Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 may 2015-ci il tarixli


ОKР-nin müalicəsinin digər metodları



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix25.01.2017
ölçüsü0,91 Mb.
#6383
1   2   3   4

ОKР-nin müalicəsinin digər metodları 

Transkranial maqnit stimulyasiyası (TMS)

1,11


 

TMS – kortikal neyronların stimulyasiyası üçün istifadə olunan 

intensiv maqnit sahəsinin generasiyası texnikasıdır. Hal-hazırda 

beyin qabığının sol və sağ lateral prefrontal sahəsinin stimulyasi-

yasından istifadə edilir. Baxmayaraq ki, TMS əks-göstərişləri 

olmayan qeyri-invaziv və ucuz müalicə metodudur, OKP zamanı 

TMS-nin istifadəsinə dair aydın tövsiyələr mövcud deyildir (D)

1



Elektrocəngolma terapiya (EСT)

11

 

Ədəbiyyatlarda müalicəyə rezistent OKP-li xəstələr  üçün       

ECT-nin uğurlu istifadəsi haqqında məlumatlar var. Eyni zamanda 

xəstə sayının kifayət qədər olmaması OKP zamanı ECT-nin 

istifadəsində statdartlaşdırılmış metodun olmaması, həm də 

müalicədən sonra xəstələrin müşahidə müddətinin kifayət qədər 

olmaması bu metodun effektliyini mübahisə etməyə imkan vermir. 



Psixoterapiya 

OKP zamanı psixoterapiyanın yeganə sübut olunmuş effektiv 

metodu KDT-dir (A)

7,14


. KDT-li ekspozisiyaya əsaslanmış texnika və 

koqnitiv texnika (B)

14

 aiddir. Ekspozisiyaya əsaslanmış texnika 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



21 

sistematik desensebilizasiyanı, emosional gərginliyin, pasiyenti 

qorxudan obyekt və ya vəziyyətlərə qarşı yaranan təşviş  və 

qorxuların azaldılması üçün olan metodikanı təqdim edir. Bu texnika 

real  şəraitdə  və ya təsəvvürlərdə istifadə olunur. Real şəraitdə 

ekspozisiyanın aparılması zamanı pasiyentə obsessiya ilə  əlaqəli 

hansısa bir hərəkəti etməsi təklif edilir (məsələn, qapının qulpuna 

toxunmaq), təsəvvür ekspozisiyası zamanı isə pasiyentə obsessiya ilə 

əlaqədar vəziyyəti təsəvvür etmək təklif edilir (məsələn, yaxın 

adamda infeksion xəstəliyi). Çox vaxt ekspozisiya ritualları 

edilməsinin qarşısını almaqla birgə istifadə edilir. 

Koqnitiv texnikalar səhf fikirlər, obsessiya və kompulsiya ilə 

əlaqədar irrasional (məntiqlə uyğun olmayan) baxışların aradan 

qaldırılmasına yönəldilir. Belə irrasional baxışlara aiddir: 

 

hədə, risk və ya zərərin gücləndirilməsi 



 

fikirlərə normadan artıq əhəmiyyət verilməsi 



 

daimi yoxlamanın vacibliyi 



 

qeyri-müəyyənlik qorxusu 



 

perfeksionizm 



 

həddindən artıq məsuliyyət, günah və eyib hissi 



 

həddindən artıq mənəvi tələbat 



Başlanğıc mərhələdə pasiyentlərə ehtimal olunan hadisələri və 

onların nəticələrinin ciddiliyini müəyyən etmək öyrədilir. Sonra 

onlar sarışan fikirləri neytrallaşdıran və kompulsiv davranışa qarşı 

müqavimət göstərməyə imkan yaradan yeni koqnitiv yanaşmaları 

inkişaf etdirirlər. 

PASİYENT ÜÇÜN MƏLUMAT

13

 



Obsessiv-kompulsiv pozuntu (OKP) – sarışan fikirlərin 

(obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox isə 

onların hər ikisinin mövcudluğu ilə xarakterizə olunan,  kəskin stress 

pozuntusuna və dezadaptasiyaya gətirib çıxardan psixi pozuntudur. 



Obsessiya (sarışan fikirlər) nədir? Obsessiya beyninizdə 

davamlı canlanan xoşagəlməz fikirlər, təsəvvürlər və ya istəklərdir. 

Obsessiyalar sizin gündəlik problemləriniz haqqında narahatlıqlarınız 

deyil. Əsas obsessiyalar bunlardır: 

 

Bakteriya və virusa (məsələn, İİV) yoluxma qorxusu; 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



22 

 



Qapıların bağlı olmasından, ocağın yanmasından, kiməsə xəsarət 

törətməsindən narahat olmaq; 

 

Söyüş, küfr, cinsi əlaqə, zərərçəkmiş şəxs barədə usandırıcı fikir 



və ya təsəvvürlər

 



Səhv və ya yanlış hərəkət etmək qorxusu; 

 



Gördüyün işlərdə həddindən artıq vasvası olmaq; 

 



Özünü başqalarının atdığı şeyləri toplamağa məcbur hiss etmək. 

Bunlar verilmiş nümunələrdir. Obsessiyalara bu cür hallar aiddir. 

Obsessiv fikirlər sizi həddindən artıq narahat edə  və sizi bezdirə 

bilər. Siz normal şəkildə obsessiv fikirlərdən yaxa qurtarmağa 

çalışmalısınız, məsələn, bu fikirləri neytrallaşdırmaq üçün başqa 

şeylər fikirləşə bilərsiniz. 



Kompulsiya nədir?  Kompulsiyalar sizi təkrar-təkrar etməyə 

məcbur edən fikir və ya davranışlardır. Adətən, kompulsiv davranış 

obsessiyaya cavab kimi ortaya çıxır. Kompulsiya obsessiya 

tərəfindən yaranan kədər və ya narahatçılığı aradan qaldırmağın bir 

yoludur. 

Məsələn, bakteriyalara yoluxmaq kimi obsessiv qorxuya cavab 

olaraq hər bir neçə dəqiqədən əllərinizi yuyursunuz. Buna başqa bir 

nümunə: qapının açıq qalmasından narahat olaraq siz davamlı olaraq 

bağladığınız qapını yoxlayırsınız. Digər kompulsiyalara təkrar-təkrar 

təmizləmək, saymaq, toxunmaq, sözləri sakitcə  pıçıldamaq və s. 

daxildir. 

Obsessiv-kompulsiv pozuntular həyatınıza necə  təsir edir? 

OKP insanlara müxtəlif yollarla təsir edir. Məsələn, bəzi insanlar 

kompulsiyalara saatlarla vaxt sərf edir və buna görə  də normal 

fəaliyyətlə  məşğul ola bilmirlər. Bəziləri isə kompulsiyaları gizli 

şəkildə icra edirlər (rituallar kimi). Digər insanlar isə normal 

fəaliyyətlə  məşğul olurlar, lakin təkrarlanan obsessiv fikirlərdən 

əziyyət çəkirlər. OKP işinizə (uşaqlarda məktəblə bağlı 

fəaliyyətlərə), münasibətlərə, sosial həyata və  həyat keyfiyyətinizə 

təsir edir. 

OKP-dən  əziyyət çəkən bir çox insan bu barədə  həkimə  və ya 

ətrafındakı insanlara heç nə  demir.  Onlara  elə  gəlir ki, başqaları 

onların dəli olduğunu düşünə bilər. OKP-dən  əziyyət çəkənlərin bir 

qismi, xüsusilə başqalarına zərər vermək və ya cinsi əlaqəyə girmək 

fikirlərinə sahibdirlərsə, öz simptomlarından utanır. Nəticədə, bu 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



23 

insanlar depressiyaya düşürlər.  Əgər OKP-dən  əziyyət çəkirsinizsə, 

bilin ki, siz dəli və ya axmaq deyilsiniz. Bu, sizdən asılı deyil və 

adətən, müalicə olunandır.  Əgər depressiyaya düşəcəyinizdən 

narahatsınızsa (məsələn,  əhvalınız çox aşağıdır və ya əvvəllər həzz 

aldığınız işlərdən artıq zövq ala bilmirsinizsə), o zaman həkimə 

müraciət edin. 

Obsessiv-kompulsiv pozuntuya nə  səbəb olur? OKP-nin 

inkişaf etmə  şansı bu simptomlara yoluxmuş  şəxslərin birinci 

dərəcəli qohumlarında (ana, ata, bacı, qardaş, övlad) daha çox 

müşahidə oluna bilər. Belə ki, burada bəzi genetik elementlər ola 

bilər. Lakin indiyə qədər OKP ilə bağlı heç bir gen tapılmayıb. 

Obsessiv-kompulsiv pozuntuya kimlərdə rast gəlinir?  OKP 

istənilən yaşda yaşana bilər,  əsasən, 19-30 yaşlararası, həmçinin 

uşaqlarda da inkişaf edə bilər. OKP-yə qadınlarda kişilərə nisbətən 

daha çox rast gəlinir. 



Obsessiv-kompulsiv pozuntuya necə  diaqnoz  qoyulur?         

OKP-yə diaqnoz qoyulması üçün daha təfsilatlı qiymətləndirməyə 

ehtiyac duyulur. Bu, həkiminiz tərəfindən yerinə yetirilə bilər. 

Qiymətləndirmədə sahib olduğunuz obsessiv fikirlər və 

kompulsiyalar, onların sizə və gündəlik həyatınıza necə təsir etməsi 

dəyərləndirilir. Əgər OKP-dən əziyyət çəkdiyinizə şübhə edirsinizsə, 

həkimə müraciət edərək  şikayətlərinizi bildirin. Diaqnostika 

aşağıdakı suallardan başlana bilər:  

 

Olur ki, Siz tez-tez və çox yuyunasınız?  



 

Olur ki, Siz dəfələrlə nəyi isə yoxlayasınız? 



 

Olur ki, Siz əşyaları müəyyən qaydada yığmağa meyil edəsiniz? 



 

Olur ki, Sizi incidən hansısa bir fikirdən azad olmaq istəyirsiniz, 



lakin bacarmısınız?  

 



Olur ki, Siz necə görünməyiniz barədə daim narahatlıq keçirir və 

çalışırsınız ki, bu barədə düşünməyəsiniz? 

 

Olur ki, ev işləri çox vaxtınızı alsın, hansı ki, bitirməkdə çətinlik 



çəkirsiniz? 

 



Bu problemlər Sizin həyatınıza, məsələn, cəmiyyətdə işləməyə

ev işlərini görməyə, yaxınlarınız ilə münasibətə mane olur? 

Əgər uşaqlarda OKP müşahidə edilərsə, onlar OKP-li uşaqların 

müalicəsində təcrübəli həkim tərəfindən müalicə almalıdırlar. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



24 

Оbsessiv-kompulsiv pozuntuları olan pasiyentlərin 

müayinəsi 

 



OKP zamanı psixoterapiyanın yeganə sübut olunmuş effektiv 

metodu KDT-dir 

 

OKP zamanı ilkin seçilən dərman vasitələrinə serotoninin 



intraneyronal udulmasının seçici inhibitorları (SİUSİ) aiddir 

 



Psixoterapiya və  dərman vasitəsi ilə müalicənin bir yerdə  təyin 

edilməsi hər bir müalicə metodunun ayrılıqda aparılmasından 

daha effektivdir 

Obsessiv-kompulsiv pozuntunun müalicəsində istifadə edilən 

dərman vasitələri 

OKP zamanı ilkin seçilən dərman vasitələrinə “yeni nəsil” 

antidepresantlar aiddir. OKP zamanı ilkin seçilən dərman vasitələrinə 

serotoninin intraneyronal udulmasının seçici inhibitorları (SİUSİ) 

aiddir: fluoksetin, fluvoksamin, paroksetin, sertralin və essitalopram.  

Qeyd: 

 



SİUSİ  antidepresantları birbaşa təsir etmir və  təsirini göstərənə 

qədər 4-6 həftə  çəkir. Tam təsir etməsi üçün 12 həftə  qəbul 

edilməlidir.  Əsas problem odur ki, bəzi insanlar dərman 

vasitəsinin qəbulunu dayandırdıqdan bir həftə sonra heç bir 

müsbət irəliləyiş hiss etmirlər. Təsirini görmək üçün bir müddət 

zaman lazımdır. 

 

SİUSİ antidepresantları trankvilizator deyil və adətən, asılılıq 



yaratmır. 

 



OKP-ni müalicə etmək üçün təyin edilmiş SUİSİ-nin dozası 

depressiyanı müalicə etmək üçün lazım olan dozadan artıq olur. 

 

Əgər müsbət təsirini görürsünüzsə, OKP-ni müalicə etmək üçün 



azı bir il SİUSİ antidepressantlarını qəbul etməlisiniz. 

Obsessiv-kompulsiv pozuntu üçün proqnozlar necədir? Əgər 

OKP müalicə edilmirsə, bəzi insanlarda obsessiv fikirlər və 

kompulsiyalar inkişaf etmir və ya daha da azalır. Lakin müalicə 

almaqla, bir çox insanlarda simptomlar nəzarət altına alına və 

tamamilə sağala bilər.  

Əgər OKP-dən  əziyyət çəkirsinizsə, müalicə  uğurla tamamlansa 

və tamamilə sağalsanız da, simptomların yenidən qayıtmaq riski var. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



25 

Əlavə 1 

Yel-Braun obsessiv-kompulsiv simptomların cədvəli (Y-BOCS)

17

 

Yel-Braun cədvəli xəstədə olan obsessiv və kompulsiv 

simptomların ağırlıq dərəcəsini ölçmək üçün klinik vəsaitdir. Cədvəl 

obsessiv və kompulsiv simptomların ifadə formasından asılı 

olmayaraq onların ifadə  dərəcəsini təyin edir. Y-BOCS cədvəli 

obsessiv-kompulsiv pozuntuların (sarışan halların) ağırlıq dərəcəsini 

təyin etməklə müalicə zamanı pozuntunun klinik dinamikasını 

müşahidə etmək imkanı verir. Geniş yayılmış  və  əsaslı validizasiya 

olunmuş (effektivliyi təsdiq olunmuş) klinik vəsaitdir.  



Klinisistlər üçün təlimat:  Y-BOCS cədvəlinin 10 bəndi klinik 

müsahibə keçirilərək doldurulur və ümumi ball hesablanır. Hər bir 

bəndə aid olan simptomlar 5 ballı  cədvəl  əsasında qiymətləndirilir:  

0-dan 4-dək. Simptomları qiymətləndirərək onların son həftə ərzində 

orta ifadəsi əks olunur.  

Y-BOCS cədvəlinin istifadəsində  əsas məqsəd xəstəyə  təyin 

olunan müalicənin təsirinin dinamikasının qiymətləndirilməsidir. 

Cədvəli silsilə  şəklində istifadə etməklə klinisist medikamentoz 

müalicənin və ya psixoterapiyanın nəticələrini sənədləşdirə bilər. 

Fərdi xəstələrin müalicəsində istifadə edilməklə yanaşı bu 

cədvəldən, həmçinin çoxlu pasiyentləri  əhatə edən tədqiqatlarda da 

istifadə oluna bilər.  



Obsessiyalar aşağıdakı əlamətlərlə səciyyələnir: 

 



İnsanda təkrarlanan və inadlı fikirlər, impulslar və ya təsəvvürlər 

mövcuddur; onlar narahatlıq zamanının hər-hansı bir anından 

duyulmağa başlayır; təngəgətirici və yersiz olaraq əhəmiyyətli 

dərəcədə ifadə olunmuş təşviş və ya distress yaradır 

 

Bu fikirlər, impulslar və ya təsəvvürlərin real həyat problemlərinə 



dair yaratdığı narahatlıqlar ifrat dərəcədə ifadə olunur. 

 



İnsan bu fikirlərə, impulslara və ya təsəvvürlərə diqqət göstərmək 

və ya onları boğmaq, yaxud başqa bir fikir və ya hərəkətlə 

neytrallaşdırmağa çalışır 

 



İnsanın anlamı var ki, bu sarışan fikirlər, impulslar və ya 

təsəvvürlər onun zehni fəaliyyətinin nəticəsidir (onlar fikir 

yerləşdirmə kimi kənardan yeridilməyib)  

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



26 

Kompulsiyalar aşağıdakı əlamətlərlə səciyyələnir: 

 



İnsanda təkrarlanan hərəkətlər (məsələn,  əlyumalar, yoxlamalar) 

və ya zehni fəaliyyətlər (məsələn, dua etmələr, saymalar, öz-

özünə sözlərin təkrarlanması) mövcuddur; insan onları 

obsessiyalara cavab olaraq edir və ya öz-özünə  sərt qayda kimi 

tətbiq edir 

 



Bu hərəkətlər və ya zehni fəaliyyətlər hər hansı xoşagəlməz halın 

və ya vəziyyətin qarşısını almaq üçün edilir; bununla belə, bu 

hərəkətlər və ya zehni fəaliyyətlər ya xoşagəlməz halların real 

qaydada qarşısını almaq və ya neytrallaşdırmaq iqtidarında deyil, 

ya da ki, onlar ifrat dərəcədə ifadə olunub 

Obsessiyaların reytinq cədvəli üzrə balların qiymətləndirilməsi 

1.  Gün ərzində obsessiyaları əhatə edən vaxt 

0 – gün ərzində obsessiyalar duyulmur  

1 – gündə 1 saata qədər obsessiyalar hiss edilir  

2 – gündə 1-3 saat obsessiyalar keçirilir  

3 – gündə 3-8 saat obsessiyalar keçirilir 

4 – gündə 8 saatdan artıq obsessiyalar keçirilir 



2.  Obsessiyalar nəticəsində gündəlik fəaliyyətin pozulması  

0 – yoxdur  

1 – obsessiyaların gündəlik fəaliyyətə yüngül dərəcədə təsiri var 

2 – obsessiyaların gündəlik fəaliyyətə əhəmiyyətli dərəcədə təsiri 

var, lakin adi gündəlik fəaliyyəti davam etdirmək mümkündür 

3 – obsessiyalar nəticəsində gündəlik fəaliyyət əhəmiyyətli 

dərəcədə pozulub  

4 – obsessiyalar nəticəsində gündəlik fəaliyyət tamamilə pozulub   



3.  Obsessiyalar nəticəsində distress 

0 – yoxdur 

1 – distress yüngül dərəcədə ifadə olunub 

2 – distress orta dərəcədə ifadə olunub, lakin xəstə onu qənaətbəxş 

keçirə bilir 

3 – distress ağır dərəcədə ifadə olunub 

4 – xəstə kəskin ağır dərəcədə ifadə olunan distressdən demək 

olar ki, bütün gün ərzində əziyyət çəkir 

 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



27 

4.  Obsessiyalara qarşı müqavimət göstərmək qabiliyyəti 

0 – bütün hallarda obsessiyalara müqavimət kifayət qədərdir  

1 – əksər hallarda obsessiyalara müqavimət kifayət qədərdir 

2 – bəzi hallarda obsessiyalara müqavimət kifayət qədərdir 

3 – xəstə əksər hallarda obsessiyalara tabe olur 

4 – xəstə tamamilə obsessiyalara tabe olur 



5.  Obsessiyaları idarə etmək qabiliyyəti  

0 – obsessiyalar tam idarə edilir 

1 – obsessiyalar əksər hallarda idarə edilir 

2 – obsessiyalar bəzi hallarda idarə edilir 

3 – obsessiyalar cüzi dərəcədə idarə edilir 

4 – obsessiaları qətiyyən idarə etmək mümkün deyil  



Kompulsiyaların reytinq cədvəli üzrə balların qiymətləndirilməsi 

1.  Gün ərzində kompulsiyaları əhatə edən vaxt 

0 – gün ərzində kompulsiyalara heç bir vaxt sərf olunmur   

1 – gündə 1 saata qədər kompulsiyalara vaxt sərf olunur   

2 – gündə 1-3 saat kompulsiyalara vaxt sərf olunur 

3 – gündə 3-8 saat kompulsiyalara vaxt sərf olunur 

4 – gündə 8 saatdan artıq kompulsiyalara vaxt sərf olunur 



2.  Kompulsiyalar nəticəsində gündəlik fəaliyyətin pozulması  

0 – yoxdur  

1 – kompulsiyaların gündəlik fəaliyyətə yüngül dərəcədə təsiri 

var 


2 – kompulsiyaların gündəlik fəaliyyətə əhəmiyyətli dərəcədə 

təsiri var, lakin adi gündəlik fəaliyyəti davam etdirmək 

mümkündür 

3 – kompulsiyalar nəticəsində gündəlik fəaliyyət əhəmiyyətli 

dərəcədə pozulub  

4 – kompulsiyalar nəticəsində gündəlik fəaliyyət tamamilə  

pozulub   

3.  Kompulsiyalar nəticəsində distress 

0 – yoxdur 

1 – distress yüngül dərəcədə ifadə olunub 

2 – distress orta dərəcədə ifadə olunub, lakin xəstə onu 

qənaətbəxş keçirə bilir 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



28 

3 – distress ağır dərəcədə ifadə olunub 

4 – xəstə kəskin ağır dərəcədə ifadə olunan distressdən demək 

olar ki, bütün gün ərzində əziyyət çəkir 



4.  Kompulsiyalara qarşı müqavimət göstərmək qabiliyyəti 

0 – bütün hallarda kompulsiyalara müqavimət kifayət qədərdir  

1 – əksər hallarda kompulsiyalara müqavimət kifayət qədərdir 

2 – bəzi hallarda kompulsiyalara müqavimət kifayət qədərdir 

3 – xəstə əksər hallarda kompulsiyalara tabe olur 

4 – xəstə tamamilə kompulsiyalara tabe olur 



5.  Kompulsiyaları idarə etmək qabiliyyəti  

0 – kompulsiyalar tam idarə edilir 

1 – kompulsiyalar əksər hallarda idarə edilir 

2 – kompulsiyalar bəzi hallarda idarə edilir 

3 – kompulsiyalar cüzi dərəcədə idarə edilir 

4 – kompulsiyaları qətiyyən idarə etmək mümkün deyil  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



29 

Оbsessiv-kompulsiv simptomların Yel-Braun cədvəli (Y-BOCS)

16

 

Xəstənin Adı__________________________________ 

Amb. kartasının/xəstəlik tarixinin №_______________ 

 

SİMPTOMLAR 

İlkin            

müayinə 

1-ci təkrar 

müayinə 

2-ci təkrar 

müayinə 

Tarix_______ Tarix_________ 

Tarix_________ 

Obsessiyaların reytinq cədvəli 

1.

 



Gün ərzində 

obsessyaları əhatə 

edən vaxt 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

2.

 

Obsessiyalar 



nəticəsində gündəlik 

fəaliyyətin pozulması 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

3.

 



Obsessiyalar 

nəticəsində distress 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

4.

 



Obsessiyalara qarşı 

müqavimət göstərmək 

qabiliyyəti 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

5.

 

Obsessiyaları idarə 



etmək qabiliyyəti 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin