tabeliyində olanların hərbi formanı geymə qaydalarına əməl etməsinə,
ləvazimatın, paltarın və ayaqqabının onların əyinlərinə uyğunlaşdırılmasına, eləcə də
əsgərlərin (matrosların) və çavuşların zahiri görünüşlərinə və qıvraqlığına ciddi diqqət
yetirmək;
şəxsi heyətin məşğələlər vaxtı texnika və silahlarla işləyəndə təhlükəsizlik
tədbirlərinə riayət etmələrinə diqqət yetirmək;
bölük (gəmi) üçün silahların, döyüş texnikasının və digər texnikanın, kazarma
inventarının, əşya, texniki və başqa əmlakların vaxtında alınmasını, onlardan düzgün
istifadə olunmasını, qorunub saxlanmasını, texniki xidmətini və təmirini təşkil etmək;
ayda bir dəfədən az olmayaraq onların sayını, vəziyyətini və uçotunu yoxlamaq (gəmi
komandiri ayda bir dəfədən az olmayaraq gəminin ümumi yoxlanışını aparmaq,
gəminin silahlarını, döyüş sursatını, texniki vasitələrini nəzərdən keçirmək və hər gün
gəminin ümumi yoxlamasını aparmaq); silahlara və döyüş sursatına baxışın nəticələrini
yoxlama kitabında qeyd etmək (6 saylı əlavə);
hər dəfə məşğələyə və təlimə getməzdən əvvəl bölükdə (gəmidə) olan silahların,
döyüş texnikasının və digər texnikanın hazırlığını, həmçinin təlimdən və məşğələdən
qayıtdıqdan sonra onların yerində olmasını yoxlamaq; qəza və qırılıb-sınma hallarının
qarşısını alan tədbirlər görmək (gəmi komandiri bunlardan əlavə — gəminin döyüş
qabiliyyətini və təhlükəsiz üzməsini təmin etmək);
ayda bir dəfə bölük (gəmi) şəxsi heyətinin, həmçinin material vasitələrinin uçot
rəqəmlərini alayın (briqadanın, gəmilər divizionunun) uçot rəqəmləri ilə tutuşdurmaq;
bölüyün (gəminin) təsərrüfatına rəhbərlik etmək.
Dostları ilə paylaş: