Microsoft Word Ictimai sehiyyede monitorinq ve qiymetlendirme


Monitorinq sisteminin layihələndirilməsi və qurulması



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#3300
1   2   3   4   5   6   7   8   9   ...   28
Monitorinq sisteminin layihələndirilməsi və qurulması

 

Monitorinq sisteminin layihələndirilməsi və qurulması  üçün       

11 əsas addım zəruridir.  

Addım 1. Monitorinq sisteminin iştirakçılarının 

müəyyənləşdirilməsi 

Monitorinq sisteminin iştirakçıları məlumatların yığılması, emalı 

və  təhlilini həyata keçirməyə qadir olan və ya tibb xidmətlərinin 

monitorinqində maraqlı olan təşkilatlar və fərdlər ola bilərlər. Bütün 

potensial iştirakçıları 

müəyyənləşdirmək üçün səhiyyə 

göstəricilərində  və ya tibb xidmətlərinin səmərəliliyində kimlərin 

maraqlı olduqlarını  nəzərdən keçirmək lazımdır. Bu, iştirakçıların 

siyahısını müəyyənləşdirməyə kömək edəcək. Həmin siyahıya 

səhiyyə sisteminin həkim və orta tibb işçiləri, rəhbər və idarəetmə 

işçiləri, eləcə  də  səhiyyə problemlərinin həll olunmasında maraqlı 

olan ictimai və qeyri-hökumət təşkilatları aiddir. 

Səhiyyə sektoruna daxil olmayan, monitorinqin göstəricilərində 

və  səhiyyə xidmətlərinin səmərəliliyində maraqlı olan digər 

təşkilatlar da iştirakçı ola bilərlər. Bunlar sığorta  şirkətləri, təhsil, 

hüquq və sosial xidmətlərlə  məşğul olan qurumlar ola bilərlər. 

Onların bəziləri, məsələn, sığorta 

şirkətləri sistemin 

maliyyələşdirilməsində iştirak edə bilərlər. 

Eləcə  də  səhiyyə sistemi ilə bilavasitə  əlaqəli olmayan, amma 

ictimaiyyətin, siyasi qurumların və digər nüfuzlu qrupların geniş 

dəstəyinin alınmasına yardım edə bilən yerli və ictimai liderləri 

nəzərə almaq lazımdır.  


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin