Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 may 2015-ci il tarixli



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix25.01.2017
ölçüsü0,91 Mb.
#6383
1   2   3   4

Tik pozuntusu 

Steriotip, arzuolunmaz 

hərəkətlər 

Obsessiyaların azalmasına 

yönəlmir 

Psixotik pozuntular 

Sarışan sayıqlama 

ideyaları, steriotip təsir 

Tənqid olmur, digər əlamətlər 

olur (məsələn, təfəkkürün 

formal pozuntuları) 



Asılılıq 

Kompulsiv davranış Davranış həzz almağa yönəldilir 



Obsessiv-kompulsiv 

şəxsiyyət pozuntusu 

Pozuntuların adlarının 

oxşar olması  

Obsessiya və kompulsiyaların 

olmaması 

Оbsessiv-kompulsiv pozuntuları olan pasiyentlərin müayinəsi 

1.

 



OKP riski yüksək olan, həm də digər səbəblərdən – depressiya, 

təşviş pozuntusu, qida pozuntusu, ipoxondrik pozuntu və s. 

yardıma müraciət edən şəxslərə OKP-nin mövcud olmasını təsdiq 

etmək üçün skrininq keçirmək və  aşağıdakı sualları vermək 

lazımdır (C)

11,12


 



Olur ki, tez-tez və çox yuyunasınız?  

 



Olur ki, Siz nəyi isə dəfələrlə yoxlayasınız? 

 



Olur ki, Siz əşyaları müəyyən qaydada yığmağa meyil 

edəsiniz? 

 

Olur ki, Sizi incidən hər hansı bir fikirdən azad olmaq 



istəyirsiniz, lakin bacarmırsınız?  

 



Olur ki, Siz necə görünməyiniz barədə daim narahatlıq keçirir 

və çalışırsınız ki, bu barədə düşünməyəsiniz? 

 

Olur ki, ev işləri çox vaxtınızı alsın və onları bitirməkdə 



çətinlik çəkəsiniz? 

 



Bu problemlər Sizin həyatınıza, məsələn, cəmiyyətdə 

işləməyə, ev işlərini görməyə, yaxınlarınız ilə münasibətə 

mane olur? 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



13 

2.

 



Bu suallardan heç olmasa birinə təsdiq cavabı aldığınız təqdirdə 

ОKР-nin və onun ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün 

standartlaşdırılmış  cədvəldən (Y-BOCS, Əlavə 1-ə bax) istifadə 

edin


14

3.



 

OKP-nin əlamətlərinin aşkarlanması zamanı həkim yanaşı gedən 

depressiya, özünə  zərər vermə  və intihar təhlükəsini 

qiymətləndirməlidir  (A)

1

. Riskin qiymətləndirilməsi kompulsiv 



davranışın pasiyentin özünə  və  ətrafına təsirinə baxılmasından 

ibarət olur

14



4.



 

Pasiyentlər aşağıdakı hallarda ixtisaslaşdırılmış yardım sisteminə 

(həkim-psixiatra) yönəndilməlidirlər

11,14


 



OKP-nin əlamətlərinin təzahürü (Y-BOCS >15 bal) 

 



12 həftə ərzində müalicənin effektinin olmaması 

 



depressiya və  şəxsiyyət pozuntusu daxil olmaqla komorbid 

psixi pozuntunun mövcudluğu  

 

özü və ətrafı üçün təhlükə riskinin olması 



 

cinsi, ölümlə əlaqəli və ya aqressiv obsessiyaların olması 



 

pasiyentin alkoqol və narkotik maddələrdən istifadəsi 



 

ilkin tibbi yardım  şəraitində arzu olunan nəticənin  əldə 



edilməsinin mümkünsüzlüyü  

Obsessiv-kompulsiv pozuntuları olan xəstələrin müalicəsinin 

ümumi prinsipləri 

1.

 



Həkim müalicəyə  məlumatlandırılmış razılığın alınması, 

pasiyentin arzu və istəklərinin aydınlaşdırılması, ümumi 

qərarların təkmilləşdirilməsi və  gələcəkdə atılacaq addımların 

planlaşdırılması yolu ilə pasiyentlə  əməkdaşlıq yaratmalı  və bu 

əməkdaşlığı inkişaf etdirməlidir

14

.



 

2.

 



Həkim xəstənin ailə üzvləri və yaxınlarını (tibbi etika və 

qanunvericilik normalarına riayət etməklə) xəstəlik, potensial 

təhlükənin azaldılması, pasiyentlə gündəlik işlərin icrasında necə 

yardım etmək mövzularında məlumatlandırmaqla, onları da 

müalicəyə cəlb etməlidir. Xəstəlik müddətində birbaşa pasiyentə 

və onun ailəsinə aid olan vacib fərdi və professional qərarların 

qəbulunu təxirə salmağı tövsiyə etmək lazımdır (D)

1

.



 

3.

 



Həkim yardım göstərərkən pasiyentin vəziyyət dinamikasını, 

intihar tendensiyalarını, sosial vəziyyəti, tibbi göstərişlərə riayət 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



14 

olunmanı,  əlavə  təsirləri və  həmçinin pasiyentin müalicəyə dair 

fikirlərini birləşdirən monitorinqi həyata keçirməlidir (B)

1,14


.

 

4.

 



Həkim pasiyentin təkidi zamanı diaqnozun doğruluğuna dair 

şübhələrin olduğu, simptomların kəskin ifadə olunduğu, 

pasiyentin psixoaktiv maddələr qəbul etməsinə dair şübhə 

olduğu, pasiyentdə  təhlükə xarakterli davranışın aşkarlandığı (o 

cümlədən anamnezdə), həmçinin psixoterapiya, əlavə müayinə və 

ya müalicə aparan mütəxəssisə inamın olmadığı  təqdirdə 

mütəxəssis məsləhətləşməsi təşkil etməlidir (A)

1,14


.

 

5.



 

Yetkinlik yaşına çatmayan uşaqlar OKP-dən  əziyyət çəkən 

valideyinlərinin davranışı ilə  əlaqədar psixoloji problemlərin 

yaranması riskinə meyilli olurlar. Belə riski aşkar etmək üçün 

uşaqların xüsusi müayinəsi aparılmalıdır

11,14


.

 

Qeyri-medikamentoz müalicə 

1.

 

OKP-nin yüngül simptomlarının mövcudluğu zamanı 



medikamentoz müalicənin faydasından çox, ziyanının ola 

biləcəyini nəzərə alaraq dərman vasitələrinin ilkin təyini tövsiyə 

edilmir. Belə hallarda həkim pasiyentin halını diqqətlə müşahidə 

etməli və qeyri-medikamentoz müdaxilə  həyata keçirməlidir  (C)

11

 

lavə 2, 3).  

2.

 

Pasiyentin maarifləndirilməsi OKP-nin müxtəlif təzahürlərinə, 



müalicə metodlarına və profilaktikasına dair məlumat verən 

həkimlə keçirilən mütəmadi görüşlər zamanı aparılır (C)

11,14



3.



 

OKP-nin yüngül və yaxud zəif ifadə olunmuş əlamətlərinə malik 

olan pasiyentlərə ritualların qarşısının alınması üçün ekspozisiya 

(RQAE) aparılması məsləhət görülür. RQAE obsessiya və təşviş 

yaradan vəziyyətə qarşı pasiyentin özünün cəlb olunmasını 

nəzərdə tutur və bununla yanaşı pasiyenti kompulsiv davranışı 

həyata keçirməkdən çəkinməyə təlimatlandırır (C)

11,14


.

 

4.



 

Effekt olmayanda və yaxud pasiyent RQAE-dən imtina edəndə 

digər  (C)

11

 qeyri-medikamentoz müdaxilə (koqnitiv-davranış 



terapiyası) tətbiq olunur: 

 



koqnitiv restrekturizasiya – aşkara çıxarmaq, yoxlamaq və 

daha konstruktiv həll etmək yolu ilə disfunksional fikirlərin 

dəyişilməsidir

14

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



15 

 



neytrallaşmış texnika, məsələn, obsessiyaların dayandırılması 

texnikası və ya proqressiv relaksasiya texnikası 

 

mnemonik kart texnikası – pasiyentin təhlükəsizliyini təmin 



edən və  təşvişinin qarşısını ala bilən frazaların 

xatırladılmasından ibarətdir 

5.

 

Kompulsiv davranışa pasiyentin ailə üzvləri də  cəlb oluna 



bilərlər. Məsələn, OKP-si olan xəstə müəyyən ritualları etməyə 

onları da məcbur edir. Yardım planına həm də OKP-si olan 

pasiyentin koqnitiv davranışında ailə üzvlərinin cəlb olunmasının 

azaldılmasına yönəldilən psixoloji müdaxilə də qoşulmalıdır

11,14

.

 



Medikamentoz müalicə 

1.

 



Medikamentoz müalicə orta-ifadəli və ya ağır ОKР simptomları 

olan pasiyentlərə təyin edilməlidir

.

 

2.



 

Müalicə terapiyasının təyin olunmasından əvvəl pasiyent aşağıda 

qeyd olunanlarla məlumatlandırılmalıdır: 

 



Müalicə alışqanlıq və ya asılılıq yaratmır (C)

11

  



 

 



Dərman vasitələri ilə müalicənin dayandırılması, dərman 

vasitəsinin qəbulunun ötürülməsi və ya dozanın azadılması 

zamanı simptomların yenidən yaranması riski mövcuddur 

(C)

11

 



 

Dərman vasitələrinin qəbulu  ən çox müalicənin  əvvəlində 



müntəzəm monitorinqin aparılmasını  tələb edən təşvişin 

artması, akatiziyanın və ya özünə qəsd fikirlərinin yaranması 

ilə müşahidə oluna bilər (C)

11

 



 

Dərman vasitələrinin təsirinin başlanğıcı 12 həftəyə kimi 



uzana bilər, amma müşahidə olunan depressiyanın əlamətləri 

daha qısa vaxt ərzində keçə bilər (C)

11

 



 

Dərman vasitəsi həkimin göstərişinə  əsasən ardıcıl formada 

qəbul olunmalıdır. Müalicə rejiminə riayət edilməməsi 

depressiv simptomların kəskinləşməsinə və ya yeni epizodun 

inkişafına gətirib çıxara bilər (C)

11

 



 

 



Müalicə ilə bağlı bütün məsələlərə dair həkimlə 

məsləhətləşmək lazımdır 

 

Dərman vasitəsinin qəbul edilməsi pasiyentin xasiyyətinin 



zəifliyi demək deyil 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



16 

3.

 



OKP ilə yanaşı depressiyası olan xəstələr, həmçinin OKP-si olan 

cavan xəstələr tez-tez və müntəzəm  şəkildə müalicə  həkiminin 

müşahidəsində olmalıdırlar və onlara təyin olunan dərman 

vasitələri az miqdarda yazılmalıdır (C)

11,14

.

 



4.

 

OKP zamanı ilkin seçilən dərman vasitələrinə serotoninin 



intraneyronal udulmasının seçici inhibitorları  (SİUSİ) aiddir 

(A)

4,7,11,14

:

 fluoksetin, fluvoksamin, paroksetin, sertralin və 



essitalopram. Bədənin dismorfoloji (dismorfofobik) pozuntusu 

zamanı ilkin seçim dərman vasitəsi fluoksetindir, bu dərman 

vasitəsinin müqayisədə daha effektiv olduğu sübut olunub (B)

11

.



 

5.

 



Antidepressantların qəbulu zamanı  kəskin və davamlı  əlavə 

təsirlər əmələ gəldiyi üçün dərman vasitəsi digər SİUSİ ilə əvəz 

olunmalıdır  (C)

11

. Bundan başqa, həkimlər OKP-si olan 



xəstələrin qəbul etdiyi dərman vasitələrinin SİUSİ-nin digər 

dərman vasitələri ilə qarşılıqlı təsirini də bilməlidirlər

.

 

6.



 

4-6 həftə müddətində  SİUSİ-nin standart dozada təyini zamanı 

gözlənilən effekt olmayanda, pasiyentin dərman vasitəsini 

müntəzəm  şəkildə  və  təyin olunmuş dozada qəbul etməsindən, 

alkoqol və ya narkotik qəbul edib-etməməsindən  əmin olmaq 

lazımdır


11

.

 



7.

 

Əgər pasiyent müalicə rejiminə riayət edir, lakin 4-6 həftə 



müddətində  təyin olunmuş  SİUSİ-nin standart dozası gözlənilən 

effekti vermirsə  və pasiyentdə  əlavə  təsirlər qeyd olunmursa, 

dərman vasitəsinin dozasını  tədricən artırmaq lazımdır  (C)

7,11,14


Dərman vasitəsinin dozasını artıran zaman müalicəvi effekti, 

yaranan  əlavə  təsirləri və pasiyentin aparılan müalicə haqqında 

fikirlərini nəzərə almaq lazımdır

.

 

8.



 

Əgər SİUSİ ilə müalicə effekt verirsə, residivlərin qarşısını almaq 

və pasiyentin vəziyyətinin yaxşılaşmasına nail olmaq üçün onu 

12 ay müddətində davam etmək olar (C)

7,11,14

.  


9.

 

SİUSİ-nin 12 ay müddətində qəbulu zamanı remissiya yaranırsa, 



(məsələn, kəskin ifadə edilmiş klinik əlamətlərin olmaması və ən 

azı 3 ay müddətində pasiyentin normal fəaliyyəti) müalicənin 

uzadılmasına baxmaq vacibdir. Bu zaman xəstəliyin başlanğıc 

dövrdə ağırlığını və davamlılığını, baş vermiş epizodların sayını, 

rezidual əlamətlərin olmasını, psixososial problemlərin müşahidə 

olunmasını nəzərə almaq lazımdır

.

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



17 

10.


 

Əgər SİUSİ ilə müalicə 12 aydan çox davam edirsə (məsələn, 

kəskin klinik əlamətlərin olması  və  ən azı 3 ay müddətində 

pasiyentin normal fəaliyyətinin olmaması zamanı) müalicənin 

davam olunmasının vacibliyinə hər 3 aydan bir müntəzəm şəkildə 

baxılmalıdır (B)

11,14

.

 



11.

 

OKP-nin medikamentoz müalicəsinin dayandırılması haqda qərar 



verərkən sindromun minimizasiyası üçün SİUSİ-nin 

dayandırılması  tədricən bir neçə  həftə  ərzində dozanın 

azaldılması ilə  həyata keçirilməlidir. Belə halda dərman 

vasitəsinin başlanğıc dozasını, orqanizmdən çıxma dövrünü və 

əlavə  təsirlərini nəzərə almaq lazımdır. Pasiyent dərman 

vasitəsinin “dayandırılması sindromu” yarananda həkimə 

müraciətin vacibliyi haqda məlumatlandırılmalıdır (C)

11,14


.

 

12.



 

Aşağıda qeyd olunan dərman vasitələri OKP-nin müalicəsi üçün 

istifadə olunmamalıdır (C)

11



 

Tri- və tetratsiklik antidepressantlar (klomipramindən başqa) 



 

Moniaminioksidazanın inqibitorları 



 

Benzodiazepin anksiolitiklər (SİUSİ  hələ  təsirə başlamadığı 



dövrdə müalicənin başlanğıc dövrünü çıxmaq şərti ilə) 

 



Birinci nəsil antipsixotik dərman vasitələri (ənənəvi 

nevroleptiklər) 

 

OKP-nin monoterapiyası üçün seçim dərman vasitəsi kimi 



ikinci nəsil antipsixotiklər 

OKP-nin ilkin müalicəsinə rezistentlik 

1.

 



SİUSİ ilə ilkin müalicənin başlandığı andan 12 həftə müddətində 

gözlənilən müalicəvi effektin olmaması zamanı  aşağıdakı 

variantlardan birini seçmək lazımdır (C)

7,11,14


 



SİUSİ  dərman vasitəsinin qəbulu ilə yanaşı, eyni vaxtda 

koqnitiv-davranış 

(bihavioral) terapiyasının (KDT) 

aparılmasına başlamaq  

 

təyin olunmuş dərman vasitəsini digər SİUSİ dərman vasitəsi 



ilə əvəz etmək 

 



təyin olunmuş dərman vasitəsini klomipramin ilə əvəz etmək 

2.

 



Əgər pasiyent müalicə rejiminə riayət edirsə, lakin yeni SİUSİ-

nin standart dozasından və ya klomipramindən gözlənilən effekt 

olmursa, nəzərdə tutulmuş qaydalara uyğun  şəkildə  dərman 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



18 

vasitəsinin dozasını tədricən artırmaq lazımdır (C)

7,11,14

 

(Əlavə 3). 



Klomipraminin dozasını artırarkən  əlavə  təsirlərin yaranmasını 

diqqətlə izləmək lazımdır. Klomipraminin təyinindən əvvəl ürək-

damar xəstəlikləri riski olan şəxslərə EKQ müayinəsi və arterial 

təzyiqin ölçülməsi məsləhətdir (C)

11,14

.

 



3.

 

Yeni SİUSİ  dərman vasitəsinə keçəndən və ya klomipraminin 



təyinindən sonra gözlənilən terapevtik effekt alınmadıqda 

pasiyentin psixi vəziyyətinin  əlavə müayinəsi tövsiyə olunur. 

Depressiya və şəxsiyyət pozuntuları da daxil olmaqla, digər psixi 

pozuntuların olmaq ehtimalını  nəzərə almaq, aparılan 

medikamentoz müalicə  və psixoterapiya, həmçinin müalicə 

rejiminə riayət etmə haqqında daha tam anamnez yığmaq 

lazımdır

11

.



 

4.

 



Aparılan tədbirlərdən sonra müalicənin davamı üçün aşağıdakı 

variantlardan birini seçmək lazımdır: 

 

yeni SİUSİ  dərman vasitəsi və ya klomipramin ilə birgə 



KDT-nin aparılması (C)

11

 



 

təyin olunmuş SİUSİ dərman vasitəsinə və ya klomipraminə 



atipik antipsixotik dərman vasitələrindən birinin (olanzapin, 

risperidon, kvetiapin və ya aripiprazol) əlavə edilməsi (C)

11

 



 

klomipramin ilə eyni vaxtda sitalopraiınin təyin edilməsi (C)

11

 



 

SİUSİ ilə buspironun birləşdirilməsi (C)

11

 

5.



 

Göstərilən tədbirlərdən sonra, gözlənilən müalicəvi effektin 

olmaması zamanı digər antidepressantların qəbulunun 

mümkünlüyünü nəzərə almaq (venlafaksin,  mitrazapin

duloksetin), eyni zamanda topiramat və ya SİUSİ ilə birgə 

memantinin təyini tövsiyə olunur

11

.

 



Uşaq və yeniyetmələrdə OKP-nin müalicəsi 

1.

 



OKP-nin kəskin klinik simptomaları olan uşaq və yeniyetmələrə 

ilk növbədə dərman vasitəsi təyin etməzdən əvvəl psixoterapevtik 

müdaxilə (KDT və RQAE) təklif edilməlidir  (C)

11,15


. Uşaq və 

yeniyetmələrdə psixoterapevtik müdaxilə OKP-nin müalicəsi 

üzrə xüsusi hazırlığa malik mütəxəssislər tərəfindən 

aparılmalıdır. Psixoterapevtik müdaxilə zamanı  uşaq və 

yeniyetmələrin valideynləri və ya qəyyumları müalicəyə  fəal 

şəkildə  cəlb olunmalıdırlar. Psixoterapevtik müdaxilə  uşağın və 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



19 

ya yeniyetmənin yaşına və psixoloji inkişaf mərhələsinə uyğun 

aparılmalıdır (B)

11

.



 

2.

 



Uşaq və yeniyetmələrdə OKP-nin müalicəsini apararkən, dərs 

proqramını çatdırması da daxil olmaqla, psixososial amillərə, ailə 

problemlərinə və valideynlərdə mümkün psixi pozuntulara diqqət 

etmək lazımdır. Psixoterapevtik müdaxilə aparan mütəxəssislər 

motivasiyanı gücləndirmək və davranışın arzu olunan formasını 

möhkəmləndirmək üçün həvəsləndirmədən istifadə etməlidirlər (C)

11,14

.

 



3.

 

Uşaq və yeniyetmələrdə psixoterapevtik müdaxilənin aparılması 



mümkünsüz olduqda və ya müalicənin effekti olmadıqda SİUSİ 

təyininin mümkünlüyünə baxılmalıdır. Uşaq və yeniyetmələrə 

SİUSİ-nin təyini ehtiyatla, dərman vasitələrinin qəbul rejimi və 

əlavə təsirlərinin monitorinqi ilə bir yerdə aparılmalıdır (C)

11

.

 



4.

 

Uşaq və yeniyetmələrdə OKP-nin müalicəsi üçün istifadə olunan 



dərman vasitələri sertralin və fluvoksamindir. Yanaşı yaranan 

kəskin klinik depressiyanın olması zamanı ilkin seçim dərman 

vasitəsi fluoksetindir  (A)

11

. Fluoksetin, həmçinin, uşaq və 



yeniyetmələrdə  bədənin dismorfoloji (dismorfofobik) pozuntusu 

olanda təyin edilir (C)

11

.

 



5.

 

Uşaq və yeniyetmələrdə  SİUSİ-nin təyini zamanı özünə  qəsd 



fikirlərinin və digər forma özünə  qəsd cəhdlərinin xüsusi 

monitorinqi aparılmalıdır. Uşaq və yeniyetmələr (və onların 

valideynləri), həmçinin, dərman vasitəsi ilə müalicənin məqsədi, 

müalicə rejiminə riayət etmənin vacibliyi, müalicənin müddəti və 

yarana bilən əlavə təsirlər haqqında məlumatlandırılmalıdırlar

.

 



6.

 

12 yaşa qədər uşaqlarda başlanğıc doza yetkin insanlar üçün təyin 



olunan başlanğıc dozanın ¼-dən ibarət olmalıdır. 12 yaşından 

yuxarı yeniyetmələr üçün başlanğıc doza isə yetkin insanlara 

təyin olunan başlanğıc dozanın ½-ni təşkil etməlidir (C)

11

.



 

7.

 



Uşaq və yeniyetmələrdə  zəif doza dərman vasitələrinin qəbulu 

effekt vermədikdə başlanğıc doza müalicəvi effektin ilkin əlamətləri 

yaranana kimi tədricən artırılmalıdır. Dozanı artırarkən 

müalicənin effektinin gecikmə ehtimalını (12 həftəyə kimi) və 

pasiyentin yaşını nəzərə almaq lazımdır (C)

11,15


.

 

8.



 

Uşaq və yeniyetmələrdə  SİUSİ-nin təyini zamanı müalicəvi 

effekt olmadıqda klomipraminin təyin olunmasının 

mümkünlüyünə baxılmalıdır. Bu zaman bəzi uşaq və 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



20 

yeniyetmələrə klomipramini təyin etməzdən əvvəl yarana biləcək 

əks-təsirlər nəzərə alınır. Bura ürək patologiyaları aiddir. Onları 

istisna etmək üçün öncə EKQ müayinəsi aparmaq lazımdır. 

Klomipraminin qəbulu zamanı müalicəvi effekt və əlavə təsirlər 

olmadıqda onun başlanğıc dozası tədricən artırılır (C)

11,15

.

 



9.

 

Uşaq və yeniyetmələrə  SİSUİ-ni və ya klomipramini təyin 



edərkən müalicəvi effektin əldə olunması zamanı remissiya 

dövründə müalicə 6 aydan az olmayaraq davam etməlidir. Bu 

dövrdə vəziyyətin davamlı yaxşılaşmasını gözləmək olar (B)

11

.



 

10.


 

Uşaq və yeniyetmələrdə SUİSİ  və ya klomipramin ilə gedən 

müalicənin dayandırılması  qərarı uzun müddətli remissiya 

zamanı qəbul olunmalıdır (6 aydan az olmayaraq) (C)

11

. Dərman 



vasitəsinin dayandırılması bir neçə  həftə  ərzində  tədricən 

aparılmalıdır. Dərman vasitəsinin qəbulu dayandırıldıqdan sonra 

OKP-nin kəskinləşməsinin qarşısını almaq üçün psixoterapevtik 

müdaxilə aparıla bilər (C)

11

.

 



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin