Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Natrium və kalium elementlərinin torpaqda və litosferdə orta hesabla miqdarı, %



Yüklə 0,65 Mb.
səhifə62/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   58   59   60   61   62   63   64   65   ...   161
t.kimya, 1,3

Natrium və kalium elementlərinin torpaqda və litosferdə orta hesabla miqdarı, %( Cədvəl 1).


Element

Litosfera

Torpaq

Na

2,0

O,63

K

1,1

1,36

Torpaqda qələvi elementləri xloridlərinin həll olma qabiliyyəti çox yüksəkdir. Məsələn, 34q KCl və 75q CaCl2 ayrılıqda 100q suda çox sürətlə həll olurlar. Eləcə də K və Na sulfatları analoji olaraq 11 və 19 q/100 q suda həll ola bilirlər. Qələvi metalların karbonatları və bikarbonatları da suda yaxşı həll olurlar. Ona görə də bu qrupları asan həll olan yaxud suda həllolan duzlar adlandırırlar. Belə yüksək həll olma qabiliyyəti olmasından istifadə edilərək, torpaq nəmliyini 30-50% -ə qədər çatdırmaq olur. Bu şəraitdə alınmış ekstraktda torpağın duz tərkibi haqqında real məlumat almağa imkan yaradır. Daha doğrusu nəmlənmənin 30-50% -ə çatdırılması nəzəri cəhətdən asan həllolan duzların tam aşkara çıxarılması deməkdir. Lakin aşağı nəmlikdə həllolma prosesi ionların diffüziya sürətindən asılıdır və müəyyən məqsədə çatmaq üçün uzun zaman tələb olunur.


Diffüziya sürəti və duz məhlullarının durulaşmasını Fikin 1-ci qanunu ilə təyin edirlər.
D(C2-C1)

J= ___________


x
Burada: J- C2 və C1 qatılıqlarında iki həll olan maddələrin arasındakı diffüzyalaşmış axının sürəti; D(C2-C1)- qatılıq qradiyenti.
J-axın sürəti, 1 saniyədə 1sm2 sahədən keçən diffüziya olunmuş ionların miqdarının göstəricisidir. Deməli diffuziya əmsalının ölçüsü sm2.s-1-dir. Diffüziya olunmuş maddələrin qatılığının zamanla əlaqəli dəyişməsini Fikin ikinci qanunu ilə ifadə edirlər.
dC d2c
______ = D _________
dt dx2
Burada: t-zaman,onda durulaşdırılmış məhlullarda 250C-də Na+diffüziya əmsalı bərabərdir,1,35.10-5sm2.s-1 , K+ üçün-1,98.10-5 sm2.s-1 , Ca2+ üçün-0,78.10-5 sm2.s-1 .
Torpaqda diffüziya sürəti olduqca azdır və düffüziya əmsalı 10-6-10-7 sm2.s-1 dən artıq olmur. Bunun birinci səbəbi yüklnmiş ionların səthdəki torpaq mikroməsamələri ilə qarşılıqlı təsirindən asılı olaraq diffüziya sürətinin azalmasıdır. İkinci səbəbi- diffüziya gedən yolların girintili-çıxıntılı olmasıdır.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin