Protokolun hazırlanmasının məqsədi:
►
Antenatal qulluğun keyfiyyətinin yaxşılaşdırılması
►
Ana xəstəliyi və ölümü səviyyəsinin aşağı salınması
►
Perinatal xəstəlik və ölüm səviyyəsinin aşağı salınması
►
Hiperdiaqnostika və əsassız müdaxilə hallarının sayının
azaldılması
ÜMUMİ MÜDDƏALAR
Hamiləlik zamanı meydana çıxan hipertenziv vəziyyətlərə –
hestasion arterial hipertenziya, preeklampsiya, eklampsiya, xroniki
arterial hipertenziya (essensial və ya ikincili olaraq böyrək, endokrin
və ya digər patologiya ilə əlaqəli) aiddir.
Xroniki arterial hipertenziya – hamiləliyin 20-ci həftəsinə
qədər mövcud olan və doğuşdan 6 həftə keçdikdən sonra saxlanılan
hipertenziyadır.
Hestasion arterial hipertenziya – hamiləliyin 20-ci həftəsindən
sonra arterial təzyiqin yüksəlməsidir.
Dostları ilə paylaş: |