Sıradançıxma
– qurğunun iş qabiliyyətliliyinin pozulması ilə nəticələnən
hadisədir.
Nasazlıq
– qurğunun texniki sənədlərinin tələblərindən heç olmasa birinə
uyğun olmamaq vəziyyətidir.
İşləmə
- qurğunun saatlar, kilometr və başqa vahidlərlə ölçülən işinin
davametmə müddətidir.
Sıradan çıxmamaq
– qurğunun məcburi fasilələr olmadan müəyyən qədər
işləmə ərzində iş qabiliyyətini saxlamaq xassəsidir.
Uzunömürlülük
– qurğunun texniki xidmət və təmirlər üçün lazımi fasilələrlə
sərhəd vəziyyətinə qədər iş qabiliyyətini saxlamaq xassəsidir.
Təmirəyararlılıq
– texniki qurğunun texniki xidmət və təmirlər aparılması
yolu ilə nasazlıq və sıradan çıxmaların qabaqcadan qarşısının alınması aşkar edilib
və bərpa olunma qabiliyyətinə malik olma xassəsidir.
Resurs
– qurğunun texniki sənədlərdə deyilən sərhəd vəziyyətinə qədər işləmə
qabiliyyətidir.
Xidmət müddəti
– qurğunun texniki sənədlərdə göstərilən sərhəd vəziyyətinə
qədər istismarının təqvim üzrə davam etmə vaxtıdır.
Sıradan çıxmadan işləmə ehtimalı
– qurğunun verilən vaxt intervalında
sıradan çıxmaması ehtimalı.
Sıradan çıxmaların intensivliyi
– təmir olunmayan avadanlıqların onların
sıradan çıxma olmayan vaxta qədər olan vahid zamanda sıradan çıxma ehtimalıdır.
Təmir oluna bilməyən qurğu
– öz funksiyasını yerinə yetirmə prosesində
təmirə yol vermir.
Təmir oluna bilən qurğu
– öz funksiyasını yerinə yetirmə prosesində təmirə
yol verir.
|