AZƏrbaycan respublikasi adindan q ə r a r d a d sumqayit apellyasiya məHKƏMƏSİNİn müLKİ kollegiyasi



Yüklə 17.84 Kb.
Pdf просмотр
tarix10.06.2017
ölçüsü17.84 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə R A R D A D

SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

07 oktyabr 2016-cı il

İş № 2(105)-2550/2016

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli

oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədova Lətifə

Məhyəddin qızından ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, iddiaçının

nümayəndəsi Abdullayev Elmar Şahmar oğlunun, cavabdeh Cəfərquliyev Rasim Şakir oğlunun və

nümayəndəsi Əliyev Arif Sabir oğlunun iştirakı ilə,

İddiaçı Rabitəbank ASC-nin cavabdehlər Cəfərquliyev Rasim Şakir oğluna, Cəfərquliyev

Şakir Cəfərqulu oğluna və Quliyev Seyran Cəfər oğluna qarşı kredit borcunun tutulması tələbinə

dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)1990/2015 saylı, 16 iyun 2016-cı il tarixli

qətnaməsindən cavabdeh Cəfərqulyev Rasim Şakir oğlu və nümayəndəsi Əliyev Arif Sabir oğlu

tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü

Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb

məhkəmə kollegiyası,

M Ü Ə Y Y Ə N E T D İ

Abşeron Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rəcəbov)

iddianın qismən təmin edilməsi, Cəfərquliyev Rasim Şakir oğlundan, Cəfərquliyev Şakir Cəfərqulu

oğlundan və Quliyev Seyran Cəfər oğlundan 7503 (yeddi min beş yüz üç) manat məbləğində əsas

borcu, 1901 (min doqquz yüz bir) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində

cərimə borcu olmaqla, cəmi 9604 (doqquz min altı yüz dörd) manat məbləğində pul vəsaitinin və iş

üzrə dövlət rüsumu üçün ödənilmiş pul vəsaətinin 20 (iyirmi) manat hissəsinin əvəzinin müştərək

qaydada tutularaq, “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir.

Cavabdehlər Cəfərquliyev Şakir Cəfərqulu oğlu və Quliyev Seyran Cəfər oğlu qətnamədən

apellyasiya şikayəti vermişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər

A.Hüseynov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) cavabdehlər Cəfərquliyev Şakir

Cəfərqulu oğlu və Quliyev Seyran Cəfər oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinin

təmin olunmaması, Abşeron Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarilxi 2(012)1990/2015 saylı

qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Cavabdeh Cəfərquliyev Rasim Şakir oğlu və nümayəndəsi Əliyev Arif Sabir oğlu Abşeron

Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və müddətin

bəpasına dair ərizə vermişdir.

Abşeron Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi,

cavabdeh Cəfərquliyev Rasim Şakir oğlunun Abşeron Rayon Məhkəməsinin 16 iyun 2015-ci il

tarixli, 2(012)-1990/2015 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa

edilməsi, cavabdeh Cəfərquliyev Rasim Şakir oğlunun Abşeron Rayon Məhkəməsinin 16 iyun

2015-ci il tarixli, 2(012)-1990/2015 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması

üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Mülki Prosessual Məcəllənin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş

məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır.

Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

Cavabdeh Cəfərquliyev Rasim Şakir oğlu və nümayəndəsi Əliyev Arif Sabir oğlu ərizə ilə

müraciət edərək, qeyd etmişdir ki, apellyasiya şikayətinə baxılması ərəfəsində müəyyən

olunmuşdur ki, Quliyev Seyran Cəfər oğlu və Cəfərquliyev Şakir tərəfindən verilmiş apellyasiya

şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 20.10.2015-ci il tarixli

2(105)1580/2015 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdehin xəbəri və

məlumatı olmamışdır. hazırkı məhkəmə iclasında bu onlara bəlli olduğundan xahiş etmişlər ki,

onların apellyasiya şikayəti geri qaytarılsın ki, 20.10.2015-ci il tarixli qətnamədən şikayət vermək

üçün həmin qətnamənin surətinin ona verilsin və apellyasiya şikayəti geri qaytarılsın.


fərquliyev Rasim_qeyri-mümkün.doc" "OLE_LINK1" \a \r \* MERGEFORMAT Mülki

Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin

müddəaları tətbiq olunur.

Mülki Prosessual Məcəllənin 363.1.4. maddəsinə əsasən apellyasiya şikayəti birinci

instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad

işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında

ərizəsi daxil olmuşdursa qaytarılır.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 16 iyun

2016-cı il tarixli qətnaməsindən cavabdeh Cəfərqulyev Rasim Şakir oğlu və nümayəndəsi Əliyev

Arif Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ərizəyə əsasən ona geri qaytarılmalıdır.

Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4.

maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,



Q Ə R A R A A L D I

Abşeron Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsindən cavabdeh

Cəfərqulyev Rasim Şakir oğlu və nümayəndəsi Əliyev Arif Sabir oğlu tərəfindən verilmiş

apellyasiya şikayəti geri qaytarılsın.

Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya

Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya

şikayəti verilə bilər.



Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür

Hakim

Səyyad Qafari

2


Sədrlik edən

Səyyad Qafari

Hakimlər

Elman Rəhimov

Lətifə Məmmədova

3



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə