Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti SƏRBƏst iŞ



Yüklə 53,12 Kb.
səhifə2/5
tarix07.01.2024
ölçüsü53,12 Kb.
#206515
1   2   3   4   5
Analizin instrumental üsullari

3.Fiziki analiz metodları- Bu metod maddələrin tərkibində olan element atomlarının bilavasitə valent elektronları ilə deyil,daxili elektronlar və nüvə ilə əlaqəli xassələrin öyrənilməsinə əsaslanır.Belə xassələrə maddələrin rentgen və ya radioaktiv şüalarla qarşılıqlı təsirə əsaslanan xassələri misal göstərmək olar.
Qeyd edək ki, fiziki-kimyəvi və fiziki analiz metodları ilə maddələrin təyini zamanı xüsusi cihazlardan istifadə olunur.Ona görə də bu 2 metodu ümumiləş-dirərək instrumental analiz metodları adlandırırlar.
Elmin bir-birinə yaxın sahələri arasında kəskin sərhəd qoymaq olmur, eyni zamanda hər sahənin özünə məxsus səciyyəvi xüsusiyyətləri olur. Bu mənada kimyəvi, fiziki- kimyəvi və fiziki (instrumental) analiz üsulları arasında kəskin sərhəd qoymaq olmaz.
Fiziki (instrumental) analiz üsulu-Bu zaman kimyəvi reaksiya getmir, yaxud gedən reaksiya nəzərə alınmır. Məsələn, rəngli maddə məhlulunun müəyyən dalğa uzunluğu olan şüanı udmaq dərəcəsinə görə qatılığını təyin etmək olar. Belə üsul spektrofotometriya adlanır.


Bütün instrumental analiz metodları aşağıdakı qurulara bölünür:



  • Spektral (optiki) analiz metodu.

  • Refraktometrik analiz metodu.

  • Polyarimetrik analiz metodu.

  • Lüminessent və ya flüorimetrik analiz

Spektral analiz metodu şüanın buraxılması, udulması və yayılmasına əsaslanır. Analiz edilən maddə ilə işıq şüası arasındakı qarşılıqlı təsirə görə spektral analiz emission spektral analiz (atom spektroskopiya) və absorbsion spektroskopiya olmaqla iki yerə bölünür. Emission spektral analiz metodu analiz edilən maddə tərəfindən buraxılan şüanın spektrinə əsaslanır. Bu metod maddənin element tərkibini müəyyən etməyə imkan verir. Emission spektral analiz metodunda maddənin miqdarı şüalanmanın intensivliyinin ölçülməsinə əsaslanır. Emission spektral analizə aşağıdakı metodlar daxildir:

  • Vüzüal emission spektral analiz.

  • Fotoqrafik emission spektral analiz.

  • Alov fotometriyası.

  • Atom – absorbsion analiz.

Göstərilən metodların nəzəri əsası eynidir. Lakin analiz üçün təkmilləşmiş formada müxtəlif ihazlardan istifadə edilir. Absorbsion spektroskopiya və ya absorbsion spektral analiz metodu tədqiq edilən maddə tərəfindən udulan şüanın intensivliyinin öyrənilməsinə əsaslanır. Analiz edilən maddəyə işığın təsiri ultrabənövşəyi, görünən və infraqırmızı spektr sahəsində ola bilər. Absorbsion spektroskopiyaya aşağıdakı metodlar daxildir:

  • Fotometriya.

  • Spektrofotometriya.

  • Fofotometrik titrləmə.

  • Fototurbidimetriya və nefelometriya.

  • Lüminessent və ya flüorimetriya

Fotometrik analiz metodları -təyin olunan maddənin işığı udma, keçirmə və səpməsinin ölçülməsinə əsaslanır. Bəzi rəngsiz və ya zəif rəngli ionlar başqa ionlarla və ya üzvi birləşmələrlə rəngli birləşmələr əmələ gətirə bilir. Belə reaksiyalar rəngli reaksiyalar adlanır. Məsələn, zəif rəngli ionları rodanid SCN ionları ilə tünd qırmızı kompleks ionlar əmələ gətirir. Mavi rəngli mis ionları ammonyak molekulları ilə parlaq göy rəngli kompleks ionlar əmələ gətirir. Rəngsiz manqan ionlarını parlaq moruğu rəngli ionlarınadək oksidləşdirmək olur. Aydındır ki, alınan rəngli ionların (və ya molekullar) miqdarı təyin olunan ionların miqdarına ekvivalentdir. Ona görə də fotometrik təyinatın əsasında rəngli reaksiyalar durur.
Əgər reaksiya nəticəsində çətin həll olan birləşmələr əmələ gəlirsə, o az miqdarda asılqan vəziyyətdə qalır və suspenziya əmələ gətirir. Məhlulun bulanıqlıq dərəcəsi təyin olunan maddənin miqdarına düz mütənasib olacaqdır. Bu səbəbdən fotometriyada təkcə rəngli reaksiyalar deyil, həmçinin çətin həll olan maddələrin əmələ gəlməsi ilə nəticələnən reaksiyalardan istifadə olunur. Müxtəlif fotometrik metodlar - spektrofotometriya, fotoelektrokolorimetriya, kolorimetriya, nefelomet-riya, flyorometriya var.
Refraktometriya- Analizin refraktometrik metodu maddənin sındırma əmsalının təyininə əsaslanır. İşıq şüası iki mühitin ayırıcı sərhəddinə perendikulyar düşdükdə istiqamətini dəyişmədən ikinci mühitə keçir. Diər bütün hallarda yəni, düşmə bucağı 90˚ – dən kiçik olduqda işıq şüası bir mühitdən digərinə keçdikdə müəyyən bucaq altında sınaraq istiqamətini dəyişir. Bu zaman düşmə bucağının sinusunun (sinα) sınma bucağının sinusuna (sinβ) nisbəti ikinci mühitin birinci mühitə görə nisbəti sındırma əmsalı (n) adlanır:

Nisbi sındırma əmsalı mühitlərin sındırma əmsallarından aşağıdakı asılılığa malikdir:

Burada, – birinci, – isə ikinci mühitin sındırma əmsalıdır. İşıq şüası az optiki sıxlığa malik mühitdən ona nisbətən çox optiki sıxlığa malik mühitə keçirsə– həmişə <ɑ<β və n1 olur. Əksinə, yəni < ɑ<< β olarsa n <1 olar
L üminisensiya və polyarimetriya analiz üsulları-Müəyyən şəraitdə maddəni təşkil edən atomlar tərəfindən udulan enerjinin bir hissəsi həmin maddəni şua şəklində ayrılır. Lümenessensiya şualanmasının təbiətinə sadə şəkildə molekulun energetik modeli kimi baxmaq olar. Molekula əsasən energetik səviyyələr olduğu kimi, bir sıra fırlanma, rəqsi yarım səviyyələrdə və s mövcuddur. Bu keçid enerjinin udulması ilə baş verir. Bu cür keçid üçün yazmaq olar.

Fiziki – kimyəvi ayırma metodlarına ekstraksiya, xromatoqrafiya, ion mübadiləsi, dializ, elektroforez və s metodlar daxildir. Ayırma metodlarında ən geniş tətbiq olunanları aşağıdakılardır:

  • Ekstraksiya.

  • İon mübadiləsi.

  • Xromatoqrafiya.

Tərkibi və xassələrinə görə bir – birinə çox yaxın olan qeyri – üzvi və üzvi maddələrin ayrılasında xromatoqrafiyadan geniş istifadə olunur. Xromatoqrafiya nadir torpaq elementlərinin, eləcədə radioaktiv elementlərin ayrılmasında tətbiq edilir. Fotometrik metodlarda maddənin tərkib və miqdarının onun işığı udması, səpməsi, sındırması (refraksiya), polyarlaşma müstəvisinin fırlanma bucağı, lyuminisensiyadan asılılığından istifadə olunur. Elektrometrik metodlar maddənin müxtəlif elektrik xarakteristikalarının (elektrikkeçiriciliyi, elektrik potensialı, cərəyanın miqdarının dəyişməsi) ölçülməsinə əsaslanır. Xromatoqrafik analiz maddələrin adsorbsiya olması, çöküntülərin həll olmasının müxtəlifliyinə əsaslanır.

Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin