Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2009-cu il tarixli



Yüklə 166,83 Kb.
Pdf görüntüsü
tarix29.03.2017
ölçüsü166,83 Kb.
#12854

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

kollegiyasının 4 aprel 2009-cu il tarixli  

10 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

 

 

 

 

 

TRAVMATOLOJİ VƏ ORTOPEDİK 

XƏSTƏLƏRDƏ 

TROMBOEMBOLİYALARIN 

PROFİLAKTİKASI ÜZRƏ 

 KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 



Bakı - 2009 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

54.58 


T 82 

 

 



 

 

 



 

 

 



 

 

 



T  82    Travmatoloji  və ortopedik xəstələrdə tromboemboliyaların 

profilaktikası üzrə klinik protokol – 24 səh.  

 

2

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 



Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə  Tədbirlər proqramı 

əsasında tərtib və çap olunmuşdur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolların tərtibçilər heyəti: 

V.Verdiyev – SN baş travmatoloqu, ET Travmatologiya və 

Ortopediya İnstitutunun direktoru, ə.e.x., t.e.d. 

A.Qafarov – Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının baş 

ordinatoru, travmatoloq-ortoped, tibb xidməti polkovnik-

leytenantı, t.e.n.  

R.Talışinski – ET Travmatologiya və Ortopediya İnstitutunun 

elmi işlər üzrə direktor müavini, t.e.n. 

A.Əhmədov – İctimai Səhiyyə və İslahatlar Mərkəzi, tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin müdiri 

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən 



rəy verilmişdir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası



 

Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



İxtisarların siyahısı: 

 

AAT  

– ağ ciyər arteriyasının tromboemboliyası 

AMH  

– aşağı molekullu heparinlər 



ABV  

– aşağı boş vena 



DVT  

– dərin venaların trombozu 



DKC  – 

dozalanmış kompressiya corabları 



FH  

– fraksiyalaşdırılmamış heparin 



FPK  – 

fasiləli pnevmokompressiya 



XBT-10  – 

Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu buraxılış 



RKT  

– randomizasiya olunmuş klinik tədqiqat 



TE  

– tromboemboliya  



VAP  

– venoz ayaq pompası  



VKA  

– vitamin K antaqonistləri 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

7

Protokol travmatoloq və ortopedlər, cərrahlar, ilkin səhiyyə 



xidmətləri səviyyəsində çalışan həkimlər üçün nəzərdə tutulmuşdur.  

Pasiyent qrupu: Müxtəlif travmalara, travmatoloji və ortopedik 

əməliyyatlara məruz qalmış böyük yaşlı şəxslər. 

 

Protokolun məqsədləri: 

 



Travmalardan, travmatoloji və ortopedik cərrahi əməliyyatlardan 

sonrakı tromboemboliyaların profilaktikası vasitələrinin 

təkmilləşdirilməsi  

 



Travma və  əməliyyatlardan sonrakı tromboemboliyalarla bağlı 

fəsadların və ölüm hallarının azaldılması 



 

ÜMUMİ MÜDDƏALAR 

Tromboemboliyalar, o cümlədən aşağı  ətrafların dərin 

venalarının trombozu (DVT) və  ağ ciyər arteriyasının 

tromboemboliyası (AAT) cərrahi  əməliyyatlar zamanı  ən çox rast 

gəlinən və çətin diaqnostika olunan ağırlaşmalardan biridir.  

 

Epidemioloji tədqiqatlara  əsasən populyasiyada DVT-nin 

rastgəlmə tezliyi il ərzində  hər 100000 nəfərə 84-160 nəfər, klinik 

aşkar  şəkildə AAT isə 50 nəfər təşkil edir. Bu kimi ağırlaşmalar 

əsasən yaşı 60-dan yuxarı qadınlarda daha çox müşahidə edilir. DVT 

olan xəstələrin 21-34%-də patologiya residivləşməyə meylli olmaqla, 

15% hallarda AAT ilə  nəticələnir. Bununla yanaşı, trombozdan 

sonrakı ilk 5 ildə xəstələrdə bir neçə dəfə təkrarlanan tromboembolik 

proseslər qeyd edilir. Cərrahi  əməliyyatlardan sonrakı letallığın 6-

25%-i AAT-nin payına düşür.  

 

Müxtəlif araşdırmalara  əsasən, anesteziya, cərrahi  əməliyyat 



üsulları  və  əməliyyatdan sonrakı dövrdə  xəstələrə qulluğun 

təkmilləşdirilməsinə baxmayaraq, travmatologiya və ortopediyada 

tromboz riski cərrahi klinika ilə müqayisədə üstünlük təşkil edir. 

Belə ki, risk faktoru olan xəstələrdə ortopedik əməliyyatlar zamanı 

bu göstərici 50%, endoprotezləşdirmə  əməliyyatlarında 45-77%, 

travmatoloji  əməliyyatlarda (xüsusilə bud sınıqlarında) 53-76% və 

artroskopik əməliyyatlarda 15% təşkil edir.  

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

8

Tromboemboliya (TE) təhlükəsi artıq cərrahi  əməliyyat zamanı 



yaranmaqla, kəskin rotasiyalar və  ətrafın uzaqlaşdırılması kimi 

hərəkətlər, retraktorların istifadəsi, endoprotezin quraşdırılması, 

qanın reoloji xüsusiyyətlərinin dəyişilməsi, toxumalardan və sümük 

iliyindən tromboplastinin xaric olunması ilə başlayır. Təhlükə 

endoprotezləşdirmə  əməliyyatlarından sonrakı dövrdə uzun müddət 

davam edir ki, hərəkət məhdudluğu, çox zaman yanaşı olan hemostaz 

pozulmaları,  şəkərli diabet və başqa xəstəliklər buna şərait yaradır. 

Travmatoloji xəstələrdə immobilizasiya, zədələnmiş sahədən çoxlu 

miqdarda tromboplastik substansiyaların qan dövranına keçməsi, 

ödem və hematomalarla, habelə yer dəyişmiş sümük fraqmentləri ilə 

damarların sıxılması  və spazmı  səbəbindən qan dövranının 

pozulması, təkrar repozisiya nəticəsində inkişaf edən flebotrombozlar 

və s. hallar TE ehtimalını artırır.  

Tədqiqatlar göstərmişdir ki, tromboembolik ağırlaşmaların əmələ 

gəlməsi travmalar və  cərrahi  əməliyyatlardan sonra orta hesabla 

24

±16-cı günə təsadüf olunmaqla, endoprotezləşdirmə əməliyyatları 



olunmuş yüksək risk qrupundakı  xəstələrdə 6 həftəyə  qədər davam 

edir. Trombların əmələ gəlməsi orta hesabla əməliyyatdan sonrakı ilk 

24 saatda 49,8%, 3 sutka ərzində 91,3%, sonrakı müddətdə 8,7% 

hallarda müşahidə edilir. Qeyd etmək lazımdır ki, klinik əlamətlərsiz 

və ya cüzi əlamətlərlə inkişaf edən TE bütün trombozların 80%-ni 

təşkil edir.  



 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

I 74   

 

Arteriyaların emboliyası və trombozu  



I 82    Digər venaların emboliya və trombozu 

I 82.2 

 Boş venanın emboliya və trombozu 



I 82.8   Digər dəqiqləşdirilmiş venaların emboliya və 

trombozu  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



RİSK FAKTORLARI 

Trombozların inkişafının ən əhəmiyyətli risk faktorları:  

 



keçirilmiş travmalar və əməliyyatlar,  

 



dərin və səthi venaların tromboflebitləri,  

 



bəd xassəli törəmələr,  

 



piylənmə,  

 



aşağı ətraf venalarının varikozu,  

 



ürək çatışmazlığı,  

 



estrogen qəbulu,  

 



şəkərli diabet,  

 



insult,  

 



irsi trombofiliyalar:  

 



antitrombin-III defisiti,  

 



C və S proteinlərin defisiti,  

 



Leyden mutasiyası və s. hesab edilir.  

 

Göstərilənlərlə yanaşı digər faktorlar da nəzərə alınmalıdır:  

 

əməliyyatın xüsusiyyətləri, iri oynaq və sümüklərdə travmatoloji 



və ortopedik əməliyyatlar;  

 



əməliyyat müddətinin 2 saatdan çox olması;  

 



onkoloji xəstələrdə aparılmış kimyəvi dərman terapiyası;  

 



uzunmüddətli immobilizasiya;  

 



irinli infeksiya;  

 



süni toxumalar (materiallar) və damar kateterlərinin olması;  

 



Kron xəstəliyi;  

 



kontraseptiv preparatların qəbulu;  

 



hamiləlik və doğuş;  

 



doğuşdan sonrakı ilk 6 həftə;  

 



hipertermiyalı hallar;  

 



nefrotik sindrom. 

 

Əməliyyatönü hazırlıq mərhələsində mütləq bütün risk faktorları 



diqqətlə, klinik-laborator üsullarla müayinə olunaraq 

qiymətləndirilməlidir. Qiymətləndirmənin nəticəsinə görə risk 

faktorlarının biri və ya bir neçəsinin mövcud olması  əsasında 

pasiyentlərdə venoz TE və embolik ağırlaşmalar riskinin səviyyəsi 

müəyyən olunur. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

10

Cərrahi 



əməliyyatlardan sonrakı tromboemboliyaların 

əmələgəlmə riskinə görə pasiyentlər aşağıdakı qruplara ayrılır:  

 



 



Aşağı risk qrupu: keçirdikləri  əməliyyatların müddətindən asılı 

olmayaraq cavan pasiyentlər (yaşı 40-a qədər),  əməliyyat 

müddəti 1 saata qədər olan bir qədər yuxarı yaş qrupu, xroniki 

venoz çatışmazlığı  və digər qan-damar sistemi xəstəlikləri 

olmayan pasiyentlər. 

 



Orta risk qrupu: 40 və yuxarı yaş qrupundakı xəstələr, piylənmə, 

qan dövranı çatışmazlığı, aşağı  ətraf venalarının varikoz 

genəlməsi,  şəkərli diabet, onkopatologiya, miokard infarktı  və 

(və ya) beyin qan dövranının kəskin pozulması (hemiparezli və 

ya onsuz) olan, anamnezdə trombozu olmayan xəstələr; 

 



Yüksək risk qrupu:  aşağı  ətraf venalarının xroniki çatışmazlığı 

əlamətləri (baldırın ödemi, 3-cü dərəcəli varikoz genəlmiş 

venalar, dərinin trofik dəyişikləri) olan bütün xəstələr, 

anamnezdə dərin və ya səthi venaların trombozu olmuş və AAT 

keçirmiş pasiyentlər;    

 



Çox yüksək risk qrupu: yaşı 60-dan yuxarı olan pasiyentlər, 

yuxarıda göstərilən patologiya ilə  xəstələr, piylənmə,  şəkərli 

diabet; irsi, keçirilmiş  və hazırda mövcud olan müxtəlif qan-

damar xəstəlikləri, keçirilmiş cərrahi əməliyyatlar və s. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Pasiyentin vəziyyəti ilə bağlı olan risk 

(1 – aşağı risk qrupu, 2 – orta risk qrupu, 3 – yüksək risk qrupu). 



 

 

 

 

 

 

 

 

 

 

 

- Risk faktorları mövcud deyil 



 

2

 

- 40 yaşdan yuxarı yaş həddi 



- Ürək çatışmazlığı 

- 4 gündən yuxarı yataq rejimi 

- Venaların varikoz genəlməsi 

- Əməliyyat qabağı kəskin və ya lokal infeksiya 

- Doğuşdan sonrakı dövr 

- Piylənmə



3

 

- Bədxassəli yenitörəmə 



- Anamnezdə TE fəsadlar 

- Aşağı ətrafların plegiyası 

- Miyeloproliferativ sindrom 

- Hiperkoaqulyant vəziyyət 

*Faktorların sayı birdən çox olduğu zaman risk səviyyəsi yüksəlir. 

 

Cərrahi əməliyyatla bağlı olan risk 

 

 



 

 

 



 

 

 

 

 

1

 

- Cərrahi əməliyyatın davametmə müddəti 30 dəq. az 



- Yuxarı ətraflarda olan cərrahi əməlliyatlar 

- Artroskopiya 

- Pəncə nahiyəsində olan cərrahi əməlliyatlar 

- Ştiftin və ya lövhənin xaric edilməsi



2

 

- Aşağı ətrafların gips vasitəsi ilə immobolizasiyası 



- Nevroloji pozulmalarla fəsadlaşmayan bel sütunu 

cərrahiyyəsi 



3

 

- Nevroloji pozulmalarla fəsadlaşmış  bel sütunu    



cərrahiyyəsi 

- Çanaq, bud və aşağı ətrafların sümüklərində cərrahi 

 

11

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Risk faktorlarının mövcudluğundan asılı olaraq 

tromboprofilaktik tədbirlərin yerinə yetirilməsi  

ALQORİTMİ 

 

 

 

12



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 1 



 2 

 3 

aşağı

 

 



 

 



 1 

 2 

 3 

 

  3 



 1 

 2 

 3 

 

 

mülayim 

 

 

yüksək 

- Profilaktika lazım deyil 

- İlkin immobilizasiya 

- +/- Fasiləli 

pnevmokompressiya 

- AMH (Fraksiparin) 0.3 –   

sutkada 1 dəfə 



- Xəstələrin ilkin immobilizasiyası 

- Fasiləli pnevmokompressiya 

- AMH (Fraksiparin): 

çəki < 50 kq         0.2 ml       

0.3 ml 

çəki = 51-69 kq    0.3 ml   

     

0.4 ml 

çəki = 70-95 kq    0.4 ml       

0.6 ml 

əməliyyatdan

əvvəl 

və 1-3 sutka 

sonra 

4-cü sutkadan 

başlayaraq 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

13

VENOZ TROMBOEMBOLİYALARIN PROFİLAKTİKASI 

Nəzərə alsaq ki, AAT-də letal nəticələrin 2/3-si 

emboləmələgəlmənin ilk 30 dəqiqəsində  və 80%-i DVT-nin klinik 

əlamətləri olmadan baş verir, belə  nəticəyə  gəlmək olar ki, müalicə 

əksər hallarda səmərəsizdir və beləliklə  səhiyyənin bu mürəkkəb 

probleminə profilaktik yanaşmaya üstünlük verilməlidir.  

Profilaktikanın məqsədi – trombəmələgəlmənin patogenetik 

mexanizmlərinə  təsir etməklə trombozların qarşısını almaq və ya 

riski azaltmaqla ağırlaşmaların qarşısını almaqdan ibarətdir. Venoz 

trombozların profilaktikası  məsələsinə  cərrahi  əməliyyatın özü kimi 

diqqət ayırmaq lazımdır. Profilaktik tədbirlər travmatoloji-ortopedik 

xəstələr arasında DVT-nin əmələ  gəlməsi riskini 70-60%-dən 31-

21%-ə endirə bilər. 

Tromboemboliyaların profilaktikası posttrombotik ağırlaşmalar 

və letal nəticələrin azaldılmasına yönəlmiş kompleks tədbirləri 

nəzərdə tutur. Qeyd etmək lazımdır ki, DVT-nin profilaktikasında 

trombəmələgəlmənin müxtəlif faktorlarına eyni zamanda təsir etmək 

daha effektli olur. Profilaktik tədbirlər hər bir konkret halda risk 

faktorlarının dərindən analizi əsasında optimal aparılmalıdır.  

Trombəmələgəlmənin profilaktikasında hazırda mexaniki (fiziki) 

və farmakoloji üsullardan istifadə olunur.  



Mexaniki üsullar 

Mexaniki üsullarda məqsəd  immobilizasiya və ya yataq rejimi 

ilə  əlaqədar baldır  əzələlərinin "işləməməsi" səbəbindən venalarda 

yaranan durğunluğun aradan qaldırılmasına yönəlmişdir. Belə 

üsullara xəstələrin erkən aktivləşdirilməsi, ayaqların bintlənməsi, 

tibbi elastik və ya dozalanmış kompressiya yaradan corabların 

("Siqvaris-trombo"), pnevmatik çəkmələrin istifadəsi, baldır 

əzələlərinin elektrostimulyasiyası aiddir. Dozalanmış kompressiya 

yaradan corabların topuqlar nahiyəsində yaratdığı maksimal (18 mm 

c. süt.) təzyiq proksimal istiqamətdə  tədricən azalır və corabların 

bütün istifadə müddətində bu səviyyədə qalır. Corablar rahat geyilir 

və istifadəsi asandır. Pnevmatik kompressorlu corablar ("Limfa") 

fərdi qaydada təzyiqi tənzimləməyə imkan verməklə, "qaçan dalğa" 

effekti yaradaraq qan axınını sürətləndirir. Göstərilən üsullar əsasən 

kompleks  şəkildə, farmakoterapiyaya əks-göstəriş olduqda və 

uzunmüddətli profilaktika tələb edilən hallarda istifadə olunur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

14

                                                          



FARMAKOLOJİ TROMBOPROFİLAKTİKA 

Farmakoloji preparatlar 3 qrupa ayrılır:  

 

Qanın koaqulyasiya potensialını  dəyişən preparatlar – 



antikoaqulyantlar (heparin, fraksiparin, kleksan, varfarin, 

fenilin


, pelentan

, dikumarin



, sinkumar

  və s.); 



 

Trombositlərin aqreqasiyasını əngəlləyən preparatlar – anti- və ya 



dezaqreqantlar (makrodeks

, reomakrodeks



, asetilsalisil turşusu, 

indometasin, kurantil və s.); 

 



Vena divarlarına t 

 



əsir etməklə endotel qişanın fibrinolitik aktivliyini artıran 

preparatlar (dehidroerqotamin). 

 

Fraksiyalaşdırılmamış heparin (FH) 

Antikoaqulyant qrupunun əsas nümayəndəsi heparin olub, ən 

uzun müddət istifadə edilməkdədir. Onun standart (30000- 40000 

TV/sutka) və "orta" dozalarla (20000-25000 TV/sutka) tətbiqi, 

xüsusilə  cərrahi profilli xəstələrdə, DVT və AAT-nin profilaktikası 

zamanı hemorragik ağırlaşma riskini artırır. Məhz bu səbəbdən 

praktikada "kiçik (mini)" dozalarla (15000 TV/sutka) profilaktika 

üsuluna üstünlük verilir. Metodun bir neçə modifikasiyası mövcud 

olsa da, daha geniş yayılmış formada heparin 5000 TV dozada təcili 

cərrahiyyədə əməliyyatdan 45-60 dəq., planlı əməliyyatlarda isə 1-2 

saat  əvvəl, sonradan isə hipokoaqulyasiyanın səviyyəsindən asılı 

olaraq hər 4-8 saatdan bir olmaqla müvafiq qaydada inyeksiya 

olunur. Bu zaman risk faktorları, yanaşı  və  əsas patologiyanın 

xüsusiyyətləri nəzərə alınmaqla heparinoprofilaktika 5-25 gün 

aparıla bilər (orta hesabla 7 gün). Profilaktika bitdikdən sonra 

heparinin təyinatı birdəfəlik və sutkalıq dozası azaldılmadan 

dayandırılır. 

Qeyd etmək lazımdır ki, DVT-nin "kiçik" dozalarla 

heparinoprofilaktikası bir qisim xəstələrdə  nəinki az effektli olur, 

hətta yüksək risk qrupuna daxil olan xəstələrdə səmərəsiz qalmaqla, 

20% hallarda rezistentlik də müşahidə edilir. Belə hallarda heparinin 

dozası  fərdi olaraq müəyyən edilir və laxtalanma göstəriciləri ilk 

sutkada inyeksiyadan 30 dəq., 2, 4 və 12 saat sonra, sonrakı günlər 

 



 

Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

15

isə hər 6-12 saatdan bir müayinə olunur. Heparin terapiyasında orta 



hesabla 2-10% xəstələrdə yerli ağırlaşmalara (dərialtı qansızmalar, 

hematomalar, yaradan və digər yerlərdən qanaxmalar) rast gəlmək 

olur. Heparinin birbaşa təsir etməyən antikoaqulyantlarla, 

antiaqreqantlarla və iltihab əleyhinə qeyri-steroid preparatlarla birgə 

istifadəsi onun təsirini gücləndirir. Əhəmiyyətli dərəcədə qanaxmalar 

olduqda venadaxili yolla 1%-li protamin-sulfat (hər 85 TV heparinə 

1 mq olmaqla, yəni 100 TV heparini neytrallaşdırmaq üçün 0,1 ml 

1%-li protamin-sulfat yeridilir) məhlulu tətbiq edilir.

 

 

Aşağı molekullu heparinlər (AMH) 



Venoz tromboembolik ağırlaşmaların profilaktikası yeni nəsil 

heparinlərin (fraksiparin, kleksan və s.) istifadəsi zamanı daha 

effektli və təhlükəsizdir. Yeni preparatların hazır dozalanmış xüsusi 

şprislərlə birdəfəyə inyeksiyası  və qanın laxtalanmasına nəzarətə 

ehtiyac olmaması, onların  əsas üstünlüklərindəndir. Bu qrup 

preparatların fraksiyalaşdırılmamış heparindən fərqi, trombinə qarşı 

deyil, Xa faktoruna qarşı daha böyük aktivliyə malik olmalarıdır.  

Müasir  ədəbiyyatda, randomizasiyalı böyük tədqiqat işlərinə 

əsaslanaraq bud-çanaq oynağının total endoprotezləşdirmə 

əməliyyatları olan xəstələrdə aspirin, dekstranlar, 

fraksiyalaşdırılmamış heparin, elastik corablarla kompressiyaya 

deyil, məhz aşağı molekullu heparinlərə üstünlük verilməsi tövsiyə 

edilir

3

. Məlumatlara  əsasən diz oynağının endoprotezləşdirmə 



əməliyyatları yerinə yetirilən xəstələrdə  də belə seçim olmalı  və ya 

varfarin tətbiq edilməklə yanaşı,  əlavə olaraq pnevmokompressiya 

aparılmalıdır. Bu halda da aspirin və fraksiyalaşdırılmamış heparin 

sərbəst metod kimi tövsiyə olunmur

3



Hazırda 10-a qədər aşağı molekullu heparin preparatları sintez 



edilmişdir. Qeyd olunmalıdır ki, aşağı molekullu heparinlər qarşılıqlı 

əvəzolunan deyillər və onların hər biri unikal antitrombotik təsirə 

malik olmaqla, müəyyən klinik effektləri özündə birləşdirir. İlk belə 

preparat 1986-cı ildə hemodializ zamanı istifadə edilmiş fraksiparin 

olmuşdur. Sonralar preparatın tətbiq sahələri daha da genişlənmişdir. 

Kalsium-nadroparin (Fraksiparin) – birbaşa təsirli 

antikoaqulyant olub,  əsasən antitrombin III birləşərək trombini 

inaktivləşdirməklə trombəmələgəlmənin qarşısını alır. Teratogen və 

toksik təsirləri, hamiləlik və südvermə dövrlərində  tətbiqinə  əks-

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



göstəriş aşkar edilməmişdir.  

Aşağı molekullu heparinlərin cərrahi  əməliyyatlardan sonrakı 

venoz tromboemboliyaların profilaktikasında tətbiqi ilə bağlı 

aparılmış meta-analizin nəticələrinə görə, fraksiyalaşdırılmamış 

heparin və digər aşağı molekullu heparinlərə nisbətən fraksiparin 

simptomsuz DVT riskinin azaldılmasında daha effektiv olmuşdur

4



Aşağı ətrafların zədələnməsi olan pasiyentlərdə aparılmış etibarlı 



nəticələrlə randomizasiyalı geniş  tədqiqatlarda tromboprofilaktika 

tətbiq edilməməsi ilə fraksiparin tətbiqinin müqayisəsi həyata 

keçirilmişdir

6

. Tədqiqatın nəticələrinə görə, fraksiparin tətbiqindən 



sonra bütün zədələnmə hallarında DVT riski 16,5%-dən 4,8%-ə, 

yumşaq toxumaların travması ilə pasiyentlərdə 11,3%-dən 2,4%-ə, 

sınıqları olan pasiyentlərdə isə 29,0%-dən 10,3%-ə düşmüşdür.  

Preparat “Fraksiparin” və “Fraksiparin Forte” formalarında 

istehsal edilir. Sutkalıq 5750 BV (0,6 ml) dozada (bədən çəkisi 120 

kq-dan artıq olan xəstələrdə 7550 BV - 0,8 ml) 1 və ya 2 dəfəyə 

qarnın ön nahiyəsində dərialtı (göbəkətrafına) yeridilməklə AAT-nin 

profilaktikasında tətbiq edilir. Preparatın başlanğıc dozaları  xəstəyə 

əməliyyatdan 12 saat əvvəl və əməliyyat qurtardıqdan 12 saat sonra, 

digər günlərdə isə sonrakı dozalar gündə bir dəfə inyeksiya edilir. 

 

Xəstənin bədən çəkisindən asılı olaraq  

fraksiparinin profilaktik dozaları 

Xəstənin bədən çəkisi, 

kq 

Sutkada 1 dəfə dərialtı yeridilən 

 fraksiparinin dozası, ml 

50 0,3 


50-69 0,4 

70 0,6 


Profilaktikanın 10-12 gündən artıq aparılmasına ehtiyac olduqda, 

müalicə eyni dozalarda davam etdirilir və ya onun dolayı  təsirli 

antikoaqulyantlarla davam etdirilməsi mümkündür. Profilaktikanın 

sonunda preparatın təyini doza azaldılmadan dayandırılır. 

Preparatı  əzələ daxilinə yeritmək olmaz. İnyeksiyalar xəstənin 

uzanmış  vəziyyətində aparılmalı  və barmaqlar arasında saxlanmış 

paraumblikal sahənin dərialtına yeridilməlidir. Fraksiyalaşdırılmamış 

 

16



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

17

                                                          



heparinlərlə müqayisədə fraksiparinin hemorragik ağırlaşmalar 

yaratması ehtimalı çox cüzidir. Bununla yanaşı, qanaxmalarla 

müşayiət olunan ciddi səviyyədə artıq dozalanma hallarında 

protamin-sulfatla (0,6 ml protamin/hər 0,1 ml fraksiparin nisbətində) 

neytrallaşdırma aparılır.  

Enoksaparin (Kleksan) – birbaşa təsirli antikoaqulyant olub

4000 BV/sut. (40 mq) və bədən çəkisi 120 kq-dan artıq olduqda 6000 

BV/sut. (60 mq) dozada tətbiq edilir. Tədqiqatlarda 30-40 mq dozalıq 

enoksaparinin effektivliyi göstərilmişdir. Preparat bu dozada AAT-

nin profilaktikası  məqsədilə sutkada 1 və ya 2 dəfə olmaqla qarın 

dərisinin altına inyeksiya edilir. Profilaktika 10-12 gündən artıq tələb 

olunduqda, doza dəyişilmədən inyeksiya davam etdirilir. Digər bu 

qrup preparatlar kimi, enoksaparin də antiaqreqantların, iltihab 

əleyhinə qeyri-steroidlərin və başqa antikoaqulyantların təsirini 

gücləndirir. 



Dalteparin (Fraqmin) – birbaşa təsirli antikoaqulyant olub, X 

faktor və qismən də II-a faktoru (trombin) inaktivasiya edir. 

Profilaktik məqsədlə klinik praktikada daha çox 5000 BV/sutka 

(bədən çəkisi 120 kq-dan yuxarı  xəstələrdə 7500 BV) dozalarda 

istifadə edilir və təyinat dövründə daim qanın laxtalanma sisteminin 

nəzarətdə saxlanmasını tələb edir. 

 

Fondaparinuks (Arikstra) 

Bud-çanaq və diz oynaqlarının endoprotezləşdirilməsi, həmçinin 

bud sınığı 

əməliyyatları zamanı tromboemboliyaların 

profilaktikasında fondaparinuks (arikstra) 2,5 mq dozada yüksək risk 

qrupuna aid olan pasiyentlərdə  əməliyyatdan 12 saat əvvəl və  ya      

6-24 saat sonra dərialtına yeridilir. Preparat hazır dozalanmış 

birdəfəlik şprislər formasında istehsal olunur. 

 

Vitamin K antaqonistləri (varfarin, fenilin



, pelentan



 və s.) 

Varfarin  –  qeyri-düz təsirli antikoaqulyant olub, qanda II, VII, 

IX, X faktorları, qara ciyərdə isə C və S proteinləri inaktivasiya edir. 

Preparat  əsas etibarilə trombozların uzunmüddətli profilaktikasına 

göstəriş olduqda istifadə edilir. Başlanğıc dozası 2,5-5mq/sut. 

 



 

Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

18

                                                          



olmaqla ilk 2-3 gündə heparinlə birgə  tətbiq edilir. Varfarin klinik 

praktikada profilaktika məqsədilə 10 mq/sut. dozalarda istifadə edilir. 

Profilaktika qurtardıqda preparatın sutkalıq dozasını  hər dəfə 25% 

olmaqla tədricən azaltmaq lazımdır. Bu qrup preparatlardan 

istifadənin daim qanın laxtalanma sisteminin nəzarətini tələb etməsi 

və hemorragiyaların daha çox rast gəlinməsi (30-47%, o cümlədən 

16% hallarda massiv qanaxmalar), onların klinik tətbiqini xeyli 

məhdudlaşdırır. Qanaxma müşahidə olunarsa, venaya nativ plazma 

və laxtalanma faktorları, vikasol və s. bu kimi preparatlar köçürülür. 

Preparat teratogen təsir göstərdiyindən hamiləlik zamanı  təyin 

edilmir. 

 

Dekstranlar 

Antitrombotik təsirli dekstranlar qrupuna daxil olan dərman 

vasitələri (makrodeks

, poliqlükin, reopoliqlükin, reomakrodeks



  və 


s.) trombositlərin adheziyası  və aqqreqasiyasına  əngəl olmaqla, 

trombun həcmcə böyüməsinin qarşısını alırlar. Bir sıra tədqiqatlarda 

dekstranların məhz bu xüsusiyyətlərinə görə AAT-də letallığın 

azalmasına səbəb kimi əvəzsiz üstünlükləri göstərilmişdir. 

Məhlulların infuziyasına  əməliyyat zamanı başlanılır və 1-2 saat 

ərzində 500 ml yeridilir. Əməliyyat qurtardıqdan 12 saat sonra və 2, 

3, 4, 5-ci günlərdə bir dəfə olmaqla infuziya təkrarlanır. Dekstran 

profilaktikası heparinlə müqayisədə geri qalsa da, tətbiqinin sadə 

olması, laxtalanmaya nəzarəti tələb etməməsi və hemorragiya 

yaratmaması kimi üstünlüklərə malikdir. Bundan başqa, qanaxma 

təhlükəsi və digər preparatlarla profilaktikaya əks-göstərişlər mövcud 

olduqda dekstran profilaktikası ön plana keçir. Nadir hallarda 

anafilaktik reaksiyalar müşahidə oluna bilər və ürək-böyrək 

çatışmazlığı olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. 

 

Asetilsalisil turşusu 

Antiaqreqantlardan daha bir preparat – asetilsalisil turşusu  geniş 

istifadə edilir. Bu qrup preparatların  əsas təsir effekti onların 

trombositlərdə araxidon turşusundan endoperoksidaza və tromboksan 

A2-nin sintez olunmasını blokada etməsi ilə xarakterizə edilir. Klinik 

təcrübədə aspirinin 400-500 mq/sut. (1/2 tab. sutkada 2 dəfə) dozada 

 



 



Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi.

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

19

                                                          



istifadəsinə üstünlük verilir. Aspirin xüsusilə arterial trombozların 

profilaktikasında səmərəlidir.  Ədəbiyyat məlumatlarına  əsasən 

müəyyən edilmişdir ki, DVT-nin profilaktikasında monoterapiya 

şəklində aspirinin üstün effekti yoxdur və o, yalnız digər 

antitrombotik təsirli preparatların effektini gücləndirmək məqsədilə 

birgə istifadə oluna bilər. Eyni xarakteristikaya digər dezaqreqant 

preparatlar [dipiridamol (kurantil), indometasin və s.] da malikdirlər. 

 

Dehidroerqotamin

Periferik venaların tonusunu artırmaq məqsədilə 



dehidroerqotamin  təyin edilir. Bu qrup farmakoloji preparatlar alfa-

adrenergik reseptorları stimulyasiya etməklə damar tonusunu artırır 

ki, nəticədə endotelin fibrinolitik aktivliyi və plazminogenin 

səviyyəsi yüksəlir. Tədqiqatlar göstərmişdir ki, monoterapiyada 

dehidroerqotaminin effekti cüzidir. Bundan başqa, erqotizm 

əlamətləri yaratdığından və  uşaqlıq tonusunu artırdığından preparat 

müstəqil və geniş tətbiq edilmir. 

TROMBOROFİLAKTİKA VASİTƏLƏRİNİN SEÇİLMƏSİ 

Ortopedik cərrahiyyə 

Bud-çanaq oynağının endoprotezləşdirilməsi 

 



Bud-çanaq oynağının total dəyişdirilməsi  əməliyyatı aparılan 

pasiyentlərdə istifadə üçün aşağıdakı üsullardan biri tövsiyə 

olunur:(A) 

 

Aşağı molekullu heparinlər (yüksək risk dozasında 



əməliyyatdan 12 saat əvvəl və 12-24 saat sonra tətbiq 

edilməyə başlanılır, yaxud əməliyyatdan 4-6 saat sonra 

yüksək risk dozasının yarısı  təyin edilir və növbəti gün 

yüksək risk dozasına qədər artırılır); 

 

Fondaparinuks (2,5 mq əməliyyatdan 6-24 saat sonra 



tətbiqinə başlanılır); 

 

Vitamin K antaqonistlərinin (VKA) dəqiq müəyyən olunmuş 



dozası  əməliyyatdan  əvvəl və ya əməliyyat gününün axşamı 

təyin edilməyə başlanılır (qanın laxtalanma sisteminə nəzarət 

etməklə).  

 



 

Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi.

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

20



 

Bud-çanaq oynağının total dəyişdirilməsi  əməliyyatı aparılan 

pasiyentlərdə tromboprofilaktikanın yeganə metodu kimi aspirin, 

dekstran, aşağı dozada fraksiyalaşdırılmamış heparin (FH), 

dozalanmış kompressiya corabları (DKC) və ya venoz ayaq 

pompasından (VAP) istifadə etmək tövsiyə edilmir (A)

 

Bud-çanaq oynağının total dəyişdirilməsi  əməliyyatı aparılan və 



yüksək qanaxma riski olan pasiyentlərdə VAP və ya fasiləli 

pnevmokompressiyanın (FPK) optimal tətbiqi ilə mexaniki 

tromboprofilaktika üsullarından istifadə tövsiyə edilir (A)

Yüksək qanaxma riski azaldıqda, farmakoloji tromboprofilaktika 

mexaniki üsulları əvəz edir və ya onlara əlavə olunur (B)

 

Diz oynağının endoprotezləşdirilməsi 

 

Diz oynağının total dəyişdirilməsi aparılan pasiyentlərdə AMH-



dən istifadə edilməklə adi qaydada tromboprofilaktika (yüksək 

risk dozalarında), yaxud fondaparinuks təyin edilməsi və ya 

VKA-nın müəyyən edilmiş dozada (qanın laxtalanma sisteminə 

nəzarət etməklə) tətbiqi tövsiyə olunur (A).  

 

Diz oynağının total dəyişdirilməsi aparılan pasiyentlərdə FPK-



dan optimal və düzgün istifadə antikoaqulyant 

tromboprofilaktikaya alternativ seçimdir (B)

 

Diz oynağının total dəyişdirilməsi aparılan pasiyentlərdə 



tromboprofilaktikanın yeganə metodu kimi aspirin (A), aşağı 

dozada FH (A) və ya venoz ayaq pompasından VAP (B) istifadə 

etmək tövsiyə edilmir. 

 



Diz oynağının total dəyişdirilməsi aparılan və yüksək qanaxma 

riski olan pasiyentlərdə FPK (A) və ya VAP-nin (B) optimal tətbiqi 

ilə mexaniki tromboprofilaktika üsullarından istifadə tövsiyə 

edilir. Yüksək qanaxma riski azaldıqda, farmakoloji trombo-

profilaktika mexaniki üsulları əvəz edir və ya onlara əlavə olunur (B).  

 

Diz oynağının artroskopiyası 

 

Diz oynağının artroskopiyası aparılan və  əlavə tromboembolik 



risk faktorları olmayan pasiyentlərdə, adətən tromboprofilaktika 

üsulu kimi erkən mobilizasiyadan istifadə olunur (C)

 

Diz oynağının artroskopiyası aparılan pasiyentlərdə  əlavə 



tromboembolik risk faktorları olarsa və ya proseduranın 

fəsadlaşma verməsi hallarından sonra AMH-lər ilə 

tromboprofilaktika tövsiyə edilir (B)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

21

 



Bud sümüyünün sınığı cərrahiyyəsi 

 



Bud sümüyünün sınığı ilə bağlı  cərrahiyyə  əməliyyatı aparılan 

pasiyentlərdə adi qaydada tromboprofilaktika üçün fondaparinuks 



(A), AMH (B), müəyyən edilmiş dozada VKA (qanın laxtalanma 

sisteminə  nəzarət etməklə) (B), yaxud aşağı dozada FH (B) 

istifadə olunması tövsiyə edilir. 

 



Bud sümüyünün sınığı ilə bağlı  cərrahiyyə  əməliyyatı aparılan 

pasiyentlərdə profilaktika üçün təkcə aspirindən istifadə olunması 

tövsiyə edilmir (A)

 



Bud sümüyünün sınığı ilə bağlı cərrahiyyə əməliyyatı aparılması 

nəzərdə tutulan, lakin əməliyyatın yerinə yetirilməsi bir qədər 

təxirə salınan pasiyentlərdə AMH və ya aşağı dozalı FH 

vasitəsilə tromboprofilaktika xəstəxanaya qəbul ilə  əməliyyat 

arasındakı dövrdə başlanmalıdır (B)

 



Bud sümüyünün sınığı ilə bağlı cərrahiyyə əməliyyatı aparılan və 

yüksək qanaxma riski olan pasiyentlərdə mexaniki 

tromboprofilaktika üsullarından optimal istifadə olunması tövsiyə 

edilir (A). Yüksək qanaxma riski azaldıqda, farmakoloji trombo-

profilaktika mexaniki üsulları əvəz edir və ya onlara əlavə olunur (B)

 

Böyük ortopedik cərrahiyyə əməliyyatları zamanı 



tromboprofilaktikanın davametmə müddəti  

 



Bud-çanaq, diz oynağının total dəyişdirilməsi və ya bud sümüyü 

sınığı ilə bağlı  əməliyyat aparılan pasiyentlərdə tövsiyə edilən 

variantlardan biri ilə tromboprofilaktika azı 10 gün müddətində 

aparılmalıdır (A)

 

Bud-çanaq oynağının total dəyişdirilməsi aparılan pasiyentlərdə, 



zərurət olduqda tromboprofilaktika müddətinin 10 gündən 

artırılaraq  əməliyyatdan sonra 35 günə  qədər davam etdirilməsi 

tövsiyə olunur (A). Bud-çanaq oynağının total dəyişdirilməsi 

zamanı genişləndirilmiş tromboprofilaktika üçün tövsiyə edilən 

variantlara AMH (A), VKA (B) və ya fondaparinuks (B) daxildir. 

 



Diz oynağının total dəyişdirilməsi aparılan pasiyentlərdə, zərurət 

olduqda tromboprofilaktika müddətinin 10 gündən artırılaraq 

əməliyyatdan sonra 35 günə  qədər davam etdirilməsi tövsiyə 

olunur  (C). Diz oynağının total dəyişdirilməsi zamanı 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

22

genişləndirilmiş tromboprofilaktika üçün tövsiyə edilən 



variantlara AMH (B), VKA (B) və ya fondaparinuks (B) daxildir. 

 



Bud sümüyü sınığı ilə bağlı  əməliyyat aparılan pasiyentlərdə, 

zərurət olduqda tromboprofilaktika müddətinin 10 gündən 

artırılaraq  əməliyyatdan sonra 35 günə  qədər davam etdirilməsi 

tövsiyə olunur (A). Bud sümüyü sınığı ilə bağlı əməliyyat zamanı 

genişləndirilmiş tromboprofilaktika üçün tövsiyə edilən 

variantlara fondaparinuks (A), AMH (B) və ya VKA (B) daxildir. 



 

Travmalar 

 



Ağır travma almış bütün pasiyentlərdə mümkün olan hallarda adi 

qaydada tromboprofilaktika aparılması tövsiyə edilir (A)

 

Ağır travma almış pasiyentlərdə güclü əks-göstərişlər olmadığı 



hallarda, AMH vasitəsilə tromboprofilaktika onun təhlükəsiz 

tətbiqinə  əmin olduqdan dərhal sonra başlanmalıdır  (A). Qəbul 

edilə bilən digər alternativ AMH ilə mexaniki üsullardan optimal 

istifadənin kombinasiyasıdır (B)

 

Ağır travma almış pasiyentlərdə aktiv qanaxma və ya klinik 



əhəmiyyətli qanaxma riskinin yüksək olması ilə  əlaqədar AMH 

vasitəsilə tromboprofilaktika əks-göstərişdirsə, o zaman təkcə 

FPK və ya ola bilsin ki, DKC ilə mexaniki profilaktika aparılması 

mümkündür  (B). Yüksək qanaxma riski azaldıqda, farmakoloji 

tromboprofilaktika mexaniki üsulları əvəz edir və ya onlara əlavə 

olunur (B)

 

Travma almış pasiyentlərdə tromboprofilaktika məqsədilə  aşağı 



boş vena (ABV) filtrindən istifadə olunması tövsiyə edilmir (B)

 



Ağır travma almış pasiyentlərin stasionardan çıxarışına qədər 

tromboprofilaktikanın davam etdirilməsi tövsiyə olunur (B)

Hərəkət qabiliyyəti pozulmuş və stasionar şəraitində reabilitasiya 

kursu keçən pasiyentlərə AMH və ya VKA (qanın laxtalanma 

sisteminə  nəzarət etməklə) vasitəsilə tromboprofilaktikanın 

davam etdirilməsi təklif olunur (D)

 

Diz oynağından distal nahiyədə  aşağı  ətrafların izolə olunmuş 

zədələnmələri  

 



Diz oynağından distal nahiyədə  aşağı  ətrafların izolə olunmuş 

zədələnmələri olan pasiyentlərdə adi qaydada 

tromboprofilaktikanın tətbiq edilməsi tövsiyə olunmur (C).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

23

Ədəbiyyat: 

 

1.

 



William H. Geerts, David Bergqvist, Graham F. Pineo, John A. 

Heit, Charles M. Samama, Michael R. Lassen and Clifford W. 

Colwell. Prevention of Venous Thromboembolism: American 

College of Chest Physicians Evidence-Based Clinical Practice 

Guidelines. Chest 2008;133;381-453 DOI 10.1378/chest.08-

0656 


2.

 

Venous thromboembolism. Reducing the risk of venous 



thromboembolism (deep vein thrombosis and pulmonary 

embolism) in inpatients undergoing surgery. National Institute 

for Health and Clinical Excellence. NICE clinical guideline 46 

– April 2007 

www.nice.org.uk

 

3.



 

Geerts WH, Pineo GF, Heit JA, et al. Prevention of venous 

thromboembolism: The Seventh ACCP Conference on 

Antithrombotic and Thrombolytic Therapy. Chest 2004;126(3 

Suppl):338S-400S. 

4.

 

Mismetti P, Laporte S, Darmon JY, Buchmüller A, Decousus H. 



Meta-analysis of low molecular weight heparin in the 

prevention of venous thromboembolism in general surgery. Br 

J Surg. 2001 Jul;88(7):913-30. 

5.

 



Zufferey P, Laporte S, Quenet S, Molliex S, Auboyer C, 

Decousus H, Mismetti P. Optimal low-molecular-weight 

heparin regimen in major orthopaedic surgery. A meta-analysis 

of randomised trials. Thromb Haemost. 2003 Oct;90(4):654-61. 

6.

 



Geerts W.H. et al. Prevention of Venous Thromboembolism. 

Chest 2001; 119: 132S-75S 

7.

 

Ханевич М.Д. Хрупкин В.И. Зубрицкий В.Ф. Щелоков А.Л. 



Багдасаров Р.Б. Тромбоэмболия малого круга 

кровообращения. Москва 2003 -232 с.  

8.

 

Нуждин В.И., Троценко В.В., Нацвлишвили З.Г., Еськин 



Н.А. и соавт. Диагностика, профилактика и лечение 

венозных тромбоэмболий при эндопротезировании 

тазобедренного сустава. // Вестник травматологии и 

ортопедии им. Н.Н.Приорова – 2005 - №3, с. 29-34 

9.

 

Ежов И.Ю., Шевц Р.Л., Сосина Л.Н., Левин Г.Я. 



Применение Клексана для профилактики тромбоэмболий у 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

24

больных, перенесших эндопротезировании тазобедренного 



сустава. // Вестник травматологии и ортопедии им. 

Н.Н.Приорова – 2005 - №3, с. 35-38 

10.

 

Баешко А.А. Послеоперационный тромбоз глубоких вен 



нижних конечностей и тромбоэмболия легочной артерии. 

Москва – 2000 –136с.  

11.

 

Баешко А.А. Риск и профилактика венозных 



тромбоэмболических осложнений в хирургии. – Журн. 

Хирургия им Н.И.Пирогова – 2001 -№4 – с.61-68 

12.

 

Рекомендации по диагностике и лечению тромбоэмболии 



легочной артерии. Клиническая фармакология и терапия – 

2001 – том 10 - №1 – с.1-6.  

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

 

 



 

 

 



 

 

 



Klinik protokolla bağlı  təklif və iradlarınızı 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin İctimai 

Səhiyyə və İslahatlar Mərkəzinə göndərə bilərsiniz. 

 

Ünvan:  Bakı, H.Zərdabi küç., 96 

Tel: 431-60-88 

Faks: 430-52-85 

Email: office@isim.az 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • Oblojka Tromb.pdf
  • Trauma A5 for Web.pdf
    •  Ədəbiyyat: 
  • Klinik protokolla baqli.pdf

Yüklə 166,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin