabağinin hərəkət, məkan və zaman haqqındakı fikirləri metafizik çərçivədən
kənara çıxa bilməmişdir.
Yusif Qarabağinin idrak və məntiq sahəsində də dövrünə görə xidmətləri olmuşdur.
Qarabaği məntiq elmini və nəzəriyyəsini təhlil və inkişaf etdirməkdə peripatetiklər kimi əsas
e'tibarilə Qədim Yunan filosoflarının, xüsusilə Ərəstunun idrak və məntiq nəzəriyyəsinə istinad
etmişdir. Onun idrak və məntiq sahəsindəki baxışları “Xanəgah haşiyələri”, “Təhzibin şərhinə
dair haşiyə” və qismən “Həft behişt” əsər və traktatlarında şərh edilmişdir.
Yusif Qarabağinin dünyanın dərk edilməsində hissi idrakın rolunu müsbət
qiymətləndirdiyi və xüsusi olaraq dönə-dönə qeyd etdiyi üçün o, dövrünün sensualist filosofu
28
kimi çıxış etmişdir. Filosof xarici və daxili hissləri biliyimizin ilk mənbələri və insanı ətraf
mühitlə bağlayan amillər kimi səciyyələndirməyə səy göstərmişdir.
Yusif Qarabağinin əqidəsinə görə əsl insan nəfsin ən yüksək qüvvəsidir. Filosof əqli bir
çox hallarda insanı nəfsi mücərrəd təfəkkürə və ümumi idraka aparan, fəhmi (intellekti) isə
insani nəfsin bir qüvvəsi kimi bilikləri kəsb edən vasitə hesab etmişdir. Yusif Qarabaği idrak
təlimində bir sıra ərəb dilli filosofların, o cümlədən, Fərabi, İbn Sina, Bəhmənyar və
başqalarının arxasınca gedərək bu fikirdə olmuşdur ki, əql anlayışların, kateqoriyaların
və universalın əldə edilməsi üçün nəfsin orqanıdır. Göründüyü kimi Qarabağinin idrak
nəzəriyyəsində sensualizm ilə rasionalizmin əlaqələndirilməsi müşahidə olunur.
Filosofun fikirlərindən tamamilə aydın olur ki, hissi məlumatlar olmadan, ruhi, məntiqi,
iradi fəaliyyət, məfrumların yaranması, əqli nəticələrin çıxarılması və s. mümkün deyildir.
Yusif Qarabağinin mühüm əsərlərinin öyrənilməsi göstərir ki, o, öz yaradıcılığında
sistemləşdirilmiş şəkildə olmasa da, ayrı-ayrılıqda etik və əxlaq məsələlərinə toxunmuşdur.
Yusif Qarabağinin əxlaqa dair mühakimələri onun ümumfəlsəfi mühakimələri ilə bağlı idi.
Qarabaği öz səlnamələri kimi əsas etibarilə insanların bütün yaxşı əxlaqi keyfiyyətlərinə malik
olmasını, səadət və xoşbəxtliyə çıxmasını, həyatdan zövq almasını və s. həqiqətin
öyrənilməsində və dərk edilməsində görürdü. Məhz buna görə də onun etik baxışlarında azad
fikirlilik və s. kimi mühüm xüsusiyyətlər öz əksini tapmışdı. Filosof insana hörmət bəsləməyi,
mehriban münasibəti, rəhmdil olmağı, hətta o zaman ən müqəddəs, savab iş sayılan Kəbə
ziyarəti kimi dini adətdən üstün tuturdu. O, “Həft behişt” əsərində yazmışdı: “İnsanların ürəyini
ələ gətir ki, bu ən böyük ibadətdir. Bir ürəyi ələ gətirmək min dəfələrlə Kəbə ziyarətindən
yaxşıdır”. Mütəfəkkirin bu sözləri onun sələflərinin, xüsusən məşhur Şərq panteistləri Mənsur
Həllacın və Mahmud Şəbüstərinin buna oxşar fikirləri ilə yaxından səsləşirdi.
Yusif Qarabağidə nikbinliyə, həyatda sevincə və şadlığa qovuşmağa çağırış motivləri də
vardır. Məsələn, “Ürək yumurtasının keşiyində duran bir quş ol, çünki ürək yumurtasından
sevinc və şadlıq doğulur”.
Deyildiyi kimi Yusif Qarabaği öz etik görüşlərində insan əqlinə və zəkasına böyük qiymət
vermiş, əqli insanların tərbiyəsi üçün əsas vasitələrdən biri hesab etmişdir. Filosof Şərqin
böyük mütəfəkkiri Sədi Şirazinin “İnsanın böyüklüyünü göstərən yaş deyil əqildir” kəlamını
təkrarlayaraq ağıllı və zəkalı insanları yüksək qiymətləndirmişdir. Məhz buna görə də Yusif
Qarabaği biliyi və elmi insanların mənəvi zinəti adlandırmışdır. Yusif Qarabağinin etik
baxışlarında diqqəti cəlb edən məsələlərdən biri də ədalətli olmaqdır. Mütəfəkkir bu barədə
əsas etibarilə sufi-panteistlərin, o cümlədən, Mahmud Şəbüstərinin mövqeyində durmuşdu.
Yusif Qarabağinin etik baxışlarında adamların öz mənliyini saxlaması və şərafətli
yaşaması kimi gözəl əxlaqi sifətlər diqqətə layiq yer tutur. O, şərəfliyə qarşı duran mənfi əxlaqi
keyfiyyətləri alçaqlıq və rəzalət adlandıraraq onları pisləyirdi. Mütəfəkkir həyatda vəfalı və
sədaqətli olmağı da insanın ən yaxşı mənəvi xüsusiyyəti kimi qiymətləndirmişdi:
“hər kəsdən, hətta itdən belə vəfa görünərsə, xoşdur”. Mütəfəkkir belə bir ideyanı təqdim
29
etməyə çalışırdı ki, insan gərək dostluqda sədaqətli, möhkəm və dönməz olsun, heç kəs və heç
bir şey bu dostluğu sarsıda bilməz.
XVII əsr Azərbaycan xalqının mütərəqqi fikirli görkəmi filosoflarından biri də
Dostları ilə paylaş: |