Dəfn mərasimlərində iştirak edən hərbi hissələr və bölmələr əsgəri qaydada
salamlaşmırlar.
26. Hər bir hərbi qulluqçuya rəis və ya böyük müraciət etdikdə hərbi qulluqçu
(xəstələrdən başqa) «farağat» vəziyyəti alıb, vəzifəsini, hərbi rütbəsini və soyadını
bildirməlidir.
27. Təntənəli iclaslarda, konfranslarda və həmçinin konsert, tamaşa və kinoda
əsgəri qaydada salamlaşmaq üçün komanda və komandirə raport verilmir.
Şəxsi heyətin ümumi iclaslarında salamlaşmaq üçün «Farağat» komandası və
komandirə (rəisə) raport verilir.
Məsələn: «Yoldaş polkovnik-leytenant, taborun şəxsi heyəti ümumi iclasa
toplanıb. Taborun qərargah rəisi mayor Salahov».
28. Rəisin və ya böyüyün salamına («Salam, yoldaşlar») sırada və ya sıradan
kənarda olan bütün hərbi qulluqçular «Salam» cavabı verməlidirlər. Rəis və ya böyük
xudahafizləşəndə («Xudahafiz, yoldaşlar») hərbi qulluqçular «Xudahafiz» cavabı
verilməlidirlər, cavabın sonuna «Yoldaş» və onun hərbi rütbəsini əlavə etməlidirlər.
Qoşun növünün və ya xidmətin adı əlavə edilmir.
Məsələn:
çavuşlara və baş çavuşlara, gizirlərə və miçmanlara cavab verildikdə — «Salam,
yoldaş çavuş», «Xudahafiz, yoldaş baş çavuş», «Salam, yoldaş miçman», «Xudahafiz,
yoldaş gizir» və s.;
zabitlərə cavab verildikdə — «Salam, yoldaş kapitan», «Xudahafiz, yoldaş
kapitan-leytenant» və s.;
generallara və admirallara cavab verildikdə — «Salam, yoldaş general-mayor»,
«Xudahafiz, yoldaş kontr-admiral» və s.
29. Əgər komandir (rəis) hərbi qulluqçunu xidmətə görə təbrik və ya ona təşəkkür
edirsə, hərbi qulluqçu komandirə (rəisə) «Azərbaycan Respublikasına xidmət edirəm»
cavabını verməlidir.
Əgər komandir (rəis) hərbi hissəni (bölməni) təbrik edirsə, onda hərbi hissə
(bölmə) üç dəfə sürəkli «Ura», əgər komandir (rəis) hərbi hissəyə (bölməyə) təşəkkür
elan edirsə, onda hərbi hissə (bölmə) «Azərbaycan Respublikasına xidmət edirik»
cavabını verməlidir.
Dostları ilə paylaş: