Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli



Yüklə 1.17 Mb.
Pdf просмотр
səhifə1/2
tarix12.12.2016
ölçüsü1.17 Mb.
  1   2

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

Kollegiyasının 3 fevral 2009-cu il tarixli  

3 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

DÖŞ QƏFƏSİNDƏ AĞRININ  

DİFFERENSİAL DİAQNOSTİKASI ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



1

Bakı - 2009

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

54.1 


D 83 

 

 



 

 

 



 

 

 



 

 

 



D 83    Döş qəfəsində ağrının differensial diaqnostikası üzrə  

klinik protokol – 36 səh. 

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı 

əsasında tərtib və çap edilmişdir. 

 

2

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

F.Qasımova – Ə. Əliyev adına ADHTİ-nin I Daxili xəstəliklər 

kafedrasının dosenti, t.e.n. 

F.Məmmədbəyov – ATU-nun Nevrologiya və tibbi genetika 

kafedrasının dosenti, t.e.n. 

R.Qabulova – ATU-nun Daxili xəstəliklərin propedevtikası 

kafedrasının assistenti, t.e.n. 

Ə.Abdullayev – Mərkəzi Neftçilər Xəstəxanasının 

pulmonologiya şöbəsinin müdiri, t.e.n. 

Ü.Rəhimov – Mərkəzi Klinik Xəstəxananın kardiologiya 

şöbəsi, həkim-kardioloq 

R.Məmmədov – İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 

yüksək texnologiyalı tibbi yardım şöbəsi, həkim 

 

Rəyçi:  

F.Quliyev – Ə.Əliyev adına ADHTİ-nin I Daxili xəstəliklər 

kafedrasının müdiri, t.e.d, professor 

 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

4

İxtisarların siyahısı: 



AATE  

– ağ ciyər arteriyasının tromboemboliyası 



ALA  – 

aortanın laylanan anevrizması 



AT  

– arterial təzyiq 



AH 

– arterial hipertoniya 



DVT  

– dərin venaların trombozu 



EKQ  

– elektrokardioqrafiya 



ExoKQ  

– exokardioqrafiya 



KKS  

– kəskin koronar sindrom 



KT 

– kompüter tomoqrafiya 



KFK MB  – kreatinfosfokinazanın MB fraksiyası 

QSS  

– qeyri-sabit stenokardiya 



RA  

– risk amilləri 



RKT  

– randomizasiya olunmuş klinik tədqiqatlar 



STQMİ   – ST seqment qalxması olan miokard infarktı  

STQOMİ   – ST seqment qalxması olmayan miokard infarktı 

USM  

– ultrasəs müayinəsi 



ÜİX  

– ürəyin işemik xəstəliyi 



ÜD  

– ürək-damar 



 

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya randomizasiya 

olunmuş klinik tədqiqatlardan (RKT) alınmışdır 

Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-eksperimental 

tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, korrelyasion 

tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) alınmışdır 

IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

6

Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan təcili 



yardım həkimləri, terapevtlər, ailə həkimləri üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: döş qəfəsində ağrısı olan böyük yaşlı şəxslər. 

 

Protokolun məqsədləri: 

 



Döş  qəfəsində  ağrı sindromunun mümkün səbəblərinin 

araşdırılması; 

 

Diaqnozun tez müəyyənləşdirilməsinin zəruriliyini həkimlərin 



nəzərinə çatdırmaqla arzuolunmaz nəticələrin qarşısının alınması; 

 



Tibb müəssisəsinə müraciət etmiş    xəstələrə ilkin mərhələdə 

aparılacaq müayinə  və ilk yardım sxeminin, müayinə  və 

təxirəsalınmaz yardım taktikasının təklif olunması.  

 

ÜMUMİ MÜDDƏALAR 

Döş  qəfəsində  ağrı sindromu gündəlik tibbi təcrübədə  ən çox rast 

gəlinən hadisələrdəndir. Bu sindromun (xüsusən ürək nahiyəsində 

ağrının) differensial diaqnostikası müəyyən çətinliklərlə bağlı olsa da, 

xəstələrə vaxtında və adekvat ilk yardımın göstərilməsi, lazımi müayinə 

və müalicə taktikasının seçilməsində mühüm əhəmiyyət kəsb edir.  

Epidemiologiya 

Döş  qəfəsində  ağrı,  əsas  şikayət kimi ambulator müraciətlərin 

demək olar ki, 1-2%-ində təsadüf olunur. Bu sindromun səbəbi əksər 

hallarda kardioloji patologiya ilə bağlı olmasa da, nəzərə alınmalıdır 

ki, ürək-damar xəstəlikləri inkişaf etmiş ölkələrdə ölümün əsas səbə-

bini təşkil edir

5

. Məhz buna görə də döş qəfəsində ağrının ciddi və ya 



qeyri-ciddi səbəbdən meydana çıxmasını araşdırmaq olduqca 

mühümdür, bunun üçün isə diaqnostik və proqnostik sualların 

aydınlaşdırılması zəruridir. 

Döş  qəfəsində  ağrı sindromunun epidemiologiyası ambulator və 

təxirəsalınmaz yardım şəraitindən asılı olaraq fərqlidir.  

Təxirəsalınmaz yardım şöbələrinə döş qəfəsində ağrı ilə müraciət 

etmiş  xəstələrin 50%-ində miokard infarktı (Mİ), qeyri-sabit 

stenokardiya, ağ ciyər arteriyasının tromboemboliyası (AATE) və 

ürək çatışmazlığı kimi kardioloji vəziyyətlər aşkar edilir. Lakin 

ambulator  şəraitdə bu şikayətlə müraciət etmiş  xəstələrdə  əksər 

hallarda  əzələ-sümük patologiyaları, mədə-bağırsaq xəstəlikləri, 

gərginlik stenokardiyası, panik pozulmalar və ya digər psixiatrik 

vəziyyətlər, ağ ciyər xəstəlikləri aşkar edilir

5



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

7

Təsnifat 

Döş qəfəsində ağrı aşağıdakı patologiyalar zamanı meydana çıxa 

bilər


4



A. İntratorakal patologiyalar 



1.  Ürək mənşəli 

 

Ürəyin işemik xəstəliyi (anginoz tutma) 



 

Ürəyin qapaq xəstəlikləri 

 

Miokardın xəstəlikləri (hipertrofik kardiomiopatiya, sağ 



mədəciyin təzyiqlə yüklənməsi) 

 

Perikardit 



 

Miokardit 



2.  Damar mənşəli 

 

Aortanın laylanması, aorta anevrizması, aorta koarktasiyası 



 

Ağciyər hipertenziyası və ağciyər tromboemboliyası 



3.  Ağciyər-bronx mənşəli 

 

Traxeobronxit 



 

Pnevmoniya 

 

Plevrit 


 

Pnevmotoraks 

 

Şiş xəstəlikləri 



4.  Divararalığı xəstəlikləri 

 

Mediastenit, mediastenal emfizema 



 

Ezofageal spazm 

 

Reflüks ezofagit 



 

Diafraqmanın qida borusu dəliyinin yırtığı 



B. Ekstratorakal patologiyalar 

 

Döş qəfəsi divarının patologiyaları  



 

Onurğa sütunu patologiyaları  

 

Herpes Zoster 



 

Döş qəfəsi divarı törəmələri 

 

Süd vəzisi xəstəlikləri  



C. Subdiafraqmal orqanların patologiyaları 

 

Mədə xorası 



 

Xolesistit 

 

Pankreatit 



D. Funksional və ya psixogen  səbəblər 

 

Panik pozulmalar, depressiya, hiperventilyasiya 



 

Mitral qapaq prolapsı sindromu 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

8

DİAQNOSTİKA 



 Anamnez  

Ağrının başlanğıcı  və inkişafı haqqında təfsilatlı  məlumatın 

toplanması mühüm əhəmiyyət kəsb edir. Bu zaman ağrının 

lokalizasiyası, xarakteri, davametmə müddəti, irradiasiyası, ağrını 

meydana çıxaran, ağırlaşdıran və yüngülləşdirən amillərə, onu 

müşayiət edən  əlamətlərə (bayılma – Mİ, AATE, aortanın laylanan 

anevrizması); tənəffüs aktı ilə  əlaqəsi (nəfəsalma zamanı  ağrının 

artması – plevrit, perikardit, pnevmotoraks, əzələ, sümük-oynaq 

xəstəlikləri), təngnəfəslik, öskürək, boğulma, qanhayxırma (ürək, ağ 

ciyər patologiyası), ürəkbulanma, qusma, disfagiya, requrgitasiya 

(mədə-bağırsaq patologiyası), həyəcan, tərləmə, hiperventilyasiya, 

zəiflik (psixi patologiya) və s.) xüsusi diqqət verilməlidir.   

Xəstənin vəziyyətinin proqnostik cəhətdən qiymətləndirilməsində 

ağrıların işemik və qeyri-işemik xarakterinin müəyyənləşdirməsinin 

mühüm əhəmiyyəti vardır. 

Keçirilmiş  və hazırda mövcud olan  xəstəliklər (arterial 

hipertenziya (AH), Marfan sindromu, anemiya, sistem qırmızı qurd 

eşənəyi və s.) haqda məlumat toplanılmalıdır.  

Residivləşən və ya davamlı  ağrı sindromu zamanı 

provokasiyaedici amillər (məs. bədənin düzgün olmayan vəziyyəti ilə 

əlaqədar olması  və s.) aşkar edilməlidir. Ağrının  əmələ  gəlməsinin 

şəraitini aydınlaşdırmaq lazımdır.  Bu, travmalar,  üzün müddətli 

antifizioloji vəziyyət, xüsusən xəstənin professional fəaliyyəti ilə 

əlaqədar meydana çıxan vəziyyətlər (ağırlıq qaldırması, uzun müddət 

avtomobil idarə etmə  və s.), o cümlədən uzun müddətli, adət 

edilməmiş fiziki gərginlik, ağır yükün daşınması, kəskin hərəkətlər, 

ümumi və yerli soyuqlama ola bilər. Trigger nöqtələrinin blokadaları, 

qeyri-steroid iltihab əleyhinə maddələrin qəbulunun effekti nəzərə 

alınmalıdır. 

Ağrının  əmələ  gəlməsində psixi amillərin (keçirilmiş emosional 

stresslər, panika, həyəcan, qorxu hissi, apatiya) rolu nəzərə 

alınmalıdır. Yaş  və cins kimi amillərin nəzərə alınması mühüm 

əhəmiyyət kəsb edir (kürək nahiyəsində  ağrıların qadınlarda 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

9

osteoporoz mənşəli, kişilərdə onkoloji xəstəliklər nəticəsində 



meydana gəlməsi mümkündür). 

 

Fizikal müayinələr: 

 

Xəstənin emosional vəziyyəti nəzərə alınmalıdır. 



 

Vizual müayinə zamanı döş qəfəsi, onurğa sütunu və süd vəziləri 



nəzərdən keçirilir; aterosklerozun xarici əlamətlərinin olub-

olmaması (ksantomalar, ksantelazmalar, buynuz qişada senil 

həlqə, arteriyaların sərtləşməsi və qalınlaşması), herpetik 

səpgilərin olması    və s., aşağı  ətraflarda venaların varikoz 

genəlmələrinin olub-olmaması müəyyənləşdirilir. 

 



Nəbz bud və mil arteriyalarında, arterial təzyiq (AT) aşağı  və 

yuxarı ətraflarda təyin olunur. 

 

Bədən hərarəti ölçülür. 



 

Döş  qəfəsinin palpasiyası (ağrılı (trigger) nöqtələrin, qabırğa 



sınıqlarının, onurğa xəstəliklərinin təyini) və perkussiyası aparılır. 

 



Ürəyin və döş  qəfəsinin auskultasiyası (ürək tonlarının dəyişməsi, 

əlavə ürək tonları, küylərin – əlavə  tənəffüs küylərinin, məs. 

plevranın sürtünmə küyünün – aşkar olunması) aparılır. 

 



Döş  qəfəsinin, yuxarı  ətrafların palpasiyası:  əzələlərdə  zəiflik, 

atrofiyalar, gərginlik, hissiyyatın pozulması, lokal ağrılılığın 

olması qiymətləndirilir.  

 

Laborator-instrumental müayinələr: 

 

İnstrumental müayinə üsulları (elektrokardioqrafiya, döş  qəfəsi 



və mədə-bağırsaq sisteminin rentgenoqrafiyası, exokardioqrafiya, 

qastroezofaqoskopiya, kompüter tomoqrafiya və s.), laborator 

müayinə üsulları (qanın ümumi analizi, troponinlər, 

kreatinfosfokinazanın MB fraksiyası, d-Dimer (AATE 

diaqnostikasında istifadə olunur), qanın qaz tərkibinin təyini, 

spirografiya və s.) diaqnozun dəqiqləşdirilməsində mühüm, 

bəzən isə həlledici rol oynayır. 

 



Anamnez və fizikal müayinələrin nəticələrinə  əsasən döş 

qəfəsində ağrının həyat üçün təhlükəli səbəbi aşkar olunmadıqda 

belə,  əksər yaşlı  şəxslərə  ən azı EKQ və döş  qəfəsinin 

rentgenoqrafiyası müayinələri aparılmalıdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 10

MÜXTƏLİF PATOLOGİYALARDA MEYDANA ÇIXAN 

AĞRI SİNDROMUNUN XÜSUSİYYƏTLƏRİ 

Ürək-damar xəstəlikləri 

Gərginlik stenokardiyası 

 

Tipik anginoz tutmanın 4 əsas xüsusiyyəti mövcuddur: 



1. Lokalizasiya və irradiasiyası: 

 

Anginoz tutma tipik olaraq döş sümüyü arxasında meydana 



çıxır (nəzərə alınmalıdır ki, həmin nahiyədə ağrının olmaması 

işemiyanı inkar etmir) 

 

Hər iki qola (ən çox sol qola), boyuna və alt çənəyə,  bəzən də 



kürəyə yayıla bilər  

 

Bəzən ağrılar irradiasiya nahiyəsində meydana çıxa bilər 



 

Tipik anginoz tutma lokal bir təzyiq şəklində və ya geniş bir 

sahədə də təzahür edə bilər. 

2. Fiziki gərginliklə əlaqəsi:  

 

Xəstələrin  əksəriyyətində  ağrılar fiziki gərginliklə başlayır, 



istirahətlə  və nitroqliserin qəbulu ilə keçir. Adətən, eyni 

gərginlik zamanı meydana çıxır, lakin soyuq havada və 

yeməkdən sonra daha az fiziki gərginliklə yarana bilər 

 

Emosional gərginlik anginoz tutmanı  ən çox provokasiya 



edən faktordur. 

3. Xarakteri:  

 

Anginoz ağrı, adətən kəskin ağrı olmayıb, sıxılma, təzyiq, 



yanma, göynəmə, ağırlıq, boğazda sıxılma hissi kimi təsvir 

olunur 


 

Bütün ürək mənşəli ağrılar kimi səthi deyil. 

4. Müddəti:  

 

Fiziki gərginlikdən meydana gələn ağrı 1-3 dəqiqə, bəzən 10 



dəqiqəyə qədər davam edə bilər (onun 20-30 dəqiqədən artıq 

davam etməsi kəskin koronar sindrom diaqnozunun 

qoyulmasına əsas verir) 

 

Emosional gərginlikdən sonra ağrılar daha uzun müddət 



davam edə bilər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 11

Ağrının – 1) döş sümüyünün arxasında olması; 2) gərginliklə 

əlaqəsi; 3) sakitlik və ya nitroqliserinlə keçməsi, onun tipik anginal 

(hər 3 xüsusiyyəti varsa), atipik (yalnız 2 xüsusiyyəti varsa) anginal 

və ya qeyri-anginal (yalnız 1 xüsusiyyət varsa) olmasını 

müəyyənləşdirməyə yardım edir



5

.  


Döş  qəfəsində anginal ağrılar bütün yaş qruplarında ÜİX üçün 

yuxarı risk təşkil edir. Atipik ağrılar 50 yaşdan yuxarı qadınlar və bütün 

kişilərdə ÜİX üçün orta risk təşkil edir. Qeyri-anginal ağrılar 60 yaşdan 

yuxarı qadınlar və 40 yaşdan yuxarı kişilərdə  ÜİX üçün orta dərəcəli 

risk təşkil edir.  

Aşağı risk səviyyəsi olan xəstələrin ailələrində  və anamnezlərində 

ÜİX ehtimalını artıran digər risk amilləri yoxdursa, sonrakı  sınaqların 

aparılmasına ehtiyac yoxdur. Orta risk səviyyəsi olan xəstələrdə 

elektrokardioqrafik dəyişikliklər stress EKQ vasitəsilə aşkar oluna bilər 

(əgər xəstə fiziki sınağı  həyata keçirə bilirsə, sol Hiss dəstəsinin 

blokadası  və sakitlik EKQ-də  nəzərəçarpacaq ST depressiyası 

yoxdursa). Sakitlik EKQ-də  dəyişiklik olan xəstələrdə perfuzion 

ssintiqrafiya stress EKQ ilə bərabər aparılır, əgər xəstə fiziki yük sınağı 

aparmaq iqtidarında deyilsə, farmakoloji sınaqlar vasitəsilə 

qiymətləndirilir. ÜİX-nin risk səviyyəsi yüksək olan, başqa testləri 

qeyri-informativ olmuş  və revaskulyarizasiyanın nəticələri faydalı ola 

biləcək xəstələr birbaşa angioqrafiyaya göndərilməlidir.  

 

Kəskin koronar sindrom 

Qeyri-sabit stenokardiya (QSS), ST seqment qalxması olan 

miokard infarktı (STQMİ), ST seqment qalxması olmayan miokard 

infarktı (STQOMİ) zamanı ağrının aşağıdakı xüsusiyyətləri vardır: 

 



Tipik halda Status anginosus müşahidə olunur – anginoz ağrı 

nisbətən daha intensiv, uzunmüddətlidir. 

 

Fiziki gərginliklə əlaqədar olmaya bilər.  



 

Mİ diaqnozu ehtimalını artıran əlamətlər



5

:  


-

 

anginoz ağrının hər iki qola irradiasiya etməsi,  



-

 

təzyiqedici xarakterli olması, 



-

 

hipotenziya,  



-

 

profuz tərləmə,  



-

 

auskultasiyada S



3

 çapma ritmi.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 12

 



Anginoz ağrı  həmçinin halsızlıq, təngnəfəslik və ölüm qorxusu 

ilə müşayiət oluna bilər. 

 

Ürək-damar (ÜD) risk amillərinin (kişi cinsi, 60 yaşdan yuxarı 



yaş, diabet, hiperlipidemiya) mövcudluğu, anamnezdə  ÜİX və 

ürək çatışmazlığının olması, hətta qeyri-işemik xarakterli ağrısı 

olan xəstələrin nəzarətdə saxlanılmasına əsas verir (belə ki, belə 

xəstələrin 3%-ə qədərində ağrının meydana çıxmasından 30 gün 

ərzində Mİ və ya ölüm baş verir). 

Nəzərə alınmalıdır ki, bəzi hallarda xəstəlik atipik klinika ilə 

təzahür edir: 

-

 



döş qəfəsində ağrı plevral tipli olur,  

-

 



lokalizasiyası bəzən epiqastral nahiyədə olur (status gastralgicus

-

 



ürəkbulanma, qusma ilə müşayiət olunur,  

-

 



 təngnəfəslik və boğulma  (status asthmaticus), 

-

 



ağır ritm pozulmaları, bayılmalar meydana çıxır. 

Atipik  şikayətlər daha cavan (25-40 yaş), daha yaşlı (>75 yaş) 

xəstələrdə, qadınlarda,  şəkərli diabet, xronik böyrək çatışmazlığı  və 

demensiyalı xəstələrdə müşahidə olunur.  



Laborator-instrumental müayinələr: 

 



EKQ ilk tibbi təmasda 10 dəqiqə ərzində  çəkilməlidir  

-

 



ST seqmentinin qalxması  və  ya  Hiss  dəstəsi sol ayaqcığının 

yeni əmələ gəlmiş blokadası STQMİ diaqnozunu təsdiq edir 

-

 

anginoz tutma fonunda ST seqmentinin horizontal depressiyası 



STQOMİ diaqnozunu təsdiqləyir  

-

 



Q dişciyi, yeni meydana çıxmış T-dişciyinin dərin simmetrik 

inversiyası Mİ ehtimalını həmçinin artırır 

-

 

Sağ  mədəcik Mİ-yə  şübhə olduqda (aşağı divarın Mİ olan 



xəstələrdə hipotenziya, ağciyərlər üzərində patoloji tənəffüsün 

olmaması  və vidaci venada təzyiqin artması) EKQ sağ döş 

aparmalarında çəkilir 

-

 



Normal və ya şübhəli EKQ olduğu hallarda, EKQ qeydləri 

təkrar alınmalıdır və əvvəlkilərlə müqayisə edilməlidir.  

-

 

ExoKQ ilə sağ mədəcik infarktı diaqnozu təsdiqlənə bilər. 



Qeyd etmək lazımdır ki, normal EKQ KKS olmadığını istisna etmir. 

Bir sıra tədqiqatlarda təcili yardım şöbəsində normal EKQ ilə evə yazılan 

xəstələrin 5%-də son nəticədə kəskin Mİ və ya QSS aşkar olunmuşdur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 13

 



Miokardial zədələnmənin ən geniş yayılmış markerləri KFK MB 

izoenzimi, troponin T və İ -dir.  

KFK MB səviyyəsi təcili tibbi yardım üçün müraciətin 9 saatı 

ərzində 6,0 ng/ml (6,0 mkg/l) olarsa, sonrakı 30 gün ərzində Mİ və 

ölüm ehtimalının mötədil artmasına səbəb olur. Müraciətdən ən azı 8 

saat sonra troponin T (2 ng/ml), 6 saat sonra troponin İ (1 ng/ml)  

səviyyələrinin artması  Mİ  və  kəskin koronar sindrom diaqnozunu 

təsdiq edir və 30 gün ərzində  Mİ residivi və ölüm ehtimalını artırır 





Поделитесь с Вашими друзьями:
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə