AZƏrbaycan respublikasi adindan q ə r a r d a d sumqayit apellyasiyaməHKƏMƏSİNİn müLKİ kollegiyasi



Yüklə 136.39 Kb.
Pdf просмотр
tarix23.06.2017
ölçüsü136.39 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə R A R D A D

SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

23 may 2017-ci il

№ 2(105)-940/2017

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli

oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədova Lətifə

Məhyəddin qızından ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, iddiaçının nümayəndəsi

Abbasova Rəna Gülağa qızının və cavabdehin nümayəndəsi Əsədov Xanbaba Şahbaba oğlunun

iştirakı ilə,

İddiaçı Quliyeva Aydan Vahid qızının cavabdeh Əsədov Bəhruz Xanbaba oğluna qarşı aliment

tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2017-cı il tarixli

qətnaməsindən cavabdeh Əsədov Bəhruz Xanbaba oğlu tərəfindən kassasiya şikayəti verilməsindən

ötrü dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsinə əsasən mülki işə Sumqayıt Apellyasiya

Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq,

M Ü Ə Y Y Ə N E T D İ

Qobustan rayon məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim Q.Hacıyev)

iddianın qismən təmin edilməsi, 06 iyul 2015-ci il tarixdə anadan olmuş Əsədli Cəmşid Bəhruz

oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 oktyabr 2016-cı il tarixdən başlayaraq

cavabdeh Əsədov Bəhruz Xanbaba oğlundan hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub

iddiaçı Qulyieva Aydan Vahid qızına verilməsi, Əsədov Bəhruz Xanbaba oğlundan 30 manat

məbləğində dövlət rüsumunun alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

Cavabdeh Əsədov Bəhruz Xanbaba oğlu qətnamədən apellyasiya şikayəti vermişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya

şikayəti təmin edilməməsi, Qobustan rayon məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qətnaməsinin

dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Cavabdeh Əsədov Bəhruz Xanbaba oğlu kassasiya şikayəti verilməsi üçün dövlət hesabına

vəkillə təmin edilməsinə dair ərizə vermişdir. Ərizəsində Sumqayıt Apellyasiya məhkəməsinin 04

aprel 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün ona dövlət hesabına vəkil təyin

edilməsini, vəkillə müqavilə bağlamaq üçün maddi imkanının olmadığını, dövlət büdcəsi hesabına

vəkillə təmin edilməsini xahiş etmişdir.

Məhkəmə kollegiyası cavabdehin dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsi ilə

əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin I və II hissələrinə görə Hər kəsin

yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi

yardım ödənişsiz, dövlət hesabına göstərilir.

Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə

yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən

baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Bu

Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin

xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə

işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir (Mülki

Prosessual Məcəllənin 67.1. və 67.2. maddələri).

Mülki Prosessual Məcəllənin 14.5. maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi

iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət

qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata

keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər.

Mülki Prosessual Məcəllənin 121.2. maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə

tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı


olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət

büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait

iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən

tutularaq dövlət büdcəsinə ödənilə bilər.

Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququnun kassasiya qaydasında realizə

edilməsindən ötrü kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalanmalı və vəkil kassasiya

instansiya məhkəməsində iştirak etməlidir. Vəkil tutmağa maddi imkanı olmayan şəxsin məhkəmə

müdafiəsi hüququnun təmin edilməsindən ötrü dövlət hesabına vəkillə təmin edilə bilər. Bunun üçün

kassasiya şikayəti vermək istəyən şəxs maddi imkanının olmadığına görə dövlət hesabına vəkillə

təmin edilməsi üçün əsasların olmasını sübut etmə öhdəliyi daşıyır. Lakin cavabdeh vəkilin kassasiya

şikayətinin imzalanması və kassasiya instansiya məhkəməsində iştirak etməsi üçün maddi imkanının

olmadığına dair hər hansı bir tutarlı sübut təqdim etməmişdir.

Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki

Prosessual Məcəllənin 77.1. və 14.2. maddələri).

Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dövlət hesabına vəkillə təmin

edilməsinə dair ərizəsi təmin edilməməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 67, 405.0.2-ci

maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI

Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2017-cı il tarixli qətnaməsindən kassasiya

şikayəti verilməsi üçün cavabdeh Əsədov Bəhruz Xanbaba oğlunun dövlət hesabına vəkillə təmin

edilməsinə dair ərizəsi təmin edilməsin.

Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya



Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür

Hakim

Səyyad Qafari

2



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə