Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


Tədqiqatın iqtisadi siyasətdə yeri və rolu



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə4/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   2   3   4   5   6   7   8   9   ...   76
IIETI-UNDP Turizm-az

 

Tədqiqatın iqtisadi siyasətdə yeri və rolu.  

Hökumət  ölkədə  davamlı  iqtisadi  inkişafın  təmin  edilməsi  baxımından,  qeyri-neft 

sektorunun,  o  cümlədən  turizm  sektorunun  potensialından  səmərəli  istifadə  edilməsi 

istiqamətində  səylərini  davam  etdirməkdədir.  1999-cu  ildə    “Turizm  haqqında”  Qanunun 

qəbul olunması ilə ölkədə turizm sahəsində siyasətin rəsmiləşdirilməsi baş vermişdir. Turizm 

sahəsində  siyasətin  mühüm  sənədlərindən  biri  isə  “Azərbaycan  Respublikasında  turizmin 




inkişafına  dair  2002-2005-ci  illər  üçün”  Dövlət  Proqramı  olmuşdur.  Eyni  zamanda, 

Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  ilə  təsdiq  edilən  “Azərbaycan 

Respublikası  regionlarının-sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramının  (2004-2008-ci  illər)” 

turizm  sahəsi  üzrə  bəndlərinin  tələbləri  çərçivəsində  regionlarda  sahibkarlığın  inkişafı  üçün 

kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin 

hazırlanması  sahəsində  işlər  görülmüşdür.  Dövlət  Proqramı  ilə  yanaşı,  Azərbaycan 

Respublikası  Prezidenti  tərəfindən  təsdiq  edilən  Azərbaycan  Respublikası  regionlarının 

sosial-iqtisadi  inkişafının  sürətləndirilməsinə  dair  silsilə  Sərəncamların  turizmə  aid 

bəndlərinin  icrasının  təmin  olunması  məqsədilə,  Lənkəran  şəhəri,  Tovuz,  Gədəbəy,  Oğuz, 

Masallı,  Astara  rayonlarının  turizm  inkişaf  planı  hazırlanmış  və  yerli  icra  hakimiyyəti 

orqanları  ilə  razılaşdırılaraq  aidiyyəti  üzrə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinə 

təqdim olunmuşdur. 

 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin