Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli



Yüklə 1.28 Mb.
Pdf просмотр
tarix10.12.2016
ölçüsü1.28 Mb.

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

kollegiyasının 3 fevral 2009-cu il tarixli  

3 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

YANIQLARIN   

DİAQNOSTİKA VƏ  MÜALİCƏSİ  ÜZRƏ 

KLİNİK  PROTOKOL 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

1



Bakı - 2009

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

54.58 


Y 28 

 

 



 

 

 



 

 

 



 

 

 



Y 28   Yanıqların diaqnostika və müalicə üzrə klinik protokol 

– 35 səh. 

 

2

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 



Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı 

əsasında tərtib edilmişdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

M.Kərimov – Səhiyyə Nazirliyinin baş mütəxəssisi,          

ATU-nun Ümumi cərrahiyə kafedrasının dosenti, t.e.d. 

E.Pənahova – ATU-nun Uşaq cərrahlığı kafedrası, t.e.d. 

C.Hacıyev – ATU-nun Ümumi cərrahiyə kafedrasının 

professoru, t.e.d. 

S.Əliyev – ATU-nun I Cərrahi xəstəliklər kafedrasının 

professoru, t.e.d. 

H.Əzizbəyov – 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq 

şöbəsinin müdiri, t.e.n. 

A.Əhmədov – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin müdiri 

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən 



rəy verilmişdir. 

 

 



 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

 

Sübutların 



etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri                            

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış 

tədqiqatdan 

alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

4



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

6

İxtisarların siyahısı: 

 

AHT - ağ ciyərlərin həyat tutumu 

AST - 

ağ ciyərlərin süni tənəffüsü 



A/T

or

 - arterial təzyiq (orta) 



b.s. - 

bədən səthinin sahəsi 



DDS  - damar daxili laxtalanma sindromu 

DQH  - dövran edən qanın həcmi 

DPM  - damarların periferik müqaviməti 

EZQ  - enteral zondla qidalanma 

 

- Frank indeksi 



KYT  - kəskin yanıq toksemiyası 

QVH - qanın vurulma həcmi 

MBT  - mədə-bağırsaq traktı 

MSS  - mərkəzi sinir sistemi 

MVT - mərkəzi venoz təzyiq 

PQ - 

parenteral 

qidalanma 

s - 

zədələnmə sahəsi 



STA  - süni tənəffüs aparatı  

TDH - tənəffüsün dəqiqəlik həcmi 

TQM - turşu-qələvi müvazinəti  

TS - 

tənəffüsün sayı  



TYY - 

tənəffüs yollarının yanıqları 



YST  - yanıq septikotoksemiyası 

UBŞ - 

ultra-bənövşəyi şüalanma 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

7

Protokol ilkin səhiyyə xidmətləri göstərən həkimlər, 



reanimatoloqlar, kombustioloqlar, cərrahlar üçün nəzərdə 

tutulmuşdur. 

Pasiyent qrupu: müxtəlif dərəcəli və  mənşəli yanıqlara məruz 

qalmış uşaq və böyük yaşlı şəxslər. 

 

Protokolun məqsədləri: 

 



Yanıqlara məruz qalmış pasiyentlərə ilkin tibbi yardım 

göstərilməsinin təkmilləşdirilməsi; 

 

Ağır dərəcəli yanıqların, yanıq xəstəliyinin və yanıqların 



fəsadlaşmalarının müalicə üsullarının təkmilləşdirilməsi; 

 



Yanıqlar nəticəsində ölüm və əlillik hallarının azaldılması. 

 

ÜMUMİ MÜDDƏALAR 

Yanıqlar – termiki, kimyəvi, elektrik, günəş,  şüa agentlərinin 

təsirindən orqanizmin dəri və toxumalarının zədələnməsidir. 

Gedişinin ağırlığı,  əlillik riskinin, eləcə  də letallığın (3,4%-dən 

38%-dək) yüksək səviyyəsi yanıqların, xüsusilə də geniş yayılmış və 

dərin yanıqların tibbi, sosial və iqtisadi əhəmiyyətini göstərir. 

Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə  vəziyyətlərdə 

(təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr 

zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. 

Xəstəliyin ağırlığının erkən diaqnostikası üçün daha mütərəqqi 

üsulların axtarışı, müalicə proqramlarının təkmilləşdirilməsi, 

xəstəliyin nəticəsinin proqnozlaşdırılması zədələnmişlərə düzgün və 

dəqiq işlənilmiş alqoritmik tədbirlərlə  təxirəsalınmaz yardımın 

təşkilini zəruri edir. 

 

Epidemiologiyası 

Ümumdünya Səhiyyə  Təşkilatının məlumatlarına görə yanıqlar 

bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur.  

Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla 

zədələnir. ABŞ-da il ərzində  hər 10000 əhalidən 190-300 nəfər  

yanığa məruz qalır. Rusiyada bu rəqəm 384-400 təşkil edir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

8

Azərbaycanda il ərzində  ağır yanıqları olan pasiyentlərin sayı 1000 



və daha artıq olur. 

 

ETİOLOGİYA VƏ TƏSNİFATI 

Zədələnməni törədən agentin xüsusiyyətindən asılı olaraq 

yanıqları belə bölmək olar:  

 

Termiki – mayelərin, bərk, qazabənzər faktorların təsirindən 



yaranan yanıqlar; 

 



Kimyəvi – turşuların, qələvilərin, ağır metal duzlarının təsirindən 

yaranan yanıqlar; 

 

Elektrik – müxtəlif gərginlikli elektrik cərəyanı ilə kontakt 



nəticəsində törənən yanıqlar; 

 



Şüa – atom bombasının partlaması zamanı yaranan yanıqlar; 

 



Günəş – günəş şüalarının birbaşa təsirindən törənən yanıqlar. 

 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

T20

 

Baş və boynun termiki və kimyəvi yanıqları 



T21 Gövdənin termiki və kimyəvi yanıqları 

T22 Yuxarı ətrafın və çiyin qurşağı nahiyəsinin, bilək və əl istisna 

olmaqla, termiki və kimyəvi yanıqları 

T23 Bilək və əlin termiki və kimyəvi yanıqları 

T24 Bud-çanaq 

oynağı nahiyəsi və aşağı ətrafın, aşıq-baldır 

oynağı və ayaq istisna olmaqla, termiki və kimyəvi yanıqları 

T25 Aşıq-baldır oynağı və ayağın termiki və kimyəvi yanıqları 

T26 Gözün 

məhdud nahiyəsinin və gözün köməkçi aparatının 

termiki və kimyəvi yanıqları 

T27 Tənəffüs yollarının termiki və kimyəvi yanıqları 

T28 Digər daxili orqanların termiki və kimyəvi yanıqları 

T29 Bədənin bir neçə nahiyəsinin termiki və kimyəvi yanıqlar 

T30 Dəqiqləşdirilməmiş lokalizasiyalı termiki və kimyəvi yanıqlar 

T31 Bədən səthinin zədələnmə sahəsinə görə təsnif edilən termiki 

yanıqlar 

T32 Bədən səthinin zədələnmə sahəsinə görə təsnif edilən 

kimyəvi yanıqlar

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

9

TERMİKİ YANIQLAR 

Termiki yanıqlar orqanizmin selikli qişaları, dəri və örtük 

toxumalarının alovla, maye, qaz və ya bərk termiki amillərlə 

zədələnməsidir. 

Toxumaların qızma intensivliyi termiki agentin fiziki 

xüsusiyyətlərindən, istilik keçirmə qabiliyyətindən, geyimin 

istilikqoruma xüsusiyyətindən, yüksək temperaturun təsiri 

müddətindən (ekspozisiyasından) asılıdır. 

  

Termiki zədələnmələrin ağırlıq dərəcəsinin diaqnostik 



meyarları 

Termiki zədələnmələrin ağırlıq meyarlarına aiddir: 

 

zərərçəkənin yaşı; 



 

yanıq səthinin sahəsi; 

 

termiki travmanın dərinliyi; 



 

zədələnmənin lokalizasiyası (yeri); 

 

tənəffüs yollarının zədələnməsi; 



 

müayinə anında xəstəliyin fazası; 

 

premorbid fon. 



 

Termiki yanıqlar dərinliyinə görə aşağıdakı kimi təsnif olunur: 

 

I dərəcəli – dərinin aydın sərhədli hiperemiyası, bir sıra hallarda 

ödemi (arterial hiperemiya və iltihab eksudasiyası). Bu güclü ağrılar 

və batıcı (iynəşəkilli) ağrılarla müşayiət olunur. 

Hiperemiya və ödem 2-3 gün ərzində keçir, nekroza uğramış 

epidermisin səthi qatları 6-7-ci günlər izi qalmadan sağalır. 

 

II dərəcəli – zədələnmə sahəsində hiperemiya, ödem, 

epidermisin soyulması.  İçərisində  şəffaf maye olan nazik divarlı 

suluqlar əmələ gəlir. Suluqların tamlığı pozulan zaman çəhrayı rəngli 

yara səthi görünür. Plazmorreya diqqəti çəkir. 

Güclü ağrılar, ödem 3-4 gün ərzində azalır, yaranın kənardan 

epitelizasiyası başlayır. 10-14 gün ərzində tam sağalma baş verir. 

Dərinin piqmentasiyası 6-8 həftəyə keçir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

10

IIIA dərəcəli – geləbənzər möhtəviyyatı (plazmatik ifrazat) olan 

qalındivarlı suluqlarla və ya ağ çalarlı (işemiya) hissələri olan 

çəhrayı, yaxud qırmızı (staz) rəngli yaralarla xarakterizə olunur. 

Məməcikli qat petexial qansızmalarla, boz rəngli yumşaq qasnaqla 

örtülür. Damar şəbəkəsi itir. Ağrı və taktil hissiyyat azalır. 

Qasnağın formalaşması və yaraların təmizlənməsi 2-3 həftə çəkir. 

4-6 həftədən sonra kənar hissədə  və adacıqlı epitelizasiya 

(saxlanılmış epidermis törəmələrindən) hesabına sağalma baş verir. 

Davamlı piqmentləşmə və hipertrofik çapıqlar qalır. 

 

IIIB dərəcəli – koaqulyasion (quru) və ya kollikvasion (yaş) 

nekrozun əmələ gəlməsi ilə dərinin bütün qatları sıradan çıxır. Quru 

nekrozda qasnaq bərk, quru, tünd qırmızı və ya boz rəngdə ətrafı isə 

ödemli və hiperemiyalı olur. Onun dərinliyində tromblaşmış 

damarlar sahəsi görünür. Qasnaq altındakı toxumalar bərkiyir və 

büküşlər əmələ gətirmir. 

Yaş nekroz zamanı – ölmüş  dəri ödemli və  xəmirvari 

konsistensiyalıdır. 

Saxlanılmış qalın divarlı suluqların möhtəviyyatı hemorragik 

xarakter daşıyır. Yaranın dərinliyi ağımtıl, bəzən sarımtıl və ya tünd 

qırmızı  rəngdə olur. Perifokal ödem aydın görünür. Damar və  ağrı 

reaksiyaları olmur. Dərialtı piy toxuması hissəvi prosesə cəlb oluna 

bilər. 

İrinli-demorkasion iltihab 2-3 həftə çəkir, sonra isə yara tədricən 



təmizlənir və 3-4-cü həftələrin sonunda qranulyasion toxuma ilə 

örtülür ki, bu da yaraların autodermotransplantasiyaya hazır 

olduğunu göstərir. 

 

IV dərəcəli – nekroz nəinki dərini, eləcə  də alt qatda yerləşən 

bütün toxumaları, bəzən sümüklər də daxil olmaqla, əhatə edir. 

Qasnaq – qalın (quru və ya yaş) ağımtıl-boz, bəzən qara rəngli 

olur. Ətrafında və altında geniş yayılmış ödem diqqəti çəkir. Əzələlər 

“bişmiş  ət”  şəklini alır. Ölmüş toxumalar, xüsusilə  vətərlər və 

sümüklər zədələndikdə, sağlam toxumadan çox yavaş ayrılır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

11

I-II-IIIA dərəcəli yanıqlar dərinin hüceyrəvi elementlərinin 



saxlanılması hesabına epitelizasiya edə bilir. Onlar səthi yanıqlar 

qrupuna aid edilir.  

IIIB-IV dərəcəli yanıqlar dərin yanıqlardır. Belə  dərinlikli 

yanıqlar gec (1,5-dən bir neçə aya qədər) sağalır.  

Yaralar kiçik sahədə olduqda öz-özünə sağala bilər. 

Zədələnmə sahəsi böyük olduqda, xüsusilə yaralar oynaq 

sahələrini əhatə etdikdə dəri tamlığının bərpası yalnız operativ yolla 

aparılmalıdır. 

Çapıqlar – dərin yanıqların silinməyən izidir. Çapıqlar böyük 

sahələrdə formalaşdıqda, oynaqları  əhatə etdikdə eybəcərliyə  və 

müxtəlif kontrakturaların  əmələ  gəlməsi nəticəsində  əlilliyə  gətirib 

çıxarır. 

 

Termiki zədələnmənin sahəsinin təyini 

Zədələnmə sahəsini gözəyarı  təyin etmək məqsədi ilə tez-tez 

“Doqquzlar üsulu”, “Ovuc üsulu”-ndan istifadə edilir. 

“Doqquzlar üsulu”-na görə: 

 

yaşlı adamın başı və boynu – 9% b.s. təşkil edir; 



 

bir yuxarı ətraf – 9 %; 

 

bir aşağı ətraf 18% (bud – 9%, baldır və ayaq – 9% ); 



 

gövdənin ön və arxa səthlərinin hər biri 18 %; 

 

aralıq və xarici cinsiyyət orqanları 1%. 



Yaşlı adamın bütün bədəninin ön səthi 51%, arxa səthi 49% 

təşkil edir. 

Uşaqlarda boyun inkişafı ilə bağlı antropometrik göstəricilərin 

dəyişməsinə görə Land və Brouder cədvəlindən istifadə edilir. 

Tənəffüs yollarının yanığı (TYY) zamanı, ümumi zədələnmə 

sahəsinə 15-30% (uşaqlarda 10-12%) əlavə edilir ki, bu da termiki 

travmanın ağırlığını düzgün  qiymətləndirmək üçün mühüm 

əhəmiyyətə malikdir. 

Dərin yanıqların (IIIB dərəcəli) sahəsinin hər 1%-i səthi 

yanıqların sahəsinin 3%-nə bərabərdir. Bu – Frank indeksidir (Fİ). 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

12

Cədvəl 1. Uşaqlarda yaşdan asılı olaraq ayrı-ayrı anatomik 



hissələrin səthlərini sahələri (%). 

Yaşı 

Bədənin  hissəsi  1 yaşa 

qədər 

1 yaş 5 

yaş 10 

yaş 15 

yaş 

Baş 


 

20 17 13 10  8 

Boyun 

2 2 2 2 2 



Döş 

 

10 10 10 10 10 



Qarın 

 

8 8 8 8 8 



Bel 

 

11 11 11 11 11 



Sağrılar 

(2)  5 5 5 5 5 

Cinsiyyət 

orqanları 

1 1 1 1 1 

Bazular 


(2)  8 8 8 8 8 

Saidlər 


(2) 

5 5 5 5 5 

Əllər 

(2) 


 

5 5 5 5 5 

Budlar 

(2) 


11 13 16 18 19 

Baldırlar 

(2)  9  10 11 12 13 

Ayaqlar 


(2)  5 5 5 5 5 

 

Termiki zədələnmələrin proqnozu 

 

Yaxşı (qənaətbəxş) – Fİ 65-75 vahid olduqda 



 

Şübhəli – Fİ  75 vahid olduqda 



 

Pis (qeyri-qənaətbəxş) Fİ – 100-120 vahid və daha çox olduqda. 



Yuxarı  tənəffüs yollarının yanığı, lokalizasiya (üz, aralıq, 

sağrılar) və premorbid fon termiki travmaların gedişini 

ağırlaşdırırlar. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

13

YANIQ İLƏ ZƏDƏLƏNƏNLƏRİN İLKİN MÜAYİNƏSİ 

Anamnez: travmanın alınma  şəraiti (termiki amillə kontakt 

müddəti, qapalı sahə), yanığı törədən səbəblər (alov, buxar, qaynar 

mayelər, partlayış və s.). 

Yanıq travmasının ağırlığının təyini: 

1.

 

Xəstənin yaşı. 



2.

 

Yanıq səthinin sahəsi (doqquzlar üsulu, Land və Brouderə görə). (C) 



3.

 

Zədələnmənin dərinliyi (I, II, IIIAB, IV dərəcə) (C) 



4.

 

Lokalizasiya. 



5.

 

İnhalyasion zədələnmələr (yuxarı tənəffüs yollarının yanığı). 



6.

 

Yanığın sirkulyar olması. 



7.

 

Yanaşı zədələnmələr (sınıqlar, elektrotravmalar və s.). 



8.

 

Yanaşı gedən xəstəliklər. 



9.

 

Travmanın qəsdən törədilməsi. (C) 



İlkin tibbi və həkimə qədər yardım:

 



Zədələnməni törədən agentlə  zərərçəkənin kontaktını  kəsmək 

(alovun söndürülməsi, yanğın sahəsindən kənarlaşdırma, torpaqla 

söndürmə, örtüyə bürünmək və s.). 

 



Paltarı  kəsmək və soyundurmaq. Zərərçəkənin bəzək  əşyalarını 

çıxarmaq. (C) 

 

Ürək fəaliyyətinin bərpası (ürəyin qapalı masajı). 



 

Tənəffüs yollarının keçiriciliyinin bərpası, çənənin irəli 



çəkilməsi, dilin çıxarılması, ağ ciyərlərin süni ventilyasiyası 

(ağızdan-ağıza, ağızdan-buruna). Aparılan reanimasion 

tədbirlərin effektliyini yoxlamaq. 

 



Travmanın  şokogen təsirini azaltmaq üçün analgetiklərin 

vurulması,  infeksion ağırlaşmaların qarşısını almaq məqsədilə 

antiseptiklərlə ilkin sarğı, transport immobilizasiyası. 

 



Yanıq yaralarının işlənməsi – axar su ilə yara səthinin 

soyudulması, antiseptiklərlə sarğıların qoyulması. Xəstənin 

nəqliyyatla göndərilməsi zamanı müvəqqəti olaraq quru 

sarğıların qoyulması  və ya soyuducu gellə sarğı  (C)  daha 

məqsədəuyğundur. 

 



Travmanın bilərəkdən törədildiyinə  şübhə olduqda, müvafiq 

hüquq mühafizə orqanlarına məlumat vermək. 

 

Xəstələrin nəqliyyat immobilizasiyasından sonra daşınması.



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

14

İlkin həkim yardımı: 

Tibb ocaqlarında həyata keçirilir. Aparılma qaydalarına görə 

təcili və təxirəsalınmaz hissələrə bölünür: 



Təcili tədbirlər: 

 



Xəstəyə başdan ayağa baxış 

 



Yanığın lokalizasiyasının təyini, sirkulyar yanıqların müəyyən 

edilməsi. 

 

Tənəffüs yollarının intubasiyası (mümkün olmadıqda 



traxeostomiya), nəmləndirilmiş O

2

 verilməsi. 



 

Periferik və ya mərkəzi venaların kateterizasiyası; 



 

Lazım olduqda neyroleptoanalgeziya, dərman yuxusu; 



 

“Doqquzlar üsulu” və ya Land və Brouder cədvəli ilə (B) yanıq 



sahəsinin təyini; 

 



Yanığın dərinliyinin təyini (həkimin vizual qiymətləndirməsi); (C) 

 



Mədənin dekompressiyası  məqsədi ilə nazoqastral zondun 

qoyulması; 

 

Sidikçıxarıcı yolların kateterizasiyası; 



 

Nəqliyyatla daşınma vaxtı infuziyanın davamı və ürək-qan damar 



sisteminin vəziyyətinə nəzarət. 

 

Təxirəsalınmış tədbirlər: 

 



Lazım gəldikdə sarğıların dəyişdirilməsi; 

 



Tetanusun profilaktikası (tetanus əleyhinə zərdabın vurulması); (C) 

 



Ödemin qarşısının almaq üçün aşağı ətrafların qaldırılması; 

 



Xüsusi növ travmaların təyini (elektrik, kimyəvi, sınıqlar və s.) 

 



Nəqliyyat immobilizasiyası; 

 



Pasiyentin isidilməsi  (C), həkim nəzarəti altında susuzluq 

hissinin aradan qaldırılması. 

 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

15

XƏSTƏLƏRİN İXTİSASLAŞDIRILMIŞ TİBB 



MÜƏSSİSƏLƏRİNƏ HOSPİTALİZASİYASI MEYARLARI: 

 



II dərəcəli yanıq > 10% b.s. 

 



Əlləri, üzü, gözü, qulaqları, ayaqları, cinsiyyət orqanlarını, aralığı 

və iri oynaq sahələrini əhatə edən yanıqlar; 

 

Yaşdan asılı olmayaraq III dərəcəli yanıqlar; 



 

Elektrik cərəyanından törənən yanıqlar, şimşək vurma; 



 

Kimyəvi yanıqlar; (C) 



 

Tənəffüs yollarının yanıqları; 



 

Yanaşı gedən somatik xəstəlikləri olan yanıqla xəstələr; 



 

Sınıqlarla müşayiət olunan yanıqla xəstələr; 



 

Hər hansı dərəcəli yanığı olan uşaqlar; 



 

Sosial, emosional və ya reabilitasion yardıma ehtiyacı olan 



yanmış şəxslər. 

Təkmilləşdirilmiş tibbi yardım reanimatoloqlar, kombustioloqlar, 

cərrahlar tərəfindən aparılır. 

İxtisaslaşdırılmış  şöbələrdə  və  mərkəzlərdə  həkim cərrah-

kombustioloq tərəfindən ixtisaslaşdırılmış yardım göstərilir. 

 

YANIQ XƏSTƏLİYİNİN DÖVRLƏRİ 

1.

 

Yanıq şoku; 



2.

 

Kəskin yanıq toksemiyası; 



3.

 

Septikotoksemiya; 



4.

 

Bərpa (reabilitasiya). 



YANIQ  ŞOKU – Plazmorreya, hemokonsentrasiya, qan 

dövranının mərkəzləşməsi və mikrosirkulyator məcrada damar 

divarı, damardaxili, perivaskulyator pozğunluqlar, hipovolemiya ilə 

əlaqədar ağır patofizioloji prosesdir. 



Yanıq şokunun diaqnostik meyarları 

1.

 



Yüngül  şok – zədələnmə sahəsi S=10-20% b.s. (uşaqlarda 5-

10%). TYY olmadıqda Fİ=30-79, TYY olduqda Fİ=30-69. 

2.

 

Ağır şok –  S=20-50% b.s. (10-30% IIIB dərəcəli yanıqda). TYY 



olmadıqda Fİ=80-120; TYY olduqda Fİ=70-100. 

3.

 



Çox ağır şok – S>50% b.s. TYY olmadıqda Fİ>120; TYY 

olduqda Fİ>100 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

16

Cədvəl 2. Yanıq şokunun klinik əlamətləri 



 Yüngül 

yanıq şoku 

Ağır yanıq 

şoku 

Çox ağır 

yanıq şoku 

Huşu  

Aydın  


Saxlanılır  

Alaqaranlıq  



Üşütmə, əzginlik 

Ola bilər Olur  Aşkar  



Oyanıqlıq  

İlk saatlarda 

Ola bilər Yox 

Tormozlanma 

Bəzən  


Olur  

Olur 


Zədələnməmiş 

dəri örtüyünün 

vəziyyəti 

Normal, 


bəzən 

avazımış, 

quru 

Avazımış, 



quru, zəif 

akrosianoz 

Avazımış, 

sianotik 

akrosianoz 

Bədən 

temperaturu 

Normal və ya 

bir qədər 

azalmış 


Azalır Aşağı 

Öyümə və 

qusma 

Nadir  


Tez-tez, maye 

qəbulu zamanı 

çoxalır 

Tez-tez, maye 

qəbulu zamanı 

çoxalır 


Bağırsaq parezi 

Yox  


Ola bilər Travmanın ilk 

saatlarından 



Diurez 

 

60-70 ml/saat  40-80 ml/saat 

və ya 

oliquriya 



Oliquriya       

(30-60 ml/saat) 

və ya anuriya 

Şokun qiymətləndirilməsində hemodinamik göstəricilər mühüm 

əhəmiyyətə malikdir. Yüngül dərəcəli şok zamanı Ps dəqiqədə 88±2 

həddində saxlanılır, A/T

or

 – 95±3 mm.c.st; mərkəzi venoz təzyiq 



(MVT) norma həddində, dövran edən qanın həcmi (DQH) – 70,1± 

1,2 ml/kq. Qanın vurulma həcmi (QVH) 62,4±1,4 ml. Damarların 

periferik müqaviməti (DPM) artır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

17

Ağır şok daha aydın pozğunluqlarla müşahidə edilir: 



Ps – 110 ± 5; A/T

or

 – 95 ± 3 mm.c.st; MVT – 7,9 ± 0,7 (N=8-12), 



DQH – 60,7 ± 2,6 ml/kq, QVH – 47,2 ± 1,8 (N=70-78) ml 

Çox ağır  şok zamanı bütün göstəricilər normadan əhəmiyyətli 

dərəcədə fərqlənir. 

Travmanın ilk saatlarından etibarən yanıq  şokunun ağırlığının 

artmasına uyğun olaraq xarici tənəffüs funksiyalarının aydın 

pozulması müşahidə edilir. Tənəffüsün tezliyi çoxalır, tənəffüsün 

həcmi, dəqiqəlik həcmi, ağ ciyərlərin hava tutumu kəskin azalır. Ağır 

və çox ağır  şok zamanı oksigenin mənimsənilməsi kəskin azalır. 

Koaquloqramma və periferik qanın göstəriciləri yanıq  şokunun 

ağırlığını  əks etdirən mühüm diaqnostik meyarlardır. Onların 

qiymətinin dəyişmələri  şokun ağırlığı ilə düz mütənasibdir. Bu 

dəyişmələr bütün orqanlarda mikrosirkulyator məcranın 

pozğunluqlarının dərinləşməsinə səbəb olur. 

Hemodinamik, mikrosirkulyator, su-duz, turşu-qələvi 

müvazinətinin pozğunluqları böyrəklərin filtrasion-reabsorbision 

funksiyalarının kəskin dəyişməsinə  səbəb olur. Nəticədə oliqo- və 

anuriya əmələ gəlir. 

Yüngül yanıq şokunun davam etmə müddəti: 

-

 

TYY olmadıqda bir qayda olaraq 24 saat; 



-

 

TYY olduqda – 48 saat və daha çox; 



Ağır – 48-60 saata qədər. 

Çox ağır – 72 saat (əgər xəstə ölmürsə). 

 

Şok əleyhinə müalicə 

Şok əleyhinə müalicənin əsas şərtləri: 

1.

 

Seldinger üsulu ilə körpücükaltı, bud, daxili vidaci venanın 



kateterizasiyası vasitəsilə  mərkəzi venoz sistemə  çıxışın təmin 

edilməsi; 

2.

 

Dərin yanıq şokunda – STA (süni tənəffüs aparatı) qoşulması; 



3.

 

Nazoqastral zond. Bir sutkadan sonra enteral qidalanmanın 



başlanması (5-10%-li qlükoza məhlulu, uyğun qarışıqlar); 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

18

4.



 

Sidik kisəsinin kateterizasiyası (periodik olaraq 6 saatdan bir isti 

furasilin məhlulu ilə yumaqla); 

5.

 



Sutka ərzində hər 4-6 saatdan bir ağrısızlaşdırma aparılması (1%-

li morfin-hidroxlorid, promedol, neyroleptoanalgeziya); 

6.

 

Toxumaların adekvat perfuziyasını 



təmin etmək, 

mikrosirkulyator məcranın vəziyyətini yaxşılaşdırmaq məqsədi 

ilə rehidratasiya. 

Şok əleyhinə müalicə nə qədər tez başlasa, proqnozu bir o qədər 

yaxşı olar. İlk 24 saat həlledicidir. Qeyri-adekvat müalicə və səhvlər 

ağır nəticələrə gətirib çıxarır. 



“Risk (təhlükə) qrupu”nu qeyd etmək lazımdır. Bu qrupa 

aşağıdakı zərərçəkənlər aiddir: 

 

premorbid fonu olanlar; 



 

zədələnmə sahəsi dərin yanıqlarda 30% (uşaqlarda 25%-dən 

çox), səthi yanıqlarda 50-60%; 

 

termoinhalyasion travmalar (alov, buxar yanığı olanlar); 



 

stasionara 24 saatdan sonra daxil olanlar. 



Şok  əleyhinə  tədbirlərin  əsas hissələrindən biri infuzion 

terapiyadır. 

İnfuzion məhlulların ümumi həcmi Parkland formuluna görə 

(şokun dərinliyinə görə) hesablanır: 

N x bədən çəkisi x yanıq % + fizioloji tələbat. 

Burada N – şokun ağırlığıdır (yüngül – 1, ağır – 2, çox ağır – 3). 

 

Termoinhalyasion travmalar zamanı yanıq səthinin sahəsinə 15-



30% əlavə edilir. 

Hesablanmış ümumi həcmin ½-i ilk 8 saat ərzində, qalan yarısı 

isə sonrakı 16 saat ərzində vena daxilinə yeridilir. 

İnfuzion maddələri seçərkən nəzərə alınmalıdır: 

 

suyun 



 

duzların 

 

zülalların 



 

eritrositlərin defisiti. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

19

Birinci 8 saat ərzində qeyri-kelloidal məhlulların vurulması 



məsləhətdir (Laktosol, 0.9%-li NaCl məhlulu, 5%-li qlükoza 

məhlulu, antioksidantlar, infuzin). Vurulan şəkərlərin miqdarı ümumi 

infuzion terapiyanın 25%-ni təşkil etməlidir. Asidozu ləğv etmək 

üçün Na-bikarbonat, Disol, Trisol vurulur. 

8-12 saatdan sonra infuzion terapiya proqramına nativ kolloid 

preparatlar qoşula bilər (5%-li albumin məhlulu, plazma və digər 

qanəvəzedicilər) 

İnfuzion müalicə  aşağıdakı  dərman maddələri ilə 

tamamlanmalıdır: 

 



Ürək-damar (korqlükon 0,06%-0,5 ml v/d x 2 dəfə) və ya 

strofantin (0,25 mq v/d x 2 dəfə) fizioloji məhlulda yavaş-yavaş; 

 

Antikoaqulyantlar (qan analizi yoxlanmaqla – heparin 15 



vah/kq/saat hər 4-6 saatdan bir); 

 



Proteoliz inhibitorları – kontrikal 50000 vah (0,9% NaCl-da 

yavaş-yavaş v/d); 

 

Antihistamin preparatları (suprastin v/d və ya ə/d 20-40 mq x 2 d, 



uşaqlara 1-5 mq/kq); 

 



Diuretiklər – laziks (40 mq v/d, uşaqlarda 0,5-1,5 mq/kq); hər iki 

saatda sidik ifrazı olmadıqda 10-20%-li mannitol 0,5-1 q/kq 

olmaqla 5%-li qlükoza məhlulu ilə). Böyrək yumaqcıqlarında 

qan dövranını yaxşılaşdırmaq üçün eufillin 2,4% v/d; 

 

Kompleks vitaminlər qrupu – B, C, E; 



 

Antiasid preparatlar – almagel, maaloks, qastal, almafil və s. 5-10 



ml hər 3-4 saatdan bir. 

6-12 saat ərzində nəmləndirilmiş O

2

 verilməsi vacibdir. 



Birinci sutkanın axırında infuzion  terapiyaya zondla 

qidalandırmanın əlavə edilməsi məsləhətdir. 

Antibakterial terapiya. İlk saatdan və ya ikinci sutkadan etibarən 

təyin edilir. 

Yanıq xəstəliyinin kəskin dövründə  xəstənin stasionara daxil 

olması gecikdirilən hallarda yardım göstərilməsi problemli olaraq 

qalır. Bu zaman: 

1.

 



İnfuzion terapiya dinamik monitorinqə  və qanın qaz tərkibi 

göstəricilərinə görə aparılır; 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

20

2.



 

Hipovolemiyanın bərpasına tələbat olduqda vurulan mayelərin 

həcmini artırmaq lazımdır; 

3.

 



Böyrək çatışmazlığının anurik fazası başladıqda infuzion 

terapiyanı kəsmək lazımdır. Hemodializ göstərişdir. 

 

Şokdan çıxma meyarları 

1.

 



Temperaturun normadan 1

o

C-dən az olmayaraq yüksəlməsi 



2.

 

Hemodinamikanın stabilləşməsi 



3.

 

Müsbət MVT (Mərkəzi venoz təzyiq) 



4.

 

Saat hesabı diurezin stabilləşməsi 



5.

 

Homeostatik göstəricilərin müsbət dinamikası. 



 

Yanıq şokunun proqnozu 

Yaxşı – yanıq sahəsi 10-39%, yaş 45-ə  qədər, Fİ 30-79 TYY 

olmadıqda və 30-70 TYY olduqda. 

Şübhəli – S=40-60%, yaş 45-50-yə  qədər, Fİ 80-120 TYY 

olmadıqda və 100 TYY olduqda. 

Pis – S>60%, bütün yaşlarda, Fİ>100 TYY olmadıqda, Fİ=100 

və daha çox TYY olduqda. 

Yaşı 45-50-dən yuxarı olan şəxslərdə proqnoz tez-tez pis olur. Bu 

zaman letallıq 31-70% təşkil edir. 

 

KƏSKİN YANIQ TOKSEMİYASI (KYT) 

Şok dövründən sonra bədən temperaturunun yüksəlməsi anından 

başlayaraq spazma məruz qalmış damarlardan mərkəzi qan 

dövranına  şok zamanı  yığılmış metabolitlər (onların sayı 200-dən 

çoxdur) daxil olmağa başlayır. Bu dövr 3-cü sutkadan başlayır və 7-

14 gün davam edir. 

KYT ağırlığına görə belə bölünür: 

 

yüngül KYT, bu zaman yanıq sahəsi 10-19% b.s., Fİ – 40 



vah-ə qədər olur. 

 

Ağır KYT – yanıq sahəsi 20-49 % b.s., Fİ – 40-60 vah. 



 

Çox ağır KYT – yanıq sahəsi 50% və daha çox b.s., Fİ – 60 

və daha çox. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

21

Cədvəl 3. KYT-nin klinik əlamətləri 



KYT-nin klinik formaları 

Yoxlanılan 

göstəriciləri 

Yüngül Ağır Çox 

ağır 

Huş Aydın Saxlanılır Alaqaranlıq 

Yanıq 

sahələrində ağrı 



Olur Olur Olur 

Psixomotor 

oyanıqlıq 

Nadir Mümkündür 

Mümkündür 

Yuxunun 


pozulması 

Olur Olur Olur 

Hallüsinasiyalar 

(eşitmə, görmə) 

Olmur Mümkündür  Olur 

Zəiflik Yüngül 

Olur 

Olur 


Təngnəfəslik Mümkündür  Olur 

Olur 


Qusma Hərdən bir 

Mümkündür 

Olur 

Bağırsaqların 



parezi 

Nadir Mümkündür  Olur 

Bədən 

temperaturu 



Yüksəlir Yüksəlir 

Uzun müddətli 

hipertermiya 

Diurez 2400-3400 

1800-2700 

1800-2000 

Hemodinamik sistemin dəyişiklikləri mühüm əhəmiyyətə 

malikdir. Taxikardiya saxlanan zaman DQH mayelərin hüceyrəarası 

sahədən damarların məcrasına daxil olması hesabına artır. 

Xarici tənəffüs funksiyalarının pozğunluqları KYT-nin ağırlığı 

ilə korrelyasiya edir. Tənəffüsün sayı (TS), tənəffüsün dəqiqəlik 

həcmi (TDH) artır, ağ ciyərlərin həyat tutumu (AHT) 30-50% azalır, 

oksigenin  udulması 140-160% artır. 

Bu dövrdə periferik qanda koaquloqramma göstəricilərinin 

dəyişiklikləri KYT-nin ağırlığına uyğun olur. Asidoz artır. Qanda 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

22

proteinlərin miqdarı azalır, lipidlərin peroksidləşməsinin aralıq 



məhsullarının miqdarı qan zərdabında çoxalır, qanın toksikliyi artır, 

immun çatmazlığı inkişaf edir. Anemiya əlamətləri, MBT 

(eroziyalar, xoralar, qanaxmalar) tərəfindən ağırlaşmalar, damar 

daxili pozğunluqlar (DDS) və s. meydana çıxır. 



 

Kəskin yanıq toksemiyasının (KYT) müalicəsi 

Kəskin yanıq toksemiyası fazasında yanıqla xəstələrin 

müalicəsinin əsas məqsədləri aşağıdakılardır: 

1.

 



Ağrı  və psixoemosional sindromun ləğvi (2%-li promedol məh. 

1,0 x 2-3 dəfə, ketonal, 0,5%-li relanium məhlulu, fenozepam, 

tranksen və b.) 

2.

 



Orqanizmin dezintoksikasiyasının  əsasını hemodilyusiya və 

“sürətləndirilmiş” diurez təşkil edir. Bu, biokimyəvi, metabolik 

pozğunluqlara, QTQM-ə (turşu-qələvi müvazinəti) nəzarət 

edilməklə aparılır və aşağıdakılar nəzərdə tutulur: 

 

Kolloid və kristalloid məhlullarla infuzion-transfuzion 



terapiya; 

 

Qan dövranından toksiki məhsulların çıxarılmasına  şərait 



yaradan sürətləndirilmiş diurez (laziks 40-120 mq/sut, 

mannitol); 

 

Bağırsaq peristaltikasının aktivləşdirilməsi (təmizləyici 



imalələr, enterodez, kolisorb, laktofiltrum); 

 

Lazım gəldikdə ekstrakorporal detoksikasiya üsulları 



(plazmoferez, hemasorbsiya və b.) 

 

Yanıq yaralarının işlənməsi 



3.

 

Metabolik pozğunluqların korreksiyası (proteoliz inhibitorları – 



qardoks 50000-100000 vahid sut., trasilol 25000 vah. sut., 

kontrikal 50000 vah. sut., retabolil 1.0 x 1 dəfə həftədə, B, C, E, 

PP qrup vit. və s.) 

4.

 



İnfeksiyanın profilaktikası  və  ləğvi (yara ifrazatının  əkilməsi və 

antibiotiklərə qarşı  həssaslığı yoxladıqdan sonra, v/d 

məsləhətdir); antistafilokokk γ-qlobulin ilə passiv immunizasiya 

– 2.0 x 1 dəfə sutkada № 3-5, timalin, immunal, insan 

immunoqlobulini və s. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

23

5.



 

Hipoksiya, asidoz, mikrotrombozun korreksiya və profilaktikası, 

MSS-nin, ürək-damar fəaliyyətinin yaxşılaşdırılması 

(nəmləndirilmiş O

2

 verilməsi, sitoxrom, heparin 2500 vahid x 4 



dəfə/sut, 0.06%-li korqlükon məh, trental 5.0 x 2 dəfə 250.0 ml 

0.9 % NaCl, Na-bikarbonatla) . 

6.

 

Orqanizmin energetik və plastik maddələrə tələbatını ödəmək (5-



10-20%-li qlükoza, dekstroza məhlulları, sorbitol 10-20%, 5-10% 

albumin, plazma, protein, intralipid, lipofundin, lipovenoz, 

aminturşular və s.) 

7.

 



Anemiyanın profilaktikası (dəmirtərkibli preparatlar, Vit B12, fol 

turşusu, eritrositar kütlə, balanslaşdırılmış qidalanma və s.) 

8.

 

Yerli müalicə – yaraların antiseptiklərlə təmizlənməsi, nekrolitik 



məlhəmlər (tripsin, salisil turşusu məlhəmi, “Dalseks-tripsin”, 

iruksol), absorbsiyaedici maddələrlə sarğılar, yaraların UBŞ-si 

(UFO), nekrotik toxumaların ekssiziyası, silverden və silvoden 

məlhəmləri, suda həll olan əsasda məlhəmlər (levomekol, 

levosin, miromisin, dioksidin və b.).  

 

YANIQ SEPTİKOTOKSEMİYASI (YST) 

Yanıq xəstəliyinin üçüncü dövrü ağır toksikoinfeksion patologiya 

ilə xarakterizə olunur: pasiyentdə uzun müddət qızdırma qeyd 

olunur, anemiya artır, “poliorqan çatmazlığı” ortaya çıxır, 

orqanizmin üzülməsi kaxeksiyaya qədər gətirib çıxarır, 

hipoproteinemiya, leykositoz, limfonemiya müşahidə edilir. 

Ağırlaşmalar içərisində birinci yeri – ürək-damar sistemi və 

tənəffüs sistemi pozğunluqları (70%) tutur, ikinci yerdə – böyrək, 

MSS disfunksiyası, qaraciyər disfunksiyası, MBT pozğunluqları (44-

47%), üçüncü yerdə isə – homeostaz dəyişiklikləri (29-30%) durur. 

 

Yanıq septikotoksemiyasının diaqnostikası 

 

Yanıq yaralarının ümumi sahəsinin dəqiqləşdirilməsi; 



 

Toxumaların nekrozunun dərinliyini və xüsusiyyətlərini 



dəqiqləşdirmək,  əzələlərin, vətərlərin, sümüklərin zədələnməsini 

təyin etmək. ( Bu 3-4-cü sutkalar, bəzən isə 10-14-cü sutkalar 

mümkündür); 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

24



 

Yanığın ümumi sahəsindən və  dərinliyindən asılı olaraq Frank 

indeksi göstəricilərini təyin etmək;Temperaturun remittəedici və 

ya intermittəedici xarakterini, əzginliyi, bakteremiyanı, qan 

formulunun kobud dəyişikliklərini, homeostazın biokimyəvi 

göstəricilərini aydınlaşdırmaq; 

 

Orqanizmin daxili orqan və sistemləri tərəfindən müxtəlif 



ağırlaşmaların təyini. 

Cədvəl 4. YST-nin təsnifatı 

Gedişin ağırlığı Yanığın sahəsi % 

Frank indeksi 

Yüngül 10-19  30-49 

Ağır 20-50 50-100 

Çox ağır >50  >100 

 

Bu dövrün təxmini davam etmə müddəti dəri örtüyünün 



tamlığının bərpasından asılıdır və yanma anından başlayaraq 28-70 

sutka çəkir. 

 

Yanıq septikotoksemiyasının (YST) müalicəsi 

YST dövründə xəstələrin müalicəsinin əsas cəhətləri: 

1.

 

İnfeksion ağırlaşmaların profilaktika və müalicəsi (mikrofloranın 



və həssaslığın təyinindən sonra antibiotiklərin tətbiqi); 

2.

 



Orqan və sistemlərin funksional pozğunluqlarının patogenetik 

müalicəsi; 

3.

 

Anemiyanın və metabolik pozğunluqların korreksiya və 



profilaktikası (kolloid məhlulların v/d yeridilməsi. Lazım 

gəldikdə qan preparatları, dəmir tərkibli preparatlar, vitamin B

12



fol turşusu, qeyri-steroid hormonlar, antioksidantlar, korreksiya 



edilmiş qidalanma və s.); 

4.

 



Yaraların regenerasiyasını stimullaşdırmaq üçün yağda həll olan 

əsasda məlhəmlər, kremlərlə yerli müalicə (aktovegin, solkoseril, 

piolizin, eplan), “Braytman” plyonkaları, “Bioptron 1”, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

25

“Bioptron 2” aparatları ilə  işıqlandırma, lazer stimulyasiyası, 



dəyişən maqnit sahəsi ilə müalicə və s.; 

5.

 



Orqanizmin regenerator qabiliyyətinin stimullaşdırılması 

(aktovegin, solkoseril inyeksiyaları, immunomodulyatorlar və s.); 

6.

 

Əməliyyatdan sonra yaraların, donor sahələrinin və 



autotransplantatların infeksiyalaşmasının profilaktikası 

(antibiotiklərin təyini, antiseptiklərlə yerli işləmə, sarğıların 

vaxtında dəyişdirilməsi və s.). 

 

YANIQ ZƏDƏLƏNMƏLƏRİNİN YERLİ MÜALİCƏSİ 

İsti mayelərdən, alovdan, şüalardan, günəşin təsirindən  əmələ 

gələn lokal yanıqlar və  I dərəcəli yanıqlar zamanı  aşağıdakı 

tədbirlər görülməlidir. 

 



Termiki zədələnməni törədən agentlə  zərərçəkənin kontaktını 

kəsmək. 


 

Paltarı və bəzək əşyalarını çıxarmaq. (C) 



 

Zədələnmiş sahəni azı 20 dəq soyuq (8-15ºC) su axını ilə 



soyutmaq  (C),  əgər mümkün deyilsə, 30-60 dəq  ərzində 

kriopaketlə toxuma hiperemiyasının ləğvi. 

 

Ağrını kəsmək (diklofenak, ketonal, algikey və s). (C) 



 

Zədələnmiş sahəni yerli olaraq anestezin, novokainlə işləmək. 



 

Antiseptik məhlullarla yaş-quruducu sarğılar qoymaq. 



 

Pasiyent özü ağrını  tənzimləyə bilər. Müalicə – ambulatordur. 



Əmək qabiliyyəti 24-48 saatdan sonra bərpa olunur. 

II dərəcəli yanıqlar (səbəb – qaynar mayelər, isti metallar, alov, 

UBŞ, kimyəvi agentlər).  

 

Yanıq törədən termiki və digər agentlərlə əlaqəni kəsmək; 



 

Paltarı və bəzək əşyalarını çıxarmaq; (C) 



 

Zədələnmiş sahəni soyuq su və ya kriopaketlə  60 dəq və daha 



çox müddət ərzində soyutmaq; (C) 

 



Anestezin, novokainlə ağrısızlaşdırma; 

 



Qopmuş epidermis hissələrini götürmək, nazik divarlı suluqları 

açmaq; 


 

Xəstənin isidilməsini təmin etmək (C). 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

26

Kiçik sahəli yanıqları sarımaq və ambulator müalicə etmək olar. 



Sahəsi 20%-dən çox olan yanıqla xəstələr mütləq hospitalizasiya 

olunmalıdır.  Əmək qabiliyyətinin bərpası  zədələnmə sahəsindən 

asılıdır (12-21 gün). 

III dərəcəli yanıqlar 

 



Travmanı törədən agentlərlə kontaktı kəsmək; 

 



Paltarı və bəzək əşyalarını çıxarmaq; (C) 

 



Bədənin zədələnmiş sahəsini soyuq su və kriopaketlə  30-60 dəq 

müddətində soyutmaq; (C) 

 

Yaranı, onun episentri ətrafındakı qan dövranını 



qiymətləndirmək; 

 



0,25%-li novokainlə yumaq; 

 



Nekrozlaşmış toxuma hissələrini (açılmış suluqları) götürmək. 

Qalın divarlı suluqları açmaq və möhtəviyyatını sormaq. 

 

Antiseptik məhlullarla sarğı qoymaq. Nəqliyyatla daşınma 



zərurəti zamanı 3-4 saatlıq quru və ya soyuducu gellə (C) sarğı; 

 



Barmaqların zədələnməsi zamanı onları ayrı-ayrı sarımaq; 

 



Yanığı törədən agentdən, zədələnmə sahəsindən asılı olmayaraq 

hospitalizasiya. Xəstənin isidilməsini təmin etmək. (C) 

Müalicə yalnız ixtisaslaşmış klinikalarda kombustioloqlar 

tərəfindən aparılır. Yaraların sağalması bir neçə ay və daha çox çəkir. 

Sonradan pasiyentlərin uzun müddətli reabilitasiyası (tibbi, sosial, 

professional) lazım gəlir.  

 

TƏNƏFFÜS YOLLARININ YANIQLARI 

Tənəffüs yollarının yanıqları (TYY) yanıq travmatizmində 

mühüm yerlərdən birini tutur. TYY ilə müştərək geniş yayılmış 

yanıqlar zamanı letallıq 33%-dən 82%-ə qədər dəyişir. 

Etiologiyasına görə TYY üç növə ayrılır: 

 



Alov, isti hava, buxar və mayelərin qısamüddətli təsirindən 

yaranan zədələnmələr; 

 

Hisin və yanmanın digər məhsullarının təsirindən törənən 



zədələnmələr; 

 



Yanmanın toksiki məhsullarının inhalyasiyası  və alovun selikli 

qişaya təsirindən törənən zədələnmələr. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

27

TYY-nin klinik mənzərəsi 

 

Baxış zamanı: 



 

Yanığın üzdə, başda, ağız boşluğunda lokalizasiyası; 

 

Udlağın arxa divarında, qırtlaqüstü sahədə hiperemiya və 



ödem; 

 

Burun yollarında tüklərin ütülməsi; 



 

Hisin qalıqları; 

 

Ağ ciyərlərdə xırıltılar. 



Şikayətləri: 

 

Udma zamanı ağrı; 



 

Boğazda qıcıqlanma hissiyyatı; 

 

Döş nahiyəsində ağrı; 



 

Quru öskürək; 

 

Çətinləşmiş tənəffüs; 



 

Hisli bəlğəm ifrazı; 

 

Səsin xırıldaması və ya batması. 



Yuxarıda göstərilən klinik əlamətlər və larinqoskopiya, 

rentgenoqrafiya və fibrobronxoskopiya kimi müayinə üsullarının 

göstəriciləri TYY-nin diaqnostik komponentləridir. 

Tənəffüs yollarının yanığı olan xəstələrin müalicəsi 

Yuxarı tənəffüs yollarının (qırtlaq, traxeya) və ya traxeobronxial 

ağacın zədələnməsinin ağırlığından və müddətindən asılı olaraq 

bunları etmək lazımdır: 

1.

 

Hisi mümkün qədər xaric etmək, tənəffüs yollarını  bəlğəmdən 



təmizləmək, havakeçirici boru qoymaq; 

2.

 



Ağrını kəsmək; 

3.

 



Lazım olduqda tənəffüs yollarını intubasiya etmək, mürəkkəb 

hadisələrdə traxeostomiya etmək; 

4.

 

Hospitalizasiya etmək; 



5.

 

Ağ ciyərlərin süni tənəffüsə qoşulması (AST); 



6.

 

Bronxospazmın, ödemin profilaktikası, mikrosirkulyasiyanın 



yaxşılaşdırılması; 

7.

 



İnfeksion ağırlaşmaların profilaktikası; 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

28

8.



 

Fibrobronxoskopiya, traxeo-bronxial ağacın təmizlənməsi, oraya 

kortikosteroidlərin yeridilməsi; 

9.

 



Ağ ciyərlərin rentgenoqrafiyası.  

GÖZ YANIĞI 

Göz yanığı alovdan, partlayışdan, kimyəvi maddələrin 

düşməsindən əmələ gəlir. 

Gözün yanması zamanı ilk yardım göstərilməsi: 

 

Travmadan dərhal sonra və sonrakı 48 saat ərzində periodik 



olaraq bol miqdarda fizioloji məhlulla yumaq; 

 

Anestetiklərin yerli istifadəsi; 



 

Gözə quru sarğı. 

Xəstəni oftalmoloqa göstərmək və ya yaxınlıqdakı oftalmoloji 

mərkəzə göndərmək. (C) 



ÜZÜN YANIQLARI (İLK TİBBİ YARDIM) 

Üzün yanıqları isti mayelərin, buxarların, alovun, günəş 

şüalarının, kimyəvi maddələrin təsirindən yaranır. Bu zaman xəstələr 

mütləq hospitalizasiya olunmalı və aşağıdakı tədbirlər görülməlidir: 

1.

 

Alovla kontakt kəsilməlidir; 



2.

 

Suluqlar olduqda açılmalı, möhtəviyyatı boşaldılmalı; 



3.

 

Epidermis qalıqları götürülməlidir; 



4.

 

Göz işlənməli, anestetiklərlə yuyulmalıdır; 



5.

 

Tənəffüs yolları təmizlənməli; 



6.

 

Ütülmüş tüklər kəsilməlidir; 



7.

 

Hospitalizasiyaya qədər bir neçə saatlığa az miqdarda parafin 



hopdurulmuş (tez quruduğu üçün 1-4 saatlığa)  (D)  və ya 

polivinil-xloridlə steril, nazik sarğı qoyulmalı; 

8.

 

Xəstənin başı qaldırılmış vəziyyətdə uzadılmalı; 



9.

 

Periferik venaların kateterizasiyası aparılmalı; 



10.

 

İnfuzion terapiya başlanmalıdır; 



11.

 

Nəmləndirilmiş O



2

 verilməli; 

12.

 

Sonrakı dövrdə suda həll olunan əsasda kremlər çəkilməlidir. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

29

KİMYƏVİ YANIQLAR 

Kimyəvi yanıqlar termiki yanıqlara nisbətən az rast gəlinir (2,5-

5,1 % təşkil edir). Onlar turşuların (43-51 %), qələvilərin (21,5-

25%), ağır metal duzlarının və digər kimyəvi maddələrin təsirindən 

əmələ gəlir. 

Zədələnmənin bu növündə  qısa müddət  ərzində toxuma 

hüceyrələrinin tamlığının pozulması  və ölməsi müşahidə edilir 

(nekroz – praktik olaraq kimyəvi maddənin dəriyə düşməsindən az 

sonra müşahidə edilir). 



Turşularla zədələnmə 

1.

 



Turşular toxumaları susuzlaşdırır və toxuma zülallarının 

koaqulyasiyasına səbəb olur (koaqulyasion nekroz). 

Zədələnmənin intensivliyi onların konsentrasiyasından asılıdır. 

2.

 



Turşuların təsir yerində aydın sərhədlərə malik quru qasnaq 

əmələ gəlir. Qasnaq dəri səthindən qalxmır, əksinə çox vaxt aşağı 

səviyyədə olur. 

3.

 



Kənarlarında – hiperemiya – iltihab zonası. Zədələnmə çox vaxt 

dərin olur. 



Qələvilərlə zədələnmə 

Qələvilər yaş (kollikvasion) nekroz törədir. Qasnaq yumşaq, 

bozumtul-ağ  rəngli olur. Qələvilər turşulara nisbətən daha geniş 

sahələrin zədələnməsinə səbəb olur. 

Kimyəvi yanıqlar, həmçinin ağır turşu metalları, halloidlər, arsen, 

nitratlar, efir turşuları, perhidrol, kalium permanqanat, əhəng, sement 

və s. təsirindən əmələ gəlir. 

Kimyəvi yanıqların təsnifatı 

Termiki yanıqlardan fərqli olaraq kimyəvi yanıqlar zamanı 

dərinliyi qiymətləndirərkən III dərəcə A və B hissələrinə ayrılmır. 

Yanıqlar I, II, III, IV dərəcəli olur. Yanıqların gedişi prosesi termiki 

yanıqlara uyğun  gəlir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

30

Kimyəvi zədələnmələr zamanı ilk yardım göstərilməsi 

Kimyəvi zədələnmələr zamanı ilk və  təxirəsalınmaz yardımın 

göstərilməsi kimyəvi maddələrin təsir xüsusiyyətləri barədə 

müəyyən biliyin olmasını  tələb edir. Bu yardımın düzgün 

göstərilməsi və yardım edənin zədələnməməsi üçün vacibdir (bunun 

üçün xüsusi geyimdə işləmək lazımdır) (C)

1.

 



Zərərçəkənin paltarı kimyəvi maddəyə bulaşıbsa, onu tez 

çıxarmaq lazımdır; 

2.

 

Kimyəvi maddəni dəri səthindən təmizləmək; 



3.

 

Dərini bir saat ərzində axar su ilə yumaq (C), flüorit turşusu ilə 



zədələnmə zamanı isə 3-5 saat yumaq lazımdır; 

4.

 



Turşuların və  qələvilərin zəif məhlulları ilə neytrallaşdırma az 

effektlidir. Flüortərkibli turşular istisnalıq təşkil edir. 

5.

 

Ağrısızlaşdırma; 



6.

 

Antihistamin preparatları; 



7.

 

Geniş sahəli zədələnmələrdə – periferik venaların kateterizasiyası 



və infuzion terapiyanın başlanması; 

8.

 



Stasionar müalicəsinə göndərilmənin vacibliyi; 

9.

 



Antibiotiklər. 

Qida borusu və mədənin kimyəvi yanıqları 

Qida borusunun kimyəvi yanıqları, bir qayda olaraq, təsadüfi və 

ya intihar məqsədi ilə  qəsdən turşu (çox vaxt HCl və ya sulfat 

turşusu), qələvi içilən zaman əmələ gəlir. 

Yanıq zamanı  ağız-udlaqdan çoxlu ağız suyu ifrazı baş verir. 

Ağız-udlaqda suluqlar əmələ  gəlir, ağrı hissiyyatı, disfagiya 

müşahidə edilir. Turşular quru nekroz, qələvilər isə yaş nekroz əmələ 

gətirir. 

Ağır travmalarda şok inkişaf edir, mədə perforasiyası baş verir, 

qida-nəfəs borusu fistulası  əmələ  gəlir. Peritonit, septiki şok, 

tənəffüsün pozulması, hemodinamik dəyişikliklər, hətta pasiyentlərin 

ölümü müşahidə edilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

31

Qida borusu və mədənin qələvi yanıqlarında yardım 



göstərilməsi və müalicə 

 

Hospitalizasiya; (C) 



 

Mədə-bağırsaq traktının yuyulması (çoxlu miqdarda maye ilə 

deyil), mədəyə az miqdarda süd yeridilməsi; 

 

Qusdurucu vasitələrdən istifadə etmək olmaz; 



 

Tənəffüs yollarının zədələnməsinin dərinliyinin təyini 

məqsədi ilə larinqoskopiya; 

 

Tənəffüs yollarının intubasiyası; 



 

Fibroqastroskopiya,  kortikosteroidlərin yeridilməsi (uzun 

müddətli); 

 

Nazoqastral zond; 



 

Qarın boşluğu orqanlarının rentgenoqrafiyası, USM; 

 

Periferik venaların kateterizasiyası  və infuzion terapiyanın, 



parenteral qidalanmanın başlanması; 

 

Antihistamin preparatları; 



 

Lazım olduqda – traxeostomiya; 

 

Qida borusu-traxeya fistulu zamanı ezofaqostomiya; 



 

Yardım göstərildikdən 1 sutka sonra çaytikanı yağı  və ya 

bitki yağlarının yeridilməsi; 

 

Dərin yanıqlar (III dərəcəli) zamanı qida borusunun 



bujlanması (48 saatdan sonra mütəxəssis tərəfindən). 

Qida borusu və mədənin turşu yanıqlarında                                 

ilk yardım və müalicə 

 

Hospitalizasiya; (C) 



 

Qusma törətməmək (qusuntu kütləsinin düşdüyü yer 

zədələnmiş ola bilər); 

 

Nazoqastral zondun qoyulması; 



 

Mədə möhtəviyyatının  sorulması; 

 

İntubasiya, lazım olduqda traxeostomiya; 



 

Analgetiklər, dərman yuxusu; 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

32

 



İnfuzion və parenteral terapiya məqsədi ilə periferik venaların 

kateterizasiyası; 

 

Antihistamin preparatları; 



 

Perforasiyasız dərin yanıqlar zamanı 2-3 sutkadan sonra 

bujlama; 

 

Lazım gəldikdə cərrahi müdaxilə. 



Qida borusunun, mədənin perforasiyası  və  zədə ölümlə 

nəticələnmədikdə aşağıdakılar inkişaf edir: 

-

 

çapıqlaşma; 



-

 

mədə çıxacağının daralması; 



-

 

çapığın maliqnizasiyasi. 



ELEKTRİK YANIQLARI 

Elektrik yanıqları bütün travmatizmin 10%-ni təşkil edir. Onlar 

sabit və dəyişən elektrik cərəyanı ilə kontakt zamanı, yaxud yüksək 

gərginlikli cərəyanla kontakt olmadan – məsafədən və ya torpaqda 

olan naqilə yaxın olduqda əmələ gəlir. 

Məişət texnikası ilə işləyərkən 127-220 V gərginlikdən ani ölüm 

baş verə bilər. 

Elektrik yanıqları zamanı “cərəyan işarələri” görünür. Onlar 

müxtəlif ölçülərdə və rənglərdə, çox zaman ağımtıl olur. Cərəyanın 

çıxma nöqtəsi daha böyük ölçülü olur. Cərəyan işarələrinin sinir-

damar dəstəsi üzərində yerləşməsi xüsusilə  təhlükəlidir, belə ki, 

elektrik travmalarında destruktiv prosseslər uzun müddət davam edir 

(2-3 həftə) və toxumaları çox dərin zədələyir.  Zədə yüksək gərginlik 

təsiri nəticəsində baş verdikdə  toxumaların “metallaşması” baş verir. 

Elektrik yanıqları travmaların ağır növlərinə aiddir və tez-tez 

zərərçəkənin əlilliyinə gətirib çıxarır. 



Elektrik travmaları zamanı ilk yardım 

Yardım göstərən quru yerdə durmalı,  əlcəklə  işləməlidir. 

Zərərçəkənə kömək aşağıdakı qaydada həyata keçirilir: 

 

Zərərçəkəni elektrik gərginliyi mənbəyindən ayırmaq; (C) 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

33

 



Ürəyin qapalı masajı; 

 

Süni tənəffüs (ağızdan-ağıza, ağızdan buruna), AMBU 



aparatı, intubasiya; 

 

Neyroleptoanalgeziya və ya narkotiklərin vurulması (morfin, 



omnopon, ağrısızlaşdırma 4-6 saatdan bir). 

Müalicə mütləq ixtisaslaşdırılmış klinikalarda kombustioloq 

tərəfindən aparılmalıdır (C). Yaraların sağalma müddəti bir neçə ay 

və daha çox çəkir. Sonrakı dövrdə uzun müddətli reabilitasiya 

tədbirləri aparılmalıdır. 

YANIQLA XƏSTƏLƏRİN QİDALANMASI 

Yanıqla xəstələrin intensiv müalicəsinin vacib elementlərindən 

biri onların qidalanmasıdır. 

Şok, intoksikasiya, infeksiya, neyro-psixi dəyişikliklər, 

ağırlaşdırıcı premorbid fon zərərçəkənin orqanizmində mübadilə 

prosesləri ilə yanaşı  təbii qidalanmanın da pozulmasına gətirib 

çıxarır. 

Bu səbəbdən aşağıdakılar yerinə yetirilməlidir: 

 

İxtisaslaşdırılmış yanıq 



şöbələrində, mərkəzlərində 

orqanizmin suya, elektrolitlərə, karbohidratlara, zülallara, 

azota və s. sutkalıq tələbatını ödəyən parenteral qidalanma 

(PQ) aparılmalıdır. 

 

Qidalandırıcı qarışıqlarla (“Ovolokat”, “Nutrixim”, “İzokal”, 



onlar olmadıqda uşaq qarışıqları) nazoqastroduodenal zond 

vasitəsilə qidalanma (EZQ) aparılır. EZQ sutkada 1-2 dəfə 

damcı üsulu ilə  dəq-də 40-60 damcıdan çox olmamaqla 

aparılır. 



YANIQ TRAVMASI KEÇİRMİŞ PASİYENTLƏRİN 

REABİLİTASİYASI 

Bu dövr termiki travma nəticəsində  zədələnmiş  dəri örtüyünün 

bərpasından sonra başlayır və professional və sosial reabilitasiyanı 

nəzərdə tutur: 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

34

1.



 

Psixo-emosional və nevroloji pozğunluqların aradan qaldırılması 

(psixoloq, nevropatoloqun uzun müdətli müşahidəsi və 

müayinəsi ilə); 

2.

 

Poliorqan pozğunluqların qalıq  əlamətlərinin müayinə  və 



müşahidəsinin davamı (uroloq, qastroenteroloq, terapevtin 

müayinəsi ilə); 

3.

 

Yanıqdan sonrakı dermatozların, qızılyelin, yaraya çevrilmiş 



çapıqların yerli müalicəsi; 

4.

 



Müxtəlif dərəcəli kobud, kelloid çapıqların fizioterapevtik və 

medikamentoz müalicəsi; 

5.

 

İxtisaslaşdırılmış stasionarlarda, mərkəzlərdə rekonstruktiv 



operasiyalar (çapıqların, deformasiya və kontrakturaların ləğvi). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

35

Ədəbiyyat: 

 

1.

 



A.M.Mustafayev, E.S.Pənahova. Uşaqlarda yanıqların 

müalicəsi üçün rəhbərlik (rus dilində) Bakı, 1999. 

2.

 

Management of burns and scalds in primary care. New Zealand 



Guidelines Group (NZGG). Wellington (NZ): Accident 

Compensation Corporation (ACC); 2007 Jun. 116 p./National 

Guideline Clearinghouse www.guideline.gov  

3.

 



Алгоритм реанимации ожоговых больных (Burn 

resuscitation: Practice management guideline, 1999). 

4.

 

European Practice Guideline for Burn Care/Based by the 



Copenhagen EBA meeting, September 2002 by B.F.Alsbjoern 

M.D., D.M.Sc. 

5.

 

Clinical review. ABC of burns. First aid treatment of minor 



burns. www.bmj.com/cgi - BMJ medical publication of the 

year. 


6.

 

Scott M. Berry M.D. The Mont Reid Surgical handbook (a 

Mosby handbook). Sf. Louis Baltimore. Boston. 

7.

 



Б.А. Парамонов, Я.О. Порембский, В.Г. Яблонский. Моногр. 

Ожоги (руководство). Санкт-Петербург, Спец. Лит. 2000 г. 

8.

 

Г.И. Назаренко, Е.И. Полубенцева. Управление качеством 



медицинской помощи - М.Медицина, 2000, 367 стр. 

9.

 



Л.И. Герасимова, Г.И. Назаренко. Термические и 

радиационные ожоги. Москва, «Медицина», 2005. 

10.

 

В.А. Иванцов, Ю.И. Шанин, В.О. Сидельников др. 



Комбинированные ожоговые поражения. Боевые 

повреждения в локальных войнах. Санкт-Петербург, 2004 г. 

11.

 

В.В. Усов, И.В. Рева, Т.Н. Обыденникова. Современные 



аспекты хирургического лечения больных с термическими 

ожогами. Владивосток, «Медицина Д.В.», 2005 г. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • burns oblojka.png
  • BurnsA5MegaPRINT.doc



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə