Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi


Motivasiya – təşkilatın hədəflərinin mahiyyəti üçün fəaliyyətə baçqa insanların meyl  etməsi  (vadar etməsi) prosesidir



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
eliyev hikmet

Motivasiya – təşkilatın hədəflərinin mahiyyəti üçün fəaliyyətə baçqa insanların meyl 

etməsi  (vadar etməsi) prosesidir. Bu funksiyanı yerinə yetirərkən rəhbər  işçilərin maddi və 

mənəvi  stimulunu  həyata  keçirmiş  olur  və  onların  peşəkarlığının  artmasına  lazımi  şərait 

yaradır.  İşçiləri  inandırdıqda  peşəkarlığının  artmasına  lazımi  şərait  yaradır.  İşçiləri 

inandırdıqda  təşkilatlar  öhdəlikləri  yerinə  yetirir  və  təşkilatın  məqsəd  və  planına  uyğun 

şəkildı dəyişir. 




 

12 


İnandırma  prosesi  nəzərdə  tutur  ki,  işçilər  öz  öhdəliklərini  lazımi  şəkildə  yerinə 

yetirdiyi halda onların tələbatları ödənilmiş olsun. Rəhbər personalını daha effektiv işləməyə 

təşviq etməzdən əvvəl öz işçilərinin real tələbatlarını müəyyənləşdirməlidir. 

Nəzarət  .  Bu  idarəetmə  funksiyası  təşkilatın  işinin  nəticələrinin  effektiv  olduğunun 

analiz  edilməsini  nəzərdə  tutur.  Nəzarətin  köməyi  ilə    təşkilatın  öz  məqsədinə  çatma 

dərəcəsinə  qiymət  verilir  və  qeyd  olunmuş  fəaliyyətə  zəruri  korrektirovka  edilir.  Nəzarət 

idarənin bütün funksiyasını özündə birləşdirir, imkan verir ki,  təşkilat lazımi istiqamətdə öz 

fəaliyyətini davam etdirsin və həmçinin imkan verir ki, düzgün olmayan hərəkətlətə vaxtında 

düzəliş versin. 

Kontrol  (nəzarət  fransız  sözü  olub:  controle-yoxlama  deməkdir)  –  sistemin  qarşıya 

qoyulmuş  məqsədə  çatması  üçün  nailiyyəti  təmin  edən  bir  prosesdir  və  aşağıdakı  üç 

elementdən ibarətdir: 

-  Yoxlamaya tabe sistemin fəaliyyət standartlarının müəyyənləşdirmək; 

-  Əgər  əldə  edilmiş  nəticələr  müəyyənləşdirilmiş  standartlardan  ciddi  şəkildə 

fərqlənirsə idari proseslərə düzəliş etmə; 

Polşanın  elmi  idarəetmə  institutunun  banisi  1925-ci  ildə  əsası  qoyulmuş  Beynəlxalq 

Elmi  İdarəetmə  Komitəsinin  vitse-prezidenti  Polşa  professoru  Karol  Adametskinin  (1866-

1933)  xüsusi  rolunun  olduğunu  qeyd  etmək  lazımdır.  O,  nəzarəti  nəinki,  idarəetmənin  ən 

vacib  prinsiplərindən  biri  kimi  qeyd  etmiş,  həmçinin  təşkilatlarla  bağlı  ciddi  nəzarətin 

nəzəriyyəsini  hazırlamışdır.  Adametskiyə  görə  nəzərdə  tutulmuç  tədbirin  gedişini  yoxlama 

“bütün  yol  boyu”  zəruridir.  Buna  görə  də  yadda  saxlamaq  lazımdır  ki,  nəzarət  vasitədir, 

məqsəd  deyildir. Plan nə qədər detallı şəkildə və dəqiqliklə hazırlanarsa o dərəcə  də  detallı 

və dəqiq nəzarət olmalıdır. Adametski qeyd edir ki, həddindən artıq dəqiqliklə nəzarət (əgər 

buna əhəmiyyəti yoxdursa) və yaxud fasiləsiz nəzarət sistemi həyata keçirmək (əgər işə zərər 

vurmadan  periodik  olaraq  nəzarət  etmək  mümkünsə),  ağılsızlıq  olardı.  Prinsip  etibarilə 

nəzarət həddindən artıq mürəkkəb olmamalı və baha qiymətə başa gəlməməlidir. 

Nəzarətin  predmeti  təşkilati  proseslərin  getməsinin  bütün  əsas  mərhələləri  olmalıdır: 

planlaşdırma,  informasiyanın  və  qərarın  qəbul  olunmasının  analizi,  qəbul  edilmiş  qərarın 

(həllin) icrası və əldə edilən nəticələrin xarakteri. 




 

13 


Başqa sözlə demək olar ki, Adametski  idarəetmə  proseslərində  nəzarətin  birbaşa 

rolunda israr edirdi. Maliyyə nəzarətinin ali təşkilatı olan IX Beynəlxalq Konqresində qəbul 

olunmuş nəzarətin əsas (həlledici) prinsipləri Limsk məramnaməsində (İNTOSAİ) deyilir: 

Maddə  1.  Nəzarətin  məqsədi  idarənin  vacib  elementidir  (ictimai  maliyyə  vasitələri 

tərəfindən), belə idarə cəmiyyət qarşısında məsuliyyət daşımağa tələb olur. 

Nəzarət-məqsəd  deyildir,  nizamlama  sisteminin  ayrılmaz  hissəsidir,  bundan  məqsəd 

standartdan  kənara  çıxma,  qanun  pozuntularını  aşkar  etmək,  maddi  ehtiyatlardan  effektiv 

istifadə etmək (gələcəyi nəzərdə tutmaq məqsəd ilə; lazım gələrsə yenidən gözdən keçirməyə 

imkan  olsun  deyə),  bəzi  hallarda  günahkarların  məsuliyyətə  cəlb  etmək,  vurulmuş  ziyana 

görə kompensasiya almaq, yaxud gələcəkdə belə qanun pozuntularının qarşısını almaq üçün 

tədbirlər həyata keçirmək. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

14 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin