Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


 Fəlsəfə doktoru elm sahələri göstərilməklə; 2



Yüklə 94,92 Kb.
səhifə4/4
tarix05.06.2023
ölçüsü94,92 Kb.
#125315
1   2   3   4
idarəetmə

1. Fəlsəfə doktoru elm sahələri göstərilməklə;
2. Elmlər doktoru elm sahələri göstərilməklə.
Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturanın birinci pilləsinə magistr və ona bərabər tutulan mütəxəssislər, ikinci pilləsinə isə fəlsəfə doktorları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada qəbul olunurlar. Fəlsəfə və elmlər doktoru elmi dərəcələrinin verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin qəbulu Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, həmçinin ödənişli əsaslarla ali təhsil müəssisəsi ilə əcnəbi arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.
Doktoranturada təhsilini başa vuran və müvafiq elmi dərəcə alan şəxslərə müəyyən olunmuş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd - diplom verilir.
Azərbaycan Respublikasında elmi dərəcələrin verilməsi dissertantura yolu ilə də reallaşdırılır. Dissertanturaya ali təhsil müəssisələrində və elmi təşkilatlarda çalışan elmi-pedaqoji kadrlar qəbul olunurlar. Dissertanturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Təhsil sistemində idarəetmə metodları


Metod yunan sözü olub üsul deməkdir. Bütün elmlərdə olduğu kimi idarəetmə el- minin də metodları vardır. Bu metodlar idarəetmə elminin öyrənilməsinin, bu elmdən irəli gələn funksiyaların və prinsiplərin həyata keçirilməsinin üsuludur. İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə obyektinə təsir mexanizmidir. İdarəetmə me- todunun başlıca məqsədi idaretmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. İdarəetmə metodu idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir etmək lazım olduğunu bildirir.
İdarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kom- pleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də idarəetmə metodu idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir. İdarəetmə metodları strateji inkişaf vəzifələrinin, iqtisadi qanunların tələblərinin həyata keçirilməsi metodudur. İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunma formasıdır. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakteri və məzmunundan asılıdır.
İdarəetmənin üç əsas metodu vardır: 1) İqtisadi metod.
2) Inzibati-sərəncam metodu.
3) Sosial-psixoloji metod.
1) İdarəetmə məqsədlərinə nail olmaq üçün cəmiyyətin iqtisadi qanunlarından istifadə edilməsi və obyektiv iqtisadi mənafelərin nəzərə alınması əsasında təsərrüfat- çılığın həyata keçirilməsi metodlarına idarəetmənin iqtisadi metodları deyilir.
İqtisadi metod idarəetmə obyektinin müəyyən tərəflərinə - istehsalın təşkilinə və onun nizama salınmasına, idarəetmə fəaliyyətinin həyata keçirilməsinə, kollektivin və onun üzvlərinin maddi-mənəvi marığına təsir edir, istehsalın ahəngdar olmasına xidmət edir. İqtisadi metod ilə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, qiymət, maddi həvəsləndirmə, maya dəyəri, mənfəət, gəlir və başqa mexanizmlər məqsədyönlü
təsirə çevrilir. İqtisadi metodlar ehtiyatların qənaətinə, maya dəyərinin aşağı salın-
masına, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, gəlirin və mənfəətin həcminin artırılmasına, əmək qabiliyyətinin yüksəldilməsinə yönəldilir. Buna görə də bəzi ədəbiyyatlarda iqtisadi metodlar təhriketmə metodları kimi adlandırılır.
İqtisadi metodlar bazar sistemində aparıcı mövqeyə malikdir. Bu metodlar vasi- təsilə firmaların fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır.
İqtisadi metodlar aşağıdakı kimi təsnif olunur:
1) Kommersiya hesabı;
2) Təsərrüfat daxili hesablaşmalar;
Kommersiya hesabı müəssisə və təşkilatın digər müəssisə və təşkilatlarla iqtisadi
əlaqələrini, münasibətlərini, hesablaşmalarını əhatə edir.
Təsərrüfat daxili hesablaşmalar isə müəssisənin daxili struktur bölmələri arasında
(məsələn, istehsal, satış, marketinq, təchizat şöbələri, sexlər, anbarlar və s. arasında) olan münasibətləri və hesablaşmaları əhatə edir.
İdarəetmənin iqtisadi metodları iqtisadi qanunların, prinsiplərin və müddəaların praktikada istifadə edilməsi mexanizmidir. Bütövlükdə bu metodların resursların bö- lüşdürülməsi, firmanının iqtisadi inkişaf istiqamətlərinin düzgün seçilməsi, planlaş- dırma və iqtisadi təhlilin elmi səviyyəsinin yüksəldilməsi üçün böyük əhəmiyyəti vardır.
2)İdarəetmə fəaliyyətində inzibati-sərəncam metodunun həyata keçirilməsi olduq- ca vacib və əhəmiyyətli məsələlərdən biridir.
İnzibati-sərəncam metodlarından dövlətin, cəmiyyətin qanunlarına, əmək qanun- vericiliyinə, habelə sahibkara verilən səlahiyyətlərə əsasən istifadə edilməlidir. Öz növbəsində bu qanunları, qaydaları və aktları pozan sahibkarlar və mütəxəssislər məs- uliyyət daşıyırlar.İnzibati-sərəncam metodu hakimiyyətçilik səlahiyyətinə malik olduğuna görə normativ-sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. İnzibati-sərəncam metodlarının obyekti geniş və çoxcəhətlidir. Lakin bunu müəyyən istiqamət üzrə təsnifata ayırmaq olar.
Normativ-sərəncam metodu iki təsir metoduna ayrılır: 1) İnzibati-təsir metodu;
2) Sərəncam-təsir metodu;
İnzibati-təsir metodunun köməyi ilə istehsal sahələrinin təşkili sistemi, onların idarəetmə orqanları, əməyin təşkili formaları, işçi-rəhbər münasibətləri formalaşdı- rılır və təkmilləşdirilir.İnzibatçılıq dedikdə, yüksək idarəetmə bacarığı və qabiliyyəti başa düşülür. İnzibatçılıq həm nəzəri biliklə, həm də praktik vərdişlərə sahib olmaqla formalaşır.Beləliklə, inzibati-təsir metodunun başlıca xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
a)idarə olunan obyektə birbaşa və bilavasitə təsiretmə qaydası;
b) qərar və sərəncamların operativ qaydada işlənməsi və həyata keçirilməsi;
c) müvafiq qanunların və normativ sənədlərin lazımı səviyyədə, qaydada yerlərə
tətbiq edilməsi;
d) bu və ya digər situasiyaların eyni qaydalı həlli;
e) rəhbər işçilərin, menecerlərin, sahibkarların tabeçilikdə olan işçilərin, icraçı-
ların iradəsinə müstəqim təsir edə bilməsi;
İnzibatçı rəhbər rəhbərlik etikasına ciddi riayət etməlidir. Yəni işçilərlə davranı- şında ədalətli və nəzakətli olmalıdır, işçini dinləməyi bacarmalıdır, ciddi olmalıdır, işçilərin tənqidi çıxışlarına qulaq asmalıdır, qanunvericiliyə dürüst riayət etməlidir.
İnzibati metodun reqlamentləşdirmə, təlimatlandırma və nizamlan-dırma xüsu- siyyətlərini fərqləndirmək lazımdır. Reqlamentləşdirmə funksiyası dedikdə təşkilati struktur bölmələrinin və ya şöbələrinin yaradılması, əmək bölgüsünün həyata keçi- rilməsi, şöbələrin əsasnamələrinin hazırlanması, müəssisənin konsepsiyasının tərtib olunması, iş vaxtı normalarının, material normativlərinin, daxili nizam-intizam qay- dalarının müəyyən edilməsi başa düşülür.
Təlimatlandırma xüsüsiyyəti ayrı-ayrı şöbələrin, strukturların, vəzifələrin icrası- nın təlimatlarının hazırlanması, işçilərin nizam-intizam qaydaları ilə, qanun və norma- tiv sənədlərlə təlimatlandırılması və s. ilə əlaqədardır.Nizamlandırma funksiyası isə qanunlara, qaydalara əməl edilməsinə nəzarət olunması ilə əlaqədardır.
Sərəncam metodu qanunlara, əsasnaməyə, təlimatlara, normativ sənədlərə və s. əsaslanaraq həyata keçirilir. Bu metodun təsir vasitələri əmrlər, sərancamlar, göstəriş- lər, tapşırıqlar və s. hesab edilir. Bu metod idarə edən və idarə olunan sistemlərin qar- şılıqlı əlaqələrini, onların tənzimlənməsi qaydalarını müəyyən edir.
Sərəncam metodu müəssisə aparatı və istehsalda çalışan bütün işçilərin səmərəli, intizamlı fəaliyyəti, əmək, istehsal və dövlət intizamına əməl edilməsini, təşkilatçılıq fəaliyyətini yerinə yetirir. Sərəncamvermə metodu idarəetmənin bütün fəaliyyətinə aiddir. İdarəetmənin funksiyaları bu metodun tətbiqi olmadan yerinə yetirilə bilməz.
3) Sosial-psixoloji metod.
Müasir şəraitdə sosial-psixoloji metoda idarəetmə prosesində daha çox əhəmiyyət verilir. Sosial-psixoloji metod işçi heyətinin və onun üzvlərinin sosial və psixoloji maraqlarına təsir göstərmək vasitəsidir.
Sosial-psixoloji metod 2 cür təsnifləşdirilir:
1) Sosial metod.
2) Psixoloji metod.
Psixoloji metod özü aşağıdakı kimi təsnifləşdirilir:
1) Kollektivin siyasi, ideoloji və mənəvi tərbiyələndirilməsi;
2) Kollektiv ənənələrinin və adətlərinin qorunması və inkişaf etdirilməsi; 3) Kollektiv üzvlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması; 4) Kollektiv üçün mədəni, kütləvi tədbirlərin keçirilməsi;
5) Fərdi qabiliyyət və peşəkarlığın qiymətləndirilməsi;
Sosial metod isə aşağıdakı kimi təsnifləşdirilir:
1) Kollektiv sosial inkişafının planlaşdırılması;
2) Maddi yardımların göstərilməsi;
3) Maddi həvəsləndirmənin həyata keçirilməsi;
Sosial metod müəssisədə sosial inkişafı nəzərdə tutmaqla idarəetmənin həyata ke-
çirilməsini tələb edir. Sosial inkişaf işçinin təmin olunması, onun sosial qayğısına qalmaq, həyat səviyyəsini yüksəltmək prosesini əhatə edir
Psixiloji üsul fərdlərin, qrupun və kollektivin psixologiyasına təsir etməklə idarə- etmə fəaliyyətinin həyata keçirilməsidir. İdarəetmənin bu metodu kollektiv arasında psixoloji əhval ruhiyyə yaratmaqla istehsalın inkişafına, keyfiyyətin yaxşılaşdırılması- na və insanlar arasında birgə fəaliyyətin və digər münasibətlərin tənzimlənməsinə yönəldilir. Psixoloji metod aşağıdakı tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Psixoloji metod kadrların seçilməsinə, yerləşdirilməsinə, əməyin elmi təşkilinə yönəldilməklə, onların savadını, qabiliyyətini, davranışını, intellektual səviyyəsini, inti- zamını, mədəniyyətini, qətiyyətini və digər xüsusiyyətlərini nəzərə alır və fərqləndirir.
M-təhsil və ya mobil təhsil “şəxsi elektron vasitələrdən istifadə edərək multi məzmunlu, sosial və kontent interaktivliyi olmaqla reallaşan tədris metodudur.” Məsa- fəli tədris zamanı mobil öyrəncilər onlara uyğun zaman kəsimində mobil təhsil tex- nologiyasından istifadə edirlər.
M-təhsil texnologilarına əl kompüterləri, MP3 pleyerlər, noutbuklar, mobil tele- fonlar və planşetlər daxildir. M-təhsil əsasən portativ texnologiyalarla tələbələrininter- aktiv şəkildə mobilliyinə fokuslanır. Öyrətmə alətlərinə dəstək üçün mobil vasitələrdən istifadə zamanı materiallar tədrisin mühüm hissəsinə çevrilir.
M-təhsilin ən üstün cəhəti odur ki, virtual olaraq hər yerdə əlçatandır. Bir kontenti hərkəslə paylaşmaq bir an məsələsinə çevrilir ki, bu da verilən tapşırığa sürətli cavab vermək və qiymətləndirmək imkanı yaradır. Bu yüksək aktivlik prosesinin imtahan qiymətlərini 50%-dən 70%-dək qaldırdığı sübut olunub və texniki sahələrdə kəsirlərin sayını 22%-dək azaldıb. M-təhsil həm də kitabları, qeyd dəftərlərini kiçik cihazlara lazımlı kontenti sığışdırmaqla portativliyi təmin etmiş olur.
Mobil təhsil mobil telefon, masa üstü kompüter, planşet üzərində mövcud olan təhsil metodudur. E-Təhsil o imkanı yaradır ki, klassik, ənənəvi sinif, auditoriya sis- temini pozur və imkan yaradır ki, şagirdlər məktəbə gəlmədən, elə evindəcə təhsil ala bilsin. Mobil təhsil də e-təhsilin bir qolu olaraq bir az da irəli gedib tələbələrə o imkanı yaradır ki, mobil cihazın işləyə biləcəyi hər yerdə virtual olaraq təhsil ala bilsinlər.
Cibimizə yerləşə biləcək cihazlar kimi yeni mobil texnologiyalar bizim informa- siyanı necə qəbul etmə şəklini dəyişib. Mobil texnologiyada olan son dəyişikliklər
telefonun ilkin funksiyalarını dəyişdirir (zəng eləmək, zəng qəbul etmək ), indi insanlar bu alətdən daha çox məlumat toplamaq üçün istifadə edirlər. "Çoxsaylı agentliklər, eləcə də Müdafiə Departamenti, Daxili Təhlükəsizlik Departamenti, Kəşfiyyat birliyi
və hüquq strukturları mobil texnologiyadan informasiyanın idarə olunmasında istifadəsini gücləndirir."
Sinif otaqları/auditoriyaların idarə olunması
Mobil alətlər (Cib kompüterləri kimi) kommunikasiya mobil tətbiqləri ilə, interaktiv funksiyalarla və video xüsusiyyətləri ilə şagirdlər arasında qrup halında əmək- daşlığını artırır.Mövcud mobil texnologiya sayəsində çətin əldə olunan qaynaqları, dərs vəsaitlərini, vizual və təqdimat işini əldə etmək asanlaşır.İnteraktiv və multi funksiyalı texnologiya tələbələrə imkan yaradır ki, informasiyanı idarə etsin.WIFI-ya bağlı olan mobil cihaz sayəsində online olaraq informasiyaya çatım təmin olunur.
Auditoriya fəaliyyətinə çatım və mobil cihaza daxil olan informasiyanın kəsintisiz
olması ona imkan yaradır ki, içəridə və bayırda, harada olursan ol kontenti oxuya bilirsən.FutureLab-in keçirdiyi araşdırma nəticəsində bəlli olub ki, mobil texnologiya tətbiqinin nəticəsində yüksək kommunikasiya, əməkdaşlıq, konseptlərin düzgün qav- ranılması mümkün olub.

Kollektivin tərbiyəsi yolları


İnsanlar təcrid olunmuş şəkildə deyil, qruplarda, kollektivdə yaşayır və fəaliyyət göstərirlər. Ona görə də öz qrupunun hər bir üzvünün tərbiyəsində həmin qrupun, kollektivin rolu böyükdür. Məhz bu mənada uşaq kollektivinin böyüməkdə olan şəxsiyyətinin formalaşmasında rolunu qeyd etməmək olmaz. Kollektiv bir növ uşaq şəxsiyyətinin inkişafı üçün şərait və şərt rolunu oynayır. Uşaq kollektivi öz üzvlərinə qarşı tərbiyələndirici funksiyanı yerinə yetirir. Kollektiv öz üzvlərinə təsir edir, onlardan müvafiq davranış tərzinə əmə l etməyi tələb edir. Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi, işgüzar və ciddi tələbi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına sahib olur. Məhz buna görə də müəllim və tərbiyəçilər uşaq şəxsiyyətinin formalaşmasında, o cümlədən onların əxlaq tərbiyəsində kollektivin bu cür imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur. Kollektivçilik – yoldaşlıq, həmrəylik, məqsəd və hərəkət birliyidir. İnsan dünyaya fərd kimi gəlir, sosial mühitdə, kollektivdə şəxsiyyət kimi formalaşır. Uşaq dünyaya göz açandan insanların əhatəsində olur. Uşağın ilk kollektivi onun ailə mühitidir. Çoxuşaqlı ailələrdə böyüyən uşaq sonrakı dövrdə düşdüyü kollektivə tez alışır. Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb olur. Odur ki, müəllim və tərbiyəçilər uşaq şəxiyyətinin formalaşmasında kollektivin Uşaq şəxsiyyətinin formalaşmasında kollektivin rolu imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur. Yaxşı təşkil edilmiş uşaq kollektivində ictimai həmrəylik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək ideya inamı, humanizim və s. kimi yüksək əxlaqi hisslərin formalaşmasına geniş imkan yaranır. Uşaq kollektivində yoldaşlıq və dostluq hissinin formalaşması üçün geniş imkanlar yaranır. Burada uşaqların bir-birinə qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur. Kollektiv möhkəm olduqda onun bütün normaları öz üzvlərinin normalarına çevrilir. Kollektiv üzvlərində yüksək ideya inamı yaranmış olur. Onlarda empatiya (başqa adamların psixi halətlərini başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti) identifikasiya, mehribanlıq və s. kimi sosial kefiyətlər baş qaldırır. Uşaq kollektivi əmək prosesində, uşaqlar tərəfindən onların gücü çatan tapşırığın və vəzifənin yerinə yetirilməsində tərbiyə edilir. Kollektiv qarşısında borc və məsuliyyət hisslərinin ilk rüşeymləri əməkdə yaranır. Uşaqların kollektivçilik hisslərini və bigə yaşayış adətlərinin inkişaf etdirilməsində aparıcı rol tərbiyəçiyə məxsusdur, o, öz nümunəsi və düşünülmüş metod və üsullar sistemi ilə uşaqları kollektivdə yaşamağa öyrədir, onların hisslərini zənginləşdirir və inkişaf etdirir. Tərbiyə sayəsində məktəbəqədər yaşın axırına yaxın uşaqlar məktəb kollektivində oyuna, əməyə və məşğələlərlə hazırlıqlı olurlar. Uşaqların kollektivlə ilk əlaqələrinin təşkili onda kollektivə marağın, yoldaşlarına rəğbətin yaranması və kollektivçilik tərbiyəsi üçün böyük əhəmiyyətə malikdir. Buna uşağın uşaq müssisələrində olduğu birinci günlərin düzgün təşkili nəticəsində nail olmaq mümkündür. Uşaq bağçasına gəliş kollektivdəki həyat, adət etdiyi şəraitin dəyişilməsi hər bir uşaq üçün müəyyən çətinlik yaradır. Bəzi uşaqlar isə, xüsusilə erkən yaşda, ailə həyatı şəraitində yaranmış, adət etdikləri mühitlə əlaqələr, münasibətlər sisteminin pozulması nəticəsində, bunu hətta xəstəlik kimi keçirirlər. Uşaqların birləşməsi əsasən oyunda baş verir. Tərbiyəçi tərəfindən istiqamətləndirilən maraqlı, məzmunlu oyun uşaqları ümumi məqsəddə birləşdirir və kollektivçilik tərbiyəsi üçün ən yaxşı şərait yaradır. Uşaqları məqsəd birliyi, birgə hisslər yaxınlaşdırır. Kollektivin təşkil olunmasının əvvəlində kollektiv əlaqələrin davamsızlığı, təşkiletmə bacarığının çatışmamazlığı ilə xarakterizə olunur. Uşaqlar oyunda rolları, işdə vəzifələri müstəqil bölüşdürə bilmirlər. Bu bacarıqları tərbiyə etmək uzun müddət tələb edilir. Tərbiyəçi ümumi işdə, oyunda, eləcə də gündəlik həyatlarında uşaqların özünü göstərmələrini izləyir, xatırlamaqla, xəbərdarlıqla, məsləhətlə onların davranışına istiqamət verir. 5-6 yaşlı uşaq yoldaşsız darıxır. Başqa uşaqlar qarşısında olan məsuliyyət hissi yaranır: öz yoldaşlarına qarşı xoşagəlməz hərəkət etdiyini başa salanda, uşaq özünü narahat hiss edir. Tədricən tərbiyənin təsiri ilə başqa Y.Məmmədova uşaqlarla oynamağın tək oynamaqdan daha şən keçdiyini, birlikdə daha tez və daha çox iş görmək mümkün dərk etmək qabiliyyətləri inkişaf edir, onlarda güzəştə getmək, razılaşmaq, kollektivə lazım olan müəyyən iş görmək, özünü saxlaya bilmək adətləri möhkəmlənir. 5-6 yaşına yaxın uşaq özünün bəzi hərəkətlərinin mənasını başa düşməyə qabil olur və öz yoldaşlarına qarşı münasibətini müəyyənləşdirir: “Başqalarından zorla almaq olmaz”, “Oyuncaqları bölüşdürmək lazımdır” və s. Əgər kiçik məktəbəqədər yaşlı uşaq birgə fəaliyyətə qabildirsə, böyük məktəbəqədər yaşlı uşaq razılaşmağı, rolları və vəzifələri bölüşdürməyi tələb edən məqsədyönlü kollektiv oyunlarda və əmək fəaliyyətində iştirak edir. Bu yaşda uşaqlar arasında daha sıx dostluq münasibətləri də müşahidə edilir ki, həmin münasibətlər uşaqların mehribanlığı, qarşılıqlı meylləri əsasında yaranır. Dostluq uşağın mənəvi simasına müsbət təsir göstərir: dosta qayğı göstərmək, onun yaxşı hərəkətləri ilə fəxr etmək və çətinliklərdə ona kömək etmək arzusu əmələ gəlir, dostlar bir-birinə oyuncaqlar, şirniyyatlar verirlər. Böyük məktəbəqədər yaşda tərbiyənin təsiri ilə kollektivçilik və dostluq hissinin sonrakı inkişafı sürətlənir. Uşaqlar həssaslıq göstərir bir-birinə kömək edir, balacalara qayğı göstərir, zəif və xəstə yoldaşlarına diqqətlə yanaşır, aralarında baş verən narazılığı çox vaxt müstəqil həll edə bilirlər. Kollektivçilik tərbiyəsi uçün məşğələlərdə də çoxlu imkanlar vardır. 5-6 yaşlı uşaqlara yoldaşlarının verdiyi cavabları tamamlamağı və düzəltməyi, yoldaşının edə bildiyini onun əvəzində etmək yox, məsləhətlə, göstərməklə kömək etməyi, bir-birinin işində müsbət cəhətləri görməyi öyrənirlər. Uşaqların nöqsanları görməyə meylli olduqlarını nəzərə alaraq, tərbiyəçi öz qiymətləri ilə onlarda nəzarət hissi, bir-birinə münasibətdə ədalətli olmağı tərbiyə edir. Uşaqlarda kollektivçilik, dostluq və yoldaşlıq əlamətlərinin tərbiyə edilməsi üçün ümumi fəaliyyət çox mühümdür. Bu işdə uşaqların ümumi mənafə uğrunda, birgə hisslərdə birləşdirilməsinə nail olunur. Kollektivçilik tərbiyəsində uşaq ədəbiyyatı böyük rol oynayır. Müşahidə, bədii oxu, oxunan və baxılan haqqında söhbətlər, uşaqların hərəkətlərinin qiymətləndirilməsi kollektiv hissinin formalaşmasına və bu hisslərin uşaqların davranışında şüurlu surətdə təzahür etməsinə imkan yaradır. Uşaqlarda kollektivçilik hissinin tərbiyəsinə musiqini dinləmək, xorla oxumaq və estetik tərbiyənin digər növləri faydalı təsir göstərir. Onlar uşaqların emosiyalarını, ümumi həyacanlarını zənginləşdirir və dərinləşdirir, kollektivçilik hisslərini tərbiyə edir. Gəzinti zamanı yaşlıların əməyini müşahidə edərkən tərbiyəçi, uşaqların diqqətini ətradakı həyatın elə faktlarına, elə tərəfinə cəlb edilməlidir ki, uşaqlar böyüklərin birlikdə işləməsini, ətrafdakılara xeyir vermək üçün çalışdıqlarını başa düşsünlər. Uşaqlar qarşısında kiçik, lakin cəlbedici ümumi məqsədlər: maraqlı Uşaq şəxsiyyətinin formalaşmasında kollektivin rolu ekskursiyalar, məşğələlər keçirilməsi, otağın yğışdırılması, bayrama hazırlıq, kukla paltarlarının yuyulması və bu işin uşaqlar tərəfindən həyata keçirilməsi kimi vaxt tələb edən daha mürəkkəb və daha uzaq məqsədlərin yerinə yetirilməsi əlverişlidir.
Kollegial idarəetmə orqanlarının sistemi
Təhsilin, təlim-tərbiyə prosesinin bu üsulla təşkili modelində təlim-tərbiyə ilə məşğul olan bütün bölmələr üfüqi olaraq idarə edilir. Paralel siniflərin bütün müəllimləri bir tədris ili dövründə təhsilin struktur vahidinə daxil edilir. Struktur vahidlərinə tədris ili ərzində müavinlər başçılıq edirlər. Hər bir struktur vahidində müəllim xeyli müstəqil mövqe tutur və müxtəlif qabiliyyəti olan şagirdlərdən ibarət siniflərdə tədris işinin təşkilində əsasən sərbəstdir.
Kollegial təşkil modelində fənn metodbirləşmələri fənlərin tədrisi ilə bağlı bütün məsələlər üzrə (tədris proqramları, tədris metodları, qiymətləndirmə normalarının seçilməsi və s.) strategiyanı hazırlayır. Tədris proqramlarının müxtəlif sinif və qrupların bilik səviyyəsinə uyğunlaşdırılması məsələsi ilə məşğul olur.
Direktor metodbirləşmələrin hazırladığı strategiyanı araşdırıb, təhlil etdikdən sonra öz fikrini müvafiq iradlar göstərməklə bildirir, ya onu qəbul edir, ya da yenidən işlənməyə göndərir. Direktor onların işinə o vaxt müdaxilə edir ki, müxtəlif metodbirləşmələrin hazırladığı strategiya məktəbin ümumi inkişaf strategiyasına uyğun gəlmir. Eyni bir metodbirləşmə daxilində müəllimlər həmişə metodik məsləhətləşmələr aparırlar. Bu məsləhətləşmələrin əsas məqsədi müxtəlif qabiliyyətli şagirdlərdən ibarət olan qruplarda tədris işinin metodlarını və texnikasını yaxşılaşdırmaq, inkişaf etdirməkdir.
Kollegial təşkil modelində sinifdə dərs deyən müəllimlərdən biri sinif rəhbərinin vəzifəsinə yaxın olan işləri də görür. O, sinfin qayğısını çəkir, ayrı-ayrı şagirdlərin problemlərini həll edir, sinfin uğurları üçün başqa müəllimlərlə əlaqə saxlayır. Bu müəllim, həmçinin sinifdə başqa işləri aparan məsləhətçi müəllim, koordinator-müəllim, peşəyönümü işləri ilə məşğul olan müəllimlərlə də daim görüşür, söhbətlər aparır.
Göründüyü kimi, idarəetmənin üfüqi məsləhətvermə strukturlu xətti təşkili modelində məktəb direktoru və onun müavinləri fərdi məsuliyyət daşıdıqları halda, kollegial modeldə məsuliyyət menecer işi ilə məşğul olanların üzərinə düşür, yəni məsuliyyət ümumi kollektivin olur. Kollegial təşkil modelində məsləhətvermə strukturlarına daha geniş səlahiyyətlər verilir. Bununla yanaşı, həmin strukturların aşağıdakı ümumi cəhətləri vardır:
⬥ onlar hər hansı bir qərar qəbul edəndə ümumi razılığa gəlirlər;
⬥ qərarlar konsensusla qəbul edilir, bu qərarlara hər bir müəllim öz razılığını verir və onun məsuliyyətini boynuna götürür;
⬥ təhsil işinin inkişaf strategiyası məktəbin ali orqanı hesab edilən ümumi yığıncaqda qəbul edilir, bu yığıncaqda metodbirləşmələrin sədrləri, direktor və onun müavinləri iştirak edirlər.
Kollegial model seqment tipli təşkil modelindən əsaslı şəkildə fərqlənir. Kollegial təşkil modelin inkişafetdirici funksiyaları birinci və ikinci modellərə nisbətən xeyli yüksəkdir. Bu modeldə məktəb fənlərin tədrisi məsələlərində xarici ekspertlərlə də əməkdaşlıq edə bilir. Bu modelin zəif cəhəti kimi innovasiyaların tətbiqində çətinliklərin meydana çıxa bilməsidir. Bu sahədə təklif olunan layihələrin tətbiqi bəzən mübahisələrin, ixtilafların yaranmasına gətirib çıxarır.
Modelin əsas müddəalarını aşağıdakı kimi formalaşdırmaq olar:
⬥ müəllimlik peşəsində təlim metodlarına yiyələnmə əsas şərt kimi irəli sürülür;
⬥ şagirdlərə münasibətdə güc tətbiq etməməyə, qarşılıqlı anlaşmaya və kollektiv əməkdaşlığa üstünlük verilir;
⬥ fənn metodbirləşmələrinin faydalı fəaliyyət göstərməsi üçün onun üzvləri olan müəllimlərin təlim-tərbiyə prosesində insani keyfiyyətlərə və təlimvermə bacarığına yiyələnmələrinə şərait yaradır;
⬥ pedaqoji prosesin bütün iştirakçıları üçün məsləhətlər almaq və özünü inkişaf etdirmək vacib sayılır və bunun üçün geniş imkanlar yaradılır;
⬥ təhsilə rəhbərlikdə ümumi razılıq əldə edilir, direktor özünü həm birinci şəxs kimi, həm də başqaları ilə bərabərhüquqlu şəxs kimi aparır, işini prosesin gedişinə uyğun qurur.
Təhsil sistemi ikili vəzifə yerinə yetirir: təhsil bir tərəfdən şəxsiyyətin intellektual və peşəkar tələblərinə cavab verməli, digər tərəfdən ümumən cəmiyyətin intellektual və peşəkar potensialını möhkəmləndirməlidir. Bu baxımdan təhsil sisteminin əsas funksiyaları aşağıdakılardır:
• Öyrənənin şəxsiyyətinin və onun özəl bacarıqlarının inkişaf etdirilməsi;
• Öyrənənin peşəkar hazırlığı;
• Cəmiyyətin elmi potensialının formalaşdırılması.
Digər bir təsnifata əsasən təhsilin 3 modeli təklif olunur:
1. İngilis modeli üçün səciyyəvi olan liberal təhsil konsepsiyasında geniş intellektual qabiliyyətlərə və xüsusi şəxsi keyfiyyətlərə (güclü xarakterə, liderlik, yaradıcılıq, analitik düşüncə və mühitə adaptasiya bacarıqlarına və s.) malik olan məzunların yetişdirilməsi onların peşəkar hazırlığı qədər vacib hesab olunur.
2. Fransız modeli elmi və peşəkar fəaliyyətlərin bir-birindən fərqləndirilməsi, eləcə də elmi fəaliyyətin ali təhsil müəssisəsi və ya universitet “daxilində” və “xaricində” fəaliyyətlərə bölgüsü ilə seçilir.
3. Alman modelində əsas diqqət elmi tədqiqatlara verilir. Müəllim heyətinin tədqiqat işlərinin nəticələri tədris proqramının tərkibinə daxil edilərək dərs materialına çevrilir. Müəllim və tələbələr tərəfdaştədqiqatçı kimi çalışır və əməkdaşlıq edirlər.
Təhsildə şəffaf idarəetmə modeli
Bu gün Azərbaycan təhsilində şəffaf idarəetmə modelinin formalaşdırılması əsas hədəflərdən sayılır. Çünki təhsilin keyfiyyət göstəricisinə digər amillərlə yanaşı, bu sistemdə tətbiq olunan idarəetmə modeli birbaşa təsir edir. Araşdırmalar da göstərir ki, dünyanın ən nüfuzlu təhsil müəssisələrinin “uğur formulu” məhz həmin məktəblərdə şəffaf idarəetmə modelinin tətbiqlənməsi ilə bağlıdır.Qeyd edək ki, Azərbaycanın təhsil müəssisələrində də nəticə yönlü və şəffaf idarəetmə modelinin, yeni məlumat və hesabat sistemlərinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
İnsan kapitalının inkişaf etdirilməsi fiziki kapitalın yaradılmasına deyil, bilik iqtisadiyyatının formalaşmasına yönəlmişdir. Bilik iqtisadiyyatında əmtəə və xidmətlərin istehsalından həlledici rol intellektual resurslara və onlar üzərində qurulmuş imkanlara mənsubdur. Əlbəttə, əvvəlki dövrlərdə də hər hansı iqtisadi fəaliyyət növü biliklərə əsaslanırdı, lakin indi istehsal prosesində fundamental dəyişikliklər baş vermişdir. Onun ayrılmaz tərkib hissəsi olan innovasiyalar və informasiya resursları artıq ictimai sərvətin yaradılmasında üstünlük təşkil edir. Biliklər getdikcə dövlətlərin davamlı inkişafının zəmanətinə çevrilmiş, biliklərin əldə edilməsi və tətbiqi isə ölkənin rəqabətliliyinin əsas amili olmuşdur. 1962-ci ildə amerikalı tədqiqatçı Fritz Maxlup tərəfindən ilk dəfə elmi ədəbiyyata daxil edilmiş “Biliklərə əsaslanan iqtisadiyyat” və ya “bilik iqtisadiyyatı” anlayışını “texnoloji və elmi tərəqqinin sürətli vüsətinə töhfə verməklə, əqli fəaliyyətə əsaslanan istehsal və xidmətlər” kimi şərh etmək olar. Bilik iqtisadiyyatının əsas komponentlərinə fiziki kapital və ya təbii resursların əvəzinə intellektual qabiliyyətlərə istinad edilməsi, həmçinin tədqiqat və sınaq laboratoriyalarından tutmuş təchizat xəttlərinədək və istehlakçılarla ünsiyyətədək istehsal prosesinin bütün mərhələlərində yenilənmələrin davamlı surətdə tətbiq olunması daxildir. Hal-hazırda bilik iqtisadiyyatı termininin müxtəlif izahları olsa da, ümumi məqamlar aşağıdakılardan ibarətdir:
• Biliklərin resurs olması konsepsiyası – biliklər kapital və əməklə yanaşı iqtisadi artımın əsas amillərindən biridir;
• Biliklərin məhsul olması konsepsiyası – yeni biliklərin yaradılması (“bilik istehsalı”) müasir iqtisadiyyatın “simasını” müəyyən edir;
• Biliklərin aydın ifadə edilməsi konsepsiyası – intuitiv olaraq əxz edilmiş və konkret ifadə oluna bilməyən mücərrəd biliklərdən fərqli olaraq aydın ifadə edilən praktik bilik və ideyalar iqtisadi münasibətlərin əsas komponentidir;
• Bilik iqtisadiyyatının informasiya cəmiyyəti ilə üzvi bağlılığı konsepsiyası – biliklər informasiya və kommunikasiya texnologiyalarınin inkişafına, tətbiqinə və dəyişməsinə əsaslanır. Bilik iqtisadiyyatı 3 bazarın – biliklər, xidmət və əmək bazarlarının vəhdətidir. Bu bazarların bir-birilə o dərəcədə sıx bağlılığı vardır ki, onları birbirindən ayrılıqda təsvir və təhlil etmək mümkün deyil.
Yüklə 94,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin