Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


Turizm sektorunda mövcud vəziyyətin təhlili



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə24/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   20   21   22   23   24   25   26   27   ...   76
IIETI-UNDP Turizm-az

4.2. Turizm sektorunda mövcud vəziyyətin təhlili 

 

Hazırda  Azərbaycan  Respublikasında  ölkənin  mövcud  turizm  potensialından  səmərəli 



istifadə  edilməsi  və  bununla  da  rəqabətqabiliyyətli  qeyri-neft  sektorunun  formalaşdırılması 

hökumət  tərəfindən  əsas  hədəf  kimi  qarşıya  qoyulmuşdur.  Belə  ki,  2000-ci  illərdən 

başlayaraq  ölkədə  qəbul  olunan  dövlət  proqramları,  xarici  təcrübəylə  müşayiət  olunan 

layihələr, ölkənin turizm potensialından daha da səmərəli istifadə etmək üçün əlverişli şərait 

yaratmışdır. 

2002-ci  ildə  qəbul  edilmiş  “Azərbaycan  respublikasında  2002-2005-ci  illərdə  turizmin 

inkişafına  dair  Dövlət  Proqramı”  turizm  sahəsində  sahibkarlığın  inkişaf  etdirilməsi,  rəqabət 



mühitinin  təkmilləşdirilməsi,  turizmdən  dövlət  və  yerli  büdcələrə  daxil  olan  vəsaitin 

həcminin  artırılması,  turistlərə  göstərilən  xidmətlərin  keyfiyyətinin  beynəlxalq  standartlara 

uyğunlaşdırılması, 

turizm 


infrastrukturunun 

və 


onun 

maddi-texniki 

bazasının 

möhkəmləndirilməsi və digər vacib vəzifələr əsas məqsəd kimi müəyyən edilmişdir və ölkədə 

turizmin dövlət səviyyəsində inkişaf etdirilməsinin ilkin mərhələsi hesab edilə bilər. 

Ölkədə, turizm sahəsinin inkişafına diqqətin artırılması, dövlət dəstəyinin güclənməsi və 

Azərbaycana  turist  səfərlərinin  sayının  intensivləşməsi,  turizm  fəaliyyəti  ilə  məşğul  olan 

müəssisələrin sayının davamlı olaraq artması ilə müşayiət olunmuşdur.  

 

Cədvəl 4.1. Ölkədə turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin sayı, ədədlə 



 

 

2004 



2005 

2006 


2007 

2008 


Turizm müəssisələrinin sayı (cəmi) 

58 


81 

96 


117 

123 


Bakı  



82 

104 


107 

Abşeron iqtisadi rayonu 





Gəncə-Qazax iqtisadi rayonu 





Şəki-Zaqatala iqtisadi rayonu 





Lənkəran iqtisadi rayonu 





Quba-Xaçmaz iqtisadi rayonu 





Aran iqtisadi rayonu 





Dağlıq Şirvan iqtisadi rayonu 





Naxçıvan iqtisadi rayonu 







Mənbə: ARDSK 

 

Cədvəl 4.1-də təqdim olunmuş məlumatlardan göründüyü kimi, 2008-ci ildə 2004-cü ilə 



nisbətən turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin sayı 2,1 dəfədən çox artmışdır. 

2005-ci  il  məlumatına  görə  lisenziya  almış  turizm  müəssisələrinin  sayının  199  təşkil 

etməsinə  baxmayaraq  onların  xeyli  qismi  fəaliyyətlərini  dondurmuşlar.  Hazırda  turizm 

fəaliyyəti  göstərən  müəssisələrin  87  faizə  yaxın  hissəsi  Bakı  şəhərində  yerləşmişdir.  Bunun 

səbəbi Bakının bütün proseslərdə mərkəzi şəhər kimi koordinator rolunda çıxış etməsidir. Ən 

böyük  ticarət  mərkəzlərinin,  konfrans  zallarının,  mədəniyyət  abidələrinin  sırf    bu  şəhərdə 

yerləşməsi,  habelə  hava  limanının  bu  şəhərdə  beynəlxalq  reysləri  qəbul  etdiyi  üçün  turist 

axınının birbaşa yönü bu şəhərə yönəlməkdədir. 

Əlbətdə  ki,  ölkədə  fəaliyyət  göstərən  turizm  şirkətlərinin  və  turistlərin  sayının 

artmasının bu sahədə  çalışan işçilərin  sayına birbaşa  təsir göstərdiyi  müşahidə  olunur. Belə 

ki, araşdırmalar nəticəsində statistik məlumatlar göstərir ki, 2004-cü ilə nisbətən 2008-ci ildə  

turizm  sahəsində  çalışan  işçilərin  sayı  2.5  dəfəyə  qədər  artmışdır  ki,  bunun  da  səbəbi,  bu 

sahənin digər istehsal sahələrinə nisbətən daha gəlirli və rahat olması ilə əlaqədardır. 

Qrafik 4.1 



475

646


779

1115


1174

0

200



400

600


800

1000


1200

1400


2004

2005


2006

2007


2008


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin