Azərbaycan respublikasi adindan qətnamə surəTİ


APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ



Yüklə 261,55 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix02.01.2022
ölçüsü261,55 Kb.
#1956
1   2   3   4   5   6   7
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: 

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  iddiaçı  Şəkərov  Qədir 

Muxtar oğlu vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya 

məhkəməsinin  qətnaməsini  əsassız  və  qanunsuz  hesab  edir.  Belə  birinci  instansiya 

məhkəməsində  maddi  və  prosessual  hüquq  normaları  pozulmuşdur.  Yol-nəqliyyat  hadisəsi 

nəticəsində  sağlamlığı  itirmiş,  aylıq  qazancı  olan  500-700  manat  qazancından  məhrum 

olmuşdur. 

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  iddiaçı  Şəkərov  Qədir 

Muxtar  oğlu  vermiş  olduğu  apellyasiya  şikayətində  Astara  Rayon  Məhkəməsinin 

2(018)105/2016  saylı  09  fevral  2016-cı  il  tarixli  qətnaməsinin  ləğv  edilməsi  və  birinci 

instansiya məhkəməsində müəyyən edilmiş hallar sübutlar əsasında yeni qərar qəbul edilməsini 

xahiş etmişdir. 

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  cavabdeh  Şükürov 

Qaşqay Fərzulla oğlu vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır  ki,  birinci 

instansiya  məhkəməsi  iddianı  təmin  edərkən  yeganə  sübut  kimi  arayışa  istinad  edilmişdir.  Bu 

iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. 

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  cavabdeh  Şükürov 

Qaşqay  Fərzulla  oğlu  vermiş  olduğu  apellyasiya  şikayətində  Astara  Rayon  Məhkəməsinin  09 

fevral  2016-cı  il  tarixli  qətnaməsini  ləğv  edilməsi,  onun  şikayətinin  təmin  edilməsi,  iş  üzrə 

ədalətli və obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. 




Yüklə 261,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin